Vəziyyətin necə olursa olsun. ÖZÜNLƏ FƏxr et ! GİRİŞ



Yüklə 1,17 Mb.
səhifə39/46
tarix02.01.2022
ölçüsü1,17 Mb.
#1443
1   ...   35   36   37   38   39   40   41   42   ...   46
HADİSƏDƏN 1 HƏFTƏ SONRA

Madrid. İspaniya

Yuxudan ayılanda günorta saat 12 idi. Bir az yerində gərnəşdikdən sonra əynini geyinərək rənaya zəng vurdu


  • eşidirəm

  • salam Rəna. Mənəm Samir

  • salam. Əli yanımdadır, gözlə telefonu ona verim

  • ( Əli telefonu qulağına aparan kimi titrək səslə dedi ) əmi

  • Salam balaca. necəsən ? ( Samirin səsini eşidən kimi Əlini ağlamaqa tutdu ) yaxşı bəsdir. Ağlama görüm. Axşam gəlib səni evimizə aparacam

  • əmi sən hardasan ? ( Əli ağlaya-ağlaya soruşdu )

  • mən indi bazarda sənin üçün tutuquşu alıram. Axşam gəlib səni Arzu bibigildən götürəcəm. evə gedib tutuquşularla oynayarıq, onlara danışmaq öyrədərsən

  • danışa bilirlər ?

  • sən öyrətsən danışacaqlar. Telefonu ver Rəna bibiyə

  • yaxşı

  • Əli

  • həə əmi

  • ( bir-neçə saniyə pauza verərək ) əmi səni çox istiyir

  • mən də səni çox istiyirəm

  • ( 2 saniyəlik pauzadan sonra telefonda Rənanın səsi eşidildi ) həə Samir. Eşidirəm

  • Əlinin əşyalarını yığarsan. Axşam gəlib aparacam

  • Niyə tələsirsən ? işlərini yoluna qoy sonra gəlib apararsan

  • Əli mənim üçün bütün işlərdən vacibdir

  • Yaxşı. Onun əşyalarını yığaram

  • Oldu Rəna. Axşam görüşərik. Özündən və Əlidən muğayət ol

  • Oldu. Hələlik

Samir telefonu cibinə qoyub Pedronun yanına getmək istəyirdi ki qapı açıldı. Lusia əlində buterbrod və kola içəri girdi

  • oyanmısan ?

  • artıq günorta olub, niyə məni oyatmırdın ?

  • elə şirin yatmışdın ki

  • 15 günün yorğunluğuydu

  • ( Samirin yanında oturaraq əlindəkilərini ona uzatdı ) al, sənin üçün gətirmişəm

  • ( koladan bir qurtum içərək soruşdu) Almeyda maşın göndərməyib ?

  • Göndərib. sürücü 2 saatdan çoxdu xəstəxananın həyətində sənin yuxudan oyanmağını gözləyir

  • Onda tələsmək lazımdır. Bir saatdan sonra görüşərik

Samir əlindəkiləri çarpayının üstünə qoyub Lusianın üzündən öpərək palatadan çıxdı.

Samiri qərərgahın dəhlizində qarşılayan Almeyda dedi



  • siz məni kabinetimdə gözləyin, mən Silvanın qərərgahda keçirilən vida mərasimində iştirak etməliyəm

  • mən də o mərasimdə iştirak etmək istəyirəm

  • ( Almeyda əliylə yolu göstərərək dedi ) buyurun gedək

Samirlə Almeyda Silvanın tabutu qoyulmuş otağa girəndə artıq hamı öz yerini tutmuşdu. Almeyda boş yerlərdən birini göstərərək Samirə oturmaq təklif etdi

  • siz burda əyləşin. Mən açılış nitqindən sonra sizin yanınıza gələcəm

Samir başıyla təşəkkürünü bildirib əyləşdi. Bir-bir ardınca davam edən və xoş sözlərlə zəngin olan çıxışlarla davam edən mərasim 2 saata yaxın davam elədi. Mərasim zalından çıxarkən Samir ayaqqabısının ipinin açıldığını görüb dəhlizdə qoyulmuş skamyada oturdu. Ipi bağlayıb başını qaldıranda Almeydanın yanında 6-7 yaşlarında qaradərili oğlan uşağının dayanaraq ona baxdığını gördü. - silvanın oğludur - Almeyda izah elədi. Samir onu yanına çağırıb üzündən öpərək qıvrım saçlarını sığalladı. Sonra Silvanın telefonunu cibindən çıxardaraq ona verdi

  • atan mənə tapşırmışdı ki bu telefonu sənə verim. sən gərək bunu ömrünün axırınadək atandan xatirə saxlayasan. Həmişə onula fəxr eləyə bilərsən. Sənin atan əsl polis idi və səni çox sevirdi

Silvanın arvadı yaxınlaşaraq oğlunu səslədi

  • david burdasan ? bayaqdan səni axtarıram

oğlan Samirdən aralanıb anasına tərəf getdi. Onun əlindən tutub dəhlizlə bir az getdikdən sonra əlindəki telefonu anasına göstərib dedi

  • ana bayaqkı əmi atamın telefonunu mənə verib dedi ki mən hər zaman atamla fəxr eləyə bilərəm

  • əmi düz deyib oğlum ( qadın kövrək səslə dedi )

Lusia Xosenin ayaqqabılarını geyindirə-geyindirə dedi

  • onsuz da ərköyün idin, indi daha da dözülməz olmusan. Bir işi də özün gör

  • yalnız sən ərə gedəndən sonra

  • az danışın ( Pedro dilləndi ) onsuz da gecirik. Bir az cəld olun

  • bizi ləngidən budur ata ( Xose Lusianı göstərdi ) ərə də getmir ki canımız qurtarsın

  • az danış. ( Lusia darağı əlinə götürdü ) başını bəri gətir

qəbristanlığa çatanda Xoseylə Lusianın söz atışması hələ də davam edirdi

  • niyə gec gəldiniz ? ( qəbristanlığın girişində onları gözləyən samir Pedrodan soruşdu ) bayaqdan sizi gözləyirəm

  • bunlarnan harasa vaxtında çatmaq mümkün deyil ( Pedro uşaqlarını göstərdi )

  • ( Xose ətrafada keşik əkən çoxsaylı polisləri göstərərək Samirdən soruşdu ) bu qədər polis səni qoruyur ?

  • əslində bu qədər polis tanrıya dua edirlər ki mən tezliknən bu ölkədən çıxım gedim

  • nə vaxt yola düşürsən ? ( Lusia soruşdu )

  • 3 saatdan sonra. ( üzünü Pedroya çevirərək ) Pedro, istiyirəm siz də mənimlə gələsiniz. əgər razı olsan orda sizin üçün iş və qalmaq üçün yer təşkil eliyərəm. Nə deyirsən ?

  • Ata razı ol ( Lusia diləndi ) argentinaya qayıtsq yenə də eyni problemlərlə qarşılaşacağıq

  • Sənin ölkən çinə yaxındır ? ( Xose soruşdu )

  • Baxır xəritənin ölçüsünə

  • Yaxşı. fikirləşərəm ( Pedro qəbristanlığa tərəf addımladı )

4-lük sırayla düzülmüş məzar daşlarına baxa-baxa qəbristanlığın içi ilə ağır-ağır irəlilyərək bələdçinin köməkliyi ilə Mariyanın qəbrinə yaxınlaşdılar. Qəbrin yanına çatanda Pedro bayaqdan əlində gəzdirdiyi gülləri məzarın üstünə qoydu. Xoseylə Lusia qəbrin yanında diz üstə oturaraq ağlamağa başladılar

- başınız sağ olsun ( Samir astadan dilləndi )

Pedro başını aşağı-yuxarı yelləməklə təşəkkürünü bildirdi


  • siz burda qalın. Mən gedib digər məzarları da ziyarət eləyəcəm. çıxışda görüşərik

Samir onlardan ayrılıb məzarlığı gəzməyə başladı. Müxtəlif ölkələrdən və müxtəlif yaşlarda olan minə yaxın insanın bir qəbristanlıqda dəfn olunduğu bu ərazini gəzərkən Samir öz-özünə düşündü “ ( beynəlxalq qəbristanlıq ) buranın adını məhz belə qoymaq lazımdır. “ bir xeyli gəzdikdən sonra nəhayət yorulub geri qayıtmaq qərarına gəldi. Pedro uşaqlarla birgə onu maşının yanında gözlüyürdü. Samirin yaxınlıaşdığını görüb dedi

  • mən sənin təklifini qəbul eliyirəm

  • bu ən doğru seçimdir

  • ancaq həmişəlik yox. Bir az pul qazanıb yenidən vətənimə qayıdacam

  • sənin istənilən seçiminə hörmətlə yanaşıram

Samirgili aeroportda Almeyda yola salırdı. Samir Almeydanın əlini sıxıb dedi

  • bura gəldiyim gündən sizin işinizi artırmışam. Buna görə məni bağışlayın

  • ispaniyaya gəldiyin gündən çox əziyyət çəkdin. Ancaq Lusiayla sən olmasaydınız gələcəkdə “ xatirə “ qəbristanlığının ərazisi daha böyük olacaqdı

  • bir daha hər şey üçün sizə və qərərgahın bütün işçilərinə dərin təşəkkürümü bildirirəm

  • ( Almeyda cibindən qatlanmış kiçik bir kağız parçası çıxardaraq Samirə verdi ) istəmirəm burdan yalnız mənfi xatirələrnən gedəsiniz. Bu kağızda yazılanları təyyarə havaya qalxdıqdan sonra açıb oxuyarsan. Səni bakı aeroportunda mənə verdiyin siyahıdakı insanar qarşılayacaq

  • Belə yaxşıdır. Adam çox olanda bilmirsən kiminlə görüşəsən

Samir təyyarənin trapına yaxınlaşanda Almeyda arxadan qışqırdı

təyyarə havaya qalxdıqdan yarım saat sonra Samir kağızı cibindən çıxardaraq açıb oxumağa başladı “ Lusiadan oğlun olsa adını Almeyda qoyarsan ” cümləni oxuyub qurtardıqdan sonra gülümsünərək Lusiaya baxdı. Lusia atasının yanında oturaraq başını onun çiyninə söykəyib fikrə getmişdi.

Bakı. Azərbaycan



Təyyarə bakıya çatanda hava artıq qaralmışdı. Samir təyyarədən enib aeroportun binasına girəndə onu ilk əvvəl Mahmudov qarşıladı. Samir onula görüşdükdən sonra Əziz və Akiflə də görüşüb qonaqlara onları tanış etdi

  • bunlar argentina vətəndaşlarıdırlar. Bir müddət bizim qonağımız olacaqlar

  • bizim qonaq qarşılamaqda heç vaxt problemimiz olmayıb ( Mahmudov dedi ) nə qədər istəsələr qala bilərlər

  • çox sağ olun ki məni qarşılamaq üçün bura qədər əziyyət çəkdiniz

  • nə danışırsan Samir ? ( Əziz dilləndi ) bizə xoşdu. Şükür ki sağ-salamat geri döndün

  • başıma sizə danışılası o qədər əhvalat gəlib ki. Imkan düşdükcə hamısını danışacam. Indi isə getsək yaxşıdır, Əlidən ötrü elə darıxmışam ki

  • getməyinə mütləq gedəcəyik. ( Akif skamyanı göstərdi ) Ancaq sən əvvəlcə burda otur

Samir heç nə başa düşməyərək Akifin dediyini elədi. Samir oturan kimi Akif başını arxaya çevirib qışqırdı

bir-neçə saniyə sonra yaxınlıqdakı divarın tinindən çıxan Əli - əmi - deyə qışqıraraq özünü Samirin qucağına atdı. Samir onu bir-xeyli öpüb-oxşadıqdan sonra başını qaldırıb soruşdu

  • bu sürprizə görə kimə borcluyam ?

  • Almeydaya. ( Akif dedi ) sən əliylə birlikdə evə get. Qonaqları hara lazımdırsa mən apararam

  • onlar bizdə qalacaqlar

Samir Asiflə də görüşdükdən sonra hamı birlikdə aeroportdan çıxıb maşınlara oturdular. Samir, Əli, Lusia və Mahmudov eyni maşında əyləşdilər. bir qədər getdikdən sonra Samir əlini qabaqda oturmuş Mahmudovun çiyninə toxunduraraq soruşdu

  • mərkəzdə vəziyyət necədir ?

  • bərbad. Hər kəs çaşqınlıq içindədir. Sənin yoxa çıxmağın, Muradın cinaykar qrupa başçılıq etməsi, “ söyüd yarpağı ” təşkilatı ilə bağlı televizorda verilən xəbərlər adamları əməlli-başlı vahiməyə salıb. Gün ərzində mərkəzə yüzlərlə zəng olunur. Bütün əlillər çox narahatdırlar

  • onları qınamaq olmaz. Bütün ümidləri bizim mərkəz idi. ( səsinə ruh yüksəkliyi qataraq ) eybi yox, 10-15 günnən heç nə olmaz. 2 gündən sonra biz yenə əvvəlki qüdrətimizi qaytaracayıq

  • buna şübhəm yoxdu

  • sən belə elə. Sabah Əzizlə Akifi də götür, işə başlayın. Ilk öncə mərkəzin bütün işçilərinə xəbər elə birisigün işə çıxsınlar. Jurnalistlərə də xəbər elə. Birisigün mərkəzdə mətbuat konfransı keçirdcəm və “samir” mərkəzi yenidən rəsmi olaraq fəaliyyətə başlayacaq

  • bəs xaricdəki filiallar ?

  • birisigün “samir” mərkəzinin bütün filiallarına mənim imzamla rəsmi bildiriş göndəriləcək. Qoy onlar da bir gün sonra işə başlasınlar

maşınlar Samirin yaşadığı evə çatanda Əli Samirin qucağında yuxuya getmişdi. Pedro onu Samirdən alaraq qucağına götürdü. Samirgil maşınlardan düşəndən sonra Samir Mahmudova dedi

  • müəllim buyurun evə, bir stəkan çay için sonra gedərsiniz

  • sağ ol. Qalsın gələn dəfəyə. Artıq gecdir, həm də yol sizi yorub. Yatıb dincəlin

  • ( Samir üzünü sürücüyə tutub dedi ) sabah 11-də bizdə olarsan. Qonaqlara şəhəri göstərəcəm

mənzilin qapısına çatanda Samir dedi

  • Lusi çantada açarlar olmalıdır, üstündə də gümüşdən qılınc bruloku var

  • boynundan asdığın qılınc kimi ?

  • hə. Bunun kimi

qapını açıb içəri girəndən sonra Samir otaqlardan birini göstərib dedi

  • pedro, uşağı o otaqfakı çarpayıya uzat, sonra gəl evdəki bəzi yerləri sizə göstərim

Pedro qayıtdıqdan sonra Samir Pedrogili evlə tanış elədikdən sonra Lusia soruşdu

  • yer salmaq üçün içəridəki çarpayının üstünə yığılan yorğan-döşəklərdən istifadə edə bilərəm ?

  • əlbəttdə. Pedronun yerini divanda sal, Xoseylə sən yan otaqda yatacaqsınız, mən isə Əliylə birlikdə öz otağımda

Lusia yerləri açandan sonra yorğun olduqlarından hamısı uzanıb yatdılar.


Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin