Vəziyyətin necə olursa olsun. ÖZÜNLƏ FƏxr et ! GİRİŞ



Yüklə 1,17 Mb.
səhifə41/46
tarix02.01.2022
ölçüsü1,17 Mb.
#1443
1   ...   38   39   40   41   42   43   44   45   46
HADİSƏDƏN 9 GÜN SONRA

Bakı. Azərbaycan



Səhər işə gələndə Akif onu qapıda qarşılayıb görüşərək dedi

  • buyurun iclas zalına. Mərkəzin bütün işçiləri sizi orda gözlüyür

Samir iclas zalına girən kimi mərkəzin bütün işçiləri onu ayaq üstə alqışlamağa başladılar. Samir jurnalistlərin də artıq zalda olduqlarını görüb tribunaya gedərək çıxışa başladı

  • salam dostlar. Burda olmadığım 20 gün müddətində hər birinizin qəlbində və fikrində olduğumu bilirəm. itgin düşdüyüm vaxtlarda mənnən ötrü necə həyacan keçirtdiyinizi və mənim üçün nə qədər dua etdiyinizi də bilirəm. əgər bunları hardan bildiyim sizlər üçün maraqlıdırsa cavab çox sadədir. Çünki biz bir ailəyik, çünki mən bu sevgini və bu duaları hiss eliyirdim, məni amansız qatildən xilas edən də bu dualar idi, vəhşi heyvanlarla dolu meşədən sağ-salamat çıxardan da sizin və minlərlə əlilin etdiyi dualar oldu, məni mənə tərəf atılan saysız-hesabsız güllələrdən qoruyan da dualarınız idi. Mən bu dualara görə sizə minnətdaram, mən dualarınızı qəbul etdiyinə görə tanrıya minnətdaram. Mən sizə-mənə qoyduğunuz hörmətə və bəslədiyiniz sevgiyə görə minnətdaram. O hörmət ki, mənə hər zaman və hər yerdə özünəinam yaradırdı, o sevgi ki, istər əsirlikdə olum, istərsə də vəhşi təbitədə mənə geri dönmək üçün stimul verirdi. Bütün bunlara görə mən sizin qarşınızda baş əyirəm. ( işçilərin qarşısında baş əydikdən sonra sözünə davam elədi ) bu 20 gündə mənimlə bərabər sizlər də əziyyət çəkdiniz, dünyanın müxtəlif yerlərində bu mərkəzə üzv olan və sayları minlərlə ölçülən əlil insanlar da əziyyət çəkdilər. Bəlkə də gələcəyini “samir” mərkəzində görən yüzlərlə əlil bu mərkəzin bağlandığını eşidərək ümidsizliyə qapılıblar. Mən üzümü həmin insanlara tutub deyirəm - bundan belə başınızı dik tutun, bu gündən sonra üzünüzdə yalnız təbəssüm olsun - mən üzümü bu mərkəzlə əlaqsəsi olan və olmayan hər bir kəsə tutub deyirəm - BU GÜNDƏN ETİBARƏN “SAMİR” MƏRKƏZİ ÖZ FƏALİYYƏTİNİ RƏSMİ OLARAQ DAVAM ETDİRİR - ( bir dəqiqədən çox sürən alqışdan sonra sözünə zarafatla davam etdi ) bu qədər məzuniyyət bəs eliyər, haydı hər kəs öz işinin başına

iclas zalından çıxdıqdan sonra birbaşa kabinetinə gəlib kresloda əyləşdi. Kabinetinə fəxrlə göz gəzdirib düşündü “ görəsən bu mərkəzə görə başıma daha nə gələcək ? ” telefonu götürüb katibəsinə dedi

  • Anna, Teymuru yanıma çağır

bir neçə dəqiqədən sonra içəri uzunboylu və arıq bir oğlan girdi. Üzünün arıq olması qulaqlarını böyük görsədirdi. Samir oturmaq üçün ona yer göstərib dedi

  • sən bir müddət Muradın köməkçisi olmusan, istəyirəm bu gündən sonra Muradın yerində işləyəsən, yəni mənim sağ əlim olasan. Bacararsan ?

  • bacarmasam belə sizin etimadınızı qazanmaq və Muradı əvəz edə bilmək üçün var qüvvəmlə çalışacağıma söz verirəm

  • Muradın yerini başqa mənada tutma, bu mənə bəs eliyir. Ilk işin şöbə rəhbərlərini bura toplamaqdır. Görəcəm də nə bacarırsan

şöbə rəhbərləri kabinetə yığışdıqdan sonra Samir onlarla yarımçıq qalan işlər və gələcək layihələr haqda müzakirə apardıqdan sonra digərlərinin də razılığı ilə Mahmudovu şöbə müdirlərinin rəhbəri vəzifəsinə seçdi. Iclasın sonunda mətbuat şöbəsinin rəhbərinə dedi

  • sabahdan başlayaraq 10 gün ərzində bütün qəzet və televiziyalarda mərkəzin işinin davam etdirməsiylə bağlı sujetlər və elanlar yerləşdirin. Qoy mərkəzə üzv olan və olmaq isytəyən bütün fiziki qüsurlu insanların bundan xəbəri olsun ( üzünü xarici işlər departamentinin rəhbərinə çevirib əlavə etdi ) sən isə rəsmi bildirişi hazırla gətir mənə. Mən onu imzaladıqdan sonra tez bir zamanda “samir” mərkəzinin bütün filiallarına göndər. ( üzünü kadrlar şöbəsinin müdirinə çevirdi ) Bu gündən etibarən Teymur mənim müavinim və köməkçim olacaq. Bunu rəsmi olaraq qeydə alarsan. Sabah bura Pedro adlı bir nəfərlə gələcəm, onu sürücü kimi mrkəzdə qeydiyyata alarsan. Yolları tanıyana qədər mənim sürücümün yanında köməkçi işləyəcək, sonrasına baxarıq. Hələlik isə evə gedə bilərsiniz, işimiz 1-2 günə ancaq qaydasına düşəcək

şöbə müdirləri getdikdən yarım saat sonra xarrici işlər departamentinin rəhbərinin gətirdiyi bildirişləri imzalayıb Teymuru yanına çağırdı

- sürücüyə denən hazır olsun. 10 dəqiqəyə çıxıram

Samir şəhərdəki qızıl dükanlarından birinə gedərək briliyant qaşlı gözəl bir qadın üzüyü alıb geri qayıtdı. Kabinetə girdikdən sonra aldığı üzüyü masanın üstünə qoyaraq ona tamaşa edə-edə bir xeyli fikirləşdikdən sonra Lusiyaya zəng vurdu


  • salam əzizim. Evdə vəziyyət necədir ?

  • hər şey qaydasındadır. Atamla Xose şahmat oynuyurlar, Əli isə cizgi filminə baxır

  • Pedroya denən onu işə düzəltdim. Sabahdan sürücü kimi işə çıxacaq. Özün isə hazırlaş, gedək dəniz kənarında təmmiz hava qəbul edək

  • bəs evdən necə çıxacam ?

  • deyərsən Samirlə kitab almağa gedirəm. azərbaycanca-ispanca lüğət kitabı

Samir Lusiayla sağollaşıb üzüyü götürərək otaqdan çıxdı.

Sumqayıt. Azərbaycan



Lusiayla birgə dəniz kənarında maşından düşəndə sürücüyə dedi

  • buralarda ol. 1 saatdan sonra lazım olassan

sahil boyu, qumların üstü ilə bir az gəzdikdən sonra skamyalarını birində oturub söhbətə başladılar

  • mənə özün haqda danış ( Samir dedi ) keçmişin, argentinadakı həyatın, gələcək haqda olan arzuların, xoşladığın və xoşlamadığın şeylər haqda danış

  • xaxşı danışaram. Ancaq sonra növbə sənindir

  • oldu. Mən razı

  • mən paytaxt buones-ayresdə doğulmuşam. Uşaqlığım da orda keçib. Atam həmişə.......

