Verilənlər bazasının modelləri Sahələrin xüsusiyyətləri. Verilənlərin tipləri Verilənlər bazası sisteminin arxitekturası 5



Yüklə 0,74 Mb.
səhifə23/30
tarix24.12.2023
ölçüsü0,74 Mb.
#191392
1   ...   19   20   21   22   23   24   25   26   ...   30
Veril nl r bazas n n modell ri Sah l rin x susiyy tl ri. Veril n

20. SELECT operatoru


MS Access proqramında mürəkkəb sorğilar tərtib etmək üçün SQL dilinin elementlərindən isitifadə edilir. Hal-hazırda SQL-92 və SQL-96 standartlarından geniş isitfadə edilir. Ümumi halda SQL aşağıdakı kimi olur:


Select “Seçiləcək sahələr”
From “Birinci cədvəl”
JOIN “İkinci cədvəl”
ON “Birləşdirmə sahəsi”
ORDER BY “Sortlaşdırma”
WHERE “ Şərt”
HAVİNG “ Qruplaşdırma”
MS Access-də SQL proqramını yazmaq və ya dəyişdirmək üçün hər hansı bir sorğunu konstruktor rejimində açmaq lazımdır. Bundan sonra işçi sahədəkonteks menyunu açaraq Режим SQL əmrinin yerinə yetirmək lazımdır.
Sadə halda bu rejimə daxil olmaqla lazım olan sorğuları dəyişmək və yenidən qurmaq olar. Bu operator cədvəlin istifadə olunan bölümlərini sadalamaq üçün istifadə olunur. Fərz edək ki, alış cədvəlində bütün verilənləri görmək lazımdır. Bu zaman aşağıdakı SQL kodundan istifadə olinur:
Select *
FROM Alısh;
Əgər Alış cədvəlində malın adı və alış qiymətini görmək lazımdırsa bu bölümləri Select operatoru vasitəsi ilə sadalamaq lazımdır:
Select Malin_adı, Alish_qiyməti
FROM Alish;
Bəzi hallarda cədvəldən bütün verilənləri seçmək üçün “Select All” əmrindən istifadə etmək olar:
Select All
From Alish;
Bəzi hallarda hər bir bölümün qarşısında onun hansı cədvələ aid olduğuda yazılır:
Select Alish [Malin_adı],Alish[Alish_qiyməti]
FROM Alish;
Bu zaman From operatoru vasitəsi ilə istifadə olunan cədvəlin adı göstərilir.

21. JOIN operatoru


Mürəkkəb sorğuların qurulması zamanı bir neçə cədvəllərdən isitfadə etməyə ehtiyac olur. Bu zaman cədvəlləri uyğunlaşdırmaq üçün “JOIN” operatorundan istifadə olunur. Ümumiləşmiş halda bu cür strukturu aşağıdakı kimi göstərmək olar:


Select Bölümlər (*)
From 1-ci cədvəl
JOIN 2-ci cədvəl
ON Birləşdirmə sahələri;
Bu zaman “JOIN” əməliyyatın 3 formasından istifadə olunur.

  • Left JOIN - Bu zaman sodakı cədvəldən bütün verilənlər digər cədvəldən isə ona uyğun gələnlər qeyd olunacaqdır.

  • Right JOIN - sağ cədvəldən bütün verilənlər digərlərində isə əlaqələndirmə sahəsi qeyd olunacaqdır.

  • INNER JOIN - hər iki cədvəldən ancaq əlaqələndirmə sahələri uyğun gələnlər görünəcəkdir.

Məsələn: Alış və Satış cədvəllərində bütün verilənləri görmək üçün aşağıdakı SQL kodunu yazmaq lazımdır:
Select *
From Alish
INNER JOIN Satish
On Alish. Malin_adı=Satish_kodu;
Soldakı cədvəldən bütün verilənləri sağdakı cədvəldən ancaq ona uyğun gələnləri seçmək üçün aşağıdakı proqram kodundan istifadə etmək olar:
Select *
From Alish
LEFT JOIN Satish
ON Alish. Malin_kodu=Satish. Malin_kodu;
Əgər cədvəllərdə müəyyən verilənlər seçilməlidirsə, onda həmin bölümlərin adları Select hissəsində sadalanmalıdır. Məs: Alish və Satish cədvəllərindən malın kodunu, adını və satış sayını seçən SQL kodu aşağıdakı kimi olacaq:
Select Alish.Malin_adı, Alish.Malin_kodu, Satish.Satish_sayi
From Alish
INNER (RİGHT, LEFT) JOIN Satish
ON Alish.Malin_kodu=Satish.Malin_kodu;

Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin