Öhdəlik (tələb) hüquqları da vərəsəliyin əsas obyektlərindən (predmetlərindən) biridir. Bu hüquqlar, hər şeydən əvvəl, müxtəlif cür mülki-hüquqi müqavilələrdən irəli gəlir. Borc müqaviləsindən yaranan öhdəlik (tələb) hüququ vərəsəliyin obyekti (predmeti) qismində çıxış edə bilər. Bank əmanəti (depozit) müqaviləsindən əmələ gələn öhdəlik (tələb) hüququ vərəsələrə keçir. Sığorta müqaviləsindən irəli gələn öhdəlik (tələb) hüquqları vərəsəliyin obyekti ola bilər.
Öhdəlik hüquqları qcyri-müqavilə (delikt) münasibətlərindən də əmələ gələ bilər. Belə ki, miras qoyanın əmlakına zərər vurula bilər. Əmlaka vurulan zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vərəsəlik üzrə keçir
Öhdəlik hüquqları kondikasiya (əsassız varlanma) münasibətlərindən də yarana bilər. Bu cür hüquqların vərəsəlik üzrə veril-məsi mümkündür. Məsələn, şəxsin göndərdiyi pul səhvən eyni familiyah başqa şəxsə çatır. Həmin pulun geri qaytarılmasını tələb etmək hüququ vərəsəliyin obyekti ola bilər.
Əmək müqaviləsi üzrə əmək haqqının verilməsini tələb etmək hüququ mirasa daxil edilmir. Həyata və ya sağlamlığa vurulan zərərin zərərinin ödənilməsi haqqında tələb hüquqları vərəsəliyin obyekti ola bilməz. Aliment almaq hüququ vərəsəlik üzrə keçmir və buna görə də mirasa daxil edilmir. Pensiya hüququ vərəsəlik qaydasında keçmir və fiziki şəxsin ölümü ilə xitam edilir. Müəlliflik əmlak (iqtisadi) hüquqlarına gəldikdə isə, bu hüquqlar vərəsəlik qaydasında verilir və mirasa daxil edilir.
Əmlak hüquqlarının korporativ hüquqlar kimi növü vərəsəliyin obyekti (predmeti) ola bilər.
Məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı öldükdə onun nizamnamə kapitalmdakı payı vərəsəlik üzrə keçir və mirasa daxil edilir. Səhmdar cəmiyyətinin səhmdarı öldükdə səhm vərəsəliyin obyekti ola bilər. Əgər qapalı səhmdar cəmiyyətinin səhmdarı ölərsə, onda səhm yalnız cəmiyyətin razılığı ilə onun vərəsələrinə keçə bilər. Kooperativ üzvü öldükdə, onun payının dəyəri mirasa daxil edilə bilər. Vərəsə kooperativ üzvlüyünə qəbul ediləndə məlum məsələdir ki, pay vərəsəliyin obyekti ola bilməz.
Dostları ilə paylaş: |