Çako vilayəti. Argentina
Pedronun paltarlarını səliqə ilə qatlayıb çamadana yığan Lusiya mətbəxdə Pedro üçün yol azuqəsi hazırlayan Mariyadan soruşdu
-
ana bilmirsən atamın boz köynəyi hardadır ?
-
bilmirəm Lusi, yəqin soyuducunun yanındakı qutunun içindəki paltarların arasındadır
Lusiya soyuducuya tərəfə gedəndə Xose əlində zəmbil içəri girib dedi
-
alın. Nə tapşırmışdınız hamısını almışam
Lusiya boz köynəyi tapdıqdan sonra onu da çamadana yerləşdirəndə Pedro dedi
-
bu qədər paltar nəyimə gərəkdi ? onsuzda orda mənə paltar verəcəklər
-
( Lusiya çamadanın ağzını bağlayıb dedi ) dağlıq və meşə əraziləri həmişə soyuq olur.
-
( bayaqdan Lusiyaya tamaşa edən Xose dilləndi ) heç inanmağım gəlmir ki sabah atam bizimlə olmuyacaq. Türkiyənin hansısa meşəsində ağac kəsəcək
-
( Mariya bişirdiyi kökələri balaca kardon qutuya yığa-yığa Pedrodan soruşdu ) dəqiqləşdirməmisiniz ? saat neçədə çıxacaqsınız ?
-
Təyyarə saat 2-də yola düşəcək. Gərək elə vaxt yola çıxaq ki təyyarəyə çataq
-
Gərək onda səhər saat 5-6-da yola düşəsiniz ( Lusiya dilləndi )
-
Hə, biz də elə fikirləşmişik. Amma son qərarı Gustavo verəcək. Getmək problem deyil, əsas narahatlığım sizdəndir. Hər ayın axırı pul göndərəcəm, Gustavonun dediyinə görə gedəcəyimiz yerdə mobil telefon işləmir. Hər ayın axırı sizə məktub yazacam, pul da məktubun içində olacaq ( sonra cibindən bir az pul çıxardaraq Mariyaya uzatdı ) al bu pulu. Bir az beh veriblər. Mən pul göndərənə qədər bu sizə bəs eliyəcvək
Saat 11 olanda Mariya Pedronun tezdən oyanacağını bildirib yatmağı təklif etsədə nə uşaqlar Pedrodan, nə də Pedro uşaqlardan ayrıla bilmirdi. Nəhayət saat 12-də hamı yerinə girib yatdı. Gecə siqnal səsinə oyanan Pedro yuxulu-yuxulu saatına baxdı. 3 idi. -bu gecə vaxtı kim ola bilər- deyə öz-özünə fikirləşdiyi vaxt Gustavonun onu çağırdığını eşitdi. Geyinib qapıya çıxanda darvazaya çatmadan qışqırdı
-
sənin yuxuynan problrmin var ?
-
yox. Anma maşının buzlu yollarnan problemi ola bilər. Ona görə qərara almışıq ki bir az tez çıxaq. Ona görə də hazırlaş, yarım saata çıxırıq ( Gustavo eyni ahənglə cavab verdi)
-bir az ?- deyə yuxulu-yuxulu öz-özünə mızıldanan Pedro qapını açaraq Gustavoya -gəl içəri- deyib evə qayıtdı. Bütün ailə siqnal səsinə oyandığından Pedroyla Gustavonun danışığını eşitmişdilər, ona görə də hər üçu tez-tələsik geyinməyə başladılar. Pedro içəri girəndə hava soyuq olduğundan yatarkən yalnız üst geyimini çıxartmış Lusiya artıq geyinərək ayaq üstə dayanmışdı. Pedro artıq hamının oyandığını görüb işığı yandırdı. Mariya bir əliylə yun jaketinin düymələrini bağlıyır, digər əliylə isə gözünə düşən işığın qabağını almağa çalışırdı. Xose də işığın yanmasından acışan gözlərini qırpa-qırpa corablarını geyinirdi. Pedro saatını stolun üstündən götürüb qoluna balayanda Gustavonun səsini eşitdi
- məni soyuqda çox gözlətmə, bir az cəld ol
- orda dayanma keç içəri. Hamı yerindən durub
Gustavo içəri girib hamıya salam verərək keçib stulda əyləşdi. Pedro paltarlarını, kurtkasını geyinərək üzünü Gustavoya tutub dedi
-
çamadanlar qapının ağzındadı. Sən onları apar maşına, mən indi gəlirəm.
Gustavo qapınının yanında qoyulmuş hər iki çamadanı götürüb qapıdan çıxan kimi Lusiya hönkürərək özünü Pedronun üstünə atdı. Pedro onu bərk-bərk qucaqlayıb üzündən öpərək təsəlli verməyə çalışdı
-
buna məcburam Lusi. əgər getməsəm ömrümüz boyu bu cür köhnə daxmalarda əzab çəkməyə məcbur olacayıq. Sizdən 2 illik ona görə ayrılıram ki həyatımızın sonrakı hissəsini rahat evimizdə xoşbəxt yaşaya bilək
Sonra Mariya və Xoseylə də görüşəndən sonra qapıya tərəf getdi və 1-2 addım atdıqdan sonra dayanaraq üzünü Xoseyə çevirib dedi
-
anandan və bacından muğayət ol. Indi evdə kişi sənsən
Xose gülümsünərək protez qolunu yerinə bərkitmək üçün anasından kömək istədi. Ailə üzvləri Pedronu sexin darvazasına qədər ötürdülər. Pedro maşına oturaraq başını artıq yola düşən maşının pəncərəsindən çıxarıb əlini yellərək dedi
-
salamat qalın. 5 aydan sonra görüşərik
maşın gözdən itənə qədər anasına sığınıb nəmli gözləriylə onun dalınca baxan Lusiya yalnız evə girəndə əməli-başlı üşüdüyünü hiss etdi.
Lusiya anasının tikib qurtardığı paltarı aparıb sahibinə verib geri qayıdanda Xose divanda oturaraq qarşısına qoyduğu stulun üstündə vərəqə nə isə yazırdı. Lusiya ayaqqablarını soyuna-soyuna soruşdu
-
Xose sənə bir sual verə bilərəm ?
-
.........
-
Eyy sənnənəm ee
-
( Xose başını qalırmadan dedi ) ver.
-
Bir qocadan soruşurlar; ” sənin neçə yaşın var ?” qoca cavab verir ki ” mənim yüzdən çox yaşım var, ancaq cəmi 25 dəfə ad günü keçirmişəm ” indi de görüm bu necə olur ?
-
( Xose yazmağa davam edə-edə dedi ) nə bilim, yəqin ad günü keçirtməyə pul tapmırmış
-
( Lusiya keçib çarpayıda əyləşərək dedi ) rəsm müsabiqəsində 28-ci yer tutandan başqa nə cavab gözləmək olar ki
-
( Xose başını qaldırıb dedi ) mənim üçün əsas qələbə deyildi, iştirak idi. Birdə ki mən 220 iştirakçı arasında 28-ci olmuşam. ( söhbəti dəyişmək üçün araya söz atdı ) sən hardan gəlirsən ? saat artıq 9-du. Atam 15 gün deyil gedib artıq özünnən çıxmısan
-
( Lusiya gəlib onun böyründə oturub başını sığallayaraq dedi ) yaxşı zarafat elədim, hirslənmə. Nə yazırsan orda ?
-
Atama məktub
-
Mən də dünən birini yazmışam. Gözdüyürəm atam məktub yazsın, ünvanını öyrənib göndərim
-
( Mariya əlindəki ütünü divanın baş tərəfində qoyulmuş kiçik stulun üstünə qoyaraq dedi ) mən də yazmaq istiyirəm. məktublarınızı verin mənə, birləşdirib bir məktub eliyəcəm. siz də mənə kömək eliyin. Lusiya sənin xətdin yaxşıdı məktubu sən yazarsan
-
( Lusiya anasına göz vuraraq ) incimə. ana istəmirəm mənim mənalı məktubum bunun lazımsız qaralaması ilə qarışsin
-
( Xose incimiş halda ) məktubuna bir bax
-
( Lusiya onu qucaqlayıb saçından öpərək ) nə olub Xose ? bu gün partlamağa hazır olan barıt kimisən. Nə deyirəm xətrivə dəyir
-
( Maraiya dəftərin içindən bir list qopardaraq ) əl çək ondan Lusi. yəqin atasından ötrü çox darıxır
Ailə stolun ətrafına yığışıb məktubu yazmağa başladı. Mariya ilk öncə Xosenin yarımçıq qalan və Lusiyanın artıq hazır olan məktublarını ucadan oxuduqdan sonra, Lusiya Mariyanın demək olar ki hər cümləsini müzakirə etdikləri məktubu yazmağa başladı. Saat 11-in yarısı nəhayət ki məktubu tamlayıb zərfə qoydular. Mariya zərfi aparıb şkafda paltarların arasında gizlətdi. Gecə saat 2 olmasına baxmayaraq Mariyanın gözünə yuxu getmirdi. Içində günortadan bəri bərk narahatlıq var idi. Nahar vaxtı uşaqların təkidi ilə bir az yemək yesə də axşam ümumiyyətlə iştahı olmadı. Indi də yerində gah o böyrü üstə, gah bu böyrü üstə çevrilərək yatmağa çalışsada gözünə yuxu getmirdi. Yuxusunun gəlmədiyini görüb arxası üstə uzanaraq gözünü tavana dikib almaq istədikləri ev barədə fikirləşməyə başladı. Alacaqları evi təzəcə xəyalında canlandırırdı ki həyətdə taqqıltı eşidib qeyri-ixtiyari qalxıb yerinin içində oturaraq bütün diqqətini həyətə cəmlədi və səsin kəsildiyini görüb -yəqin küləkdir- deyə öz-özünə fikirləşərək təzədən uzanmaq istəyirdi ki qapıya yaxınlaşan addım səslərini eşidib cəld ayağa qalxdı. Mariyanın ayağa qalxmasıyla qapının vurulan təpik nəticəsində açılması bir oldu. Qapı açılan kimi içəri girən qara geyimli, başlarına maska taxmış adamlardan ikisi Mariyanın, qalanları isə hələ nə baş verdiyini anlamyan Xose və Lusiyanın üstünə getdilər. Adamlar qapıya vurulan təpiyin səsindən yuxudan dik atıldığından və nəyin baş verdiyini anlamadığı alaqarnlıq otaqda onu tutan adamların əlində qorxudan titrəyən Xoseyə yuxugətirən iynə vurmaq istəyəndə Lusiya -qardaşımı buraxın- eyə qışqıraraq yatdığı divasndan qalxıb Xosenin yanına gələndə Xoseni tutan adamlardan birinin onun sifətinə vurduğu güclü yumruq zərbəsindən huşunu itirərək Xosenin döşəyinin üstünə yıxıldı. Bayaqdan -siz kimsiniz ? bizdən nə istəyirsiniz ? deyə qışqıran mariya qızının vurularaq yıxıldığını görəndə yandakı ütünü götürüb adamlardan birinin başına vurdu. Ikincisini də vurmaq istəyəndə bayaqdan qapının ağzında dayanıb bu mənzərəni seyr eliyən hündürboy, cüssəli adamın açtığı atəşdən sonra başında güclü ağrı hiss edərək üzü üstə Lusiyanın içinə tikiş ləvazimatlarını yığdığı qutunun üstünə yıxıldı. Anasının öldürüldüyünü görən Xose ona tərəf getmək istəsə də bacarmadı, 1 addım ataraq vurulan iynənin təsirindən yerə yıxıldı. Ütü zərbəsindən başı qanayan adam tapançanı çıxardıb Lusiyanı vurmaq istəyəndə qapının yanında dayanan adam qoymadı
-
onnan işin olmasın. O bizə lazımdı
adamalar Xoseylə Lusiyanı maşına qoyub ordan uzaqlaşanda Mariyanın başından tökülən qan Lusiyanın anasına ad günü sürprizi etmək üçün toxuduğu yun koftasını al-qırmızı rəngə boyayırdı.
Dostları ilə paylaş: |