Dördüncü mənada vərəsəlik hüququ dedikdə, tədris fənni (kursu) başa düşülür. Tədris fənni (kursu) kimi vərəsəlik hüququ mülki hüququn yarımsahəsi olan vərəsəlik hüququnu, bu hüquq barədə konsepsiyaları, nəzəriyyələri, doktrinal (elmi) fikirləri, təlimləri öyrədir. Onun əsas vəzifəsi vərəsəlik münasibətlərini tənzimləyən hüquq normalarını (vərəsəlik hüquq normalarını) və bu normaların tətbiqi təcrübəsini öyrətməkdən, təlim etməkdən ibarətdir.
2.Vərəsəlik hüququnun predmeti.
Mülki hüququn hər bir yarımsahəsinin özünün ayrıca nizamasalma predmeti vardır. Məhz nizamasalma predmeti bu yarımsahələri bir-birindən ayırmağa və fərqləndirməyə imkan verir. Vərəsəlik hüququnun nizamasalma predmeti dedikdə, onun tənzimlədiyi ictimai münasibətlər başa düşülür.
Vərəsəlik münasibətləri geniş anlayışdır. Bu münasibətlər, hər şeydən əvvəl, fiziki şəxsin ölməsi nəticəsində mirasın açılması ilə bağlı olaraq yaranan münasibətlərdir. Fiziki şəxsin ölməsi həmin şəxsin əmlakını almaq hüququ olan şəxslərin vərəsəliyə çağırılmasına səbəb olur. Vərəsəliyə çağırılmaq isə vərəsəlik münasibətini yaradır.
Vərəsəlik münasibətləri, ikincisi, vərəsəlik hüququnun həyata keçirilməsi və rəsmiləşdirilməsi ilə bağlı olaraq yaranan münasibətlərdir. Söhbət ölmüş şəxsin əmlakını əldə etmək hüququ olan şəxslərin həmin əmlakı qəbul etmələri və notariat kontorasmdan vərəsəlik şəhadətnaməsi alması ilə əlaqədar yaranan əlaqələrdən gedir. Bu əlaqələr vərəsəlik hüququnun nizamasalma predmetinə daxildir.
Vərəsəlik münasibətləri, üçüncüsü, vərəsəlik hüququnun müdafləsi ilə bağlı olaraq yaranan münasibətlərdir. Ölmüş şəxsin əmlakını həmin əmlakı əldə etməyə ixtiyarı olmayan hər hansı şəxs ələ keçirə bilər. Belə halda əmlakı həqiqətən əldə etməyə hüququ olan şəxs həmin şəxsə (tanış olmayan şəxsə) əmlakın qaytarılması barədə iddia verir.Bu cür münasibətlər də vərəsəlik hüququnun nizamasalma predmetinə aid edilir.
Deməli, vərəsəlik münasibətləri dedikdə, fiziki şəxsin ölməsi ilə mirasın açılması, vərəsəlik hüquqlarının həyata keçirilməsi və rəsmiləşdirilməsi, habelə müdafiə edilməsi ilə bağlı olaraq yaranan ictimai münasibətlər başa düşülür.
Ölmüş şəxsin əmlakının qorunması da vərəsəliklə bağlı olan münasibətdir. Ölən şəxsin kreditor və borcluları ilə vərəsələr arasındakı münasibətlər də vərəsəliklə bağlı olan münasibətlərdir.
3.Vərəsəlik hüququnun mənbələri
Vərəsəlik münasibətlərini tənzimləyən hüquq normaları (vərəsəlik hüquq normaları) xaricən obyektivləşmiş formalarda, bir qayda olaraq, müvafiq normativ aktlarda ifadə olunur.
Əsas qanun sayılan Konstitusiyada vərəsəliyə aid həddən ziyadə və son dərəcə qısaca müddəa formulə edilir: dövlət vərəsəlik hüququna təminat verir.Bundan əlavə, vərəsəlik münasibətlərinin qaydaya salınmasında Konstitusiyada ifadə olunan belə bir hüquqi göstərişin mühüm əhəmiyyəti vardır: mülkiyyətçi əmlak barəsində sərəncam verə bilər (Konstitusiyanın 29-cu maddəsinin 3-cü hissəsi). Əmlak barəsində sərəncam vermək anlayışı geniş məzmuna malik olub, həm də vəsiyyət sərəncamı mənasını ifadə edir.
Vərəsəlik münasibətlərini tənzimləyən əsas və başlıca qanun Azərbaycan Respublikasının yeni Mülki Məcəlləsidir. Bu məcəllələşdirilmiş qanunun «Vərəsəlik hüququ» adlı onuncu bölməsi bütövlükdə vərəsəlik məsələlərinin tənzimlənməsinə həsr edilmişdir. Həmin bölmə 13 fəsildən (62-74-cü fəsillərdən) və 193 maddədən ibarətdir.MM-in «Vərəsəlik hüququ» adlı 10-cu bölməsinə daxil olmayan normalardan vərəsəlik münasibətlərinin tənzimlənməsində istifadə oluna bilər.
«Sahibkarlıq fəaliyyəti haqqında» qanunda (1992) vərəsəlik hüququna toxunan normalara rast gəlinir.
«Vətəndaşların pensiya təminatı haqqında» qanunda (1992) vərəsəlik münasibətlərini qaydaya salan müəyyən normalar vardır.
Vərəsəlik münasibətlərini rəsmiləşdirən normalar «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» qanunda da nəzərdə tutulmuşdur.
Səhmdar cəmiyyəti» haqqında qanuna görə səhm vərəsəlik qaydasında özgəninkiləşdirilə bilər. Qapalı tipli səhmdar cəmiyyətinin səhmdarı öz səhmini yalnız cəmiyyət üzvlərinin əksəriyyətinin razılığı ilə notariat qaydasında təsdiq etdirmək şərti ilə vəsiyyət edə bilər
. «Kooperasiya haqqında» qanunu da vərəsəlik hüququnun mənbəyi hesab etmək olar..
«Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında» qanunu vərəsəlik hüququnun əsas mənbələrindən biri hesab etmək olar. Qanunun 28-ci maddəsi müəlliflik hüquqlarının vərəsəlik qaydasında keçməsi haqqında mühüm əhəmiyyətə malik olan norma ifadə edir. Qanuna görə, müəlliflik hüquqları həm vəsiyyət yolu ilə, həm də qanun əsasında vərəsələrə keçə bilər. Amma həmin akt müəllifin şəxsi hüquqlarının (əsərin müəllifi kimi tanınmaq hüququnun, ad hüququnun və s.) vərəsəlik üzrə keçməsinə yol vermir^. Müəllif öldükdən sonra onun yalnız əmlak (iqtisadi) hüquqları vərəsələrə keçir.
«Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında» qanun vərəsəlik hüququna toxunan vacib normalar müəyyənləşdirir.
Uşaq hüquqları haqqında» qanunda vərəsəlik hüququna toxunan normalara rast gələ bilərik. Bu qanunun 21-ci maddəsi uşaqların vərəsə olmaq hüququnu möhkəmləndirir: hər bir uşağın valideynlərinin, övladlığa götürənlərin əmlakına dair vərəsəlik hüququ vardır
. «İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında» qanun özündə vərəsəlik məsələlərini tənzimləyən normalar ifadə edir.
Vərəsəlik münasibətlərinin tənzimlənməsində Torpaq Məcəlləsinin rolu böyükdür. Məcəlləyə görə, mülkiyyətçinin torpaq barəsində vəsiyyət sərəncamı etmək hüququ vardır. Burada müəyyən edilir ki, vərəsəlik torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququnun əmələ gəlməsi üsullarından (əsaslarından) biridir. Torpaq Məcəlləsi torpaq sahələrinin xarici hüquqi və fiziki şəxslərə vərəsəlik yolu ilə keçməsinin mümkünlüyünü nəzərdə tutur. Amma bu cür hal-lar- da, həmin şəxslər torpaq sahələri üzərində mülkiyyət hüququnu bir il müddətinə özgəninkiləşdirməlidir.
Vərəsəliyə aid olan normalar Ailə Məcəlləsində də ifadə olunmuşdur. Bu məcəllə müəyyən edir ki, vərəsəlik qaydasında əldə etdikləri əmlak ər-arvadın ümumi əmlakı sayılmır və onların hər birinin ayrıca mülkiyyəti hesab olunur
Vərəsəlik hüququnun mənbəyi kimi beynəlxalq müqavilə və konvensiyaların rolu böyükdür. Bu beynəlxalq hüquqi sənədlərdə vərəsəliyə aid normalara rast gəlmək mümkündür.
4.Vərəsəlik hüququnun əsas anlayışları.
Vərəsəlik hüququnun əsas anlayışları onun mahiyyətini və məzmununu müəyyənləşdirməyə imkan verir.
Vərəsəlik hüququnun əsas anlayışları odur ki, onlar vərəsəlik hüququnun məna və mahiyyətini dərk etməyə imkan verən mülkihüquqi hadisələri ifadə edir.Onların əhatə dairəsi kifayət qədər genişdir:
• vərəsəlik;
• vərəsəliyin əsasları;
• miras əmlak və ya miras;
• qanun üzrə vərəsəlik;
• vəsiyyət üzrə vərəsəlik;
• miras qoyan;
• vərəsə;
• mirasın açılması;
• mirasın açıldığı yer;
• vərəsəlik hüquq münasibəti;
• vərəsəliyin həddi.
ANLAYIŞLAR SONRAKI SUALLARDADIR!
5.Vərəsəlik və onun əsas xüsusiyyətləri.
Vərəsəlik dedikdə, ölmüş şəxsin əmlak və bəzi şəxsi qeyri-əmlak hüquqlarının və vəzifələrinin qanunda nəzərdə tutulan qaydada başqa şəxsə (şəxslərə) keçməsi başa düşülür. Ölmüş şəxsə sivilistika elmində və mülki qanunvericilikdə miras qoyan, onun hüquq və vəzifələrinin keçdiyi şəxsə (şəxslərə), yəni onlan qəbul edən şəxsə (şəxslərə) vərəsə (vərəsələr), həmin hüquq və vəzifələrin məcmusuna isə miras əmlak deyilir (sonrakı yarımbaşlıqlarda onlann məna-sını açacağıq). Miras qoyan, yəni hüquq və vəzifələrin əvvəlki köhnə sahibi hüquqi sələf (auktor), bu hüquq və vəzifələri qəbul edən şəxs, yəni yeni sahib isə hüquqi varisdir (suksessordur)
Dostları ilə paylaş: |