Vəziyyətin necə olursa olsun. ÖZÜNLƏ FƏxr et ! GİRİŞ



Yüklə 1,17 Mb.
səhifə36/46
tarix02.01.2022
ölçüsü1,17 Mb.
#1443
1   ...   32   33   34   35   36   37   38   39   ...   46
HADİSƏDƏN 4 GÜN SONRA

Ankara. Türkiyə



Səlcuk ədliyə binasına girəndə Almeyda piləkənlərlə yuxarı qalxırdı. Arxadan onu səsləyib dedi

  • Almeyda. dayan, bir yerdə gedək

  • ( Almeyda dayanaraq dedi ) gəl. Mən də sənin kabinetinə gedirdim

  • ( Səlcuk yaxınlaşaraq əl verib görüşdü ) bu gün səni belə tezdən görəcəyim ağlıma gəlməzdi. Dünən hamının ifadəsini aldığımızdan fikirləşirdim ki bu gün istirahət edəcəksən. Buyurun getdik

  • Mən yalnız Con həps olunandan sonra istirahət edəcəm. 1 aylıq məzuniyyət götürüb kanar adalarına gedəcəm. Səninlə iki məsələyə görə görüşmək istədim. Birincisi burda alınan ifadələrin ispaniyaya göndərilməsi haqda, ikincisi isə burda həps olunan argentinalı ilə bağlıdır

  • Ifadələrlə bağlı narahat olma. Bütün video və kağız materialları ən gec sabaha qədər ispaniyaya göndərəcəklər. Digər məsələ ilə bağlı kiçik bir çətinliyimiz var

  • Nə çətinlik ?

  • Məsələ burasındadır ki həps olunanların arasında Pedro adlı şəxs yoxdur. Bütün tutulanları dindiriblər, ancaq hamısı birmənalı şəkildə elə bir adam tanımadıqlarını deyillər

  • Mən özüm onlarla danışmaq istəyirəm. Bu görüşü təşkil edə bilərsən ?

  • əlbətdə. Nə zaman istəsəniz

  • indi

  • buyurun getdik

hər ikisi gəldikləri yolla geri qayıdaraq küçənin digər tərəfindəki müvəqqəti saxlama təcridxanasına getdilər. Almeya maşına əyləşmək istəyəndə Səlcuk qoymadı

  • lazım deyil. Təcridxana yaxındadır, yolun qarşı tərəfindədir

onlar yolu keçib təcridxanaya gələndə Səlcuk Almeydanı təcridxana rəisinə təqdim edib məsələ ilə bağlı qısa məlumat verərək onları dustaqların yanına aparmasını istədi. Almeyda otağa girərək üzünü dustaqlara tutub dedi

  • mən sizi çox yormayacam. vaxtınızı cəmi bir-neçə dəqiqə alıb gedəcəm. Demək belə. Bilirəm ki argentinadan bura gələn işçilərin arasında Pedro adlı bir nəfər də olub. Onu satmayaraq müdafiə etməyinizi də başa düşürəm. Ancaq bilin ki onun haqqında bildiklərinizi danışsanız onu pis vəziyyətdə qoymayacaqsınız, əksinə, ona böyük yaxşılıq etmiş olacaqsınız

  • bu Pedro kimdir ? onu niyə belə bəh-bəhlə axtarırsınız ? ( dustaqlardan biri soruşdu )

  • çünki onun həyatı təhlükədədir

  • təhlükədə ? ( Gustavo həyacanla soruşdu )

  • bəli təhlükədə. Onun arvadını öldürüblər, oğlu ağır yaralıdır, qızı isə itgin düşüb. əgər tezliknən tapa bilməsək onu da öldürə bilərlər

  • düz danışdığını hardan bilək ? ( bayaqkı dustaq yenidən dilləndi )

  • əgər yalan danışırıqsa belə, yenə də susmağınız onu təhlükə altına qoyur. ( Səlcuk söhbətə qoşuldu ) işlədiyinz meşə yırtıcı heyvanlarla doludur. Təkbaşına bu qədər yırtıcı hevandan qurtulub sağ qalmaq müşkül məsələdir. əgər tezliklə onu tapa bilməsək ya aclıqdan öləcək, ya da vəhşi heyvanlara yem olacaq

  • mən Pedronun dostuyam. ( Gustavo bir-neçə addım qabağa çıxdı ) sizə onun haqqında nə lazımdır danışaram

Gustavo Pedro barədə Almeyda və Səlcuka bütün məlumatları verib, onun meşədə ola biləcəyi təqribi yeri dedi

  • polislər gələndə o maşınla meşənin şərq tərəfinə getdi və çox güman ki maşının gedə bilmədiyi yerlərdə belə o piyada olaraq yolunu yalnız şərq tərəfə davam etdirəcək. Biz öz aramızda belə danışmışdıq. Bir hadisə baş verdikdə yalnız şərq tərəfə gedəcəkdik

Səlcuk - köməyə görə çox sağ ol - deyib ayağa qalxanda Gustavo üzünü Almeydaya tutub soruşdu

  • siz bayaq dediniz ki Pedronun ailəsi pis vəziyyətə düşüb. Nə baş verib ki ? mən onun ən yaxın dostuyam, bunları bilməyə haqqım var. ALLAH xatirinə deyin, nə baş verib?

Səlcukla Almeyda Pedronun ailəsinin başına gələnləri Gustavoya danışıb otaqdan çıxanda Gustavo ayaq üstə dayana bilməyib yerə oturaraq əlləri ilə başını tutdu və ağlaya-ağlaya öz-özünə deyindi - mənim ucbatımdan oldu, onu bura mən gətirdim, bütün bunlar mənə görə oldu -. ədliyyə binasına qayıdıb kabinetinə girəndə Səlcukun ilk işi Erkana zəng vurmaq oldu.

Onu vəziyyətlə tanış edib meşəni axtarmağı tapşırdı.

Bakı. Azərbaycan

Akif su içmək mətbəxə gedəndə Asifin televizorun qarşısında olduğunu gördü. Oğlunun gözünün televizorda, fikrinin isə tamam başqa yerdə olduğunu hiss eliyib bir stəkan su içərək oğlunun yanına gəldi



  • artıq gecə saat 1-dir, nə əcəb yatmamısan ? sən ki həmişə bu vaxtlar yatardın

  • yuxum gəlmir. Televizora baxıram

  • simfonik orkestrin konsertinə ? sən ki heç günortalar belə şeyə baxmırsan

  • mən.. mən... sadəcə...

  • yaxşı görüm. 21 illik oğlumu mənə tanıdassan ? de görüm səni üzən nədi ?

  • .................

  • ( Akif arabadan tutub onu özünə tərəf çevirdi ) üzünü bəri çevir görüm. Danış ki sənə kömək eliyə bilim. əks halda səni belə gördüyüm üçün səndən də çox əzab çəkəcəm

  • Məni görəcəyim işlərdə uğurlu olub, olmayacağım narahat eliyir. “samir” mərkəzi bağlandı, nə vaxt açılacağı da məlum deyil. Lap açılsa belə, ordakı işim daim deyildi. Bir gün ordan çıxacıydım. Sənin gəlirin elə də çox deyil ki ömrümün sonunadək mənə bəs eliyəcək qədər pul yığasan. Demək istədiyim budur, gələcəkdə kimdənsə asılı vəziyyətdə yaşamamaq üçün indidən tədbir görməliyəm. Nə iş görəcəyimdən asılı olmayaraq o işdə mükəmməl olmaq istəyirəm. Bax məni narahat eliyən məsələ də budur. Necə eliyim ki gördüyüm hər işdə uğur mən tərəfdə olsun ?

  • Deməli belə ( Akif aramla sözə başladı ) öz işində ən yaxşı olmaq və həyatda daim irəli getmək üçün iki variant var. bunlardan birincisi odur ki qarşına çata bilməyəcəyin bir hədəf qoy. Yəni mümkün olması çox çətin olan bir məqsəd

  • əgər əldə edə bilməyəcəyim bir şeyin dalınca düşürəmsə, bunun mənə xeyri nədi ?

  • burda əsas məsələ işin gözlə görünən nəticəsi deyil, arxa planda qalan nəticəsidir. Gəl ən sadə bir misaldan başlayaq. Deyək ki fiziki cəhətdən zəif bir insan televizorda çox güclü və məhşur bir boksçunun döyüşünə baxır və döyüşə baxa-baxa qarşına belə bir məqsəd qoyur “ mən 1 ildən sonra bu boksçunu rinqdə məğlub eliyəcəm ” və məşqlərə başlayır. əlbətdə ki sıfırdan başlayaraq 1 il ərzində o səviyyəyə çatmaq mümkün deyil və təbii ki 1 il keçdikdən sonra həmin insan boksçunu məğlub eliyəcək gücdə olmur, amma 1 il əvvəlki kimi zəif də olmur. Elədiyi məşqlər sayəsində həm bədəni fiziki cəhətdən xeyli qüvvətlənir, həm də özünü hər cür təhlükədən müdafiə eliyə bilir

  • indi başa düşdüm. Deməli burda əsas məsələ hədəfə çatmaq deyil, hədəfə çatmaq üçün çalışarkən qazandıqlarındır

  • tamamilə doğrudur. Həmin insan məqsədinə çatmır, ancaq elədiyi idman ömürlük onunladır. Deyək ki kasıb bir insan ikimərtəbəli böyük bir supermarketin yanından keçərkən qarşısına belə bir məqsəd qoyur “ mən gələn il bu vaxt bu supermarketin yanında bundan da böyük bir supermarket tikdirəcəm ” və çalışmağa başlayır. Bazar və bayram günləri əlavə işlərə gedir. Gündüz bir yerdə işləyib, gecə başqa bir yerdə gözətçi qalır. Lazımsız xərclərin üstündən xətt çəkir, və sairə. əlbətdə ki bir il ərzində fəhləliklə o qədər pulu yığmaq mümküm deyil və təbii ki həmin insan xəyalındakı supermarketi tikdirə bilmir. Amma 1 il əvvəlki kimi kasıb da olmur. 3 mərtəbəli supermarket tikdirə bilməsə də ozünə kiçik bir dükan açaraq fəhləliyin və kasıblığın daşını atıb, əziyyət çəkmədən dolana bilər

  • çoxları qarşılarına qoyduqları məqsədə çatmayanda ruhdan düşərək özlərini məğlub sayıllar. Ancaq həmin məqsədə doğru gedərkən qazandıqlarımız sonradan bizim onlarla hədəfə çatmağımıza vəsilə olurmuş və biz bunu hiss eləmirmişik

  • əlbətdə. Ancaq burda bir şeyi unutmaq olmaz. Nəyin uğrunda mübarizə aparırsan apar. Bu hətda çatmayacağını bildiyin məqsəd olsa belə gərək məqsədə doğru inamla, səbrlə, möhkəm irədəylə, ağılla və planlı şəkildə irəliləyəsən. Yoxsa heç bir faydası olmaz və sən də ömrünün 1 ilini boşa vermiş olarsan

  • inamla, səbrlə, möhkəm iradəylə, ağılla və planlı şəkildə

  • əlbətdə.

  • Bəs ikinci ? sən dedin 2 variant var. bəs o necədir ?

  • Onun adı virtual rəqabətdir. Amma onu indi danışmayacam. Bu günlük bəsdir, qoy ikincisi qalsın sabaha. Artıq gecdir, get yat

Akif - gecən xeyirə qalsın deyib - yatmağa getdi. Onun ardınca Asif də televizoru söndürərək otağına getdi.

Karabük. Türkiyə

Pedro gətirdiyi ağac budaqlarını qucağından yerə tökəndə Samir soruşdu


  • dünən axşam dedin ki kibrit qurtarıb, bəs tonqalı necə yandıracaqsan ? yəqin ki odun parçalarını saatlarla bir-birinə sürtmək fikrində deyilsən

  • elə düşünürsən ki hər şeyi sən bilirsən ? bizim də nədənsə başımız çıxır

pedro ağac parçalarını üst-üstə yığaraq altında kiçik oyuq düzəltdikdən sonra çantadan 2 dənə şüşə qab çıxartdı. əvvəlcə şüşələrdən birini götürərək düzəltdiyi oyuğa bir az maye tökdükdən sonra qabın ağzını bağlayaraq digər qabı götürüb oyuqdakı mayenin üzərinə nə isə səpdi və bir neçə saniyədən sonra oyuqda alov görünməyə başladı. Tonqal çırta-çırtla yanmağa başlayanda Pedro özündən razı halda, qürurla soruşdu

  • necədir ?

  • bunu necə elədin ? ( Samir təəccüblə soruşdu )

  • deyim də, özümlə məzara aparmıyacam ki. əvvəlcə oyuğa tökdüyüm maye antifriz idi. maşında var idi, qaba töküb götürmüşdüm. Üzərinə səpdiyim isə marqansofka idi. antifrizin üstünə marqansofka tökəndə reaksiyaya girib alışır. ( gülümsünərək ) 1000 pesodan mərcə gələrəm ki bunu bilmirdin

  • mərcə ehtiyac yoxdur. Həqiqətən bilmirdim

ətrafda eşidilən səslərə görə hər ikisi qeyri-ixtiyari susub ətrafı dinləməyə başladılar. Otların xışıltısı, quru budaqların qırılması və digər anlaşılmaz səslər ətrafda bir xeyli yırtıcı hevanın olmasına işarə idi

  • təsəvvür edirəm ocaq olmasaydı burda nə baş verərdi ( Samir sükutu pozdu )

  • gərək tonqalı bir az daha gurlaşdıraq, yoxsa bunların qarşısında dayanmaq mümkün deyil

Samir yerdən yoğun bir budaq götürərək onun bir tərəfdən ortadan bir-neçə sm kəsdi. Yerdən yığdığı quru otları və kiçik budaq qırıntılarını həmin kəsiyə doldurdu. Sonra pedrodan ayaqqabısının dabanından bir parça kəsərək ona verməsini istədi. ayaqqabı dabanını da ora yerləşdirib üstünü köynəyindən cırdığı parçayla bərk-bərk sarıyaraq məşəl düzəltdi

  • hər ehtimala qarşı. Birdən lazım olar

  • əgər lazım olmasa bunu səndən yadigar saxlayacam. Səndən və bu meşədə keçirdiyim günlərdən

  • yorğun görsənirsən. əti çıxart pişirək. Bir az ye, yat

  • heç iştahım yoxdu. Al özünçün pişir ye

  • onda qoy qalsın. Mənim də iştahım yoxdur

Pedro - gecən xeyirə qalsın - deyib uzandı. Samir isə gözünü ocağa dikərək ispaniyaya getdiyi gündən - bu günədək başına gələnlər haqda fikirləşməyə başladı.


Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin