HADİSƏDƏN 45 GÜN SONRA
Bakı. Azərbaycan
Telefon zəng çalanda Samir kabinetində oturaraq əlləri ilə başını tutub, dərin fikirə getmişdi. Düşüncəsindən tam ayrılmadığına görə özünə gəlmək üçün bir-neçə saniyə telefona baxdıqdan sonra nəhayət ki dəstəyi götürüb ağır-ağır dilləndi
-
alo
-
müəllim. Əziz dedi ki məni axtarırmışsınız. Buyurun
-
telefonun niyə söndürmüsən ?
-
bayaq əlimdən düşdü qırıldı. Sabah mütləq yenisini alacam
-
qulaq as Teymur. Saat 4 üçün hazırlıq gör, sosial müdafiə nazirliyi ilə görüşə gedəcəm
-
baş üstə
dəstəyi yerə qoyan kimi qapı döyüldü. - girin - deməsindən sonra Mahmudovla Əziz içəri girib divanda oturdular. Samir onların nə üçün gəldiklərini başa düşsə də öz dillərindən eşitmək istədi
-
buyurun. Eşidirəm
-
sən belə eliyə bilməzsən Samir. Buna haqqın çatmır ( Mahmudov dedi )
-
təhhssüf eliyirəm müəllim. ancaq artıq vaxt yetişib
-
hansı vaxtdan danışırsan ? sənin ki heç 30 yaşın da yoxdur. Indidən belə 20 il də bu vəzifədə qalıb işləyə bilərsən
-
məsələ yaşda deyil. Mənim yalnız bir istəyim vardı “ fiziki qüsurlu insanlar da bu həyatın hər bir anında özlərini tapsınlar ” mən istəyimə çatdım. Dünyanın demək olar ki bütün ölkələrində həm sağlam insanların əlillərə qarşı yanaşma və baxış tərzi dəyişib, həm də əlil insanların dünyagörüşləri və həyata baxışları. Fiziki qüsurlu insanların artıq heç kimə, hətta mənə də ehtiyacları yoxdur. Bax buna görə deyirəm ki artıq vaxt yetişib. Mənim yerimi tutacaq şəxs sadəcə olaraq işlərin yolunda getməsinə və nizamlı şəkildə olmasına nəzarət edəcək vəssalam
-
necə bilirsən, belə bir beynəlxalq mərkəzi sənsiz idarə etmək mümkün olacaq ? ( Əziz soruşdu ) axı sənin belə nəhəng təşkilatı hansı sistemnən idarə etdiyini heç kim bilmir. Necə fikirləşirsən yeni bir sistem mənfi nəticələrə gətirib çıxartmaz ki ?
-
“samir” mərkəzi sizlərin sayəsində bu mərtəbəyə yüksəlib, bu uğuru davam etdirə biləcəyinizə inandığım üçün bu mərkəzi sizlərin ixtiyarına verirəm. mənim idarə sistemim sizlər idiniz, “samir” mərkəzinin bütün içiləri. Bayaq da dediyim kimi yeni rəhbər sadəcə olaraq işlərin nizamlı və qaydasında getməsinə nəzarət edəcək, bütün işləri isə sizlər görəcəksiniz. Çünki “samir” mərkəzinin işçiləri nə edəcəyini çox yaxşı bilir və ən əsası mən sizə güvənirəm
-
Burdan gedəndən sonra nə işlə məşğul olmaq fikrindəsən ?
-
Ya ispaniyaya, ya da argentinaya köçmək fikrim var. Həmin ölkələrin birində sırf azərbaycan mətbəxinin təqdim olunacağı bir restoran açmaq istəyirəm
-
Niyə azərbaycanda qalmaq istəmirsən ki ? bu ölkədə qalıb yaşamalı yerlər çoxdu
-
Məsələ ölkə ilə bağlı deyil, mən dünyanın heç bir ölkəsini vətənimdən üstün tutmuram. Sadəcə olaraq əgər mən azərbaycanda qalsam, istəməsəm də belə mərkəzlə əlaqəm olacaq. Ona görədə bir müddət uzaqlaşmaq istiyirəm. vətənimdəki baş ofisin rəhbərliyindən çıxıb hansısa bir ölkədəki filialda işləməyim ağlabatan deyil
Samirin başı Mahmudovgillə söhbətə qarışdığından nazirlə görüş tamam yaddndan çıxmışdı. Teymur zəng vurub xəbər verməsəydi yəqin ki gecikəcəkdi. Əzizgilə - hələlik - deyib tələsik otaqdan çıxdı.
Maşın nazirliyin həyətinə girəndə Samir nazirin bu xəbərə necə reaksiya verəcəyini düşünürdü. Kabinetə girəndə nazir oturmaq üçün ona yer təklif eləyib dedi
-
dünən zəng vurub mənimlə görüşmək istədiyini bildirməsəydin bu gün mən sənə zəng vuracaqdım. Bir neçə məsələylə bağlı səninlə görüşmək istəyirdim
-
həmişə olduğu kimi bu dəfə də fikirlərimiz və istəklərimiz üst-üstə düşmədi ( Samir kresloda yerini rahatladı )
-
deyəsən gəlişinin səbəbi çox ciddidi. Buyur eşidirəm
-
( cibindən qatlanmış vərəq çıxardaraq nazirə uzatdı ) istəyirəm buna qol çəkəsən
-
Bu nədi ? istefa ərizəsi ? ( nazir vərəqi aça-aça istehza elədi və bir neçə cümlə oxuduqdan sonra təccübdən böyümüş gözlərini Samirə dikib dedi ) bax bunu gözləmirdim
-
Təəccüblü bir şey yoxdur, mən lazım olan addımı atıram
-
Mən sənin fiziki qüsurlu insanlar üçün etdiklərini dəstəkləyirəm və alqışlayıram, bu işdə də həmişə sənə dayaq olmağa hazıram. əgər bu qərarın mənimlə bağlıdırsa elə bu dəqiqə bu vərəqi cırıb tullayaq. Çünki mən sənin həmişəlik işdən çıxmanı yox, sadəcə bir müddət istirahət etməni istəyirdim
-
Xeyr cənab nazir, bu qərarımın sizinlə heç bir əlaqəsi yoxdur. Sadəcə fikirləşirəm ki bəs edər, dayanmaq vaxtıdır
-
Onda mənim sadə bir sualıma cavab ver
-
Buyur
-
Mənə maraqlıdır niyə mən keçən dəfə sənə bir müddət bu işdən uzaqlaşmağı təklif edəndə o cür etiraz eliyirdin ? bu bir ayda nə dəyişdi ki ?
-
əgər qaradərili bir insanı dərisinin rənginə görə sıxışdırsaq, onu işə götürməsək, fiziki və mənəvi əzab versək, onu hər addımda sıxışdırsaq və ya sadəcə bizimlə eyni aftobusda getməsinə mane olsaq bu olar irqçilik. Yox əgər biz həmin qaradərili insanı işə götürərkən dərisinin rənginə görə ona daha yüksək vəzifə versək, qaradərili insan görəndə yerli-yersiz ona həddən artıq diqqət və qayğı göstərsək, aftobusda gedərkən həmin aftobusa qaradərili bir insan minərkən tez durub yerimizi ona versək bax bu da olur irqi ayrı-seçkilik. yəni dərisinin rəngi qara olduğuna görə hər hansı bir insana səbəbsiz yerə pislik etmək irqi ayrı-seçkilikdirsə həmin insana dərisinin rənginə baxaraq səbəbsiz yerə yaxşılıq eləmək də irqi ayrı seçkilikdir. Fiziki qüsurlu insanlarla bağlı məsələ də buna bənziyir. Bu mərkəzi yaradarkən mənim tək arzum fiziki qüsurlu insanıların sağlam insanlarla eyni səviyyədə dayanması idi və mən arzuma çatdım. Artıq cəmiyyətdə hər hansısa bir insanın var olan qüsuruna demək olar ki fikir vermirlər. əgər biz bu sahədə gördüyümüz işləri daha da artırsaq qüsurlu və sağlam insanların arasında olan balans yenidən pozulacaq. əgər biz fiziki qüsurlu insanları sağlam insanlardan üstün tutmağa çalışsaq bu sağlam insanlarda əlillərə qarşı ikrah hissi, əlillərin özlərində isə lovğalıq yaradacaq. ona görə də düşünürəm ki işləri bu səviyyədən yuxarı qaldırmaq əlillərin özləri üçün ziyandır. Mənim yerimə bu vəzifəyə gələcək adamın tək işi bu balansı qorumaq olacaq
-
niyə sən özün qalıb bu balansı qorumursan ? axı sən bu mərkəzin ən incə işlərinə belə bələdsən, bu işi səndən yaxşı heç kim görə biməz
-
məsələ burasındadır ki baş ofisdən tutmuş düyadakı bütün filiallarına qədər “samir” mərkəzinin bütün işçiləri və bu mərkəzə üzv olan bütün insanlar hər gün məndən yeni bir şey gözləyir, bütün əlillərin canlı simvoluna çevrilmişəm, dünyada minlərlə insan məni özünə ideal seçib. əgər bu vəziyyətdə balansı saxlamaq üçün heç nə etməsəm məni qəhraman sayan bu qədər insanı məyus etmiş olacam, yox əgər irəli getsəm bayaq da dediyim kimi balans pozulacaq
-
bu hərəkətin bir az gözlənilməz oldu. yeni rəhbər təyin edilənədək və həmin adam işlərə alışanadək hələ bir müddət də sənə ehtiyacımız olacaq
-
nə qədər lazımdırsa gözləyərəm
Samir nazirlə sağollaşıb mərkəzə qayıdan kimi işlərin təhvil verilməsi və yeni rəhbərin işlərə tez alışması üçün planlar paketi hazırlamağa başladı.
5 gündən sonra nazir 12 nəfərin anketini Samirə göndərib seçim hüququnu ona verdi. SAmir növbəti 4 gün ərzində anketləri və namizədləri diqqətlə incələyərək 12 nəfərin içindən bu iş üçün ən layiqli olanını seçərək nazirə həmin adamın bu vəzifəyə təyin olunmasını istədiyini bildirdi. 2 gün sonra nazir, Samirin seçdiyi suleyman adlı adamı Samirin yerinə təyin etdiyini bildirdi. Samir isə öz növbəsində keçiriləcək möhtəşəm tədbirlə həmin adamın mərkəzin işçilərinə və ictimaiyyətə təqdim olunması üçün hazırlıqlara başladı. Bu tədbir həm də onun üçün vida mərasimi idi və o “samir” mərkəzində son çıxışını etməliydi.
4 gün sonra mərkəzin tədbir zalı başdan-ayağadək insanlarla dolu idi. Mərkəsin şöbə rəisləri, filial rəhbərləri, müxbirlər, mərkəzlə əməkdaşlıq edən təşkilat və şirkətlərin rəhbərləri, dövlət nümayənələri, xarici qonaqlar və fiziki qüsurlu insanlardan ibarət böyük bir insan ordusu mərkəzin tədbir zalına toplaşaraq yığıncağın başlamasını gözləyirdilər. tədbiri əmək və əhalinin sosial müdafiə naziri açdı
-
salam mehriban dostlar, hörmətli qonaqlar. bilirəm ki hər biriniz səbirsizliklə Samirin son çıxışını necə edəcəyini gözləyirsiniz, ona gör də çalışacam ki nitqimi qısa eliyim. mənim bu gün tribunasına çıxıb danışdığım bu mərkəz yaranmasından heç bir il ötməsinə baxmayaraq dünya miqyasında çox möhtəşəm, lazımlı və nüfuzlu bir təşkilat səviyyəsinə qalxdı. “samir” mərkəzinin bu mərtəbəyə qalxmasında əməyi olan və zəhmət çəkən hər bir kəsə dərin təşəkkürümü bildirirəm. ancaq hər biriniz mənimlə razılaşarsınız ki “samir” mərkəzinin qısa zamanda bu səviyyəyə qalxmasında əsas pay sahibi olan Samirdir ki o öz ağlı, biliyi, istedadı və yenilməz iradəsi sayəsində sağlamlıqlarını itirmiş insanların gələcəyə daha inamla baxmaları üçün belə bir ümid qapısı yaratdı. Könül istərdi ki belə bacarıqlı və zəhmətkeş bir insan hər zaman bizimlə olsun və bizlər də bir vətəndaş olaraq onun cəmiyyət üçün gördüyü belə möhtəşəm işlərə baxıb qürur hissi keçirdək. Ancaq, Samir görülən bu işlərin tək onun adı ilə yox, həm də sizlərin adı bağlı olmasını istədiyi üçün “samir” mərkəzini sizlərin ixtiyarına verməyi qərara aldı və bu mərkəzin rəhbərliyi vəzifəsindən istefa verdi. Öz yerinə isə suleyman babayev adlı bir şəxsi təyin etməmi istədi ki sizlər bir azdan onunla tanış olacaqsınız. Mən təklif edirəm ki Samiri “samir” mərkəzini fəxri prezidenti seçək və bu barədə mərkəzin nizamnaməsində də qeyd edək. ( zaldan qopan güclü alqış sədalarından sonra dedi ) təklifimə müsbət cavab vediyiniz üçün sağ olun. Indi isə daha güclü alqış istəyirəm. çünki bu tribunaya “samir” mərkəzinin fəxri prezidenti, bütün əlillərin ürəyində taxt qurmuş bir insanı, bu zalda olan hər bir insanın sevimlisi Samir İmanovu dəfət edirəm
zaldakıların ayaq üstə çaldığı gur alqış səsləri altında səhnəyə daxil olan Samir, aram-aram tribunaya tərəf gedərkən Teymur Samirin oturması üçün tribunaya stul qoyurdu. Samir tribunaya çatıb oturduqdan sonra sağ əlini yuxarı qaldıraraq hamını sakitliyə dəvət etdi. hamı oturduqdan sonra isə sözə başladı
-
salam əziz dostlar. Ilk öncə mənə göstərdiyi diqqətə və verdiyi dəyərə görə hörmətli nazirimizə dərin təşəkkürümü bildirirəm. təxminən bir il bundan əvvəl mən bu kürsüyə çıxıb nitq söyləyəndə məni dinləyənlərin üzündə inamsızlıq, əlillərin qəlbində ümid işığı, mənim isə beynimdə planlar və layihələr var idi. “samir” mərkəzi yarananda çoxları onun uğur qazanacağına inanmırdı. Ancaq bu baş verdi. Çünki sizlər mənə dəstək verirdiniz, çünki sizlər mənə inanırdınız. Mən hər dəfə yeni bir layihəyə başlayanda bunu yalnız və yalnız sizlərə güvənərək edirdim. Bu müddət ərzində mənə inandığınıza görə, mənə dəstək verdiyinizə görə, öz işinizə sevgi və məsuliyyətlə yanaşdığınıza görə, ağır və çətin anlarda hər zaman mənə kömək olduğunza görə, “samir” mərkəzinin inkşafı naminə çəkdiyiniz əziyyətlərə görə hər birinizə ayrı-ayrılıqda təşəkkür edirəm, sizləri öpüb bağrıma basıram və hər birinizin qarşısında baş əyirəm. filankəs demişkən “ yolu olan yerə hər kəs gedər. əsl hünər yolu olmayan yerə getməkdir ” biz yolu olmayan bir zirvəyə tərəf yol aldıq və ləyaqətli bir şəkildə zirvəyə çatdıq. Buna görə mən sizin hər birinizlə fəxr edirəm. geri dönüb gəldiyimiz yolun başlanğıcına baxanda çarəsiz və ruhdan düşmüş əlilləri, bir qolu olmadığına görə bütün günü öz otağında oturub “ görəsən sabahım necə olacaq ” deyə düşünən bir kişini, qucaqlarındakı körpələrini oynadan analara həsrətlə baxan ayaqdan əlil gənc qızı, əlillərə yazıq və hər şeyə möhtac gözüylə baxaraq özünü onlardan qat-qat üstün sayan və lovğalıq edən minlərlə sağlam insanı görürdümsə, çatdığımız zirvəyə baxanda tamam başqa mənzərəni görürəm. sağlam insanların fiziki qüsurlu insanlara qarşı olan fikirləri və təsəvvürləri 360 dərəcə dəyişib, artıq hansısa fiziki qüsuru olan bir insan sabahının dərdini çəkməkdənsə bu gün hansı işi görüm deyə özü üçün püşk atır, ukraynada bir ayaqdan əlil qadın siyasətçi ali radaya üzv seçilib, hollandiyada telekanalların birində aparırıcılıq edən və möhtəşəm şoumenlıik bacarığına görə gənclərin sevimlisinə çevrilən bir oğlanın hər iki qolu dirsəkdən yuxarı yoxdur, mərakeşdən olan gözdən əlil bir müğənni konsertlər vermək üçün dünya turnesinə çıxıb. Bütün bu saydığım dəlillər və saymadığım minlərlə faktlar “samir” mərkəzinin fəaliyyətinin nəticəsidir. Artıq hər bir əlil bunu bilməlidir ki bədənin hansısa bir üzvündən məhrum olmaq dünyadan məhrum olmaq deyil. Sadəcə olaraq fiziki vəziyyətə uyğun bir sahəni seçərək o sahədə uğur qazanmağa çalışmaq lazımdır. Belə olan halda xoşbəxtlik özü gəlib sizi tapacaq. əgər dağın zirvəsinə qalxmaq çətindirsə təssəvvür edin ki bunu 100 kiloluq yüklə etmək necə çətindir. Bizim işimiz də buna bənzəyirdi. Işimizin ən çətin və ən qızğın vaxtlarında ortaya Murad və onun yaratdığı “ söyüd yarpağı ” təşkilatı çıxdı. əlilləri oğurlayaraq onların daxili orqanlarını satanlar bizə nə qədər mane olmaq istəsələr də, bizim mərkəzdən istifadə edərək əlillərə ziyan vurmağı düşünsələr də, silah gücünə bizdən üstün olaraq bizi yolumuzdan döndərməyə çalışsalarda bacarmadılar. Çünki bizim yolumuz haqq yoludur və ALLAH hər zaman nəzərini bizim üzərimizdə saxlayır, çünki biz bir ailəyik və hər birimiz bu ailəyə görə canımızdan da keçməyə hazırıq. necə ki bunu
bizim əməkdaşlarımız, can yoldaşlarımız etdi. Eldar, Zaur, Ayxan, Devd, Akif, Asif, vəzifə borclarını layiqincə yerinə yetirərək cinayətkarlarla mübarizədə həlak olan polçis işçlər və “samir” mərkəzinə üzv olduqları üçün cinayətkarlarn əlinə keçən bir ox fiziki qüsuru insanlar. Mən ALLAHdan onların hər birinə rəhmət, ailə üzvərinə isə səbr və dözüm diliyirəm. Ümid edirəm bu mərkəzin yeni rəhbəri Suleyman müəllimin bütün tapşırıqlarına əməl edəcəksiniz və mən bundan sonra da “samir” mərkəzi haqda yalnız və yalnız xoş xəbərlər eşidəcəm. Bu işdə hər birinizə uğurlar arzulayıram. ALLAH köməyiniz olsun. SAĞ OLUN.
Samir sözünü bitirən kimi zaldakı bütün insanlar ayaq üstə qalxaraq onu alqışlamağa başladılar. Samir stuldan qalxaraq kastellərini götürüb alqış sədaları altında yavaş-yavaş kənardakı qapıya doğru irəlilməyə başladı. Gedə-gedə bu tribunaya ilk gəlişini xatırladı. O günkü həyacanı, əlil arabasında tribunaya yaxınlaşmağını, ürkək nəzərlərlə zaldakıları süzərək titrək səslə sözə başlamasını, zaldan gələn alqışları başladığı işinin ilk uğuru kimi qəbul etmsini. O vaxtdan bəri bəlkə də çox şey dəyişmişdi, ancaq dəyişməyən tək bir şey var idi “ Samirin özü ”. qarşılaşdığı bu qədər əhvalat, çəkdiyi bu qədər əziyyət, əldə etdyi bu qədər şöhrət onu heç dəyişməmişdi.
Dostları ilə paylaş: |