Veril nl r bazas n n modell ri Sah l rin x susiyy tl ri. Veril n
QEYD 1: Qurulmuş cədvəlin strukturunu dəyişmək üçün onun adının üzərində konteks menyunu açaraq Design (Конструктор) əmrini yerinə yetirmək lazımdır.
QEYD 2: Qurulmuş cədvələ baxış keçirmək və ya nə isə daxil etmək lazımdırsa onun adının üzərində konteks menyunu açaraq Open(Открыть) əmrini yerinə yetirmək lazımdır və yaxud üzərinə iki dəfə vurmaq lazımdır.
Cədvəllər qurulduqdan sonra onların üzərində müəyyən redaktə aparmaq mümkündür. Bunu üçün konteks menyudan və Edit(Правка) menyusundan istifadə edilir. Bu zaman cədvəlin hansı rejimdə(Design və ya Open) açılmasının da əhəmiyyəti var. Tez-tez istifadə olunan redaktə əməliyyatlarına aşağıdakılar aiddirlər:
Undo(Отменить ввод) -əməliyyatı geri qaytarır.
Redo(Вернуть) -əməliyyatı sonraya keçirir.
Cut(Вырезать) - qeyd olumuş hissəni kəsib götürmək üçün istifadə olunur.
Copy(Копировать) -qeyd olunmuş hissənin nüsxəsini buferdə saxlayır.
Paste(Вставить) -qeyd olunmuş hissəni əlavə edir.
Special Paste(Специальная вставка) - kəsilmiş və ya nüsxəsi çıxarılmış obyekt müxtəlif formalarda lazım olan yerə yerləşdirilir.
Paste as Hyperlink(Вставить как гиперссылку) - kəsilmiş və ya nüxsəsi çıxarılmış elementi “müraciət” formasında yerləşdirmək üçün istifadə olunur.
Add from Clipboard (Добавить из буфера) -Buferdə yerləşən lazım olanları götürmək üçün istifadə edilir.
Delete(Удалить) -qeyd edilmiş hissəni silir.
Delete Record (Удалить запись) - Lazım olan sütunu silmək üçün istifadə olunur.
Delete Column(Удалить столбец) - Lazım olan sətiri silmək üçün istifadə olunur.
Search (Find) (Найти) -Lazım olan verilənləri tapmaq üçün istifadə olunur.
Replace (Заменить) - Bazada olan hər hansı məlumatı digəri ilə əvəz etmək üçün istifadə olunur.
Go To (Перейти) -Bazanın lazım olunan hissəsinə hərəkət etmək üçün istifadə olunur.
Link OLE/DDE (Связи OLE/DDE) - digər proqramlardan göturulmüş verilənlərlə əlaqə qurmaq və onları dəyişmək üçün istifadə olunur.