Vəziyyətin necə olursa olsun. ÖZÜNLƏ FƏxr et ! GİRİŞ



Yüklə 1,17 Mb.
səhifə22/46
tarix02.01.2022
ölçüsü1,17 Mb.
#1443
1   ...   18   19   20   21   22   23   24   25   ...   46
HADİSƏDƏN 9 GÜN ƏVVƏL

Madrid. İspaniya

budulnikin səsinə yuxudan oyananda saat 9 idi. yuyunandan sonra əyninə yeni paltar geyinib yemək salonuna düşdü. Səhər yeməyini bitirəndə Pablonun səsini eşitdi

- buenos dias senyor

- hər vaxtın xeyir. Nə vaxt gəlmisən ?

- 10 dəqiqə bundan qabaq. Gözləyirdim yeməyini qurtarasan sonra yaxınlaşım

Heyyətin digər üzvləri də yavaş-yavaş aşağı düşməyə başladı. 15 dəqiqə sonra hamı masanın ətrafında idi.

-planda nə var ? Eldar soruşdu

-plan sadədir. tədbirdə iştirak edirik, axşam otelə qayıdıb doyunca dincəlirik, səhər reysi isə bizi evə çatdırır. Vəssalam-şüttamam

-bəs şəhəri gəzmiyəciyik ? Zaur söhbətə qoşuldu

-niyə ki gəzəciyik. Pablonun dediyinə görə burdan tədbir zalına 2 saatlıq yoldu. Gedəndə bir yolnan gedərik, qayıdana başqa yolnan qayıdarıq. Siz də şəhəri doyunca görərsiniz. Iş qrafiki onsuz da çox sıxdı. Tezliklə geri qayıtmalıyıq. Hətda mərkəzin burdakı filialına belə baş çəkə bilməyəcəm

Belə vəziyyətin heç kimin ürəyincə olmadığı üzlərindən görünsədə Samirin başqa çarəsi yox idi, iş başdan aşırdı. Madridi gəzmək istəyən 3-lük yolboyu acgözlüklə şəhərə baxır, sanki heç nəyi gözdən qaçırmaq istəmirdilər. Hətta bir-iki dəfə maşından düşüb şəkil çəkdirməyə də imkan tapdılar. Tədbir-üzərində esmeralda yazılmış və ətrafı dəmir setkayla hasarlanmış 2 mərtəbəli bir binanın 2-ci mərtəbəsində keçirilirdi. Binanın qarşısına çatanda tədbirin Luis adlı 50-55 yaşlarında olan təşkilatçısı gəlib Samirlə görüşərək gəldiyi üçün ona təşəkkür etdi və tədbirdə iştirak edəcək qonaqlar və tədbirin gündəliyi haqqında ona qısa məlumat verdi. Binanın iç dizaynı bu binanın məhz tədbirlər üçün nəzərdə tutulduğunu əks etdirirdi. Onları ikinci mərtəbədə dəhlizin sonundakı iclas otağına apardılar. Yolda tıxaca düşdüklərindən bir az ləngimişdilər. ona görə də onlar zala girəndə artıq hamı öz yerini tutmuşdu və Samiri gözləyirdilər. Samiri gətirib birinci sırada onun üçün ayrılmış yerdə oturtdular və onunla birgə gələnlər də öz yerflərində oturduqdan sonra Luis tribunaya çıxıb sözə başladı və qonaqlara gəldikləri üçün təşəkkür edib tədbiri açıq elan edərək tədbir haqqında danışmağa başladı. Samirin gözü tribunada olsa da, fikri tamam başqa yerdə idi. Son bir ayda xeyli sayda fiziki qüsurlu insanın itgin düşməsi onu əməlli-başlı narahat edirdi. Aparıcının səsinə fikirdən ayıldı.



  • indi isə çıxış üçün söz Samir İmanova verilir

Samir alqış sədaları altınta eldarın yardımıyla tribunaya getdi və sözə başladı.

  • xanımlar və cənablar hörmətli tədbir iştirakçıları. Ilk öncə məni bu tədbirə dəvət elədiyinə görə tədbirin təşkilatçısına dərin təşəkkürümü bildirirəm. Mənim fikrimcə təqaüdlərin əlillərin sosial vəziyyətinə nə qədər yaxşı təsiri varsa, bir o qədər də pis təsiri var........

Tədbir bir neçə saat davam elədi və sonda tədbirdə səslənən təkliflərin paket halına salınması qərara alındı. Samir binadan çıxıb maşına tərəf gedəndə çiyninə əl toxunduğunu hiss edərək dayanıb geri çevrildi. Qarşısında dayanıb gülümsünən Devidi görəndə onun da üzünə təbəssüm qondu

  • ooo amigo necəsən ? mən də deyirdim bu gün amigomu görə bilməyəcəm. səni zalda görmədim ?

  • mən səndən 3 cərgə arxada idim. Düz arxanda olduğum üçün məni görə bilməzdin.

  • ( Samir kürəyini hasara söykəyib soruşdu ) Nə əcəb mərkəzin burdakı filialının rəhbərinə birinci cərgədə yox, arxa sırada yer veriblər ?

  • ( Devid zarafat eldi ) Birinci sıradan vermişdilər. Sən gələndə yer olmadığına görə məni bir az arxaya keçirtdilər

  • ( Samir üzünə mimika verərək astadan dedi ) Eybi yox. Böyüyəndə yadından çıxacaq.

  • ( Devid vəziyyətdən çıxmaq üçün söhbəti dəyişdi ) bu günə planın nədir ?

  • Şəhəri gəzmək istəyirəm

  • Lap yaxşı. Bağışda bu gün işim çoxdu. Səni müşayət eliyə bilmiyəcəm

  • Eybi yox. Pablo nə lazımdırsa eliyir. Mərkəzdə vəziyyət necədir ?

  • Orda təmir gedir. Işləri dayandırmışıq

  • Bilirəm. Çox iş var ?

  • Yox. 1-2 günə qurtarırıq

  • Öz vəziyyətin necədir ? yorğun görsənirsən

  • Iş çoxdur Samir. Çatdırmaq olmur

  • Sən birdə mənnən soruş. Qrafik o qədər sıxdır ki heç mərkəzə gəlməyə belə vaxt tapa bilmirəm. Tezliknən geri qayıdıb bir-neçə yeni layihəni həyata keçirmək lazımdı

  • Sənə uğurlar. Özündən muğayət ol

  • Sən də, dostum

Samir Devidlə sağollaşıb maşına oturanda Pablodan soruşdu

  • burdan otelə başqa yol var ?

  • bəli. Nədi ki ?

  • oteldə işçilərə söz vermədimmi ? gərək yerinə yetirim

  • sürücüyə tapşıraram bizi otelə madridin tarixi və görməli yerlərindən keçirərək aparsın

  • əla olar. onlar işdə mənim hər dediyimi eliyillər, qoy bu da mənnən onlara kiçik bir hədiyyə olsun

maşın yol boyu düzülən fənərlərin işıqlandırdığı geniş və səliqəli yolla irəlilədikcə yolun hər iki tərəfində cərgə ilə düzülmüş piyvəxanalar və barlar yavaş-yavaş müştəri qəbul etməyə başlayırdı və onların bir-birinə qarışan al-əlvan işıqları əsrarəngsiz mənzərə yaradaraq şəhərə xüsusi gözəllik verirdi. Samir küçədə gəzişən çoxsaylı adamlara baxıb dedi.

  • madrid gecələri adamı valeh eliyir. ( sonra üzünü Pabloya çevirib soruşdu ) deyəsən axı madridlilər üçün əyləncə indidən belə başlıyır ?

  • düz tapmısan. Ispanlar üçün əyləncə gecə saat 11-dən sonra başlayır. Ürəyi istəyən bara gedir, ürəyi istəyən piyvəxanaya. Hər iki məkanda da sifariş verdiyin içkidən qurtumlaya-qurtumlaya 80-90-cu illərin musiqilərinə qulaq asa bilərsən

  • görürəm. Barlara girib-çıxan yaman çoxdu

  • yox, bu başqa şeylə əlaqədardır. Məsələ burasındadır ki biz ispanlar gecəni bir barda keçirtmirik. Hər gecə ən az 3-4 barda oluruq

Otelə çatanda artıq saat gecə 1;30 idi. Pabloyla sağollaşıb hərə öz otağına getdi.

Bakı. Azərbaycan

Futbol qurtaran kimi Asif saatına baxdı. Saat 7 idi Yanındakı qonşusuna çevrilərək dedi


  • artıq gecdir. Mən evə gedirəm. Sən uşaqları mənim adımdan qələbə münasibətilə təbrik eliyərsən. Bizim məhəllənin oğlanların udmaq mümkün deyil

  • hara tələsirsən ? dayan, bir yerdə gedərik

  • çox sağ ol. Çox uzaqda qalmıram ki, 12 evdən sonra bizim evdi

  • onda ehtiyatlı ol

Asif -oldu- deyərək yola düzəldi. 5-6 ev keçmişdi ki telefonu zəng çaldı. cibindən çıxardaraq qulağına aparmaq istəyərkən, telefon əlindən sürüşüb yerə düşdü. Nə qədər cəhd etsə də, əli çatmadığından telefonu yerdən götürə bilmədi. Bir nəfərin yaxınlaşdığını görüb, ondan kömək istəmək qərarına gəldi

  • bağışla qardaş, səni yoldan eliyirəm. Telefonum yerə düşüb, göətürə bilmirəm. Zəhmət olmasa onu mənə ver

yoldan keçən - baş üstə deyərək yaxınlaşıb telefonu yerdən götürdü. Asif - çox sağ olun - deyərək əlini ona uzatdı. Həmin adam telefonu asifə tərəf uzadarkən qəflətən əlini geri çəkdi və sağa-sola baxaraq heç kimin olmadığını görüb iti addımlarla ordan uzaqlaşmağa başladı. Asif əvvəlcə nə baş verdiyini anlamasa da sonradan həmin adamın niyyətini başa düşüb, arxasınca düşərək qışqırmağa başladı

  • heeyy, sən neyniyirsən ? qaytar telefonumu. Burda oğru var, tutun onu. Telefonumu qaytar

adam Asifin qışqıraraq onun dalınca gəldiyini görüb qaçmağa başladı və tini burularaq gözdən itdi. Asif yolun ortasında dayanaraq nə edəcəyini bilmədi və çarəsizlikdən süzülən göz yaşları yanağını islatmağa başladı.


Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin