Almeyda oteldəki nömrəsində çarpayının üstündə oturaraq noutbukda skayp vasitəsiylə görüntülü olaraq Silvayla danışırdı
bax belə Silva, sonu məhz bu cür qurtardı. Burakdan və adamlarından ötrü türkiyəyə gəldim, 1 gün həyacan içində onun yolunu gözlədim, türk polisi 20 nəfər itgi verdi, sonu isə belə oldu
fikir eləmə. ( Silva Almeydaya təsəlli verməyə çalışırdı ) sən Conun adamlarından bərk yapış, onlar heç nə bilməmiş olmazlar, mütləq Conla bağlı bir ipucu əldə eliyə biləcəksən
dünən hamımız stres içində olduğumuzdan cəmi birini dindirə bildik. Digərlərini bu gün dindirməyi planlaşdırırıq. Ola bilər ki istintaq bir neçə gün çəksin. Ona görə də hələ bir-iki gün burdayam
mən argentinalı qızın atası ilə bağlı məlumat əldə eləmişəm. O qaçaq yolla türkiyədən argentinaya taxta-şalban daşımaq istəyən bir firmaya işə düzəlib və o firmanın işçiləri ilə birlikdə türkiyəyə gəlib. Sonra türk polisi həmin işçiləri həps eliyərək ankaraya aparıb. Çalış geri dönəndə onu da özünlə gətirəsən
oldu. Ispaniyada vəziyyət necədir ?
burda sakitlikdir
Samirlə bağlı bir xəbər yoxdur ki ?
xeyr. Bütün olkəboyu onu axtarırıq, hələ heç bir izə rast gəlməmişik. Conun adamlarının ifadələri bizim üçün çox vacibdir. Bir şey öyrənə bilsən dərhal bizə xəbər ver
Almeyda Silvayla sağollaşaraq əynini dəyişib türkyə ədliyəsinə getdi.
Karabük. Türkiyə
Pedro başını qaldırıb səmaya baxaraq dedi
bu günlük bəsdir. Bir azdan hava qaralacaq, gərək tonqal qalayaq
nə deyirəm ki. Sən tonqal yandırmaq üçün quru budaqlar topla, mən də o vaxta qədər ovladığımız dovşanı təmmizləyim
bacararsan ?
lap dərisini də soyaram
Pedro tonqal qalayıb Samirin təmmizlədiyi dovşanı yaş budağa keçirərək pişirməyə baçladı.
deyəsən 1 ay da yol getsək bu meşədən kənara çıxa bilməyəcəyik ( Samir sükutu pozdu )
narahat olma. Bilmirəm niyə, amma ürəyimə damıb ki 1-2 günə yaşayış məntəqəsinə rast gələcəyik. Sən mənə öz ölkən haqda danış. Görüm necə yerdə yaşayırsan
bizlərdə belə bir məsəl var “ heç kim öz ayranına turş deməz ”. buna görə də mən ölkəmi tərifləməyəcəm, yalnız onun haqqında danışacam. Özün nəticə çıxardarsan
buyur. Eşidirəm səni
azərbaycan iqlim cəhətdən yaşayış üçün çox əlverişli bir ölkədir. Təsadüfi deyil ki 11 iqlim qurşağından 9-u azərbaycanda var. əhalisi müasir dünyagörüşlü, eyni zamanda keçmişinə bağlı və adət-ənənələrə sadiq qalan insanlardır. Hər bir azərbaycanlı üçün vətəni sevmək, böyüklərə hörmət etmək və qonaqpərvərlik əsas vəzifələrdəndir. Hər bir şəhər və rayonları özünəməxsusluğu ilə tanınırlar. Məsələn şəki şəhəri ipəyi, piti adlanan yeməyi və paxlavası ilə məhşurdur. Lənkəran limonu ilə, sabirabad qarpızı ilə, quba alması ilə, göyçay isə narı ilə məhşurdur. Paytaxt bakı şəhəridir. Mənim doğulduğm sumqayıt şəhərı “ sənaye şəhəri ” kimi tanınır. Azərbaycanın tarixi abidələri və görməli yerləri barədə danışmıram, onları sadəcə görmək lazımdır. Səni dəvət edirəm. Bir gün azərbaycana qonaq gələrsən, o yerləri sənə göstərərəm
eşitmişəm sənin ölkəndə müharibə şəraitində yaşayır. Müharibə gedən yerlər sizindir yoxsa qarşı tərəfin ?
bizim heç bir ölkənin torpağında gözümüz yodur. o yerlər azərbaycanın tarixi torpaqlarıdır. O ki qaldı sənin sualına. darıxma. Sənin sualının cavabını tezliklə o yerlərdə dalğalanacaq üçrəngli və ay-ulduzlu azərbaycan bayrağı verəcək. O günə lap az qalıb. Bizlərdə belə bir məsəl var “ oğurluqla, pisliyin ömrü ən çox 40 gündür ”
sizin heç bir futbol klubunuzu və ya futbolçunuzu tanımıram. Sizdə futbol zəifdir ?
düzdür, bizdə futbol hələ təzə-təzə inkşaf edir. Ancaq əvəzində ürəklə deyə bilərəm ki bizim volleybol klublarımız argentina klublarını udar
bəs ...
dayan-dayan. ( Samir onun sözünü kəsdi ) bir az da sən argentina haqda danış
danışım dəə. Argentina cənubi amerika qitəsində yerləşir, paytaxtı buenos ayres şəhəridir, adının mənası ispancadan tərcümədə “ gümüş ölkə-dir ”, dini xristian, dili isə ispan dilidir, 25 may argentinanın müstəqillik günü-ölkənin milli bayramı sayılır, ölkə konstitusiyası 1 may 1853-cü ildə qəbul edilib, 1994-cü ilin avgust ayında isə yenidən düzənlənib. futbol haqda danışmıram. Məncə maradona, batistuta və messinin adları argentina futbolu haqda çox şey deyir, tanqodan isə uzun-uzadı danışmağa ehtiyac yoxdur. Burda bir-neçə dəqiqənin içində bütöv bir ölkə haqda ətraflı danışmaq mümkün deyil. Bir gün qonaq gələrsən, hər şeyi öz gözlərinlə görərsən
mütləq gələcəm. Söz verirəm. Birinci kim keşik çəkəcək ?
sən yat. Mənim hələ yuxum gəlmir
Samir - gecən xeyirə qalsın - deyib uzandı və yorğun olduğunda bir-neçə dəqiqədən sonra yuxuya getdi.