Vəziyyətin necə olursa olsun. ÖZÜNLƏ FƏxr et ! GİRİŞ



Yüklə 1,17 Mb.
səhifə26/46
tarix02.01.2022
ölçüsü1,17 Mb.
#1443
1   ...   22   23   24   25   26   27   28   29   ...   46
HADİSƏDƏN 5 GÜN ƏVVƏL

Madrid. İspaniya

Silva Almeydanın kabinetinə girəndə Almeyda telefonla danışırdı. Silvanın otağa girdiyini görüb əliylə ona oturmaq işarəsi verən Almeyda telefonla danışəıb qurtaran kimi Silvadan soruşdu


  • qızı tapa bildin ?

  • yox. Tərslikdən həmin gün otelin web kameraları işləməyib. Otel admnistratoru dedi ki həmin gün kameraları yeniləri ilə əvəz etdikləri üçün söndürüblərmiş. Nə kameralar işləyib, nə də ki digər təhlükəsizlik avadanlıqları. Həmin gün bütün təhlükəsizlik sistemini dəyişirmişlər.

  • ( Almeyda üzünü qırışdırdı ) belə də bilirdim

  • Nəysə olub ?

  • Dünən argentina polisi Xavyeri tutmaq üçün əməliyyat keçirib. Amma Xavyer ələ keçəndə artıq ölmübmüş. Şahidlərin dediyinə görə polislər gəlməmişdən bir-neçə dəqiqə qabaq Xavyer kiminləsə bir müddətlik zaldan çıxıb, geri qayıdanda isə ölüb. Şahidlərin dediyi əlamətlərə görə isə həmin adam şübhəsiz Con olub. Üstəlik əməliyyat zamanı məclisdəki insanlarla polislər arasında dava düşüb, hətta atışma da olub. atışma vaxtı Xavyerin oğlu və 1 polis işçisi ölüb

  • Bu Con kimdi axı ? istədiyi vaxt istədiyi yerə gedir, polislərin neyniyəcəyindən xəbər tutur, istədiyi adamı öldürür, polislərlə adamları bir-birinin üstünə qaldırır

  • Mən də elə səni buna görə çağırmışam. Indikindən ikiqat artıq işlə, bütün şəhəri alt-üst elə, nə yolnan olur-olsun o qızı tap

Silva gedəndən sonra Almeyda qovluqdan Conun şəklini götürüb fikirli-fikirli baxmağa başladı.

Moskva. Rusiya



Sergey səhər yeməyini qurtarıb masanın üstünə qoyulmuş qazetlərdən birini götürüb oxumağa başladı. Bir-iki sətir oxumuşdu ki Oleq içəri girib təlaşla dedi

  • Boss, polislər gəlib. Hal-hazırda villanı mühasirəyə alırlar

  • ( Sergey yerindən sıçrayaraq ayağa qalxıb soruşdu ) neçə nəfər olarlar ?

  • Saylarını dəqiq deyə bilmərəm. federrallar da polislərə kömək eliyillər. Ağır texnikaları yoxdu, amma səmada 2 helikopter var

  • ( Sergey tapançasını çıxardıb dedi ) hamını döyüşə hazırla. Mühasirəni yarıb burdan çıxmaq lazımdır. Aşpaz, bağban, xidmətçi, kim varsa qoy silahlanıb döyüşə girsin. Damın üstündəki teşekanın yanına 3 nəfər adam qoy ki helikopterlərin yaxınlaşmasına imkan verməsinlər. Adamların çoxunu qərb tərəfə yığ. Mühasurəni ordan yaracıyıq

Sergey bunu deyib qapıdan çıxmaq istəyəndə səs eşidib dayandı. Kimsə meqafonla onlara təslim olmağı əmr eliyirdi. Sergey dala qayıdıb bir bir pəncərələrin yanına gələrək pərdənin böyründən çölə baxdı. ətrafda polislər qaynaşırdı, helikopterlərə plamyot qoyulmuşdu, qonşu evlərin damındakı snayperləri də aşkar görmək olurdu. Sergey - özlərinə çox arxayındılar - deyə pıçıldayaraq qapıdan çıxanda səsgücləndiricidən çıxan səsi hələ də eşdirdi. - təslim olmaq üçün 5 dəqiqəniz var - 10-15 dəqiqədən polislər hücuma keçəndə Sergeyin əmriylə onlara atəş açılması polisləri də atəş açmağa məcbur elədi və tərəflər arasında şıddətli döyüş başladı. Sergeyin adamları damdakı teşekanın və pulemyotun sayəsində ilk 10-15 dəqiqə polislərə güclü müqavimət göstərdilər və demək olar ki mühasirəni yarmışdılar. Lakin sonradan damdakı adamlar snayperlər təfrəfindən vurulduğuna görə helikopterlərin köməyə gəlməsi və xeyli itgi verilməsi dəstəni çətin vəziyyətə saldı. Polislərin bağın içinə girə bilmələri isə vəziyyəti daha da çətinləşdirdi. Mühasirə halqası get-gedə daralırdı. Sergey bağdakı ağaclardan birinə daldalanaraq aftomatla bu cəhənnəmdən çıxmağa çalışırdı. Adamlarından demək olar ki 2-3 nəfər qalmışdi. Artıq burdan çıxmağın mümkün olmadığını görüb sağ qalmaq üçün təslim olmağa qərara aldı və adamlara təslim olmağı əmr edərək üzü üstə yerə uzanaraq əllərini boynunun ardına qoyub ucadan - təslim oluram-təslim oluram - deyə qışqırmağa başladı. Polislər qarşı tərəfdən güllə atılmadığını görüb atəşi dayandıraraq ehtiyatla Sergeyə tərəf gəlməyə başladılar. Yaxınlaşdıqda artıq heç bir təhlükənin olmadığını görən polislər cəld Sergeyin və 3 digər 3 nəfərin əllərini qandallayaraq maşına mindirmək üçün bağdan çölə çıxartdılar. Maşınlara bir neçə addım qalmış Sergey qəflətən dayanaraq bir-iki saniyə ayaq üstə durduqdan sonra yerə yıxıldı. Sergeyi maşına aparan polis zabiti ilk əvvəl nə baş verdiyini anlamasada, Sergeyin başındakı güllə yarasını görəndə vəziyyəti başa düşdü və tez maşının arxasında gizlənərək qışqırdı - yerə yatın, Sergeyi snayperlə vurdular, özünüzü qoruyun, bizim snayperlərə və helikopterlərə xəbər verin ətrafa baxsınlar - helikopterlər yarım saata yaxın yuxarıdan ətrafı müşahidə eləsələr də heç nə tapmadılar. 5 saat sonra Xuan Almeydanın faks aparatına 58 quldurun və 22 polisin ölümü ilə nəticələnən əməliyyat və Sergeyin səsboğucusu olan snayperlə öldürülməsi haqda moskvadan rəsmi məlumat daxil oldu.

Bakı. Azərbaycan



Akif ayaqqabılarına maz sürtə-sürtə səsini qaldırdı

  • Adilə. Harda qaldın ? tez ol dəə, gecikirik axı. 1 saatdır hazırlaşırsan

  • hirslənmə ata. bir yerə gedərkən ləngimək qadınların 1 nömrəli adətidir ( dəhlizdə atasına tamaşa eliyən Asif dilləndi )

  • bir az da belə davam eləsə bir yerə gedərkən qadınları yarıyolda qoyub getmək kişilərin 1 nömrəli adəti olacaq

  • gəldim, gəldim ( yan otaqdan Adilənin səsi eşidildi )

Akif “ tez gəl. Səni həyətdə gözləyirəm ” deyib qapıdan çıxdı. Adilə otaqdan çıxaraq tələm-tələsik ayaqqabılarını geyinərək Akifin dalınca çıxdı. Valideyinləri gedəndən sonra Asif telefonu götürərək qonşuqda yaşayan həmyaşıdına zəng vurdu

  • salam Qulam. Necəsən ?

  • sağ ol Asıf. Sən necəsən ?

  • çox sağ ol, yaxşıyam. Eşit gör nə deyirəm

  • buyur

  • valideyinlərim sumqayıta - ad gününə gediblər. Evdə tək darıxıram. Vaxtın varsa dur gəl bizə, kola içə-içə şahmat oynayaq

  • Asif üzürlü hesab elə, bu gün gələ bilməyəcəm. Evdə televizor xarab olub. Aparıram onu düzəltdirəm

  • eybi yox Qulam, qalsın sonraya. Hələlik

  • hələlik

Asif telefonun dəstəyini yerə qoyub televizoru yandırdı. Kanalları bir xeyli o tərəf-bu tərəfə çevirib - bu qədər kanalda baxmalı bir şey yoxdur - deyə öz-özünə mızıldanaraq televizoru söndürüb jurnal masasının üstündən krassvordu götürərək yazmağa başladı. Bir saata yaxın yazdıqdan sonra, nəhayət yorularaq qazeti yerinə qoyub öz otağına getdi. Kompyüteri yandırıb sosial şəbəkələrə baxdı. Çat dostlarının heç birinin online olmadığını görüb saytlardan birində online filmə baxmağa başladı. Film qurtardıqdan sonra bir az da musiqiyə qulaq asmaq istəsədə acdığını hiss edib kompyüteri söndürərək mətbəxə getdi. Anası həmişə bir yerə gedərkən Asif üçün quru yemək bişirərək qaba çəkib stolun üstünə qoyurdu. Hətda yanında vilka, salat, duz, doğranmış və kloka bükülmüş çörək və 1 stəkan meyvə şirəsi qoyurdu ki Asif acanda rahatca qarnını doyura bilsin. Bu gün Adilə oğlu üçün kotlet bişirmişdi və Asif “ dadlı kotletləri yeyib, üstündən də çatda uşaqlarla yazışmaq əsl əyləncə olar ” deyə düşünərək masaya tərəf gedəndə qəflətən yerində dayandı. Anası kotletləri bişirsə də evdən tələsik çıxdığından onları stolun üstünə qoymaq yadından çıxmışdi. Asif tavanı qazın üstündən götürüb stolun üstünə qoymaq istəyəndə əlindən saldı və içindəki kotletlər döşəməyə səpələndi. Asif kotletləri yerdən yığa bilməyəciyini bilib başqa şeylə qarnını doyurmaq istədi. Lakin əlini nə qədər uzatdısa çörək şkafın divara yaxın tərfində olduğu üçün əli çatmadı. Soyuducu masayla qazın arxa tərəfində olduğu üçün Asif nə qədər çalışsa da arabanı onların arasından keçirdib soyuducuya yaxınlaşa bilmədi. Fincanlar şkafın yuxarı gözündə olduğu üçün götürüb su da içə bilməyəcəkdi. Saata baxdı. Valideyinlərinin gəlməsinə hələ təqribən 3-4 saat vardı və Asif bu müddətdə ac-susuz oturaraq onların gəlməsini gözləməliydi. Göz yaşları içərisində üzünü göyə tutub dedi - ey ALLAHım niyə məni bu qədər əzab içində qoyursan ? əgər bu sınaqdırsa niyə məni belə ağır imtahana çəkirsən ? deyillər sən heç kimə çəkə bilməyəcəyindən artıq yük vermrsən. Bəs mənim yüküm niyə belə ağırdı ? artıq bunlara dözməyə gücüm qalmayıb. Həyatımın hər anında qarşılaşdığım çətinliklərə dözə bilmirəm artıq. Məni ömrüm boyu qara ba qara izləyən məhdudiyyətlərə tab gətirə bilmirəm artıq. Kömək ol mənə ALLAHım. Yalvarıram sənə kömək ol - Asif başını əlləri arasına alaraq hönkür-hönkür ağlamağa başladı.


Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin