Vəziyyətin necə olursa olsun. ÖZÜNLƏ FƏxr et ! GİRİŞ



Yüklə 1,17 Mb.
səhifə28/46
tarix02.01.2022
ölçüsü1,17 Mb.
#1443
1   ...   24   25   26   27   28   29   30   31   ...   46
HADİSƏDƏN 3 GÜN ƏVVƏL

Madrid. İspaniya

Almeyda prado muzeyinin qarşısına gələndə Silvanın artıq orda olduğunu gördü. Yaxınlaşıb onun yanında oturaraq soruşdu.


  • Məni belə təcili çağırmağıvın səbəbi nədir ?

  • Sənə 3 xəbərim var. 2-si yaxşı, 1-i pis. Hansından başlıyım ?

  • Elə elə ki ardıcıl olsun

  • Yaxşı xəbər odur ki qızın kimliyini müəyyənləşdirmişəm. ( əlindəki qovluğu Almeydaya uzadaraq ) Iusiya Qonzales. 23 yaşı var. Argentina vətəndaşıdır. Onu bura çox güman ki əlillərə qulluq eləmək üçün gətiriblərmiş. Onların qaldıqları yerə hücum olunanda anası öldürülüb. Atasından isə bir xəbər yoxdur. Deyəsən hansısa qaçaqmalçılara qoşulub. Bunu araşdırıram. Pis xəbər isə budu ki hələ də onun harda olduğunu bilmirəm.

  • ( Almeyda qovluqdakı kağızlara baxa-baxa köks ötürdü ) həə, bu həqiqətən pis xəbərdi. Bəs məndən nə istəyirsən ?

  • Istiyirəm həmin gün Samirin yanında olanların hamısının həmin gün üçün telefon zənglərinin siyasını mənim üçün çıxartdırasan

  • Səncə bir şey çıxacaq ?

  • Bilmirəm. yoxlamaq lazımdır. Həmin gün otelin bütün sistemi qarışıb bir birinə, ordan heç nə çıxmadı

  • Yaxşı. Sabah siyahını sənə verərəm. bəs 2-ci şad xəbərin nədir ?

  • Karlosun məkanında öldürülən uşaqlardan sağ qalan 2 nəfərdən biri Lusiyanın qardaşıdır. Səndə təzə xəbər yoxdu ?

  • Məndəki xəbərlərin hamısı bəddir. Sergeylə Markez də öldürülüb. Con dünyanın bu başından vurub, o başından çıxır. Mən isə heç nə eliyə bilmirəm. bir yandan Conun hərəkətləri, bir yandan Samirin izsiz-tozsuz yoxa çıxması, bir yandan da öldürülən günahsız əlillər. Lap başımı itirmişəm. ( Almeyda danışdıqca səsində gah mülayimlik hiss olunurdu, gah da kəskinlik. ) sən gərək o qızı mütləq tapasan. əminəm ki o bizim bilmədiyimiz nəyisə bilir

  • ( Silva - baş üstə - deyib getmək istəyəndə dayanaraq əliylə muzeyi göstərib soruşdu ) bu muzeydə olmusan ?

  • Yox olmamışam ( Almeyda fikirli halda cavab verdi )

  • Girib baxmağın məsləhətdi, möhtəşəm muzeydi. Həm fikrin də dağılar. Mənim ən çox xoşuma gələn əsər “ las meninas “ dır.

Silva gedəndən sonra bir az skameykada oturan Almeyda ayağa qalxaraq iti addımlarla muzeyin qapısına doğru getdi.

Karabük. Türkiyə

Pedro bir az meşədə gəzişəndən sonra maşının yanına qayıdıb furqona girdi. Içəri alaqaranlıq olduğundan gözlərinin qaranlığa öyrəşməsi üçün bir az gözləyib, sonra furqonun içini axtarmağa başladı. Içəridə bir-neçə dəst fəhlə paltarı, qab-qacaq, 4 dənə drijba və 1 günlük yemək eytiyatı vardı. meşədə gəzərkən əynindki fəhlə kurtkasının qolu ağaca ilişib cırıldığından Pedro onu çıxardıb kənara tullayaraq yenisini götürmək istəyəndə paltarların arasından ağzı iplə bağlanmış köhnə bir torba gördü. Paltarları kənara çəkib maraqla torbanı açmağa başladı. Torbanın ağzını açdıqdan sonra 1 tüfəng, 2 tapança, 2 ov bıçağı və patronları görəndə heyrətindən astaca qışqırdı - aman ALLAH -. bu tərəflərdə ayı və canavar çox olduğundan hər ehtimala qarşı tüfəngi götürərək doldurub bir kənara qoyaraq bıçaqlardan da birini kəmərinə taxtı və qalanlarını büküb yerinə qoydu. Furqonun içində oturub nə edəcəyini fikirləşməyə başladı “ artıq 5 gündür ki burdayam. Indi neyləyim ? yəqin polislər məni axtarır. hələ bir müdət meşədən çıxmaq olmaz. Bəlkə səfirliyə gedim ? hə mütləq səfirliyə getmək lazımdı, orda mənə mütləq kömək eliyəcəklər. əla, axır ki çıxış yolun tapdım. dayan Pedro, özünü aldatma. Səfirliyə getmək heç cür mümkün deyil. Pulum yoxdu, yerli dili bilmirəm, üstəlik də polislər məni həbs etmək üçün fürsət axtarırlar. Məni burdan yalnız möcüzə xilas eliyə bilər, yalnız möcüzə, göydən düşən bir adam. ( acı-acı gülümsündü ) ehh Gustavo, sən neylədin ? indi oturmuşdum evdə, Lusiyayla Xosenin mübahisəsinə qulaq asırdım. ( gülümsünərək ) Hər dəfə də birinci Lusiya başlayırdı. Görəsən indi Mariya neyniyir ? yəqin indi uşaqların sözləşməsinə baxıb gülür. 100 faiz təkliyiblər Lusiyanı. Yox. indi oturub məndən məktub gözdüyüllər. Yəqin indi çox narahatdılar. əsas da Mariya. Eşitdiyi hər adım səsinə görə pəncərədən boylanır. Bilirəm ki boğazınızdan düz-əməlli yemək də getmir, hər gün kədər içində oturub məndən xəbər gözdüyürsünüz. Bağışla məni Mariya, sən buna layiq deyildin. Bağışlayın məni uşaqlar ” Pedro qutuda qalan son siqaretini yandırıb furqondan çıxdı.


Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin