HADİSƏDƏN 2 AY SONRA
Bakı. Azərbaycan
Maşının arxa oturacağında oturaraq bakının əsrarəngsiz gözəlliklərinə tamaşa eliyən Samir telefonunun zəng çaldığını görüb gözünü mənzərədən çəkmədən telefonu qulağına apardı
-
eşidirəm
-
Samir hardasan ? ( telefonda Lusianın məlahətli səsi eşidildi )
-
xəstəxanaya gedirəm. köhnə tanışlarımdan birini ziyarət eliyəcəm
-
nə vaxt gələcəksən ?
-
xəstəxanadan çıxandan sonra iş yoldaşlarımla görüşüb vidalaşlamaq üçün “samir” mərkəzinə gedəcəm. yəqin ki axşama ancaq evə gələrəm. nədi ki ?
-
heç. Sənə bir sürprizim vardı, ona görə deyirdim ki evə gələsən
-
o nə sürprizdi elə ?
-
evə gələndə bilərsən
-
yaxşı. Çalışaram evə tez gəlim
-
hələlik. Öpdüm
-
mən də
Samir telefonu cibinə qoyub üzünü Pedroya tutdu
-
zəng vuran qızın idi. deyir mənə nə isə sürprizi var
-
onun işindən bir şey anlamaq olur ki ? ALLAH bilir görəsən yenə nə fikirləşib ( bir- neçə saniyə pauza verdikdən sonra ) mühərrik dünəndən bəri qəribə səslər çıxardır, bu gün maşını qaytaranda çilingərə denən baxsın. Yoxsa təzə sürücü dalımcan deyinər
-
deyərəm
Samir xəstəxanada baş həkimlə görüşüb onun müşayəti ilə Muradın olduğu palataya getdi. Çarpayıda uzadılmış Murada bir neçə tibbi cihaz qoşulmuşdu, hər tərəfi sarıqlı idi. otaqdan kəskin yod iyi gəlirdi. Samir Murada yaxınlaşıb bir az onu süzdükdən sonra üzünü baş həkimə çevirib soruşdu
-
vəziyyəti necədir ?
-
hələlik günün 24 saatı yatızdırırıq, ölüm təhlükəsi yoxdur, gənc olduğu üçün yaraları sürətlə sağalır, əgər buna yaşamaq demək mümkünsə yaşayacaq. Tam sağaldıqdan sonra isə cəzaçəkmə müəssislərinin birinin tibb məntəqəsinə köçürdəcəklər
-
itirdiyi bədən üzvlərindən hansılarısa geri qaytarmaq mümkün olub ?
-
xeyr. Nə görməsi, nə eşitməsi, nə də danışması mümkün olmayacaq. Yalnız əlləri və ayaqları üçün protez düzəldilə bilər ki inanmıram onlardanda istifadə edə bilsin
Samir üzünü Murada çevirib - əminəm ki artıq bütün əlilləri daha yaxşı başa düşürsən - deyərək palatadan çıxdı.
Mərkəzə qayıtdıqdan sonra ordakı iş yoldaşlarıyla tək-tək görüşüb vidalaşdıqdan sonra son dəfə olaraq kabinetinə girdi. Suleymanın artıq 1 həftədən çox idi ki yeni işinə başlamasına baxmayaraq otaqda hər şey əvvəlki vəziyyətdə idi. divardakı iri tablo həmişəki əzəməti il öz yerində idi, stolun üstündəki əşyalara sanki heç əl dəyilməmişdi, mebel də həminki mebel idi. kresloya oturaraq otağa göz gəzdirməyə başladı. Burda hər şey ona doğma idi, mərkəzlə bağlı ən vacib qərarlarını bu otaqda vermişdi, vacib görüşləri də bu otaqda təşkil eləmişdi, tənhalıq istəyəndə də bu otağa sığınmışdı, bu otaqda sanki hər bir əşya onu eşidir, onu başa düşürdü. Kürəyini kresloya söykəyərək gözlərini yumdu. Bir-iki dəqiqə bu vəziyyətdə qaldıqdan sonra telefonuna zəng gəldiyini görüb gözlərini açdı. Telefonu cibindən çıxardaraq zəng vuranın kim olduğuna baxıb düyməni basaraq qulağına apardı
-
buyur əzizim
-
əzizim hardasan ?
-
mərkəzlə və iş yoldaşlarımla vidalaşıram. Nədi ki ?
-
çalış evə bir az tez gəl, çünki sənə daha bir sürprizim var
-
yaxşı. Çalışaram
-
hələlik
Samir telefonu cibinə qoyub ayağa qalxdı. Qapıya tərəf bir-neçə addım atdıqdan sonra geri dönərək masanın üstündən azərbaycan bayrağını götürüb otaqdan çıxdı. Onu yola salmaq üçün binaın həyətində onu gözləyən Mahmudovla Əzizə yaxınlaşıb əlindəkini göstərərək dedi
-
bu stolüstü bayrağı sizdən və bu mərkəzdən yadıgar saxlayacam. Çilingərə deyərsiniz ki mənə ayrılan xidməti maşının mühərrikində kiçik nasazlıq var, qoy aradan qaldırsın. Bir də ki Suleymana çatdırın ki Samir dedi kabinetin dizaynını istədiyi kimi dəyişə bilər
Samir Əzizgillə sağollaşıb Pedroyla birgə taksiyə əyləşdi. yolboyu bir neçə dəfə tıxaca düşdüklərindən Lusia zəng vuranda hava artıq qaralmışdı. Samir telefonu qulağına aparan kimi üzrxahlıq eləməyə başladı
-
bağışla Lusi, bayaqdan tıxaclarda ilişib qalmışıq. Yarım saata evdəyəm, sən sürprizlərini hazırla
-
nə qədər tez gəlsən bir o qədər yaxşıdır, çünki artıq sənə 3 sürprizim var
-
3 ?
-
əlbətdə. Elə şad xəbərlərim var ki inanmayacaqsan
-
məni marağa saldın. Evə çatana qədər səbirsizlənəcəm
-
mənə nə. Tez gələrdin
-
tez gəlsəydim üçüncüsü sürpriz olmayacaqdı
-
yaxşı, mən getdim Əliyə yemək yedizdirməyə. Sən də çalış gecikmə
-
oldu
telefonu cibinə qoyub Pedroya dedi
-
Lusia hər 3-4 saatdan bir mənə bir sürpriz hazırlayır. Sənin nədənsə xəbərin yoxdur ? bilmirsən o nə hazırlayıb ?
-
sözün düzü xəbərim yoxdur. Mən özüm də marağa düşdüm
-
onda evə gedəndə öyrənərik ( üzünü sürücüyə tutaraq ) qardaş çalış bir az sürətlə sür. Bu gün çox yorulmuşam, 4 sürprizi həzm eləməyə halım yoxdur
Samir evə girən kimi divanda oturub Lusiaya dedi
-
buyur Lusi. Bu gün bütün günü məni maraq içində saxlamısan
-
yox indi olmaz ( Lusia gec gəldiyi üçün Samirdən əvəz çıxmaq məqsədiylə onu bir az daha intizarda saxlamağı qərara aldı ) əvvəl şam eliyək, bir az dincini al sonra. Fikrin başqa yerdə qalsa sürprizlərin heç bir marağı olmayacaq. Mən istyirəm ən az 2-3 saatını bu sürprizlərə həsr eliyəsən
-
bax bu olmadı, məni elə həvəsləndirdin ki həyacandan heç nə yeyə bilməyəcəm ( üzünü Xoseyə çevirərək ondan kömək istədi ) sən bir şey bilirsən ? əgər mənə desən açacağım restorana sənin adını verəcəm
-
bilməyinə bilirəm. ancaq incimə, mən desəm Lusi ömrünün sonuna qədər məndən küsəcək
-
( üzünü Lusiaya tutaraq ) yaxşı. qoy sən deyən olsun. Vaxt gələr sənin də mənə işin düşər. ( ayağa qalxaraq ) mən getdim əynimi dəyişməyə, sən də tez süfrəni hazırla
Samir üçün 1 günə bərabər olan yarım saatlıq şam yeməyindən sonra Lusia hamının divanda oturmasını istəyib, özü onların qarşısındakı stulda əyləşdi
-
demək belə ( Lusia sözə başladı ) başlayaq birinci sürprizdən. Samir, sən həmişə qayğılanırdın ki ispaniyaya köçsək kirayədə yaşamalı olacayıq və buna görə də ünvanımızı tez-tez dəyişməli olacayıq. Artıq bu problem öz həllini tapdı, bizim ispaniyada evimiz var
-
bu necə ola bilər ? ( Samir təəccüblə soruşdu )
-
yadındadırmı biz ispaniyada olanda Almeyda mənə dedi ki “ hoja de sauce ” təşkilatı barədə məlumat verdiyimə görə ispaniya höküməti mənə xüsusi təşəkkür edəcək ?
-
hə yadımdadır. Həmin evi sənə mükafat kimi veriblər ?
-
hə. Təqribən 20 gün bundan qabaq Almeyda mənəm zəng vuraraq nə istədiymi, ən çox nəyə ehtiyacım olduğunu soruşdu. Mən də ondan ev istədim və şəxsiyyət vəsiqəmin surətini ona göndərdim ki evi rəsmiləşdirsinlər. Bu gün səhər isə Almeyda zəng vuraraq 2 mərtəbəli möhtəşəm bir villanın bundan sonra bizim ixtiyarımızda olduğunu bildirdi
-
bax bu həqiqətən əla xəbər oldu ( Samir sevinclə dilləndi ) restoranı da evimizə yaxın bir yerdə açarıq. Yaşamaq demişkən, evi bizə hansı şəhərdən veriblər ?
-
yəqin paytaxt madriddən olar ( Pedro dilləndi )
-
yox. ( Lusia dedi ) Samirin getmək arzusunda olduğu şəhərdədir. Valensiyada, paz küçəsində. əla yerdədir. Paz küçəsi ilə san visente martir küçələrinn kəsişməsində şahzadə meydanı yerləşir, beynəlxalq keramika muzeyi də paz küçəsinə yaxndır
-
otaqlardan birini rəsm çəkmək üçün iş otağı eləyəcəm ( Xose dilləndi )
-
narahat olma Xose ( Pedro dedi ) otaqlar o qədər çox olacaq ki lap rəsm sərgisi də aça bilərsən
-
onsuz da heç kim gəlib onun çəkdiyi şəkillərə baxmayacaq ( Lusia zarafata keçdi ) otaqları boş yerə məşğul eləməyin
-
sən ərə gedəndən sonra villa mənə qalacaq. Istəsəm sərgi açaram, istəsəm mayallaq aşaram
bəlkə də bu söz atışması uzanacaqdı )
-
dayanın görüm. Sonra mübahisə edərsiniz. ( Samir araya girdi ) Lusi, keç ikinci sürprizə
-
Samir düz deyir ( Pedro səbirsizliklə dilləndi ) keç ikinci sürpizə
-
Yaxşı. ( lusia sözə başladı ) Samir sən ispaniyaya gələndə çantanda lotoreya bileti vardı haa. Bu gün həmin lotoreya bileti cek-potu uddu, düz bir miyon yarım
Samirr sevincə əllərini göyə qaldırıb ALLAHA şükr etdi. bütün ailə sevinc içində atılıb düşərək bir-birilərini təbrik eliyir, həmin pulla neyləmək istədiklərini deyirdilər. gecə yarıya qədər uzanan xoş arzularla dolu söhbətdən sonra belə qərara gəldilər ki 3 gündən sonra ispaniyaya köçsünlər. Samir bu vaxt ərzində restoranda işləyəcək aşpazların axtarışı ilə məşğul olacaqdı.
Pedroyla Xose bir, Əliylə Lusiya bir, Samir isə digər otaqda yatırdı. Hamı yatmağa gedəndən sonra Samir otağına gedib bir-neçə dəqiqə çarpayısında uzandıqdan sonra qalxıb Əlinin otağına getdi. Otağa yaxınlaşıb qapını 3 dəfə astadan döydü. Lusiya qapını açıb maraqla soruşdu
-
nə lazımdır ?
-
bir neçə dəqiqəlik mənim otağıma gələ bilərsən ? səndən vacib bir söz soruşmaq istiyirəm
Lusia - əlbətdə - deyib Samirlə bərabər onun otağına getdi. Samir çarpayıda əyləşərək dedi
-
buyur otur
-
( Lusa onun yanında oturaraq dedi ) buyur sualını ver. Səni eşidirəm
-
əvvəla bağışla ki son vaxtlar işdə üst-üstə baş verən hadisələrə və problemlərə görə sənə daha az vaxt ayırıram, daha az diqqət yetirirəm. söz verirəm, sabahdan etibarən birgə daha çox vaxt keçirəcəyik. Ikincisi isə mən yolda olarkən sən zəng vurub dedin ki mənə 3 sürprizin var, ancaq bayaq 2 sürpriz elədin. Başımız lotoreyaya elə qarşıdı ki nə mənim yadıma, nə də Xoseylə Pedronun
-
onların yadına düşsəydi də fərqi yox idi. çünki bu sürpriz yalnız sənin üçündür
-
maraqlıdı ( Samir Lusiaya daha yaxın oturdu ) bu nə sürprizdi belə ?
-
neçə gündür ki demək istəyirdim, ancaq imkan olmurdu. ( bir az pauza verərək ) Samir, mən hamiləyəm
-
( Samir xəbərin sevincindən özünü itirdi və eşitdiyinin doğru olub-olmadığını yoxlamaq üçün yenidən soruşdu ) necə ? nəsən ? dedin hamiləsən ?
-
Hə Samir, hamiləyəm. ispaniyadakı xəstəxanada keirdiyimiz gecənin nəticəsi
Samir xoşbəxtlik duyğuları içində Lusianı qucaqlayıb öpdü. Sevindiyindən dəli kimi qışqırıb bu xəbəri hər kəslə paylaşmaq istəsə də bunun ağılsızlıq olduğunu bilirdi və yalnız Lusiayla özünün eşidə biləcəyi səslə danışmağa başladı
-
əla, əla, əla, bu həqiqətən əla xəbərdi, bu superdi, mən ata olacam, təşəkkür edirəm Lusi, belə bir xoşbəxtliyi mənə nəsib elədiyinə görə səni ömrün boyu xoşbəxtlik dənizində üzdürəcəm
hər ikisi səhər saat 4-dək körpə ilə bağlı xəyallar quraraq ispaniyada evlənməyi və uşaqla bağlı xəbəri Pedrogilə bundan sonra verməyi qərarlaşdırdıqdan sonra Lusi Əlinin otağına getdi. Samir isə çarpayıda uzanıb gözlərini yumaraq körpəsinin simasını xəyalında canlandırmağa çalışdı və nə vaxt yuxuya getdiyini özü də bilmədi.
FİNAL
Valensiya. İspaniya
Aeroportdan çıxıb taksiyə mindikləri andan onlara verilən villaya çatan anadək valensiyanın əsrarəngsiz gözəlliklərinə tamaşa edən Xose taksidən düşən kimi dedi
-
Samir mən indi bildim ki sən niyə bu şəhərdə yaşamaq istəyirmişsən
-
hələ bu harasıdır ki. vaxt olan kimi şəhərin görməli və tarixi yerlərini gəzərik, axşamları isə çimərliyə gedib istirahət eliyərik. Sonra muzeylər, rəsm qalareyaları, və daha nələr-nələr
-
həqiqətən də gözəl şəhərdir
-
sən hələ buranı “ las fallas “ festivalı zamanı gör
-
sən görmüsən ?
-
internetdə
-
( Lusia villanın heyranedici gözəllyinə baxa-baxa dedi ) inana bilmirəm ki bundan sonra belə möhtəşəm evdə yaşayacağıq
əşyalarını taksidən düşürtdükdən sonra birlikdə həyətə girib hər iki tərəfində bəzəkli güllər əkilmiş enli yolla villaya gedərək içini və həyətini gəzməyə başladılar. Geniş otaqlar, ikinci mərtəbədəki pəncərəsi gözəl mənzərəyə açılan böyük balkon, zirzəmidə quraşdırılmış qış hovuzu, zirzəmi ilə üçüncü mərtəbəni birləşdirən lift, həyətdəki geniş hovuz, villanın arxasında əkilmiş çoxlu meyvə ağacları və ağaclığın ortasında düzəldilmiş stol və stullar hər kəsi heyran etmişdi. Samir ağacların altındakı stulların birində əyləşərək görüləcək işləri bölməyə başladı
-
gəlin belə edək. Lusi sən atanla birgə ev üçün lazım olan əşyaları alarsan. Çalış ki mebellərdən tutmuş elektronika mallarına qədər yaşayış üçün zəruri olan hər bir şeyi alasınız. Otaqlardan üçünü boş saxlayın. Birini şəxsi idman zalı eliyəcəm, biri Xosenin rəsm çəkmək üçün iş yeri olsun, digəri isə ehtiyatda qalsın. Mən də dünən internetdə araşdırma apardım. Bu küçədə satışa qoyulmuş obyektlərdən biri açacağımız restoran üçün münasibdir, sabah gedəcəm restoran məsələsini həll eləməyə. Işlər başa çatana kimi oteldə qalacayıq. Xose, aramızda ən ağır iş sənin üzərinə düşür, gərək biz işləri yoluna qoyana qədər Əliyə sən baxasan
-
əlbətdə baxaram. Ona rəsm çəkmək öyrədəcəm
-
gedək oteldə dincələk. Sabah ağır gün olacaq
Hər gün otelin kafesində birlikdə səhər yeməyi yedikdən sonra bir-birilərinə uğur arzulayaraq ayrılır və axşam yenidən həmin kafedə görüşərək şam edə-edə gün ərzində gördükləri işlərdən danışıb hərə öz otağına yatmağa gedirdi. Samir satılan məkanı alıb, Almeydanın köməkliyi ilə bütün sənədləşmə və lisenziya məsələlərini 2-3 günün içində həll etdikdən sonra təmir şirkəti ilə danışaraq restoranın iç dizaynının qurulması ilə məşğul oldu. Işlər başa çatan kimi restoran üçün bütün zəruri avadanlıqları aldıqdan sonra azərbaycana zəng vuraraq restoranında işləyəcəyi aşpazları ispaniyaya dəvət etdi və işçi personalının axtarışına başladı. Bu vaxtlar ərzində isə Lusiya ilə Pedro bütün günü mağazaları gəzərək ev üçün lazım olan mebellərin, elektrik mallarının, mətbəx avadanlıqlarının və digər zəruri əşyaların alınması ilə məşğul olurdular. Işlərin rahat şəkildə həll olunması üçün Pedro kirayəyə maşın götürmüşdü. Xose isə Əlini otelin daxilindəki uşaq parkına, idman zalına, hovuza, v.s apararaq onu darıxmağa qoymurdu. Otaqda qaldıqları vaxtlarda isə ona həvəslə şəkil çəkmək öyrədirdi. Azərbaycanda olarkən bütün günü Xoseylə Lusianın yanında qalan Əli yavaş-yavaş ispan dilində danışmağa başlamışdı. 10 gündən çox çəkən fasiləsiz çalışmalardan sonra həm ev, həm də restoran istifadə üçün yararlı vəziyyətə gətirildi. Lusia Samirin otağına gələndə Samir televizorda futbola baxırdı
-
niyə burda tək oturmusan ? ( Lusia içəri girib soruşdu ) bizimkilər hovuzun ətrafında əylənirlər. Gəl gedək ora
-
12 günün yorğunluğunu canımdan çıxartmağa çalışıram. Bu gün heç nəyə həvəsim yoxdu, sakitcə oturub televizora baxmaq istiyirəm
-
Düzünə qalsa mən də çox yorğunam ( gəlib Samirin yanında oturdu ) ancaq gördüyümüz iş yorulmağa dəyərdi. Evin içini elə vəziyyətə gətirmişəm ki görsən heyran qalacaqsan
-
Restoran da açılış üçün tam hazırdı. Sabah bir yerdə açılış eliyərik
-
Birinci hara gedək ? evə baxmağa yoxsa restoranın açılışını eləməyə ?
-
Birinci evə baxmağa gedək. Orda sizinkilərə evlənmək istədiyimizi deyib birisigün evlənərik. Restoranının açılışını da öz toyumuzla qeyd eliyərik. Ilk gün yalnız özümüz olarıq
-
Samir, istəyirəm toyu bir-neçə günlük təxirə salaq. Mən 2-3 günlük argentinaya getmək istəyirəm. Yadındadır azərbaycanda olarkən sənə rəfiqəm Mariya haqda danışmışdım ?
-
Hə. Yadımdadır
-
Onun məzarını ziyarət etmək istəyirəm. Məncə onu əmanətini qatarmaq vaxtı çatıb
-
əlbətdə səni başa düşürəm. Toyu 2-3 gün təxirə salsaq heç nə olmaz
-
( Lusia Samirin əlini tutdu ) təşəkkür edirəm əzizim
Villanın içinə girəndə heyrətdən Samirin ağzı açıq qaldı. Hər bir otaq xüsusi incəlik və qayğıyla döşənmişdi. Otaqlardakı hər bir əşya insana rahatlıq və huzur verirdi. Əli üçün yalnız uşaq mebellərindən və əşyalarından ibarət xüsusu otaq döşədən Lusia-xose üçün içində hər cür zəruri avadanlıq quraşdırilmış rəsm atelyesi də yaratmışdı. Bütün otaqları gəzdikdən sonra zala qayıdıb üzbə-üz qoyulmuş divanlarda əyləşərək fikirlərini bölüşməyə başladılar
-
afərin sizə ( Samir sözə başladı ) sözün düzü bu qədər mükəmməl olacağını gözləmirdim. əla işləmisiniz
-
bütün işləri Lusi görürdü ( Pedro dedi ) mən yalnız ona kömək edirdim
-
rəsm atelyesinə görə xüsusilə çox sağ olun ( Xose söhbətə qoşuldu ) bir gün şəxsi sərgimi açanda ikinizin də portretinizi birinci sıraya qoyacam
-
( Lusia Xosenin çiynindən tutub onu yüngülcə silkələdi ) ayıl oğlum, sən yenə yuxuda sayaqlıyırsan
-
Söz verirəm. Sən ərə gedib məni rahat buraxdığın gün yalnız sənin şəkillərindən ibarət olan internet sayt yaradacam
-
ərə getmək demişkən ( Pedro uzanacaq söz atışmasını yarımçıq kəsdi ) Lusi, bayaq mən sizinlə birgə otaqları gəzəndə sənin yataq otağını görmədim. Tezliklə ərə getmək fikrin var ? yoxsa zirzəmidə yatmaq istəyirsən ?
-
ata məsələ burasındadır ki ( Lusia utana-utana sözə başladı ) bu Xose üçün nə qədər ağır olsa da belə mən ərə gedəndən sonra da burda, sizin yanınızda yaşayacam
-
belə də bilirdim. ( Xose dilləndi ) bu qız irsi xəstəlik kimi ömrüm boyu məni təqib edəcək
-
bacara bilirsənsə müalicə olun, sağal ( Lusia söz altda qalmadı )
-
dayanın görüm. ( Pedro yenə onların mübahisəsini yarımçıq kəsdi ) Lusi məni başa sal görün bu necə ola bilər və niyə belə olmalıdır ?
-
məsələ belədir Pedro. ( Samir Lusiaya kömək etməyi qərara aldı ) Lusia mənə ərə gələcək. Biz evlənməyə qərar vermişik
Pedroyla Xose xəbəri eşitdikdə heyrətdən bir müddət yerlərində donub qaldılar. Təəccüblü baxışlarla bir dəqiqəyə yaxın Samirlə Lusianı süzən Pedro nəhayət ki vəziyyətin nə yerdə olduğunu dərk edərək soruşdu
-
bu qərara nə vax gəlmisiniz ?
-
Lusinin hamilə olduğu bilinməmişdən təqribən ay yarım əvvəl
ikinci xəbər Pedronu ümumiyyətlə mat qoydu
-
nə ? hamilə ? Lusi hamilədi ?
-
bəli Pedro. Artıq 2 aya yaxındır. 3-4 gündən sonra evlənərək restoranın açılışını edib, şəxsi restoranımızda kiçik əyləncə təşkil etməyi planlaşdırırıq
-
bəs bunu mənə indi niyə deyirsiniz ?
-
“samir” mərkəzində aləm bir-birinə qarışmışdı, bu vəziyyədə evlilik barədə düşünmək ümumiyyətlə mümkün deyildi. Sən özün də ordakı vəziyyəti öz gözlərinlə görmüsən. Ona görə də Lusiylə belə qərara gəldik ki bu xəbəri sizə ispaniyada-yəni burda deyək
-
Demək tezliklə dayı olacam ( Xose sevinclə dilləndi ) adını nə qoyacaqsınız ?
-
Hələ cinsiyyəti məlum deyil. Məlum olan kimi ad fikirlşərik
-
Dünən güzgüyə baxanda başımda bir-neçə dənə ağ tük gördüm. ( Pedro əlini başına çəkdi ) baba da olandan sonra artıq rəsmən qocalmış sayılacam. dediniz toyu 3-4 gündən sonra etmək istəyirsiniz ?
-
Mənim azərbaycanda bir-iki günlük işim var, Lusi də argentinaya gedib Mariyanın qəbrini ziyarət etmək istəyir
-
Mən də bu günlərdə türkiyəyə getməyi planlaşdırırdım. Toya qədər gedib-qayıdaram
-
Bəs mən ? ( Xose incik halda soruşdu ) məni düşünən yoxdur ?
-
Sən hara getmək istəyirsən ( Lusia soruşdu )
-
Çinə. Imkan yaradın çinə gedim. 5 ildən çoxdur ki çin səddini görməyi arzulayıram. Samir icazə versəydi Əlini də aparardım. Bir-birimizə çox isnişmişik
-
Yaxşı. Gəlin belə eliyək ( Samir təklif verdi ) sabah hava yolları şirkətinə gedib hər birimiz üçün elə bir reys seçək ki hamımız bura eyni gündə qayıdaq
-
Hətta eyni saatda. ( Lusia dedi ) bu çox maraqlı olar
-
Belə bir şey mümkün ola bilər ? ( Pedro soruşdu )
-
Bunu yalnız sabah öyrənə bilərik ata
Səhərisi gün hava limanına gedən Samirgil arzuladıqları reysləri seçib biletləri aldılar və 2 gündən sonra hər biri ayrı ölkəyə uçdu.
Azərbaycan
Samir azərbaycanda aeroportdan çıxıb sumqayıta gələrək evinin bütün əşyalarının üstünə örtük sərdirdi, bundan sonra yekə bir qutu şokolad alıb Rənagilə gedərək köstərdiyi köməkliklərə görə ona təşəkkürünü bildirdi, sonra çiçək alaraq ailə üzvlərinin məzarlarını ziyarət edib ordan birbaşa mərkəzə yollandı, gəlişi ilə mərkəzdəki dostlarına sürpriz edən Samir, ordan çıxdıqdan sonra şəhərin müxtəlif yerlərinə baş çəkərək yarımçıq qalan işlərini həll edib yenidən aeroporta qayıtdı. Təyyarə havaya qalxanda əlini cibinə toxunduraraq kloka bükərək götürdüyü torpaq parçasının cibində olduğuna əmin oldu.
` Türkiyə
Pedro türkiyəyə gələrək Gustavonun dustaq olduğu həpsxanaya getdi. Sonra vəkil tutaraq meşədə qırılan ağaclıardan Gustavonun payına düşən cəriməni ödəyib onu azadlığa buraxdırdı. Hava limanında Gustavo üçün bilet alaraq onu argentinaya yola salan Pedro özü ispaniyaya gedən təyyarəyə əyləşdi.
Çin
Xose çində keçirdiyi iki günü bəlkə də həyatının ən gözəl günləri sayırdı. Çində olduğu müddətdə bütün gününü heyrətamiz çin səddinə tamaşa etməklə keçirdən xose Əli ilə birlikdə saysız-hesabsız şəkil çəkdirərək xatirə olaraq çin səddindən kiçik bir daş parçası da qopardı. Təyyarə havaya qalxdıqdan sonra həmin daşı cibindən çıxardaraq məmnunluqla ona baxan Xose. çoxdan ürəyində gəzdirdiyi arzusunun həyata keçdiyi üçün özünü xoşbəxt sayırdı.
Argentina
Lusia argentinaya çatanda neçə illər yaşadığı və sonradan dağıdılan gecəqondu məhləsinə getdi. Bir vaxtlar uçuq-sökük evlərdən ibarət olan gecəqondu məhəlləsinin yerində indi möhtəşəm bir futbol stadionu inşa olunurdu. Vaxtilə burda yerləşən kasıb məhəllədə keçirdiyi acılı-şirinli günlərini xatırlayıb kövrəlsə də orda çox dayanmayıb burdan köçürülən insanların yerləşdirildiyi sığınacağa getdi. Artıq orada heç kim yaşamırdı. Yəqin ki dözülməz şəraitə görə hərə bir tərəfə dağılmışdı. Onsuz da bərbad vəziyyətdə olan sığınacaq baxımsız qaldıqdan sonra daha da pis vəziyyətə düşmüşdü və şərq tərəfdəki divarın bir hissəsi uçub tökülmüşdü. Burdakı insanlardan geriyə qalan tək şey isə sığınacağın ortasına qoyulmuş və admların qızınmaq üçün istifadə etdikləri iri odun peçi idi. Lusia ordan uzaqlaşıb Mariyanın qəbrini ziyarət etmək üçün kimsəsizlər qəbristanlığına getdi. Bir xeyli axtardıqdan sonra Mariyanın qəbrini tapan Lusia özü ilə gətirdiyi çiçəkləri məzarın üstünə qoyub, taxtadan düzəldilmiş kiçik göyərçin fiqurunu boynundan çıxararaq dedi
-
mən qalib gəldim bacı. Mən bu həyata qalib gəldim. Artıq mənim hər şeyim var. Bir vaxtlar sənə söz verdiyim kimi göyərçinini sənə qaytarıram. O özü hər şeyi sənə danışacaq Mariya. Hər şeyi
sonra özü ilə gətirdiyi taxta parçası ilə qəbrin böyründə kiçik çala qazaraq göyərçin fiqurunu orda bassdırdı. Məzarın böyründə bir-neçə dəqiqə için-içn ağladıqdan sonra ayağa qalxaraq - mən yenə sənə baş çəkməyə gələcəm bacı - deyə pıçıldayaraq qəbristanlığı tərk etdi. Təyyarədə oturub illuminatordan çölə baxaraq təyyarənin uçmasını gözlədiyi an içində bir rahatlıq hiss edirdi, sanki çiynindən ağır bir yük götürülmüşdü.
Valensiya. İspaniya
Samir valensiyada təyyarədən düşüb taksiyə minmək istəyəndə Pedronun taksilərə tərəf gəldiyini görüb onu səslədi və birlikdə taksiyə minib evə tərəf yol aldılar. Evə yaxınlaşanda Xoseylə Əlinin gəzə-gəzə villaya tərəf getdiyni gördülər. Samir taksidən düşdükdən sonra Xosegilin yaxınlaşmasını gözləyib soruşdu
-
siz niyə taksiylə yox, piyada gəlirsiniz ?
-
biz 2-3 saat bundan əvvəl valensiyaya gəlmişik, Əlini zooparka aparmışdım ( Xose dedi )
-
çində ne...
-
əmi ora bax. ( Əli Samirin sözünü yarmçıq kəsdi ) Lusi bibi gəlir
-
( Lusia çatan kimi soruşdu ) deyəsən aranızda ən təmbəl mənəm axı ?
-
Bax bunnan razıyam ( Xose dedi )
-
Nə deyirsiniz, evə gedək ? ( Samir soruşdu )
-
Gedək. ( Lusia dedi ) mən çox yorulmuşam
-
Bu günə qədər hər birimizin həyatında acılı-şirinli günlər olub. Bu gündən etibarən isə həyatımızda yeni bir səhifə açılır. Arzu edirəm bu səhifəyə yalnız sevincli və xoşbəxt günlərimizin xatirələri həkk olunsun. Getdik
Samir, Pedro və Lusia qabaqda, Xoseylə Əli isə arxada iri darvazadan keçərək həyətə daxil olub villaya tərəf irəliləməyə başladılar.
SAMİR İMANOV
SUMQAYIT . AZƏRBAYCAN 18 DEKABR . 2012
Dostları ilə paylaş: |