Vərəsəlik hüququ


Universal hüquq varisliyi kimi vərəsəliyin ikinci xarakterik əlaməti



Yüklə 39,01 Kb.
səhifə6/22
tarix02.01.2022
ölçüsü39,01 Kb.
#35128
1   2   3   4   5   6   7   8   9   ...   22
Vərəsəlik şçququ

Universal hüquq varisliyi kimi vərəsəliyin ikinci xarakterik əlaməti ondan ibarətdir ki, bu əlamətə əsasən vərəsələrə miras qoyanın hüquq və vəzifələri tam, bütöv halda keçir. Bu o deməkdir ki, vərəsələrə miras qoyanın hər hansı ayrı-ayrı hüquq və vəzifəsi yox, onların bütöv kompleksi keçir. Başqa sözlə desək, vərəsələrə miras qoyanın hüquq və vəzifələri öz məzmununu dəyişmədən, yəni dəyişməz şəkildə, olduğu kimi məcmu halında verilir.

Universal hüquq varisliyi kimi vərəsəliyin üçüncü xarakterik xüsusiyyəti ondan ibarətdir ki, o, həmişə birdəfəlik xarakterə malik olur. Bu o deməkdir ki, ölən şəxsin bütün kompleks hüquq və.vəzifələri vərəsələrə bir dəfədə, dərhal və eyni anda keçir. Həmin hüquq və vəzifələrin vərəsələrə keçməsi üçün yalnız bircə aktın olması kifayətdir. Bu akta miras əmlakın qəbul edilməsi deyilir. Miras əmlakın qəbul edilməsi elə bir vahid aktdır ki, bunun sayəsində ölən şəxsin bütün hüquq və vəzifələri vərəsələrə keçir.

Miras əmlakın qəbul edilməsi aktının üç əsas prinsipi vardır: birincisi, bu akta görə, vərəsə bəzi hüquqları qəbul edib, digər hüquqlardan imtina edə bilməz, yəni miras əmlak hər hansı şərtlə - qeydlə qəbul edilməməlidir. İkincisi, bu akta görə hər hansı bir konkret aynca hüququ qəbul edən vərəsə bununla avtomatik surətdə ölən şəxsin yerdə qalan bütün hüquq və vəzifələrini, o cümlədən ona həm məlum olan həm də məlum olmayan hüquq və vəzifələrini qəbul etmiş sayılır.




Yüklə 39,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin