QEYD 4. Sorğuların redaktə olunması, formatlaşdırılması və kontekst menyu əməliyyatları cədvəllərdə olduğu kimidir. Sorğuların qurulması zamanı müxtəlif hesabatların aparılmasına ehtiyac olur. Bunu həyata keçirmək üçün ifadələrdən istifadə olunur. İfadələr sorğunun konstruktor rejimində qurulur. Bunun üçün boş sahələrin birində konteks menyunu sıxaraq Build(Построить) əmrini yerinə yetirmək lazımdır. Bu zaman açılan pəncərədən lazım olan bölümlər və əməliyyat seçilə bilinər. Bu pəncərə aşağıdakı hissələrdən ibarətdir:
Lazım olan bölümün üzərində 2 dəfə sıxaraq onu işçi sahəyə əlavə etmək olar. Hər hansı bir funksiyanı hesablamaq üçün funksiya siyahsından onu seçmək və lazım olan arqumenti seçmək lazımdır.
Sorğuların qurulması zamanı vacib olan məsələlərdən biri şərtlərin tərtib edilməsidir. Bunun üçün lazım olan sorğu Design(Конструктор) rejimində açılmalıdır. Sonra Criteria() bölümündə lazım olan şərtlər daxil edilməlidir.
Şərtləri tərtib edərkən riyazi, məntiqi və s. ifadələrdən istifadə etmək olar. Fərz edək ki, bizə “qiymətlər sorğusu” verilmişdir
Malın_adı
Alish_qiyməti
Alish_sayı
Satish_qiyməti
Satish_sayı
Alish
Alish
Alish
Satish
Satish
Fərz edək ki, satış qiyməti 1000 olan yazıları tapmaq lazımdır. Bu zaman =1000 yazılacaq.
Əgər qurulan şərtlər müəyyən mürəkkəblik xüsusiyyətlərinə malikdirsə, onlar arasında sadə məntiqi əməliyyatlar istifadə etmək olar(OR, AND,NOT, NOR).
Qiyməti 10-a və ya 15-ə bərabər olan yazıların tapılması üçün uyğun kriteriya bölümündə =10 OR =15 yazılmalıdır. Bu zaman aşağıdakı işarələrdən istifadə etmək olar:
Satış sayı 2-dən fərqli olan bütün malı tapmaq üçün uyğun “criteria” bölümündən <>2 daxil etmək lazımdır.
“0” olan yazıların tapılması üçün “criteria” sətrində “NULL” əmrini daxil etmək lazımdır. Məsələn: Alış qiyməti daxil edilməyən mallar üçün uyğun “Criteria” sətrində “NULL” və ya “ISNULL” əmrlərini daxil etmək lazımdır. Bu zaman mürəkkəb ifadələr üçün məntiq cəbrinin elementlərindən istifadə etmək olar. Məs: Alış sayı daxil edilən verilənləri görmək üçün “IS NOT NULL”daxil etmək lazımdır.
Bəzi hallarda mətn tipli məlumatların sorğu şəklində emal edilməsi lazım olur. Bu zaman geniş istifadə olunan Like(“şərt”) operatorundur. Məsələn: malın adı “q” hərfi ilə başlayan bütün malları tapmaq üçün Like(“q*”) istifadə olunur.
Əgər sonu “q” hərfi ilə qurtaran malları tapmaq lazımdırsa : Like(“*q”) Bu zaman sadə məntiqi əməliyyatlardan istifadə etmək olar. Əgər axtarılan elementlər məlumdursa “?”şablonundan istifadə etmək olar. Məsələn: “q” hərfi ilə başlayan və “m” hərfi ilə qurtaran və 5 elementdən ibarət olan malın adını tapmaq üçün aşağıdakı ifadədən istifadə olunur:Like(“q???m”).