HADİSƏDƏN 8 GÜN SONRA
Sumqayıt. Azərbaycan
Samir yuxudan duranda saat 10 idi. əynini dəyişib dəhlizə çıxanda mətbəxdə səs eşidib ora getdi. Lusia stolun üstündə kartof doğrayırdı. Samirin qapıya söykənər ona tamaşa elədiyini görüb dedi
-
buenos dias senyor
-
sabahın xeyir. Nə hazırlıyırsan ?
-
əvvəlcə dadlı bir yemək hazırlamaq istədim, sonra fikirləşdim ki birdən soyuducudakı ərzaqlar xarab olar. Yalnız kartofu bişirəcəm
-
özünə əzxiyyət vermə. Bu gün bütün günü evdə olmayacayıq. Yarım saatdan sonra maşın gələcək və biz bütün günü şəhəri gəzib əylənəcəyik. Həm buranı, həm də paytaxtı gəzəcəyik. Sən onnansa get Pedroynan Xoseni oyat
-
çay da içmək istəmirsən ?
-
mən yalnız bir şey istəyirəm
Samir bunu deyib Lusiaya tərəf gedəndə arxadan Əlinin səsini eşitdi
-
əmi tualetin işığını yandır, əlim çatmır
Samir işığı yandırıb otağına getdi. Televizorun arxasında gizlətdiyi qutunu götürüb içindən xeyli pul götürərək cibinə qoydu. Əlini geyindirib üstünə ətir vurandan sonra dəhlizə çıxanda Pedroyla Xose artıq hazır idilər. Birlikdə həyətə düşəndə maşın artıq binanın həyətində dayanıb onları gözləyirdi. Maşına oturanda Samir sürücüyə dedi
-
sür bakıya
-
baş üstə. ( əlindəki kiçik bağlamanı Samirə uzadaraq ) buyurun müəllim. Telefonunuzla kredit kartınızdır. Mahmudov verdi. Ilk öncə hara getmək istəyirsiniz ?
-
əvvəlcə bizi yaxşı bir kafeyə apar
-
oldu
Bakı.
kafelərin birində yaxşıca yedikdən sonra maşına qayıdanda üzünü sürücüyə tutub dedi
-
sür qız qalasına. Ordan da içərişəhərə
qız qalasından bakını seyr edərək şəhərin gözəlliyinə heyran qalan argentinalılar içərişəhərin tarixi yerlərini gəzdikcə daha da heyrət edirdilər. Içərişəhərdən sonra bir çox muzeyləri və şəhərin digər görməli yerlərini gəzikdən sonra yorulub bulvarda istihrahət etmək qərarına gəldilər. Bir az bulvarda gəzdikdən sonra skamyaların birində oturaraq dondurma yeməyə başladılar
-
şəhərinizin təmmizliyinə və gözəlliyinə heyran qaldım ( Pedro dedi )
-
mən isə bu qədər müasirləşmənin qabağında tarixi yerlərinizi qoruyub saxlaya bilmənizə vuruldum ( Lusia dilləndi )
dincəldikdən sonra Samir dedi
-
indi isə qayıdırıq sumqayıta. Oranı da gəzmək pis olmaz
Sumqayıt
sumqayıta çatanda sürücü Samirin tapşırığyla onları iri geyim dükanlarından birinə apardı. Alış-veriş zamanı özlərinə çimərlik paltarları da alıb ordan dəniz kənarına getdilər. Bir xeyli çimib, özlərini günə verdikdən sonra Əli dedi
-
əmi mən acmışam
-
elə mən də acmışam. Hazırlaşın gedək
dənizkənarı kafelərin birində doyunca yeyib içdikdən sonra artıq havanın qaraldığını görüb yoldan ərzaq alaraq evə qayıtdılar. Masanın ətrafında oturaraq Lusianın dəmlədiyi çaydan içə-içə bu günkü günün təəsuratlarını bölüşməyə başladılar
-
Əli hardadı ? ( Xose soruşdu )
-
yatıb. ( Samir dedi ) əməlli-başlı yorulub
-
yorulacaq da ( Pedro söhbətə başladı ) bütün günü o tərəf-bu tərəfə qaçıb
-
deyirdi ki tutuquşuları qəfəsdən çıxart mənnən yatsınlar
-
təşəkkür eliyirəm Samir. Bu günü bizim üçün unudulmaz etdin
-
elə mənim də belə istirahətə ehtiyacım vardı
-
sizi bilmirəm, amma mənim yuxum gəlir ( Lusia dilləndi )
-
mən də yorulmuşam ( Pedro dedi ) çayımızı içək qurtaraq, sən yerləri sal
Samir onlara rayonlar barədə danışaraq vaxt olan kimi onları həmin səfalı yerlərə aparacağına söz verdi. Çaylarını içib qurtaran kimi Lusia yerləri açmağa başladı.
Dostları ilə paylaş: |