Qanun üzrə vərəsəlik zamanı miras paylarının bərabərliyi prinsipi mülki qanunvericilikdə birbaşa göstərilir.Bu prinsip onda ifadə olunur ki, qanun üzrə vərəsəlikdə miras əmlak vərəsələr arasında bərabər paylara bölünür.
Vərəsəliyə çağırılan şəxslərin seçim azadlığı prinsipi onda ifadə olunur ki, həmin şəxslər mümkün olan iki alternativ variantdan birini sərbəst və müstəqil surətdə, heç kəsdən asılı olmadan seçmək hüququna malikdirlər. Söhbət mirası qəbul etmək və ya mirası qəbul etməkdən imtina etmək kimi alternativ variantlardan birinin seçilməsindən gedir.