Samir özünə gələndə bədəni hələ də ağrıyırdı. Gözlərini ağır-ağır açaraq ətrafa baxdı. Hər tərəf ağaclarla və kollarla dolu idi. Ayaq tərəfdə bir nəfər fit çala-çala bıçaqla əlindəki ağac budağını yonurdu. Hər tərəfi dumanlı və xəyal kimi görürdü. Buna görədə əliylə gözlərini sildi. Pedro Samirin tərpəndiyini görərək əlindəkiləri bir kənara qoyub onun yanına gəldi. Diz üstə Samirin yanında oturaraq diqqətlə onu süzüb soruşdu
necəsiniz cənab ? özünüzü necə hiss edirsiniz ? sizə necə kömək edə bilərəm ? ( sonra gülümsünərək öz-özünə astadan dedi ) mən nə danışıram ? bu yazıq türk mənim dediklərimi necə başa düşsün
Samirin qalxıb oturmaq istədiyini görən Pedro ona kömək etdi. Samir oturaraq qoluna baxdı. Qan qurumuşdu, demək daha qanaxma olmurdu. Artıq qabırğası da əvvəlki qədər bərk ağrımırdı. əlini ciblərinə salıb bir-bir yoxladı. əl dəsmalından başqa hər şeyini götürmüşdülər. Üzünü bayaqdan maraqla ona tamaşa eliyən Pedroya çevirib ispan dilində dedi
əgər mənə kömək etmək istəyirsənsə mənə bir az su ver. Bərk susamışam
pedro - bu dəqiqə - deyərək çantasından su butulkasını çıxardıb Samirə gətirdi. Butulkanı Samirə uzadanda qəfil geri çəkib təəcüblə soruşdu
sənin su istədiyni mən hardan bildim ? axı mən türk dilini bilmirəm
( Pedro butulkanı Samirə uzadıb dedi ) bu yaxşı oldu
( Samir doyunca su içəndən sonra soruşdu ) mən hardayam ? bura necə düşmüşəm ? bəs sən kimsən ?
Bura tükiyədi. Biz hal-hazırda meşədəyik. Bura necə düşdüyünü bilmirəm. Sənin düşdüyün yerin ətrafında helikopter uçurdu. Ya səni helikopterdən tullayıblar, ya da özün yıxılmısan. Görünüşündən belə görünür ki səni burda tullayıb gediblər. Bəxtin gətirib ki səni tapdım. Yoxsa indi hansısa canavar səni mədəsində həzm edə-edə özünü günə verirdi
( gülümsünərək ) bəs sən kimsən ? meşəbəyi ?
Yox. tam əksinə. ( Pedro bura necə düşdüynü Samirə danışıb soruşdu ) bəs sən kimsən ? sifətin mənə tanış gəlir, amma yadıma sala bilmirəm
Mənim adım Samirdir. əlillər üçün yaradılan mərkəzin rəhbəriyəm. Azər.....
( Pedro onun sözünü yarımçıq kəsdi ) həə düzdü, Samirsən. Dedim axı tanış gəlirsən. Həmin mərkəzin argentinada da filialı var. Oğlum uşaq vaxtı bir qolunu itirdiyindən onu da götürüb həmin filiala getmişdm. Bizi çox yaxşı qarşıladılar, üstəlik oğluma da hər cür köməklik etdilər. Bəs yaxşı səni bu günə kim qoyub ?
( Samir başına gələnləri qısa olaraq Pedroya danışıb dedi ) sən mənə burdan çıxmağa kömək elə, mən də səni maneəsiz öz ölkənə, ailənin yanına yola salım və sənə mərkəzin argentginadakı filialında iş verim
Sən məni vətənimə yola salmasan da belə mən səni burda atıb getməyəcəkdim. ( əlini Samirə uzadaraq ) amma yenə də mən razı
çox güman ki quldurlar məni axtarmağa gələcəklər. Burda çox dayanmaq olmaz. Kömək elə ayağa qalxım gedək
tapa bilməzlər. Səni atdıqları yer burdan 2 saatlıq uzaqdır
sən əlillər üçün bu qədər əziyyət çəkirsən. Onlardan ötrü belə çətinliyə düşmüsən. Oğlum “samir” mərkəzinin sayəsində özünü bu həyatın bir parçası hiss edir. Mənim səni 2 saat qucağıma daşımağım bunların yanında nədir ki ?
Pedro Samiri ayağa qaldıraraq qoluna girdi və hər ikisi yavaş-yavaş meşənin içiylə getməyə başladılar.
Sumqayıt. Azərbaycan
Rəna mətbəxdə qazı yandırib tavanı qazın üstünə qoyaraq içinə yağ atdı. Yağ əriyən kimi tavaya 2 yumurta çırpıb duz ataraq qarışdırdı və qayğanaq hazır olan kimi qaba qoydu. Qayğanaqla dolu qabı padnosda çörəklə albalı şirəsinin yanına qoydu. Padnosu götürərək otağa girdib stolun üstünə qoydu və geri qayıtmaq istəyəndə gözü televizorda xəbərlərdə verilən yanğın hadisəsinə sataşdı. “ bu ki Əlinin yaşadığı evdi ” deyə öz-öznə fikirləşdiyi vaxt dəhlizdən gələn addım səslərini eşidib cəld televizoru söndürdü. Əli otağa girib dedi
Rəna bibi əl-üzümü yudum, amma dəsmalı tapa bilmədim
( Rəna xəbərin təsirindən özünü itirdiyindən dili topuq vurdu ) nə ? dəsmal ? həə.. sən otur, mən indi gətirirəm
Rəna bunu deyib telefonu adapterdən ayıraraq götürüb hamama tərəf getdi. Hamama girən kimi üzünə su vurub bir az gələndən sonra rəfiqəsinə zəng vurdu.
Alo, Arzu. olar bu gün həkimə getməyib birbaşa bizə gələsən ?
Hə. aparıcı dedi ki polislərdən alınan ilkin məlumata görə evi yandırıblar. Ürəyimə damıb ki Əlinin həyatı təhlükədədi. Tez gəl bizə oturub ətraflı danışaq.
Oldu. Yarım saata sizdəyəm
Rəna telefonla danışıb qurtardıqdan sonra hamamın qapısından asılmış xələtin altından dəsmalı götürüb otağa qayıtdı. Yarım saatdan sonra onlara gələn Arzu Rənanın qorxudan ağarmış üzünə baxıb dedi
bu nədir Rəna ? sən nə vəziyyətə düşmüsən ?
çox qorxuram Arzu. əvvəl istədim polisə xəbər verim, sonra fikirləşdim ki səninlə məsləhətdəşim sonra
yaxşı eləmisən. Bu vəziyyətdə düzgün qərar verə bilməzdin. Əli hardadır ?
oturub divanda cizgi filminə baxır
qoy baxsın. Biz keçək o biri otağa
Rəna Arzuyla birgə yataq otağına keçib çarpayıda oturandan sonra Arzu dedi
həə əzizim, indi başdan danış görüm nə olub
srağagün Aybəniz xala - yəni Əlinin nənəsi mənə zəng vurdu ki -bəs yıxılmışam ayağım burxulub. Imkan varsa Əli 2-3 gün sənin yanında qalsın-. Mən də otpuskada olduğum üçün dünən səhər gedib Əlini babasıgildən götürdüm ki Samirdən da bir xəbər yoxdur, yazıq uşaq aralıqda qalmasın. Bu gün səhər Əli dedi ki bəs -Rəna bibi televizoru qoş daa, indi cizgi filmi başdayacaq-. Mən də televizoru yandırdım, gördüm xəbərlər gedir. Dedim ki -xəbərlər proqramı hələ qurtarmıyıb. Cizgi filmi başdayana qədər sən get əl-üzünü yu. Sonra gəl səhər yeməyini yeyə-yeyə rahatca bax- Əli otaqdan təzəcə çıxmışdı ki gördüm yanğın haqda danışıllar. Evi görən kimi tanıdım
bəlkə səhf eliyirsən ?
yox. Küçə də tanış gəlirdi. Bir də ki bayaqdan zəng vururam heç kim götürmür
bu ki dəhşətdir. Samirdən xəbər yoxdu, bunlar da ki belə. Uşağa yazığım gəlir
çalışacam Samirdən bir xəbər çıxana qədər Əli yanımda qalsın. Bəlkə Əlini də götürüb rayona-valideyinlərimin yanına getdim
birdən siz gedən kimi Samir tapıldı. onda noolacaq ? uşağı burdan ora-ordan bura yormaq lazım deyil. Dur hazırlaş, uşağı da hazırla. Bizə gedirik. əgər Əlini öldürmək istəyiblərsə deməli onun harda olduğunu mütləq öyrənəcəklər. Burda hər ikinizin həyatı təhlükədədir
sizin də başınızı dərd açmak istəmirəm
sən bizə görə narahat olma. Evdə 2 dənə şkaf boyda qardaşım var, üstəlik biri sənə aşiqdı. Həm də polis məntəqəsi bizdən cəmi 2 bina uzaqdır. Bizdə qaldığınız müddətdə heç kim sizə zərər verə bilməz
( Rəna gülümsünərək ) sizə əliuşaqlı gəlsəm qardaşın mənim ərə getdiyimi hesab eliyərək boğub öldürər
Qorxma, deyərik qeyri-rəsmi nigahdandır. ( Rənanın özünə gəldiyini görüb onu tələsirdi) di tez ol, yubanma. Mən də gedim bir nəfəri qıdıqlıyım
ən acığı gələn şeydi
elə ona görə qıdıqlayacam dəə
Arzu otaqdan çıxandan sonra Rəna çarpayının altından kiçik çamadanı çıxardaraq özüylə götürmək istədiyi əşyaları onun içinə yığmağa başladı.
Ankara. Türkiyə
Almeyda otelin pəncərəsindən şəhərə baxa-baxa Silvaya zəng vurdu
alo
salam Silva necəsən ? eşitdim sənə qarşı hücum olub. Indi necəsən ?
sənin bütün xasiyyətlərindən xoşum gəlir, bircə bu dalbadal sual verməyindən başqa. Indi yaxşıyam. Dünən gecəni xəstəxanada keçirtdim. Yarım saat olar ki idarəyə gəlmişəm. Sən necəsən ?
üst-üstə baş verən olumsuz hadisələr əhvalımı əməlli-başlı korlamışdı. Türkiyəli əməkdaşlar mənə dedilər ki helikopterdə olan meyid məhz madriddə ölən adama məxsusdur. Hətta bu barədə ispaniyanın yerli qazetlərində də məlumat dərc olunub. Helikopterin sürücüsü türkiyə vətəndaşıdır və 5 ildir ki bu işdə çalışır. Digər iki nəfər isə ispaniyadakı bir dəfn bürosunun əməkdaşlarıdır. Bütün sənədlər də ki qaydasında. Bir söznən şübhəli heç nə yoxdur. Ancaq polisə zəng vuran adamın dedikləriynən burdakı hadisələrin üst-üstə düşməsini və toleodakı hadisəni nəzərə alıb burdakı əməkaşlarımızın yaxından köməkliyiylə helikopterdəki 3 nəfəri və meyidi əməlli-başlı araşdırdıq və maraqlı nəticələr əldə etdik. Ölən şəxs hətda şəklinə qədər qazetlərdəki məqalələrlə uyğun gəlsə də həmin şəxs heç zaman ispaniyada olmayıb. Buna görədə helikopterdəkiləri sorğu-sual etmək üçün sabah ankaraya gətirəcəklər. Mən də burdakı əməkdaşlarla birgə həmin sorquda iştirak eliyəcəm. Ürəyimə damıb ki onlar həm Samirin, həm də Conun yerini bilirlər
sən məni sevindirdin. Kaş mənim də sənə bir köməkliyim dəyə bilərdi
sən sabah hazır vəziyyətdə ol. Samirin yerinin öyrənən kimi sənə xəbər verəcəm gedib azad eliyəsən. Birdə ki çalış qızı tapasan. Bütün dünya məhz həmin qızın sayəsində Conun əməllərindən xəbər tutub. Yoxsa kim bilir daha nə qədər günahsız insan “ hoja de sauce ” təşkilatının qurbanı olacaydı. Biz gərək həmin qızı tapaq və təhlükəsizliyini təmin eliyək. Qardaşının vəziyyəti necədir ?
özünə gəlib. Tez-tez bacısını xəbər alır
hələlik ona heç nə deməyin. Qoy bir az sağalsın. Ancaq mühafizəsini gücləndirin. Qızdan əvəz çıxmaq üçün qardaşından və atasından istifadə edəcəklər
oldu. Başqa bir əmrin var ?
Yox. sabah danışarıq
oldu. Özündən muğayət ol
sən də. Hələlik
Almeyda Silvayla sağollaşıb noutbukunu açaraq “ samir ” mərkəzi haqda olan məlumatları nəzərdən keçirtməyə başladı.
Karabük. Türkiyə
Karabükdəki çoxdandır fəaliyyətini dayandırmış köhnə tikiş fabrikindəki çürük taxtaların üstündə oturmuş Con, xəritələri qarşısındakı köhnə stolun üzərinə sərib sabahkı əməliyyatın planını qururdu. Kağızda bir neçə qeyd aparandan sonra başını qaldırıb Viktordan soruşdu
neçə adam gətirmisən ?
34 nəfər gətirmişəm. Iki adamımız Lusianın gizləndiyi evi gözətliyir, ikisi isə Silvanı vurmaq əmrinizi yerinə yetirmək üçün madridə gediblər. Onlardan başqa ispaniyada nə bir adamımız, nə bir silahımız, nə də hər hansı bir əmlakımız qalmadı. Verdiyin əmrə uyğun olaraq bütün məkanlar partladılıb, telefonlar və kompyüterlər isə dənizə atılıb. Bir söznən ispaniya təhlükəsizlik əməkdaşları bütün ispaniyanı axtarsalar da bizə aid heç nə tapa bilməzlər
afərin. Gələrkən heç bir problem olmadı ki ?
elə bir ciddi problem olmadı. Adamların çoxu bura birbaşa ispaniyadan yox, üçüncü dövlətdən keçməklə gəliblər. ( bir az pauza verərək soruşdu ) bilmək olar biz niyə burdayıq ?
( Con qələmlə xəritələrin birində kiçik dairə çəkərək dedi ) sabah Burakı istintaqa çəkmək üçün ankaraya aparacaqlar. Burak bizim haqqımızda çox şey bilir, əgər onu sorğu-sual etsələr problemimiz olacaq.
Burak bərk adamdır, onlara heç nə deməz
Indi kimisə danışdırmaqdan ötrü nə döymüllər, nə dırnağını çıxartmırlar, nə də ki elektrik cərəyanına qoşmurlar. Sadəcə bir iynə vururlar vəssalam. Özü hər şeyi bircə-bircə danışır
Elədirsə onda gərək Burakı mütləq ələ keçirdək. Ya diri, ya da ölü. Yoxsa həqiqətən problemimiz olacaq
Sən bu əməliyyatda iştirak eləmiyəssən. ( xəritələrdən birini Viktora uzadıb dedi ) sən özünlə 6 nəfər götür, get meşədə Samiri axtar. Dünəndən bəri axtardığımız yeri xəritədə işarələmişəm. Qalan yerləri sən axtar.
O vəziyyətdə inanmıram sağ qala. Yəqin hansısa yırtıcı heyvana yem olub
Biz yenə də əmin olmalıyıq
Tapsam onunla nə edim
Öldür. Mən sənə Silvanı vurdurmaq yox, öldürtməyi tapşırmışdım. Çalış bu dəfə işi yarımçıq görmə. Mən isə Burakı həll eliyim
Bu iş üçün 28 nəfər az deyil ?
Sergey, Karlos, Markez, Xavyer hamısı öldülər. Adamları isə həpsxanalarda taxtabiti öldürürlər. “ hoja de sauce ” təşkilatından bircə bu 34 nəfər qalıb. Hamısı təlim keçmiş adamlardır, məncə bu işin öhdəsindən gələcəklər
( Viktor - ok - deyib getmək istəyəndə qəfildən dayanıb soruşdu ) bu vur ha vurda Samir bizim nəyimizə lazımdır ?
bizi bu vəziyyətə salanların hamısından intiqam almaq lazımdır. Almeyda, Samir, Silva, argentinalı qız, Burak və bu adamların ailə üzvləri. Hamısı ölməlidirlər. əgər dünyanın bir çox ölkələrinə yayılmış və 3 il ərzində cinayət aləmində böyük ad-san qazanmış “ hoja de sauce ” təşkilatını bu vəziyyətə salıblarsa mütləq ölmədirlər. Nəyin bahasına olursa-olsun. Yoxsa güzgüdə özümüzə baxmağa üzümüz gəlməz. Bir də ki Samir polerin həqiqətdə kim olduğunu bilir
Viktor - ok - deyib gedəndən sonra Con yenidən oturaraq xəritələrdə qeydlər aparmağa başladı.