Vərəsəlik hüququ


Birinci növbədə vərəsəliyə çağırılan



Yüklə 39,01 Kb.
səhifə16/22
tarix02.01.2022
ölçüsü39,01 Kb.
#35128
1   ...   12   13   14   15   16   17   18   19   ...   22
Vərəsəlik şçququ

Birinci növbədə vərəsəliyə çağırılan qanun üzrə vərəsələrə birinci növbə üzrə vərəsələr deyilir. Birinci növbə üzrə vərəsələrin tərkibi kifayət qədər genişdir. Buraya daxildir:

• ölən (miras qoyan) şəxsin uşaqları;

• ölən (miras qoyan) şəxsin ölümündən sonra doğulmuş uşaq;

• ölən (miras qoyan) şəxsin arvadı (ölən əgər arvaddırsa, onun əri);

• ölən (miras qoyan) şəxsin övladlığa götürdüyü şəxs (övladdığa götürülən);

• ölən (miras qoyan) şəxsin valideynləri;

• ölən (miras qoyan) şəxsi övladlığa götürən şəxslər (övladlığa götürənlər).

Ölən (miras qoyan) şəxsin uşaqları dedikdə, onun oğul və qızları başa düşülür. Onlar həm qeydiyyata alınmış nikahda (qanuni nikahda) olan, həm də qeydiyyata alınmamış nikahda (faktiki nikahda, qeyri- qanuni nikahda) olan valideynlərdən doğula bilərlər. Qanuni nikahda olan valideynlərdən doğulan uşaqlar həmişə valideynlərinin hər birindən sonra vərəsə olurlar. Nikahdankənar uşaqlar nalarının ölümündən sonra həmişə qanun üzrə vərəsə olurlar.Atalıq hüquqi cəhətdən möhkəmləndirildikdə uşaqlar onun ölümündən sonra vərəsəliyə çağırılırlar.

Miras qoyanın ölümündən sonra doğulmuş uşaq da birinci növbə üzrə vərəsələrin tərkibinə daxildir. Belə ki, həmin uşağın mayası miras qoyanın sağlığında bağlanır. Ana bətnində olarkən miras qoyan şəxs ölür və onun ölümündən sonra uşaq doğulur. Həmin uşaqlar qanun üzrə vərəsə hesab edilir, bir şərtlə ki, o, sağ doğulsun.

Ər (və ya arvad) birinci növbə üzrə vərəsələrin tərkibinə daxil olur. Özü də dərhal qeyd edirik ki, yalnız miras qoyanla qanuni (qeydiyyata alınmış) nikahda olan şəxs (ər və ya arvad) vərəsə ola bilər. Ona görə ki, yalnız qanuni nikah ər-arvad üçün hüquq, o cümlədən vərəsəlik hüququ yaradır.

Miras qoyan şəxsin valideynləri birinci növbə vərəsələr kateqoriyasına daxildirlər. Söhbət miras qoyanın həm atasından, həm də anasından gedir. Miras qoyanın atası dedikdə, başa düşülür: • birincisi, ya uşaq (miras qoyan) doğulan anda onun anası ilə qeydiyyata alınmış nikahda olan şəxs

ikincisi, ya uşağın anası ilə sonradan qeydiyyata alınmış nikaha girən və özünü uşağın atası kimi etiraf edən şəxs (atalıq hüquqi cəhətdən müəyyən edildikdə və rəsmiləşdirildikdə də ata öz uşağının vərəsəsi olur. Atalıq isə valideynlərin birgə ərizəsi və ya məhkəmə qətnaməsi ilə müəyyənləşdirilə bilər);

• üçüncüsü, VVAQ kitabında özünü uşağın atası kimi qeydə aldıran (yazdıran) şəxs, baxmayaraq ki, uşağın anası ilə qeydiyyata alınmış nikahda olmamışdır ğ z. Miras qoyanın anası dedikdə, uşağın atası ilə həm qeydiyyata alınmış, həm də qeydiyyata alınmamış nikahda olan şəxs başa düşülür.

Miras qoyanın valideynləri özlainin yaşından və əmək qabiliyyətindən asılı olmayaraq qanun üzrə vərəsə olurlar. Valideynlər (onlardan biri) ailə qanunvericiliyində nəzərdə tutulan hallarda valideynlik hüquqlarından məhrum edilə bilərlər^: öz valideynlik vəzifələrini yerinə yetirmədikdə; alimenti qəsdən ödəmədikdə; heç bir üzürlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı müalicə, tərbiyə, əhalinin sosial müdafiəsi müəssisəsindən və digər analoji müəssisələrdən götürməkdən imtina etdikdə.

Valideynlik hüquqlarından məhrum edilmiş valideynlər uşağa münasibətdə həmin uşaqla qohumluq faktına əsaslanan bütün hüquqları itirirlər^. Buna görə də onlar uşaqlarının ölümündən sonra vərəsə olmaq hüququna malik deyillər.

Övladlığa götürülənlər birinci növbə üzrə vərəsələr sırasına aiddirlər. Azərbaycan Respublikasının vərəsəlik hüququ onları vərəsəlik sahəsində hüquqi cəhətdən övladlığa götürənin qan qohumluğuna əsaslanan doğma uşaqlarına bərabər tutur




Yüklə 39,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin