Vərəsəlik hüququ



Yüklə 39,01 Kb.
səhifə7/22
tarix02.01.2022
ölçüsü39,01 Kb.
#35128
1   2   3   4   5   6   7   8   9   10   ...   22
Vərəsəlik şçququ

Üçüncüsü, miras əmlakın qəbul edilməsi aktının geriyə qüvvəsi vardır. Bu 0 deməkdir ki, miras əmlak bu əmlakın qəbul edilməsi anından yox, mirasın açıldığı andan vərəsələrə keçmiş sayılır.

6.Vərəsəliyin əsasları.

Vərəsəliyin əsasları dedikdə, qanunda nəzərdə tutulan elə hüquqi tərkib başa düşülür ki, bu tərkib müəyyən şəxslərin vərəsə kimi tanınmasına, həmin şəxslərin vərəsəlik hüquqlarının əmələ gəlməsinə və ölən şəxsin əmlakının (hüquq və vəzifələrin) onlara keçməsinə səbəb olur.

Vərəsəlik bilavasitə qanunun və vəsiyyətin özündən yox, qanunda nəzərdə tutulan hüquqi tərkibdən - hüquqi faktların tərkibindən əmələ gəlir. Həmin faktları üç qrupa bölmək olar:

Birinci qrup hüquqi faktlar vərəsəliyin əmələ gəlməsi üçün zəmin (ilkin şərt) rolunu oynayır. Həmin faktlar özü iki müstəqil yarım- qrupa bölünür: qanun üzrə vərəsəlik barəsində hüquqi faktlar; vəsiyyət üzrə vərəsəlik barəsində hüquqi faktlar.

İkinci qrup hüquqi fakt miras qoyan fiziki şəxsin ölməsindən və ya məhkəmə tərəfindən ölmüş elan edilməsindən ibarətdir. Bu hüquqi fakt da mülki qanunvericilikdə nəzərdə tutulub.

Mirası qəbul etmək aktı üçüncü qrup hüquqi fakt hesab edilirh Özü də o, vərəsəliyin hüquqi tərkibinə daxil olan son (axırıncı) hüquqi fakt sayılır.

Mirası qəbul etmək aktı vərəsənin iradə ifadəsi ilə bağlı olub, miras əmlakın əldə edilməsinə yönəlir. Bu aktla vərəsəliyin yaranması üçün lazım olan hüquqi tərkib tamamlanır.

7.Miras əmlak.

Vərəsəlik hüquq münasibətinin və ya vərəsəliyin obyekti (predmeti) mülki qanunvericilikdə və sivilistika doktrinasında miras əmlak (miras, miras kütləsi) anlayışı ilə əhatə olunur

Miras əmlak (miras) dedikdə, ölən fiziki şəxsin (miras qoyanın) qanunla (vərəsəlik hüquq normaları ilə) müəyyənləşdirilən qaydada vərəsələrə keçən əmlak hüquq və vəzifələrinin məcmusu başa düşülür.

Miras tərkibcə kifayət qədər geniş və əhatəli anlayışdır. Oraya daxildir:

• əmlak hüquqları;

• əmlak vəzifələri;

• bəzi şəxsi qeyri-əmlak hüquqları.

Əmlak hüquqları və vəzifələri mirasın «özəyini» təşkil edirk Əmlak hüquqlarının məcmusuna miras aktivi deyilir. Əmlak vəzifələrinin məcmusu isə miras passivi adlanır.

Miras aktivi geniş anlayış olub, özündə miras qoyanın öldüyü məqamadək malik olduğu aşağıdakı əmlak hüquqlarını birləşdirir:

• əşya hüquqlarını;

• öhdəlik hüquqlarım;

• əqli mülkiyyət hüquqlarını (müstəsna hüquqları);

• korporativ hüquqlar

(ƏSYA HÜQUQLARI)Mirasın tərkibində əşya hüquqları müəyyən yer tutur. Söhbət hər şeydən əvvəl, əşya hüququnun mülkiyyət hüququ növündən gedir. Müxtəlif əşyalar üzərində mülkiyyət hüququ mirasın tərkibinə daxildir. Məhdud dövriyyə qabiliyyətli əşyalara (məsələn, mülki silaha, narkotik və psixotrop vasitələrə, zəhərli maddələrə və s.) olan mülkiyyət hüququ da mirasa aid edilə bilər. Torpaq üzərində mülkiyyət hüququ mirasa daxildir. Torpaq qanunvericiliyinə görə, vərəsəlik torpaq üzərində xüsusi mülkiyyət hüququnun əldə edilməsi üsullanndan biridir. Daş-qaş (qızıl-gümüş, cavahirat) məmulatlarmın və digər zinət şeylərinin vərəsəlik üzrə keçməsinə hər hansı məhdudiyyət qoyulmur. Bu məmulatlar mirasa daxil edilə bilər. Amma dövriyyədən çıxarılmış predmetlər (məsələn, külçə halında qızıl, gümüş və platin və s.) vərəsəlik üzrə verilə bilməz. Valyuta sərvətlərinin mirasa daxil edilməsi mümkündür.Superfitsi və servitut vərəsəlik qaydasında keçə bilər lakin uzufrukt yox.




Yüklə 39,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin