Verilənlər bazasının konsepsiyası


Hesabatların hazırlanması və makrosların yaradılması



Yüklə 207,95 Kb.
səhifə23/23
tarix05.12.2022
ölçüsü207,95 Kb.
#72458
1   ...   15   16   17   18   19   20   21   22   23
İbadov Adil

20. Hesabatların hazırlanması və makrosların yaradılması



Hesabatlar verilənlər bazasının obyekti olub, informasiyanın çıxışı üçün nəzərdə tutulub. Hesabata formanın analoqu kimi baxmaq olar, ancaq burada verilənlər ekrana deyil, çapa çıxarılır. Hesabatın işinin nəticəsi printer üçün hazırlanmış kağız sənəddir. Hesabatların yaradılması demək olar ki, formanın yaradılması kimidir. Yeni hesabat yaratmaq üçün ilk növbədə Verilənlər bazası (Баcа данных) pəncərəsinin Hesabatlar (Отчеты) bölməsinin Yaratmaq (Соcдатü) düyməsini sıxmaq, açılan pəncərədə hesabat yaradılması rejimlərindən birini və informasiya mənbəyini seçib, OK düyməsini sıxmaq lazımdır. Yeni hesabatların yaradılması üçün aşağıdakı rejimlər nəzərdə tutulmuşdur:

    • Konstruktor rejimi – formada olduğu kimi idarəetmə elementləri panelinin elementlərini bu rejimi seçdikdə açılan boş hesabat üzərində yerləşdirməklə yeni hesabatın yaradılmasını və digər rejimlərdə yaradılmış hesabatları redaktə etməyə imkan verir.

    • Hesabat ustası (Мастер отчета) rejimi – bunun vasitəsilə hesabat yaratmaq üçün ilk növbədə Hesabat ustası rejimini və informasiya mənbəyini seçib, OK düyməsini sıxdıqda açılan ilk pəncərədə, hesabat yaradılmasında iştirak edən sahələri və əgər hesabat bir neçə informasiya mənbəyi əsasında yaradılırsa digər informasiya mənbələrini və ona uyğun əlavə sahələri müəyyən etmək və Davamı (Далее) düyməsini sıxmaq lazımdır.

    • Avtohesabat: lentşəkilli (Автоотчет: ленточный) Avtohesabat: sütunvari (Автоотчет: в столбеö) rejimləri – avtomatik olaraq lentşəkilli və sütunvarı sadə, yalnız bir informasiya mənbəyi əsasında hesabatların yaradılmasını təmin edir.

    • Poçt nakleykaları (Почтовые наклейки) rejimi – bazadakı informasiya əsasında poçt nakleykalarının yaradılmasını və çapını təmin edir.

    • Diaqram ustası (Мастер диаграмм) rejimi – diaqram tipli hesabatların yaradılmasını təmin edir.

Makroslar müəyyən əməliyyatlara uyğun makroəmrlər siyahısından ibarət olub, çox istifadə olunana bir və ya bir neçə əməliyyatların təkrar və avtomatik yerinə yetirilməsini təmin edir. O, ardıcıl yerinə yetirilmiş əməliyyatları bir əməliyyat vasitəsilə və müəyyən hadisə hər dəfə baş verdikdə avtomatik yerinə yetirilir. Yeni makrosu yaratmaq üçün Verilənlər bazası pəncərəsinin Makroslar bölməsinin Yaratmaq düyməsini sıxmaq lazımdır. Bu zaman açılan pəncərə adətən Makroəmrlər və Qeyd sütunlarından ibarət cədvəldən və Makroəmrlərin arqumentləri sahəsindən ibarətdir. Makroəmrlər sütunun açılan makroəmrlər siyahısından müvafiq makroəmr seçilir. Qeyd sütununda isə ehtiyac duyularsa seçilmiş makroəmrin yerinə yetirilməsinə dair izahedici şərh və ixtiyari qeyd yazılır. Bundan sonra Makro əmrlərin arqumentləri bölməsində makroəmrin müvafiq arqumentləri müəyyən olunmalıdır. Bir ad altında saxlanmış bir neçə makrosu – makroslar qrupunu yaratmaq üçün Görünüş menyusunun Makrosların adları əmrini yerinə yetirmək və cədvələ əlavə olunana Makrosların adları bölməsində makroslar qrupunun hər birinə konkret ad vermək lazımdır.



Yüklə 207,95 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin