Bir çox illər ərzində belə bir fikir formalaşmışdır ki, verilənlərin şifrlənməsi standartı tam təhlükəsiz deyil, ələlxüsus yüksək məhsuldarlı paralel prosessorlardan ibarət sistemlərin tətbiqi nəticəsində aydın olduğu kimi, həmin standart «kobud güc» nəticəsində çox da mürəkkəb olmayan metodlarla açıla bilər.
Mütəxəssislər belə fikirdədirlər ki, açıq açar əsasında qurulan müasir təhlükəsizlik metodları ilə müqayisədə şifrlənmə standartı və ona oxşar ənənəvi metodlar texnoloji baxımdan köhnəlmişdir. Açıq açara əsaslanan metodikada həm şifrlənmə alqoritmi, həm də şifrlənmə açarı açıqdır və istəyən hər kəs açıq mətni şifrləyə bilər. Ancaq şifri açan açar gizli saxlanılır. Açıq açar metodikasında iki açardan istifadə olunur: biri şifrələnmə üçün, o birisi şifri açmaq üçün. Şifri açan açar şifrlənmə açarından sadə yolla alınmır, odur ki, ilkin mətni şifrləyən şəxs xüsusi icasi olmadan şifri aça bilməz. Bu üsulun əsasında aşağıdakı iki fakt durur.
1. Verilmiş ədədin sadə olmasını təyin edən sürətli alqoritm mövcuddur.
2. Sadə olmayan ədədin sadə vuruqlara bölünməsi üçün sürətli alqoritm yoxdur.
MS ACCESS
17. “MS Access”proqram paketinin strukturu
“MS Access” proqamı verilənlər bazasının və onun idarəetmə sisteminin qurulması üçün istifadə olunan bir proqramdır.
Proqramın strukturu digər ofis paketlərinə oxşardır. Proqram menyudan, alətlər paneli və işçi sahədən ibarətdir. Fayllar üzərində əməliyyat standart ofis paketində olduğu kimidir.
Access-in əsas elementləri aşağıdakılardır:
Cədvəl (Table (Таблицы)) – verilənlər bazasının əsas və ən vacib obyektidir. Verilənlər bazasında istifadə olunan cədvəlləri qurmaq və onların üzərində lazimi əməliyyatları aparmağa imkan verir. Onu qeyd etmək lazımdır ki, cədvəllər Verilənlər bazasının baza elementləri sayılır.
Sorğu (Query(Запросы)) – verilənlər bazasının emalı üçün nəzərdə tutulmuş xüsusi strukturlardır. Sorğuların köməyi ilə verilənlər nizamlanır, seçilir, dəyişdirilir, daha doğrusu emal olunurlar. Cədvəllər əsasında lazım olan sorğuları qurmağa imkan verir.
Forma (Forms(Формы)) – bazaya yeni verilənlərin daxil edilməsinə və ya onlara baxış keçirməyə imkan verən obyektdir. İstifadəçi ilə əlaqə yaratmağa imkan verən bir komponetdir.
Hesabat (Reports(Отчеты)) – Hesabatın köməyilə verilənlər münasib şəkildə printerə və ya ekrana çıxarılır. Çap üçün nəzərdə tutulan sənədləri hazırlamağa imkan verir.
Pages(Страницы) – Verilənlər bazası əsasında web səhifə düzəltmək üçün istifadə olunur.
Makes(Макросы) – Verilənlər bazasının qurulması üçün istifadə olunan hazır alt proqramları özünə birləşdirir.
Modullar (Moduls(Модули)) – bu Visual Basic dilində yaradılmış proqram proseduralarıdır. Visual Basic dilində Verilənlər bazasının idarə etdilməsi üçün proqramlar yazmağa imkan verir.
Bu baxımdan MS Access proqramının strukturu aşağıdakı kimi göstərmək olar.