22. WHERE operatoru
SQL kodları yazılması zamanı ən geniş istifadə olunan operatorlardan biri where operatorudur. Bu operator SQL kodunda müəyyən şərtlərin yoxlanılması üçün isitfadə olunur. Onun ümumi yazılış forması belədir:
WHERE “bölüm… şərt”
Məsələn: Alish cədvəlində adı qələm olan malları tapmaq üçün aşağıdakı SQL kodundan istifadə olunur:
Select *
From Alish
WHERE Malin_adı= “qələm”;
Mürəkkəb şərtləri vermək üçün WHERE operatorunda məntiqi əmrlərdən (AND, OR, NOT....) istifadə etmək olur:
Select *
From Alish
WHERE (Malin_adi= “qələm” ) AND (Alish_qiymeti>10);
Aliş və Satiş cədvəllərində malın adı “qələm”, satış sayı isə 4-ə bərabər verilənləri görmək üçün aşağıdakı SQL kodundan istifadə etmək olar:
Select *
From Alish
INNER JOIN Satish
ON (Alish.Malin_kodu=Satish.Malin_kodu)
WHERE (Alish.Malin_adi=“qələm”) AND (Satish.Satish_sayi=4);
Onu qeyd etmək lazımdır ki, WHERE operatorunda standart predikatlardan (məs: Like, Between) istifadə etmək olar. Məs: Aliş və Satış cədvəllərində malın adı “k” hərfi ilə başlyan və satış sayı “2”dən böyük olan verilənləri görmək üçün aşağıdakı SQL kodunu yazmaq lazımdır:
Select *
From Alish
INNER JOIN Satish
ON (Alish.Malin_kodu=Satish.Malin_kodu)
WHERE (Alish.Malin_adi Like “k*”) AND (Satish.Satish_sayi>2)
23. Parametrik sorğular
Sorğuları yerinə yetirmək zamanı qarşıya qoyulan əsas məqsədlərdən biri onların universallığıdır. MS Access proqramında bunu təmin etmək üçün parametrik sorğulardan istifadə olunur. Bu zaman parametrik sorğuları 2 qaydada düzəltmək mümkündür:
Hər hansı bir sorğunu Конструктор rejimində açaraq Criteric(Условые отбора) bölümündə bir parametr daxil edilməlidir. Onu qeyd etmək lazımdır ki, parametr kvadrat şəkilli mötərizənin “[ ]” içərisində yazılmalıdır. Parametrin adı ixtiyari ola bilər və adətən hərflə başlayır. Bu parametrin tipi verilənlərin tipinə uyğun olur.(Text, Number, Currency....)
Uyğun SQL kodunu daxil etmək vasitəsilə
Bu zaman WHERE operatorundakı şərtlərdə parametrlərdən istifadə etmək lazmdır. Alış cədvəlində malın adına görə parametrik sorğu təşkil etməküçün aşağıdakı SQL kodundan istifadə etmək olar:
Select *
From Alsih
Where Malin_adi=[Adi];
Bu zaman adi riyazi ifadələrlə (=, >, < ...) bərabər məntiqi ifadələrdən (OR, AND...) istifadə etmək olar. Alış və Satış cədvəllərində malın adına və satış qiymətinə görə parametrik sorğu düzəltmək üçün aşağıdakı SQL kodundan istifadə etmək olar:
Select *
FROM Alish
INNER JOIN Satish
On Alish.Malin_kodu=Satish.Malin_kodu
WHERE (Malin_adı=[Adı]) And (Satish_qiy=[Qiymət]);
Dostları ilə paylaş: |