Lusia özü haqda məlumatları, keçmişi haqda olan xatirələrini, gələcək haqda olan xəyallarını, öz mənfi və müsbət xasiyyətlərini danışdıqca sakitcə ona qulaq asan Samir, qarşısındakı bu mehriban, şirindil və gülərüz qızı sanki özü üçün yenidən kəşf edirdi. Lusia danışdıqca Samir bütün varlığı ilə ona diqqət kəsilirdi. Ona elə gəlirdi ki diqqətini bir anlıq da olsa dağıtsa bu qızın həyatından hansısa parçanı birdəfəlik itirə bilər. O isə bunu istəmirdi. Lusia ona bütöv lazım idi, keçmişiylə və gələcəyiylə

  • bax belə ( Lusia sözünü bitirdi ) indi sən mənim haqqımda hər şeyi bilirsən. Indi növbə sənindir

  • mən bu şəhərdə doğulmuşam. Uşaqlığım haqda çox şey deyə bilmərəm, fiziki vəziyyətimlə əlaqədar olaraq bütün günüm evdə keçdiyindən uşaqlığımla bağlı elə də çox xatirəm yoxdur. Orta məktəbi evdə bitirmişəm, xüsusi məktəbin göndərdiyi müəllimlər mənə evimizdə dərs deyirdilər. Bir riyaziyyat müəllimim vardı. həmişə məni...............

Samir özü haqda olan xatirələrdən, ailə üzvlərinin həlak olmasından, “samir” mərkəzini yaratmasından, qurmaq istədiyi və həmişə xəyalında yaşatdığı basketbol komandasından və gələcək ailəsinin necə olmasını istəməyindən danışıb sözünü bitirdi

  • bu qədər. ( bir az pauza verərək üzüyü cibindən çıxardıb Lusiaya dedi ) Mənim həyatımda heç vaxt romantika olmayıb, mən qızlarla necə davranmağı bilmirəm, mən romantik evlilik təklifinin necə ediləcəyini də bilmirəm. Bu üzüyü sənə qeyri-adi şəkildə vermək istərdim. Ancaq bunu necə edəcəyimi bilmədim. ( bir-iki saniyə dayandıqdan son ra üzüyü Lusiyaya tərəf uzadıb soruşdu ) Lusi mənə ərə gələrsən ?

  • ( Lusia başını aşağı salıb astadan soruşdu ) axı sən məni hələ yaxşı tanımırsan, niyə tələsirsən ?

  • Bizim bir yerdə olduğumuz müddətdə heç vaxt fikir ayrılığımız olmayıb, həmişə sözlərimiz də, fikirlərimizdə, dünya görüşümüz də üst-üstə düşüb. Biz eyni dünyanın adamlarıyıq Lusi, biz mütləq bir yerdə olmalıyıq



  • Necə ?

  • Hə. Cavabım hə-dir

  • Hə ?



  • Hə ?

  • Hə, hə, bir daha hə

  • ( Samir sevinc içində Lusianı qucaqlayıb dedi ) mərkəzdəki işləri yoluna qoyum, Xosnin üzünü güldürəcəm

  • Xosenin ?

  • Hə də xosenin. Həmişə demirdi ki bu qız ərə də getmir canımız qurtara ?

Hər ikisi bir xeyli güldükdən sonra Lusia soruşdu

  • bəs kitab məsələsini neyniyək ?

  • almışam, maşındadı

  • bəs üzük ?

  • onu hələlik gizlət. Işləri yoluna qoyandan sonra hamıya deyərik

dənizin təmmiz havasını uda-uda bir xeyli söhbət etdikdən sonra evə qayıtdılar.


Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin