Bakı. Azərbaycan
Hava soyuq olsa da külək dayanmışdı, qar da yağmırdı. Buludların arasından süzülən zəif günəş şüaları ağ xalı kimi torpağın üzərinə sərilmiş qarın üzərinə düşdükcə bərq vuraraq əsrarəngsiz gözəllik yaradırdı. Asif havanın sakit və mülayim olduğun görüb təmmiz havada gəzişmək üçün həyətə çıxdı. Evlərinin qarşısında bir az o tərəf-bu tərəfə getdikdən sonra həyətlərindən kənara çıxmaq istədi. Bir az irəliləmişdi ki qarşıdakı içinə qar yığılmış çalanı görmədi və arabanın təkəri çalaya düşərək aşdı. Asif yıxılarkən böyrü zərblə daşa dəydiyindən qabırğası zədələndi. birtəhər özünü ələ alaraq telefonu götürüb anasına zəng vuraraq düşdüyü vəziyyəti ona danışdı. Anası tez onun yanına gələrək təcili yardıma zəng vurdu. Xəstəxanada Həkim ciddi bir şey olmadığını desə də ağrının ona əzab verəcəyini və 10 gün xəstəxanada müalicə almağın vacibliyini bildirdi. Müalicənin 4-cü günü Asif özünə yer tapa bilmirdi, çünki sabah anasının ad günü idi və asif anasını bu şad günündə xəstəxanada qəmgin yox, evdə şad-xürrəm görmək istiyirdi. Tibb bacısı otağa girib dedi
-
Asif, həkim səni müayinəyə çağırır. 15 dəqiqə sonra onun kabinetində olun
Asif durub getmək istiyəndə anası dedi
-
dayan kömək eliyim
-
yox lazım deyil. Dünənnən bəri özümü yaxşı hiss eliyirəm
deyib dəhlizə çıxdı və əliylə qabırğasından tutub bir az dayandıqdan sonra yoluna davam elədi. Həkimin otağına çatanda içəri girərək salam verdi
-
salam həkim. Necəsiniz ?
-
deyəsən vəziyyət yaxşıdı. Tək gəlmisən
-
bunu sizdən eşitmək xoşdu
-
çənəvə güc vermə, köynəyivi çıxart görüm
-
həkim məni sonra müayinə eliyərsiz. Hələlik isə xahiş edirəm bir işdə mənə kömək edəsiniz
-
( həkim keçib onunla üzbəüz oturaraq maraqla soruşdu ) o nə işdi elə ?
-
Xahiş edirəm məni bir günlük evə yazasınız. Amma heç kimin bunun bir günlük olduğundan xəbəri olmasın. Hamı elə bilsin ki artıq sağalmışam və burdan birdəfəlik çıxıram
-
Nəyə görə ?
-
Səbəb budur ki, sabah anamın ad günüdür. Istiyirəm ad günündə o özünü xoşbəxt hiss eləsin
-
Mən səni başa düşürəm, cəfakeşliyividə yüksək qiymətləndirirəm amma bu mümkün deyil. Mən səni evə buraxa bilmərəm
-
Axı nəyə görə ?
-
Ona görə ki cənab Asif, bu sənin üçün təhlükəlidir. Müalicə tam başa çatmadığından zədənin ciddiyəti arta bilər. Ikincisi isə onsuzda sə ağrılara dözə bilməyəcəksən, və hamı hər şeyi başa düşəcək
-
Həkim siz dediniz mən eşitdim. Indi isə siz mənə qulaq asın. Mənim 20 yaşım var və bu yaşa qədər fiziki vəziyətimlə əlaqədar olaraq bir dəfə də olsun onun üzünü güldürə bilməmişəm. Digər qadınlar öz oğullarının uğurları haqda bəh-bəhlə danışanda onun danışmağa sözü olmayıb. Dəfələrlə müxtəlif xəstəxanalarda yatdıımdan bütün qohum-əqraba hansısa toy məclisində əyləndiyi vaxt o mənə qulluq eləmək üçün yanımda qalmağa məcbur olub. Bəli həmişə məhz belə olub. əgər onu sevindirə bilmirəmsə qoy heç olmasa kədərləndirmiyim. Xahiş eliyirəm həkim. Cəmi bircə gün
Həkim əlini qoynuna qoyub bir az düşündükdən sonra gülümsünərək dedi
-
birisigün ad günü tortundan mənə də gətirməsən səni düz 2 ay bura saxlayacam
-
o da mənim gözlərim üstə
-
müayinədən sonra yadıma sal sənə ağrıkəsici dərmən verəcəm. Mütləq lazımın olacaq
-
( Asif sevincindən uçmaq istiyirdi ) çox sağ ol həkim. Çox sağ ol. Çox sağ ol
Müayinədən sonra palataya qayıdanda anası soruşdu
-
necə keçdi ? həkim nə dedi ?
-
əla. Həkim nikbin danışdı. Qabırğamı yenə snimkadan çıxartdılar, həkim son sözü snimkaya baxandan sonra deyəcək.
Yarım saatdan sonra həkim əlində snimka palataya girdi və hər şeyin arxada qaldığını bildirib Asifi evə yazdı. Xəstəxananın qarşısında taksiyə oturub evə gedəndə yolüstü anasına hədiyyə də aldı. Ad günündə hamı şənlənsə də bu gün Asif üçün sanki vaxt dayanmışdı. Keyidici dərmanın təsiri keçdiyindən ağrı onu get-gedə əldən salırdı. Ona görə də tortun kəsilməsinə qala bilməyib yorğun olduğunu bəhanə edərək otağına getdi. Səhər açılan kimi hər şeyi valideyinlərinə danışdı və yenidən xəstəxanaya qayıtdılar. Artıq Asif özünü xoşbəxt sayırdı, çünki artıq onun anasının da başqa qadınların yanında oğlu haqqında fərəhlə danışmağa sözü vardı.
Dostları ilə paylaş: |