( markez çənəsini qaşıyaraq dedi ) valideyinlərini canavarlar yeyib ona görə. Uşaq vaxtı valideyinləri bunu da götürüb meşəyə istirahətə gediblər. Axşamüstü meşəyə çatana hava soyuq olub, ata-anası bunu maşında qoyub özləri düşüblər yerə ki çadır qursunlar. elə bu vaxt hardansa canavarlar peyda olub.
Karlos içəri qayıdanda Con artıq gəlmişdi və hal-əhval tuturdu. Keçib öz yerində əyləşəndən sonra Con sözə başladı
Madam ki hamınız burdasınız yubanmadan bu möhtəşəm xəbəri sizə çatdıra bilərəm. sabahdan işimiz ikiqat artır. Bildiyiniz kimi azərbaycanda əlillər üçün xüsusi mərkəz açılıb və bu mərkəzin bizim əhatə dairəmizdə olan ölkələrdə filialları var. Mərkəzdə bu ölkələrin bütün əlilləri haqda ətraflı məlumat var və bu mərkəzlərə müraciət eliyənlər günbəgün artır. Bu gündən biz daha hansısa əlili ələ keçirtmək üçün əziyyət çəkmiyəciyik, onlar özləri bizim yanımıza gələcəklər. Poler bütün məlumatları Karlosun kompyüterinə ötürəcək, Karlos isə sizlərə. Siz də hansını məsləhət bilsəniz onu götürəcəksiniz. Çalışın əyalətlərdə yaşayan kimsəsiz və kasıb uşaqları oğurlayasınız ki onları itirib-axtaran olmasın, yəni başımız çox ağrımasın. Indi isə gəldik əsas məsələyə. əlil çoxdusa deməli cəsəd də çox olacaq, deyin görüm siz cəsədləri necə yox edirsiniz ?
( Sergey stəkana yenicə tökdüyü vodkadan bir qurtum içib dedi ) mən cəsədin üstünə xüsusi dondurucu maddə püskürdürəm, sonra onu qarla qarışdırib sibirə göndrirəm. Heç it də iyləsə heç nə tapa bilməz.
( Xavyer əlindəki siqardan bir qullab alıb dedi ) mənim qəfəsdə 3 dənə ayım var. Cəsədi iri ətçəkən maşından keçirib ayı yemiylə qataraq onlara yedirdirəm, nəcislərini isə aparıb içində çoxlu ayı yaşayan meşəyə atırlar.
( Markez eynəyini silə-silə cavab verdi ) mənim dəfn bürolarında olduğu kimi xüsusi sobam var. Cəsədləri 1600 selsi istiliyi olan odda kül elədikdən sonra vertalyotla aparıb dağlara səpirlər
( Con üzünü Karlosa çevirdi ) hə lobo, Bəs sən ?
( Karlos əlindəki alışqanı oynada-oynada dedi ) xüsusi düzəldilmiş iri hovuzum var, içinə də ki ağzınacan kislata doldurmuşam. Cəsədi içinə atıram vəssalam.
( Con alnını ovuşdurub dedi ) bunlar hamısı ağlabatandı, amma poler istiyir ki siz cəsədləri onun istədiyi üsulla yox eliyəsiniz
( dördü də maraqla soruşdular ) bu hansı üsuldu elə ?
( Con usulu onlara izah etdikdən sonra dedi ) dünən televizorda verirdilər. Bu yaxınlarda hindistanda bir qrup alim, daha dəqiqi 3 alim. insanda ola biləcək fiziki qüsurları uşaq hələ ana bətnində olarkən aşkar edərək aradan qaldıra bilən cihaz və dərmanlar kəşf etdiklərini deyiblər. Televiziya proqramların birindən səhiyyə nazirinə səslniblər ki “ bizim kəşfimiznən maraqlanın ”