Bakı. Azərbaycan
Asif çarpayıda uzanaraq kitab oxuyurdu. Qapı döyüləndə kitabın maraqlı yerində olduğundan üzünü buruşdurub soruşdu
asif uşaqlıq dostu etibarın səsini eşidən kimi sevinclə dilləndi
Asifdən 3 yaş böyük olan Osman onun uşaqlıq dostu idi. 11 il əvvəl, hələ şəhərdə yaşayarkən tanış olmuşdular. Onda Asifin 10, Osmanın isə 13 yaşı vardı. Asif çox susamışdı, ancaq market pilləkənli olduğundan özünə su ala bilmirdi. Bu vaxt Osman yaxınlaşıb öz köməyini təklif etmişdi. Osmanın xoşxasiyyət, mehriban və ürəyiyümşaq olması sonradan bu 2 uşaq arasında möhkəm dostluq yaratmışdı. Digər uşaqlar futbol oynamağa gedəndə belə Osman Asifi həyətdə tənha qoymamaq üçün onun yanında qalırdı. Zaman keçdikcə Asif Osmanın onun üçün elədiklərini daha yaxşı dərk edərək ona daha çox bağlanırdı. Asifgil binəqədiyə köçdükdən sonra belə Osman Asiflə münasibəti kəsmir, imkan olduqca gəlib Asifə baş çəkirdi. Görüşmədikləri günlərdə isə mütəmadi telefonla danışırdılar Osmanın hər gəlişi Asif üçün toy-bayram olurdu. Ona görə də indi Osmanın səsini eşidən kimi kitabı bir kənara tullayaraq qalxıb oturdu. Osman yaxınlaşıb onun boynunu qucaqladı
-
salam qardaşım. Necəsən ? nə var-nə yox ?
-
çox sağ ol qardaşım, mən yaxşıyam. Sən necəsən ?
-
( Osman çarpayıda onunla yanaşı oturdu ) nə iş görürdün ?
-
Kitab oxuyurdum. Fərman Kərimzadənin “ xuradəfin körpüsü “ romanını
-
Oxumuşam. Maraqlı əsərdir. Necənci cilddəsən ?
-
Bu gün birincini qurtaracam
-
Sənə ən çox maraqlı gələn personaj hansıdır ?
-
“ Murad “ Ölümünə təhssüfləndim
-
Təhsüflənmə. Ikinci cilddə diriləcək
-
Doğrudan ? bu əla xəbərdir. Bir az özündən danış. Çoxdandır gəib getmirsən. Dünən də zəng vurmuşdum, “ dedin sonra danışarıq ” nişanlınan münasibətin necədir ? atan həyətdə meyvə-tərəvəz dükanı açmaq istəyirdi, aça bildi ?
-
Son 10 gündür başım yaman qarışıqdır. Toya hazırlaşıram
-
Ooo. Səndə xəbər varıymış ki. Inşallah toyu nə vaxta planlaşdırırsan ?
-
Toy 1 həftədən sonradır. ( dəvətnaməni cibindən çıxardaraq Asifə uzatdı ) dəvətnaməni gətirmişəm
-
ALLAH mübarək eləsin qardaşım. Xoşbəxt ol.
-
Bu dəvətnamə sizin ailəniz üçündür. Sənin özünü isə şəxsən dəvət edirəm. Mütləq gəl haa
-
Mütləq gələcəm. Heç elə şey olar ki mən o toyda iştirak eləmiyim
-
Toya gəlməklə bağlı nəysə bir çətinliyin olsa xəbər elə. Nə kömək lazımdırsa mən hazır
-
Sən heç narahat olma. Valideyinlərimlə birgə gələcəm
Dostlar Adilənin təşkil elədiyi çay süfrəsi arxasında bir xeyli söhbət etdikdən sonra Osman işinin çox olduğunu bildirib getdi. Axşam Akif işdən gələndə divanda oturub dedi
-
ikiniz də gəlin bura, sizə bir söz deyəcəm
-
( Adilə gəlib onun yanında oturaraq soruşdu ) nəysə olub ?
-
Darıxma. Qoy Asif də gəlsin, sonra. ( Asif gəlib onlarla üzbəüz dayanandan sonra sözə başladı ) bu gün işlədiyim mərkəzin rəhbərliyi məni yanına çağırmışdı. “ samir ” mərkəzindən 1 qrup həkimi təcrübə keçmək üçün italiyaya göndərirlər.
-
Siz orda neyniyəcksiniz ? ( Asif soruşdu )
-
Biz italiyada işlədilən müasir tibbi avadanlıqlarla tanış olacayıq. Sonra, çətin əməliyyatların yeni və daha asan üsulla keçirilməsini öyrənəcəyik. Nə uzadım ee. Öyrənməli o qədər şey var ki
-
Sən italiyan dilini bilmirsən, heç ingilis dilini də bilmirsən. onlarla necə ünsiyyət quracaqsan ? ( Adilə soruşdu )
-
Bizimlə birgə 2 tərcüməçi də gedəcək
-
Nə vaxt yola düşəcəksiniz ?
-
3 gündən sonra. Orda 1 həftə qalacayıq. Otel, qida, maşın. Hər şey mərkəzin hesabınadır
-
Deməli sən toya gedə bilməyəcəksən ? eybi yox, biz ikimiz gedərik
-
Nə toy ? kim toy eliyir ki ?
-
Osman. Bu gün dəvətnamə gətirib
-
Hansı Osman ? Asifin dostu ? toy nə vaxtı ki ?
-
1 həftədən sonra
-
Heyf ki burda olmayacam. Eybi yox. Siz ikiniz gedərsiniz, mən sonra gedib atasına gözaydınlığı verərəm
3 gündən sonra Asif anası ilə birgə atasını düz maşına qədər ötürdü. Akif çamadanı maşına qoyaraq onlara tərəf çevrildi
- yaxşı, salamat qalın. Sizi bir-birinizə və ALLAHa tapşırıram. Özünüzdən muğayət olun. ( üzünü Asifə tutaraq ) bu gündən evin kişisi sənsən. Evdən də, anandan da muğayət ol. Çalış yoxluğmu hiss elətdirmiyəsən
Akif onlara görüşüb maşına oturdu. Maşın yerindən tərpənən kimi Adilə əlindəki qabda tutduğu suyu onun dalınca atdı. Televizorun qarşısında oturub gözlərini ekrana diksələr də hər ikisinin fikri tamam başqa yerdə idi. Adilənin fikri xarab olan qabyuyan maşının yanında idi “ bu da xarab olmağa vaxt tapdı. Akif gəlib onu düzəltdirənə qədər mətbəxdə 1 anbar çirkli qab yığılacaq. Məcburam əllə yuyum ”, Asif isə sabahkı toy barədə fikirləşirdi “ görəsən hansı köynəyimi geyinsəm yaxşı olar ? ağı yoxsa göyü ? bəlkə anama deyim təzəsini alsın ? çoxdandır evdən bayıra çıxa bilmirəm, elə mənim özümçündə dəyişiklik olar. Bu həyatda tək dostum odur. Gərək Osman üçün onun toyuna kiçik bir xatirə hədiyyəsi alam. Məsəl üçün üstündə hər ikimizin adı yazılmış üzük ”. Asif üzük məsələsini anasına demək istəyirdi ki telefonun zəngi sözünü yarımçıq kəsdi
-
ana mən istə.... telefona cavab ver, sonra deyərəm
Adilə dəstəyi götürüb “ alo ” dedikdən bir az sonra dəstəyi yerə qaydu. Asif onun bənizinn ağardığıını görüb həyacanla soruşdu
-
noolub ana ? zəng vuran kim idi ? nə baş verib ?
-
zəng vuran dayın idi. deyir kiçik oğlu Sənanı maşın vurub. Vəziyyəti pisdi. Təcili xəstəxanaya aparıblar
-
ALLAH özü kömək olsun
-
Qulaq as oğlum, mən xəstəxanaya gedirəm. Sən evdən muğayət ol. Yoldan bibin qızı Səbinəyə zəng vuracam mən gələnə qədər sənə qulluq eləsin
-
Necə istəyirsən ana
Adilə tez-tələsik əynini dəyişib çantasını götürərək qapıdan çıxmaq istəyəndə Asif onun arxasınca səsləndi
-
ana ora çatan kimi mənə zəng vur, görüm vəziyyəti necədir
Adilə “ oldu ” deyib təlaşla qapıdan çıxdı. Şam yeməyindən sonra Asif otağına gedərək anası ilə əlaqə saxladı
-
alo, Ana. Sənan necədir ? əməliyyat necə keçdi ?
-
həkimlər deyir yaxşı keçdi. hələ ayılmıyıb, reanimasyadadır
-
orda qalacaqsan ?
-
hə oğlum, burda qalacam. Sən məni gözləmə, yat. Bibin qızı neyniyir ?
-
televizora baxır
-
yaxşı oğlum, sabahadək
-
sabahadək ana
bir az internetdə yazışandan sonra yatdı. Səhər yuxudan ayılan kimi anası ilə əlaqə saxlayanda Sənanın hələ də komadan ayılmadığını eşidib bikef oldu. Saatlar keçdikcə toyun vaxtı yaxınlaşırdı. Asif özünü çarəsiz hiss eliyirdi. Vaxt ötdükcə özü öz gözündə daha da acizləşir, daha da cılızlaşırdı. Arabada oturub pəncərədən baxa-baxa düşdüyü vəziyyət barədə fikirləşərək özü özünü məzəmmət eliyirdi. “bəs indi mən neyniyim ? bir tərəfdə qardaş dediyim Osman, bir tərəfdə də ölümlə mübarizə aparan dayım oğlu. bu vəziyyətdə anama necə deyim ki gəl məni toya apar ? ehh Asif, sən demə başqalarının köməyi olmadan sən heç kim imişsən. Həyatdakı tək dostunun toyuna gedə bilməycək qədər heç kim. Deməli bu həyatda heç bir şeyə təsirim yoxuymş. Deməli bu illər ərzində həyatımdakı bu boşluğu valideyinlərim doldururmuş. Afərin onlara. Afərin ki, bu illər ərzində necə əlacsız, başqalarına möhtac, necə çarəsiz, necə işəyaramaz olduğumu hətda özümə də hiss elətdirmiyiblər. ” başını qaldırıb divardakı saata baxdı. 6-nın yarısı idi. “ artıq toy başlayıb. Gedə bilmədim, heç olmasa təbrik mesajı yazım ” deyə öz-özünə fikirləşərək telefonu götürdü. Mesajın hər bir sətirini tamamladıqca gözlərindən yaş damlaları yanağından süzülərək köynəyinin yaxasını daha çox isladırdı. Mesajı birtəhər tamamlayıb, göndərməmişdən öncə özü oxudu. “ salam Osman. Təhsüf ki bu günkü məclisdə iştirak edə bilməyəcəm. Ürək bunu nə qədər çox istəsə də, problemlər bir o qədər mane oldu. Ümid eliyirəm inciməyəcəksən. ALLAHdan sənə kainat qədər sonsuz və günəş qədər parlaq bir xoşbəxtlik arzulayıram. Sən buna layiqsən. XOŞBƏXT OL QARDAŞIM ” mesajı oxuyub qurtardıqdan sonra heç bir qrammatik səhvin olmadığını görüb, mesajı göndərdi və talelefonu çarpayının üstünə atıb əlləri ilə üzünü tutaraq hönkür-hönkür ağlamağa başladı.
Dostları ilə paylaş: |