Vəziyyətin necə olursa olsun. ÖZÜNLƏ FƏxr et ! GİRİŞ



Yüklə 1,17 Mb.
səhifə38/46
tarix02.01.2022
ölçüsü1,17 Mb.
#1443
1   ...   34   35   36   37   38   39   40   41   ...   46
HADİSƏDƏN 6 GÜN SONRA

Madrid. İspaniya

Silva kabinetə girəndə Almeyda həyacanla otaqda o baş-bu başa gedirdi. Silvanın kabinetə girdiyini görüb dedi


  • 2 saatdır hardasan ? bayaqdan səni gözləyirəm. Sənin ən xoşbəxt günün hansıdır ?

  • ( Silva heç nə anlamayaraq dedi ) doğum günüm, bir də evlilik ildönümüm

  • Elə mənim də. Ancaq mənim üçün o günlərə daha biri də əlavə olundu. Mən hər il bu günü böyük təmtəraqla qeyd eliyəcəm

  • Yenidən doğula bilməyəcəyinə görə, yəqin ki yenidən evlənirsən

  • Yox. Tapa bilmədin. Onda bunu tap görüm 2 saat bundan qabaq telefonda kiminlə danışmışam ?

  • Yeni sevgilinlə ?

  • Bəsdir Silva, mən ciddiyəm. 2 saat əvvəl telefonda Samirlə danışmışam

  • ( Silva stulda oturaraq dedi ) Gah ciddiyəm deyirsən, gah da zarafat eliyirsən. Bunu necə başa düşək ?

  • Mən düzünü deyirəm Silva. Oturmuşdum kabinetimdə, sənədləri gözdən keçirdirdim. Birdən telefon zəng çaldı. Türkiyədən Səlcuk idi. Samirin tapıldığını deyəndə ilk öncə inanmadım, sonra hər şeyi mənə başa saldı. Bu gün türk polisi onu karabükün nice meşəsində sənin qızıvın atasıyla bir yerdə tapıb

  • Burda nə isə bir anlaşılmamazlıq var

  • Nə anlaşılmamazlıq ?

  • Mənim qızımın atası mən özüməm. Mən isə ömrümdə bir dəfə də olsun türkiyədə olmamışam

  • ( Almeyda qəh-qəhə çəkib gülərək ) mən sənin neçə gündür axtardığın argentinalı qızı nəzərdə tuturam. Samirgil artıq təyyarəylə yola düşüblər, bir azdan madriddə olacaqlar

  • Atası qızını soruşsa nə deyəcəyik ? bir qızı da tapıb ortaya çıxarda bilmədik

  • Səbr elə əzizm, səbr elə. Dünən Samirlə Pedro da yox idi. qızı da tapacayıq, hələ üstəlik Conu da.

  • Gedim aeroportda təhlükəsizlik tədbirləri görüm

  • Get, amma ehtiyatlı ol. Samir Səlcuka deyib ki - bu işdə başqalarının da əli var, əgər mənim tapılmağımı eşitsələr aradan çıxacaqlar -. Ona görə də çalış hər şeyi sakitcə həll elə. Qoy hələlik Samirin tapılmağını heç kim bilməsin. Sən demə “hoja de sauce” təşkilatının əsl başçısı Con yox, Samirin “samir” mərkəzindəki ən yaxın köməkçisi imiş.

  • Ola bilməz ( Silva yumruğunu sıxdı ) bu lap buğda anbarına girmiş toyuğun nağlına bənzədi ki

  • Bəli Silva, məhz belədir. Bu vaxt ərzində ”samr” mərkəzinə üzv olan bütün əlillər onun nəzarətində olub

  • O da istədiyi kimi istifadə eliyib. Bəs onu həps eliyə biliblər ?

  • Hələlik yox. Azərbaycan polisi onu axtarır, yəqin tezliklə tutacaqlar. Sən burda ləngimə. Get hava limanına, nə lazımdırsa elə

Silva - baş üstə - deyib kabinetdən çıxanda Almeyda özünə pitza sifariş edirdi. Bu onun adəti idi. hər dəfə əməliyyatı uğurla yerinə yetirdikdən sonra oturub pitza yeyə-yeyə televizorda filmə baxırdı.

Türkiyədən gələn təyyarə madrid aeoroportunda yerə enəndə Samirə yaxınlaşan Silva özünü təqdim etdi



  • salam cənab Samir. Mənim adım Silvadır. “hoja de sauce” cinayətkar təşkilatıyla bağlı işlərdə cənab Almeydaya kömək edirəm

  • bilirəm. türkiyədə mənə hər şeyi danışıblar. “hoja de sauce” təşkilatının elədiyi cinayətlər barədə və mənim itgin düşdüyüm gündən bu günə qədər ispaniya polisinin və təhlükəsizlik nazirliyinin gördüyü işlər barədə mənə danışıblar. Çəkdiyiniz bütün zəhmətə görə “samir” mərkəzi adından və şəxsən öz adımdan hər birinizə ayrı-ayrılıqda təşəkkürümü bildirirəm

  • dəyməz cənab. Bu bizim vəzifə borcumuzdur

  • mən ispaniya gəldiyim gündən bu günə qədər başıma gələn bütün hadisləri ən incə detallarına qədər türkiyədəki həmkarlarınıza danışmışam. Orda mənə söz verdilər mənim dediklərimi tərcümə edərək ispaniyaya göndərəcəklər ki eyni əhvalatı bir-neçə dəfə təkrar etmək məcburiyətində qalmayım

  • artıq göndəriblər cənab. Yarım saat bundan qabaq Almeyda zəng vurub xəbər verdi

  • bəs mənim qızım ? ( Pedro söhbətə qarışdı ) onu hələ tapmamısınız ?

  • təhssüf ki yox. Ancaq siz narahat olmayın, biz onu hər yerdə axtarırıq. Tezliklə qızınızı tapıb sizi qovuşduracayıq. Ancaq “ hoja de sauce” təşkilatının qurbanı olmuş bütün cəsədlər kimi sizin arvadınızın da meyidini argentinadan gətizdirib ispaniya hökümətinin ayırdığı xüsusi qəbristanlıqda dəfn etmişik. bu “ hoja de sauce ” təşkilatı tərəfindən öldürülən insanların xatirəsinin əbədiləşdirilməsi üçündür. əgər istəsəniz gedib ziyarət edə bilərsiniz.

  • qızına görə mən də çox təhssüf edirəm Pedro ( Samir dedi ) ancaq unutma ki oğlunun da sənə böyük ehtiyacı var. Qızın tapılana qədər çalış oğlunun qeydinə qalasan

  • oğlunuzun və sizin rahatlığınız üçün madrid bələdiyyəsi nə lazımdırsa eləyəcək ( Silva əlavə etdi )

  • Pedro qəbristanlığa gedəndə mənə də xəbər elə, birlikdə gedək

  • oldu

  • sizin həmyerliniz olan iş yoldaşlarınızın cənazələrini vətəninə göndərmişik

  • əziz Silva. həmin məzarlıqda dəfn olunan bütün əlil insanlar mənim dostum, yoldaşım idi. Orda dəfn olunan bütün əlillərə görə ağır təhhssüf hissi keçirdirəm

Silva polislərdən birinə Pedronu Xosenin müalicə olunduğu xəstəxanaya aparmağı tapşırıb özü isə Samirlə birgə maşına əyləşərək 6 polis maşınının müşayəti ilə qərərgaha tərəf istiqamət aldı. 10-15 dəqiqə yol gedəndən sonra Samir soruşdu

  • abalos küçəsinə gedə bilərik ? ordan bir əmanəti götürmək lazımdır

  • polislərə tapşıraram nə lazımdırsa gedib gətirərəm

  • yox, təkcə polislər olmaz. Gərək özümüz də gedək

  • polislərə də etibar eləmirsən ? ( gülümsünərək ) nədir, yoxsa həmin küçədə xəzinə bastırmısan ?

  • düz tapmısan. Həmin küçədəki 111-ci evdə mənim üçün milyon yarım pul, sənin üçün isə təqribən 60 kilo qızıl var

  • mənim üçün ? qızıl ?

  • bəli. Üstü müxtəlif cür qiymətli daşlarla bəzədilmiş 60 kiloluq qızıl külçə var ( Silvanın təəccüblə ona baxdığını görüb əlavə etdi ) sən məni dediyim ünvana apar, özün hər şeyi görəcəksən

  • yaxşı, səni ora apararam. Ancaq əvvəlcə bu haqda telefonla qərərgaha xəbər verməliyəm. yoxsa qərərgaha gec getdiyimiz üçün Almeyda məndən pitza bişirər

  • hara istiyirsən xəbər verə bilərsən

Silva maşının bardaçokundan kiçik, barabanlı tapança çıxardaraq Samirə uzatdı

  • bunu məndən kiçik bir hədiyyə kimi qəbul elə. nə qədər ki ispaniyadasan bundan belə bu ölkədə heç kim sənə zərər verə bilməz. Ancaq yenə də götür bunu, qoy hər ehtimala səndə qalsın. Birdən nə vaxtsa lazımın olar

  • təşəkkür eliyirəm. ancaq sənədsiz bu silahı üzərimdə gəzdirə bilmərəm

  • ( gülümsünərək ) sən bunu bilirsən, mən yox ? ( cibindən iki vəsiqə çıxardıb Samirə uzatdı ) al, götür. Bunlardan biri silahın sənədidir, digəri isə sənin silah gəzdirə bilməyin üçün icazədir. Hər ikisini 2 saat bundan qabaq hazırlatmışam. Bu ölkədə başına çox əhvalatlar gəldi, qoy bu silah burda keçirdiyin günlərdən sənə xatirə qalsın

  • Mən sənə necə təşəkkür edəcəymi bilirəm

  • Necə ?

  • Getdiyimiz ünvana çatanda bilərsən

bir xeyli yol getdikdən sonra Silva maşını həyətlərdən birinin qapısı ağzında saxlayaraq dedi

  • çatdıq

  • abalos küçəsi 111-ci ev buradı ?

  • qəribədir. Səni bura gətirməyimi istədin, ancaq bura çatanda məlum olur ki sən heç vaxt buralarda olmamısan

  • darıxma.gəl içəri keçək, özün hər şeyi başa düşəcəksən

Silva polislərə həyətdə gözləməyi tapşırıb özü isə Samirlə birgə evə doğru getməyə başladı.

Bu zaman isə Con tapançanı əlində hazır saxlayıb öz-özünə danışa-danışa evin içni gəzərək lusianı axtarırdı. - bilirəm ki bu evdə gizlənmisən, çıx ortaya qancıq, onsuz da səni tapacam, mən sənə göstərəcəm “hoja de sauce” təşkilatını bu vəziyyətə qoymağın axırı necə qurtarır. Sənin dərini soyub yerinə duz basacam, sonra isə ac siçovulların qabağına atacam - Hamamı, mətbəxi və qonaq otağını axtardıqdan sonra Con yataq otağına keçdi. Çarpayının altına və şkafın içinə baxıb Lusianı tapmadıqda otaqda gizlənmək üçün başqa yerin olmadığını görüb ordan çıxmaq istəyəndə şkafın divardan bir addım öndə olduğunu görüb ehtiyatla əyilərək onun arxa tərəfinə baxdı və özündən razı halda gülümsündü. Lusia şkafın arxasında büzüşərək oturmuşdu və qorxudan titrəyirdi, Samirin çantasını isə bərk-bərk özünə sıxmışdı. Con zəhmli səslə qışqırdı



  • çıx ordan. Gəl burda dayan. əvvəlcə bir az sual-cavab eləyək, əgər imtahandan keçə bilsən səni ananla görüşdürəcəm

Lusia asta-asta gizləndiyi yerdən çıxıb Conun dediyi yerdə dayandı. Con əlindəki silahla çarpayını göstərərək Lusiadan əlindəki çantanı ora qoymasını istədi. Lusia onun istəyini yerinə yetirəndən sonra Con qəzəblə soruşdu

  • sonunun belə olacağını gözləmirdin ? elə bilirdin ki sən bizdən polisə şikayət eliyəcəksən və buna görə sənə sağ ol deyəcəyik ? Samirin yanına qaçanda elə bilirdin sənə kömək eliyəcək ? hardadı sənin güvəndiyin Samir ?

  • mən Samirin yanına özümə görə yox, lobonun yanında əziyyət çəkən uşaqlara görə getdim. ( Lusia titrək səslə dedi ) bilirdim ki əvvəl-axır orqanlarını satmaq üçün o uşaqları öldürəcəksiniz. Mən arzuma çatdım. Indi nə lobo var, nə də ki “hoja de sauce”. artıq rahatca anamın yanına gedə bilərəm. onsuzda son vaxtlar ondan ötrü çox darıxırdım. Ancaq sən çalış ki ora gəlməyəsən. Orda sənin üçün çox pis olacaq.

  • Sənin səsini elə kəsəcəm ki nə bu dünyada danışa biləcəksən, nə də o dünyada

Con bunu deyərək silahı qaldırıb Lusiaya tuşladı. Lusia gözlərini yumaraq xəyalında anasını canlandırmağa başladı. Eşitdiyi atəş səsindən sonra özünü bərk-bərk sıxaraq onu özünü onu gözləyən ağrıya hazırladı. Lakin heç bir yerinin ağrımadığını görüb və yaxınlıqda eşitdiyi tappıltı səsinə gözlərini yavaş-yavaş açmağa başladı. Başını aşağı saldığından gözlərini açarkən ilk gördüyü mənzərə yerə yıxılan Conun qanlı bədəni olduğundan heç nə başa düşmədi. Başını qaldırarkən əlində sila tutmuş qaradərili polisi və divara söykənərək xəfifcə ona tərəf gülümsəyən Samiri görəndə hər şey ona aydın oldu. Cəld qaçaraq Samirə sığınıb hönkür-hönkür ağlamağa başladı. Silva atəş səsindən sonra içəri doluşan polislərə hər şeyin qaydasında olduğunu bildirirdi. Samir isə Lusianı qucaqlayaraq təsəlli verməyə çalışırdı

  • keçdi, narahat olma, hər şey arxada qaldı, qurtardı, hər şey yaxşı olacaq, ağlama

  • hər şey qaydasındadır senyora ? sizə bir şey olmayıb ki ? ( Silva soruşdu )

  • xeyr heç nə olmayıb ( Lusia hıçqıraraq cavab verdi )

  • sən düz deyirmişsən Samir. Burda mənim üçün həqiqətən də xəzinə var imiş. Ancaq onun haqqında dediklərini Lusiaya demək məcburiyətindəyəm. bunu ondan gizlədə bilmərəm

  • mənim haqqımda nə danışmısan ki ? ( Lusia gözlərini silərək soruşdu )

  • mən nə demişəm ki ? ( Samir təəccüblə Silvadan soruşdu )

  • ( Silva üzünü Lusiaya tutaraq Samiri göstərib dedi ) yolda səni nəzərdə tutaraq mənə deyirdi ki getdiyimiz yerdə səni 95 kiloluq xəzinə gözləyir. Ancaq səni görəndən sonra onun niyə səni belə kök təsvir etdiyini başa düşə bilmədim. Hətda indi başa düşmüşəm ki üstündə də 25 karatlıq briliyant var deyəndə sənin piyli və gombul olmağına ehyam vururmuş. Heç səndən gözləməzdim Samir. Bu cür incə və zərif xanımı gör nəyə bənzətmisən

  • ( Lusiya polis işçisinin onda olan qorxu və stresi onun üzərindən atmaq üçün onunla zarafat etdiyini başa düşərək söz altda qalmadı ) əslində Samir düz deyir. O məni görəndə kök idim. Bu vaxtlar ərzində arıqlayıb bu formaya düşmüşəm

  • Bir də heç kimə yaxşılıq eləməyəcəm ( Silva yalannan üz-gözünü turşutdu ) yaxşı, gəlin gedək. Daha burda qalmağın mənası yoxdur

Silva hadisə yerinə ekspert qrupu çağıraraq polislərdən bir-neçəsinə ekspert qrupu gələnə qədər içəridə qalaraq keşik çəkmələrini tapşırdı. Hər üçü evdən çıxaraq maşına tərəf getmək istəyəndə birdən Lusia qapının yanında dayandı

  • dayanın. Çanta yadımdan çıxdı. Siz gedin, mən bu dəqiqə çantanı götürüb qayıdıram

  • mən səni burda gözləyərəm ( Samir dedi ) dünəndən bəri bacım oğluna zəng vururam, heç kim cavab vermir. Yaman narahatam. Sən gələnə qədər Silvanın telefonuyla yenə cəhd eləyəcəm

Silıva telefonunu Samirə verib - mən sizi bayırda gözləyirəm - deyərək qapıdan çıxdı. Samir 2 dəfə zəng vursa da yenə heç kim telefona cavab vermədi. Lusia çantanı götürüb qayıdanda Samirin dilxor olduğunu görüb soruşdu

  • yenə heç kim cavab vermir ?

  • mobil telefon söndürülüb, ev telefonuna isə cavab verən yoxdur

  • bəlkə evdə heç kim yoxdur. Yəqin harasa gediblər, gecəni də orda qalıblar

  • onların getməyə yeri yoxdur

  • ölkənə nə vaxt qayıdırsan ?

  • sabah tezdən

  • onda sabaha qədər səbr elə. Evə gedən kimi məsələnin nə yerdə olduğunu öyrənərsən

  • hə. deyəsən elə olacaq

Samirlə Lusia qapıdan çıxanda qəflətən döngədən çıxan mitsibuşi sürətlə onlara tərəf gəlməyə başladı. Kuzovda oturmuş Tahir əlindəki pulemyotu atəş açmaq üçün hazır saxlamışdı. Maşının yaxınlaşdığını görən Silva - yerə uzanın - deyə qışqıraraq özünü Samirlə Lusianın üstünə ataraq onları yerə yıxdı. Maşın onların dayandığı yerdən keçəndə Tahir pulemyotla atəş açmağa başladı. Hamı yerə uzandığından xəsarət alan olmasa da mitsibuşi sürətlə yolun digər tərəfindəki döngəyə yaxınlaşanda qəflətən qarşılarına çıxan maşınla toqquşaraq dayandı. Maşının dayandığını görən Silva polislərə maşını mühasirəyə almağı və cinayətkarı tutmağı əmr etdi. Samir Lusiayla birgə sürünərək yaxınlıqdakı zibil qutularının arxasında gizləndilər. Polislərdən biri maşındakı ratsiya vasitəsiylə hadisə yerinə köməkçi qüvvə və təcili yardım çağırdı. Maşın toqquşarkən kuzovun içinə yıxılan Tahir qalxıb oturanda polislərin onu mühasirəyə aldığını gördü. Bu vəziyyətdə qaçmağın mümkün olmadığını görüb pulemyotdan yapışaraq atəş açmağa başladı və polislərlə döyüşə girdi. Sürücü maşından düşərk qaça-qaça tapançadan bir-neçə dəfə polislərə atəş açsa da başından aldığı güllə yarasından yıxılaraq yerdə hərəkətsiz qaldı. Tahir atəş aça-aça pulemyotu sağa-sola fırlayaraq polislrin ona yaxınlaşmasına mane olur və qaçmaq üçün fürsət axtarırdı. Lusia qorxudan Samirə sığınaraq soruşdu

  • görəsən bütün bunlar nə zaman bitəcək ?

