Obyektiv mənada vərəsəlik hüququ mülki hüququn yarımsahəsi kimi çıxış edir. Bu baxımdan o, mülki hüququn struktur bölməsi, tərkib hissəsi sayılır. Belə ki, ölən şəxsin hüquq və vəzifələri başqa şəxslərə (vərəsələrə) keçir. Bu cür keçmənin qaydaları, prosedurası və hədləri hüquq normaları ilə müəyyən edilir. Həmin normaların məcmusu isə obyektiv mənada vərəsəlik hüququnu - mülki hüququn yarımsahələrin- dən birini əmələ gətirir.
Subyektiv mənada vərəsəlik hüququ dedikdə, konkret şəxsin vərəsə kimi mümkün olan davranış ölçüsü başa düşülür. Söhbət konkret şəxsin vərəsə olmaq, vərəsəliyə çağırılmaq hüququndan, bir sözlə, ölən şəxsin əmlakını əldə etmək hüququndan gedir'. Bu hüquq isə vərəsənin hüquqi vəziyyətini müəyyənləşdirir^. Subyektiv mənada vərəsəlik hüququ subyektiv vərəsəlik.hüququ deməkdir. Subyektiv vərəsəlik hüququ isə subyektiv mülki hüququn bir növü hesab edilir. Buna görə o, subyektiv mülki hüquq kimi məzmuna malik olub, müəyyən səlahiyyətlərdən (hüquqi imkanlardan) ibarətdir. Bu səlahiyyətlərin (hüquqi imkanların) məcmusu subyektiv vərəsəlik hüququnun məzmununu təşkil edir. Onlara aiddir:
• ölən şəxsin əmlakını qəbul etmək səlahiyyəti hüquqi imkanı;
• ölən şəxsin əmlakını qəbul etməkdən imtina etmək səlahiyyəti hüquqi imkanı;
• ölən şəxsin əmlakını bölüşdürmək səlahiyyəti hüquqi imkanı;
• ölən şəxsin əmlakını qorumaq səlahiyyəti hüquqi imkanı;
• vərəsəlik hüququnu müdafiə etmək səlahiyyəti hüquqi imkanı. Göstərilən səlahiyyətlərin məcmusu subyektiv vərəsəlik hüququnun (subyektiv mənada vərəsəlik hüququnun) məzmununu təşkil edir.
Dostları ilə paylaş: |