  • heç vaxt bitməsə belə mən bu əclaflarla mübarizə aparacam

  • neçə gündür hardaydın ? nə qardaşımdan bir xəbər varıydı, nə də səndən bir səs-soraq. Gözləməkdən az qalırdım dəli olam

  • bayaq səni öldürmək istəyən adam dostlarımı öldürərək məni əsir götürmüşdü. Bir az ispaniyada saxlayandan sonra məni aparıb türkiyədəki meşələrin birinə atmışdılar. Ispaniyaya bir saat olar gəlmişəm

  • demək səninlə danışarkən eşitdiyim atəş səslərinin səbəbi bu imiş

  • hə. Qardaşın isə yaralı olduğu üçün xəstəxanada yatır

  • görəsən vəziyyəti necədir ? ( Lusia həyacanla soruşdu )

  • eşitdiyimə görə yaxşıdır. Atan da onun yanındadır. Ona qlluq edir

  • atam ispaniyadadır ?

  • mən türkiyədə meşədə olarkən atan mənim həyatımı xilas eliyib. Sonra xilaskarımın sənin atan olduğunu öyrəndim və biz birlikdə bura gəldik. ( cibindən silahı çıxardaraq ) sən məni burda gözlə

  • dayan getmə. ( Lusia onun qolundan yapışdı ) ora təhlükəlidir. Polslər özləri hər şeyi həll eliycəklər. Bir azdan kömək də gələcək.

  • Ora təhlükəlidir deyirsən ? ordakı polislər hal-hazırda bizə görə həmin təhlükənin içindədirlər

  • Bu sahədə təlim görmüş peşəkar polislərin bacarmadığı işi sən necə bacaracaqsan ? özünə əlavə problem yaratma. Bu dəqiqə kömək gələcək və hər şey bitəcək

  • Onlar mənim dalımca gəliblər. Bu işə görə onları peşman eləmək mənə boynuma

Samir bunu deyərək gizləndiyi yerdən çıxıb sürünə-sürünə Silvanın yanına gəldi

  • sənin burda nə işin var ? ( Silva qışqırdı ) qayıt yerinə

  • mən qaçırılan gün “samir” mərkəzinin ispaniyadakı filialında öldürülən 4 dostumun qisasını almaq üçün əlimə yaxşı fürsət düşüb. Mənə mane olmağa çalışma

onlar söhbət eləyərkən birdən pulemyotun səsi kəsildi. Polislərdən birinin - onu vurdum - deməsindən sonra polislər gizləndikləri yerdən çıxıb yavaş-yavaş maşına tərəf getməyə başladılar. Get-gedə yüksələn sirena səsləri yaxınlaşmaqda olan təcili yardımdan və köməkçi dəstələrdən xəbər verirdi. Silva tapançanı qaburaya qoyaraq maşına yaxınlaşanda Tahir ağır yaralı olmasına baxmayaraq qəflətən əlindəki tapançanı qaldıraraq ona tərəf atəş açdı və polslərin açdığı atəşdən sonra çoxsaylı güllə yarası alaraq yerindəcə öldü. Silva sinəsindən güllə yarası aldıqdan sonra geriyə 4-5 addım ataraq düz Samirin qarşısında yerə yıxıldı. Samir cəld ona yaxınlaşaq Silvanın başını qaldırıb dizinin üstünə qoydu. güllə ağciyərini parçaladığından Silva çox çətinliklə nəfəs alırdı, yarasından isə dayanmadan qan fışqırırdı. Samir köynəyini çıxardaraq yaranın üstünə qoyub sıxsa da qanı kəsmək mümkün olmurdu. Polis işçiləri Silvanın ətrafına yığışaraq onu hər bir vəcləh ölümün pəncəsindən qurtarmağa çalışırdılar. Get-gedə üzünün rəngi solan Silva son qüvvəsini toplayıb dodaqlarını ağır-ağır tərpədərək dedi

  • oğlumun ən böyük arzusu hər il bunolda kəndində keçirilən pomidor döyüşü karnavalnıı görmək idi. Almeydaya deyin onu ora aparsın.

  • ( Samir barmağını onun dodaqlarına toxundurdu ) şşşş. Sakit ol, özünü yorma. Siz ora birlikdə gedəcəksiniz. Gedəndə məni də çağırarsınız, yoxsa inciyərəm

  • ( üzünü Samirə tutaraq ) argentinalı qız sənə əmanətdir. Çalış onu sağ-salamat atasına çatdırasan. oğluma deyin ki mən onu ço....

Tibbi yardım köməkçi dəstəylə birgə özünü hadisə yerinə çatdırsa da artıq gec idi. Silva sözünü yarımçıq kəsərək gözlərini əbədi yumdu. Samir onun başını dizinin üstündən götürərək ehmalca yerə qoydu və bir neçə adım iməkləyərək divarın dibində olan kiçik və alçaq daşın üstündə oturub kürəyini divara söykədi. Lusia gələrək onun yanında oturdu

  • necəsən ?

  • çox pisəm. son yarım ayda başıma gələnlər məni-əməlli başlı yorub. Özümü nə qədər soyuqqanlı və iradəli aparmağa çalışsam da içimdəki həyat sevgisinin yavaş-yavaş öldüyünü hiss edirəm. artıq hər şeydən cana doymuşam. Sadəcə divanda uzanaq cipsi yeyə-yeyə gözəl bir futbol matçına baxmaq istiyirəm

  • kaş ki bu vəziyyətində sənə kömək edə biləydim

  • mənə dəstək ol Lusia, sadəcə yanımda ol. Indi mənim hər şeydən çox buna ehtiyacım var. Ailə üzvlərimi və yaxın qohumlarımın çoxunu aftobus qəzasında itirdim, dostlarımı Con əlimdən aldı, ən çox güvəndiyim adamım ən qatı düşmənim oldu, həyatda yeganə təsəllim olan qardaşım oğlundan heç bir səs-soraq yoxdur, neçə illərdi arzusunda olduğum və min bir əzab-əziyyətlə yaradaraq yüksək səviyyəyə çatdırdığım “samir” mərkəzi indi kim bilir hansı vəziyyətdədir. ( dərindən köks ötürərək ) Tək qalmışam Lusi, tək. Indi mənim hər şeydən çox mənəvi dəstəyə ehtiyacım var

  • ( Lusia onun böyrünə söykənərək başını Samirin çiyninə qoydu ) nə hiss etdiyini çox gözəl başa düşürəm. sən ispaniyaya gələnə qədər mən də bu vəziyyətdə idim. anamı gözümü qabağında öldürdülər, neçə ay idi ki atamdan bir xəbər yox idi, hər gün qardaşımı diləndirirdilər və mən buna qarşı heç nə edə bilmirdim, çarəsiz vəziyyətdə nə edəcəyimi bilmədən 15 gün bu uçuq-sökük evdə yaşadım. Hər gün pəncərənin qarşısında oturub qardaşımdan və səndən bir xəbər gözləyirdim

  • ( Samir qolunu onun boynuna saldı ) çox sağ ol ki sözümə qulaq asdın. əgər polisə və ya başqa bir yerə getmək üçün burdan çıxsaydın quldurlar səni gördükləri yerdə öldürəcəydilər

  • Amma əvəzində sənin pulunun böyük bir hissəsini xərcləmişəm

  • Canın sağ olsun

Hadisə yerinə gələn Almeyda vəziyyətlə tanış olduqdan sonra meyidləri və hadisə zamanı istifadə edilən bütün əşyaları hadisə yerindən götürməyi tapşırıb Samirgilə yaxınlaşdı. Bir nəfərin onlara doğru gəldiyini görən Lusia ayağa qalxdı. Almeyda yaxınlaşanda Samir onun üzrxahlıq edəcəyini bilib onu qabaqladı

  • deyəsən ayaqlarım çox nəhsdir, ispanlara düşmür

  • əksinə. Sənin bura gəldiyin ilk gündən bəri böyük bir beynəlxalq cinayətkar qrupu çökdürmüşük. Biz bunu birgə eləmişik, göstərdiyin bütün köməkliklərə görə şəxsən öz adımdan sən dərin təşəkkürümü bildirirəm

  • çox sağ olun. ( Lusianı göstərərək ) Ancaq fikirləşirəm ki ən böyük təşəkkür bax bu qıza düşür. “hoja de sauce” təşkilatını məhv etmək üçün ilk addımı Lusia atıb

  • bizim ona xüsusi təşəkkürümüz olacaq. Indi isə senyora, buyurun gedək, sizi xəstəxanaya ailə üzvlərinizin yanına aparacaqlar. Siz isə cənab Samir. Düşünürəm ki kifayət qədər yorğunsunuz. Sizin üçün 5 ulduzlu otellərin birində otaq ayırıblar. Gedin doyunca dincəlin, sabah dalınızca maşın göndərəcəm sizi qərərgaha gətirsin. Prosedur qaydalarına görə bir-neçə sənədə qol çəkməlisiniz. Sonra isə ölkənizə qayıda bilərsiniz

  • təşəkkür edirəm. ancaq mən də xəstəxanaya gedirəm. bu vəziyyətdə Pedronun yanında olmaq istəyirəm. ( Lusianın əlindəki çantanı göstərərək ) mümkünsə bu çantanı özünüzlə birgə qərərgaha aparın. Mən sabah ordan götürərəm

  • necə istəyirsiniz. Mən tapşıraram hər ikinizi xəstəxanaya aparsınlar. Xose 156-cı palatada müalicə olunur, bu palata üçüncü mərtəbədədir. Tapşıracam dincəlməyiniz üçün orda sizə palata ayırsınlar. Çantadan isə narahat olmayın, sabah onu qərərgahdan götürə bilərsiniz.

Lusia içindən köynək və şalvar çıxartdıqan sonra çantanı Almeydaya verib köynəyini geyinmək üçün Samirə kömək elədi. Sonra isə hərəsi bir kənara düşmüş qoltuq ağaclarını gətirərək ona verdi. Maşında yanaşı otursalar da yolboyu heç biri danışmadı. Yalnız xəstəxananın həyətinə yaxınlaşanda Samir dedi

  • bayaq sənə demək yadımdan çıxdı. Ananın meyidini də bu ölkəyə gətiriblər. “hoja de sauce” təşkilatının qurbanı olmuş insanların xatirəsini əbədiləşirməkdən ötrü madriddə xüsusi qəbristanlıq yaradılıb. Sənin ananı da orda dəfn ediblər

  • artıq neçə gün idi ki hər gecə yuxuma girirdi. Demək buna görə imiş, öldüyü üçün hər gün ağladığım anam sən demə lap yaxında imiş

liftlə xəstəxananın üçüncü mərtəbəsinə qalxanda Samir Lusianın həyacandan titrədiyini görsə də heç nə demədi. Samir 156-cı palatanın qapısını astadan döyərək açanda Pedro çarpayıda uzanmış Xose üçün kitab oxuyurdu. Lusia içəri girən kimi - ata -, Pedro isə - Lusi- deyə qışqıraraq bir-birilərinə tərəf qaçdılar və bir-birlərini bərk-bərk qucaqladılar. Lusia üzünü Pedronun sinəsinə sıxaraq ağlayır, Pedro isə - əziz qızım, lusim - deyərək onun saçlarını öpüb-sığallayırdı. Bir dəqiqədən sonra Xose dözməyərək dedi

  • bu nədir ? deyəsən yaddan çıxmışam axı, məni heç kim çox istəmir ? yaralı olan mənəm, atam deyil

Lusia - heç sənin kimi şirin qardaşı da unutmaq olar ? - deyib onun yanına getdi. Pedro bayaqdan kənarda dayanıb tamaşa eliyən Samirin yanına gedib əlini ona uzatdı

  • çox sağ ol Samir, uşaqlarımı mənə qaytardın. Yaxşı yaşamaq üçün pul qazanmaq həvəsiylə ailəmi tərk edib qanunsuz işlərə baş qoşdum. Səninlə tanış olmasaydım kim bilir bu uşaqların axırı necə olacaqdı

  • mən sənə təşəkkür edirəm Pedro. Həyatımı xilas eləmisən. Sənə həyat borcluyam. Nə zaman çətinliyin olsa mənə müraciət eləyə bilərsən

  • yox Samir, sən mənə heç nə borclu deyilsən. O vaxt yanımda olmasaydın məni ya şirkətin göndərdiyi adamlar öldürəcəkdi, ya da məni xilas etmək üçün gələn polisləri görüb elə biləciydim ki məni tutmağa gəliblər

  • çoxdandır görüşmürsünüz, yəqin ki bir-birinizə deyəcəyiniz sözünüz çoxdur. Mən sizi baş-başa qoyuram. Həm də ki çox yorğunam. əllərimdəki qanı yuyandan sonra bir az uzanıb istirahət edəcəm

  • o nə qandır elə ? şalvarın da bulaşıb

  • bu aeroportda bizi qarşılayan Silva yadındadır ?

  • əlbətdə

  • bu gün onu öldürdülər. Nə qədər çalışsaq da həyatını xilas edə bilmədik

Samir Pedroyla qucaqlaşıb ayrıldıqdan sonra şalvarını lusiadan alaraq onlar üçün ayrılmış palataya getdi. Çarpayıda uzansa da yorğun olmasına baxmayaraq yata bilmədi. Silvanın telefonunu cibindən çıxardıb yenidən cəhd etsədə yenə də heç kim cavab vermədi. Samir telefonu çənəsinə dirəyərək bir az fikirləşəndən sonra Rənaya zəng vurdu. Bir-neçə dəfə çağırdıqdan sonra telefonda Rənanın zərif səsi eşidildi

  • buyurun. Eşidirəm

  • salam Rəna, mənəm Samir

  • Samir necəsən ? ( Rəna həyacanla soruşdu ) şükür. Hamımız səndən ötrü çox narahat idik. Indi hardasan ? sağ-salamtsan ?

  • mən yaxşıyam. Hal-hazırda ispaniyadayam. Azərbaycana sabah gələcəm. səndən bir xahişim var

  • buyur

  • dünəndən bəri nə qədər zəng vururamsa Əligildən heç kim cavab vermir, Ələsgər əminin cib telefonu da söndürülüb. Mümkünsə get onlara, gör orda vəziyyət necədir. Əlidən ötrü çox nigaranam. Bir saatdan sonra sənə yenidən zəng vuracam

  • yenidən zəng vurmağına ehtiyac yoxdur Samir, Əli mənim yanımdadır. Hal-hazırda yatıb. Sabah yuxudan duran kimi zəng vuraram danışarsınız

  • mən özüm zəng vuraram. vəziyyəti necədir ?

  • Əlinin vəziyyəti çox yaxşıdır. Amma sənə bir şey deməliyəm

  • buyur

Rəna Ələsgərgilin başına gələnləri və Əlinin necə təsadüf nəticəsində sağ qalmağını Samrə danışdıqdan sonra sağollaşdılar. Samir Əlini qoruduğu üçün tanrıya minnətdarlıq edib şam eləməkçün xəstəxananın bufetinə getdi. Şam elədikdən sonra yenidən palataya qayıtdı. Nə qədər çalışsa da yata bilmədi. Arxası üstə uzanaraq gözünü tavana dikib “samir” mərkəznin gələcək talehi haqda fikirləşməyə başladı. Bir az bu vəziyyətdə qaldıqdan sonra qapının səsinə fikirdən ayıldı. Lusia Samirin yatdığını zənn edərək onu oyatmamaq üçün qapını ehmalca örtdü. Geri çevriləndə onun oyaq olduğunu görüb təəccüblə soruşdu

  • hələ yatmamısan ?

  • ( Samir qalxıb oturdu ) yuxum gəlmir. Axır ki qardaşım oğluynan danışa bildim. Bəs Pedro hanı ? onun da yuxusu gəlmir ?

  • Atam bu gecə Xosenin yanında qalmaq istəyir. Qardaşın oğlu necədir ?

  • Yaxşıdir. Tanışlarımdan biri qonaq aparmışımış

  • Sənə deyirdim axı hər şey narahat olma, hər şey qaydasındadır ( gəlib Samirin yanında oturtaraq soruşdu ) səndən bir söz soruşmaq olar ?

  • əlbətdə olar. Soruş

  • sənin həyatında bir-neçə şey mənə qəribə gəlir. Nə qədər fikirləşirəmsə məntiqli cavab tapa bilmirəm. sən dünyada 10-larla filialı olan bir mərkəzin başçısısan, səni hər yerdə tanıyırlar, sözün qısası məhşur və lazımlı adamsan. Ancaq bununla belə sənin həyatında elə çatışmamazlıqlar var ki bunu heç cür başa düşə bilmirəm

  • məsələn ?

  • məsələn sənin mobil telefonun yoxdur. Hansı ki sən azərbaycan gsm nömrəsini rominqlə burda da istifadə edə bilərdin. Ikincisi sənin plastik kartın yoxdur, pulu nağd şəkildə xərcləyrsən. Üçüncüsü sənin şəxsı mühafizəçilərin yoxdur. Mən səni zirehli maşında gəzən və ətrafında 10 cangüdəni olan bir adam kimi təsəvvür eliyirdim. Nə bilim firma paltarlar, son model maşın, bahalı saat, daha nələr, nələr

  • indi isə icazə ver izah eliyim

  • ( Lusia əllərini çənəsinin altına qoyub gözlərini ona dikdi ) buyur

  • Ilk əvvəl başlayım telefondan və plastik kartdan ki hər ikisi varımdır, sadəcə olaraq ispaniyaya gələndə onları yaddan çıxardıb ofisdə qoymuşam. Nağd pulları isə mərkəzdəki iş yoldaşlarım mənə vermişdilər ki burdan onlar üçün tapşırdıqları əşyalaı alım. Keçək mühafizəçi və maşın məsələsinə. Mən bura 3 nəfərin müşayəti ilə gəlmişdim ki onlar mənim həm dostlarım, həm köməkçilərim, həm də mühafizəçilərim idi. Məni tədbirə dəvət edən təşkilat isə mənə burda qalacağım müddət üçün həm xüsusi maşın, həmi də bələdçi vermişdilər. Indi isə bahalı paltarlardan, saatlardan, maşınlardan, restoranlardan, villaardan danışaq. əgər mən özümə biznes şirkəti və yaxud istehsalat firması açsaydım sən dediklərinin hamısı məndə olardı, özü də artıqlamasıyla. Ancaq mən elə bir təşkilata rəhbərlik edirəm ki, orda işləyən hər bir adam özündən çox-ora müraciət eliyən əlillər barədə düşünürlər. Bizim büdcəmiz çox böyükdür, ancaq o pullar şəxsi özümün deyil. Bu pullar “samir” mərkəzinə üzv olan hər bir əlilindir və hər biri üçün bərabər miqdarda xərclənməlidir. əgər mən həmin pulları şəxsi həyatım üçün xərcləsəm buna görə tanrı məni bağışlamaz. Təssəvvür elə ki mən özüm həmin mərkəzdən aylıq məvacib alıram. Bir də mənim üçün xidməti maşın ayırıblar

  • Ailə üzvlərinin yoxluğunu əlbətdə ki hər zaman hiss eliyirsən. Bəs bundan başqa yoxluğuna görə ən çox sıxıntı çəkdiyin şey nədir ?

  • Sevgilimin olmaması. Fiziki qüsurlu olduğuma görə həmişə bu barədə çətinliyim olub

  • Bəs indi necə ? sevgilin var ?

  • Yox, yoxdur. Sözün düzü hansısa qıza tanışlıq təklif etməyə çəkinirəm. düşünürəm ki onsuz da yox deyəcəklər

  • Nə bilirsən ? bəlkə hə deyəcəklər

  • Inanmıram. Götürək elə səni. Mənim kimi fiziki qüsurlu bir adamın sevgilisi olarsan ?

  • əlbətdə. Niyə olmuram ki

  • bəsdir görək. Ya mənə təsəlli verirsən, ya da ki öz gözəlliyindən xəbərin yoxdur

  • heç də yox. Mən düz deyirəm. istiyirsən sübut eliyim

  • elə

  • onda gözlərini yum və 20-yə qədər say

  • Samir gözlərini yumub saymağa başladı. 1,2,3.....


Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin