Vəziyyətin necə olursa olsun. ÖZÜNLƏ FƏxr et ! GİRİŞ



Yüklə 1,17 Mb.
səhifə23/46
tarix02.01.2022
ölçüsü1,17 Mb.
#1443
1   ...   19   20   21   22   23   24   25   26   ...   46
HADİSƏDƏN 8 GÜN ƏVVƏL

Madrid. İspaniya

Səksənib telefonun səsinə yuxudan oyananda hələ yuxudan tam doymamışdı. Ona görə də telefonun dəstəyini götürərkən aparatı yerə saldı və əsnəyərək eşidirəm deyəndə trubkada ispan dilini eşidəndə harda olduğunu və nə baş verdiyini anlayaraq təzədən ispan dilində eşidirəm dedi. Otel işçisi onu yuxudan oyatdığından üzrxahlıqla dedi



  • sabahınız xeyir cənab. Sizi narahat etdiyim üçün üzr istəyirəm. Burda bir xanım sizinlə görüşmək istəyir və bunun çox vacib olduğunu bildirir. Sizin yanınıza göndərim ?

  • 20 dəqiqədən sonra

  • Baş üstə cənab

Samir trupkanı yerə qoyub saatına baxdı. 8-in yarısı idi. “ deyəsən bu ispanların yuxuynan düşmənçiliyi var ” deyə öz-özünə deyinərək əynini geyinib hamama gedərək əl-üzünü yumağa başladı. Otağa girəndə qapı döyüldü. Samir qapını açanda qarşısında dayanan əlinndə disk tutmuş əyninə geyindiyi köhnə dona, köhnə və cırıq ayaqqablarına, dağınıq qısa sarı saçlarına və qorxudan ağarmış üzünə rəğmən cazibədarlığını hələ də saxlayan 20-22 yaşlarında bəstəboy qız həyacanla ətrafa baxaraq soruşdu

  • içəri girmək olar ?

və Samirin cavabını gözləmədən içəri girərək qapını örtdü. Samir təəcüblə onun hərəkətlərini izləyirdi. Qapının ağzında bir müddət bir-birilərinə baxdıqdan sona Samir məsələnin nə yerdə olduğunu öyrənmək üçün onu otağa aparıb çarpayının kənarında oturtu və onun yanında oturaraq soruşdu

  • səni belə qorxudan nədir ?

  • mənim, qardaşımın və digər uşaqların həyatı təhlükədədir

  • bağışla, amma səhf gəlmisən. Bura polis idarəsi deyil.

  • Bu polisdən daha çox sizinlə əlaqədardır

  • Mənimlə ? ( Samir təəcüblə soruşdu )

  • Bəli

  • Dayan görüm, qorxuzma məni. əvvəl de görüm adın nədir ? sonra danış görüm nə baş verib

  • Adım Lusiadır, 21 yaşım var, qardaşımın adı Xosedir, onun 13 yaşı var, biz argentinada yaşayırdıq, qardaşımın bir qolunu uşaq vaxtı kəsdiklərindən 1-ci qrup əlil olduğu üçün atam onu “ samir “ adlı bir mərkəzə apardı. Atam inanırdı ki jose bu mərkəz vasitəsiylə öz gələcəyini qura biləcək. Təxminən 2 ay bundan qabaq isə maskalı insanlar gecə evimizə soxulub anamı öldürərək bizim ağzımızı yaş dəsmalla tutdular, ayılanda gördüm tamam başqa yerdəyəm. Sonradan bildim ki ispaniyadayam. Burda müxtəlif ölkələrdən əlil insanlar var və onları dilənməyə məcbur edirlər. Hər birinə də kənardan nəzarət eliyirlər ki polisə gedə bilməsin. Kim buna cəhd eləsə öldürürlər.

  • Sən də dilənirsən ?

  • Yox. Məni bura həmin uşaqlara baxmaq üçün gətiriblər. Məni və rusiyadan bir qızı. Onlar qəsdən belə edirlər ki heç kim bir-birini başa düşməsin. Bizim işimiz onlara yemək hazırlamaq, paltarların yumaq və oranı yığışdırmaqdır.

  • Rəhbərliyi kim eliyir ?

  • Elə mən də ona görə burdayam. Burda başçı lobo ləqəbli bir adamdır. Çox qəddardı. ən sadə səbəbə görə gözümün qarşısında 2 uşağı öldürdü. Amma əsas məsələ bu deyil. O özü kimdənsə əmr alır və həmin adan sənin ölkəndəki “ samir “ mərkəzində işliyir

  • Mənim ölkəmdə ? adını bilirsən ?

  • Yox. Amma bir dəfə burda olub. Görsəm tanıyaram. Hər şey onun tapşırığıynan olur. “ samir “-in ölkələrdəki mərkəzlərində onlara müracət eliyən insanları araşdırırlar. Kimi məsləhət bilsələr qaçırdıb müxtəlif ölkələrdə diləndirirlər. Sonra da orqanlarını satırlar. Özü də o ispan dilini çox yaxşı bilir. Burda olanda gizlicə qapının dalından qulaq asırdım. lobo soruşdu ki -bəs ordan niyə uşaq göndərmirsən ? cavab verdi ki iş gedir, Bir-iki həftəyə 10 uşaq göndərəcəm. bir dəfə lobo çox içib divanda yatmışdı. Mən də içəri girib onun noutbukundan bütün məlumatları diskə köçürtdüm. ( əlindəki diski göstərərək ) burda hər şey var. əlaqə qurduqları insanlar, ölkələr, dilənən uşaqlar. Bircə o başçıdan başqa.

  • Bəs bura necə gələ bildin ?

  • Rus qızın dilini bilməsəm də bir-birimizi yaxşı başa düşürük. Mən ora təzə gətiriləndə bir neçə gün mənə qulluq elədi, özümə gələndə isə kiçik mətbəx şkafını kənara çəkib mənə onun arxasını qazdığını göstərdi və hər axşam hamı yatandan sonra evin arxasına, hasardanda çölə çıxış üçün tunel qazırdıq.

  • Burda olduğumu hardan bildin ?

  • Dünən bütün telekanalların xəbərlərində səni göstərirdilər

  • Bəs atan ? sən dedin ki ananı öldürdülər. Bəs atan hanı ?

  • Atam həmin hadisədən 2 həftə qabaq imkansızlıq üzündən dostu ilə türkiyədə işləməyə getdi. Dostu deyirdi ki 1-2 ilə buenos ayresdə ev ala bilərik. Yazıq atam yəqin hələ də başımıza gələnlərdən xəbəri yoxdu.

  • Xəbəri yoxdu ?

- atamın işlədiyi yerdə telefon siqnalı tutmur. danışmışdıq ki ayda bir dəfə məktublaşaq. Artıq 2 ay keçib. Bizdən cavab almadığına görə kim bilir indi necə narahatdı

Samir diski noutbukuna taxıb məlumatlara baxdı. Siyahıda son 5 ayda müxtəlif ölkələrdən qaçırılan 10-20 yaşlı 120 əlil uşağın adı var idi. Məlumatı kompyüterə kopyalıyaraq flaşkarta köçürdəndən sonra diski çıxardararaq flaşkartı qıza verib dedi.



  • Al bunu hər ehtimala qarşı səndə qalsın. mən bu işi həll eləməyə gedirəm. Mən gələnə qədər burdan heç yerə çıxma. Nəysə bir şey lazım olsa çantadakı köynəyimin cibində Pablo adlı bir nəfərə məxsus vizit kartı var. Ordakı telefon nömrəsinə zəng vur. Qardaşını mütləq sənə gətirəcəm. Söz verirəm

Telefon kitabçasını götürüb ordan Devidin nömrəsini taparaq ona zəng vurdu

  • oo gör kim zəng vurub. Səhər-səhər nə olub ? gecə kimi yuxuda görmüsən ?

  • gecəni deyə bilmərəm, amma indi elə bir yuxu görürəm ki yatsan yuxuva da girməz. Istiyirəm sənə də danışım

  • ( Devid gülərək ) eşitmişəm azərbaycanda yuxunu suya danışırlar.

  • Bizim dostluğumuz sudan da şəffafdı. Get mərkəzə. 1 saata ordayam

  • oldu dost. Görüşərik

Samir yoldaşlarına vəziyyəti danışıb otelin qarşısında taksiyə oturaraq Devidin yanına getdilər. Devid Samiri abanico küçəsində tikilmiş 5 mərtəbəli mərkəzin həyətində dostca qarşılayıb dedi

  • elə bilmə ki ancaq burayla kifayətlənirəm. Bu gün mənim qonağımsınız. Şadam ki azərbaycanda mənə göstərilən qonaqpərvərləiyin və hörmətin qarşılığını bir az da olsa verə biləcəm. Onsuzda bura təmirə bağlıdı deyə 7-8 fəhlədən başqa heç kim yoxdu

  • hər şeyə görə çox sağ ol Devid. Amma mən bura başqa şeyə görə gəlmişəm. Xahiş eliyirəm mənə kömək elə

  • xahiş nədi ? əmr elə

Devid vəziyyəti öyrənən kimi polislə əlaqə saxladı. Samir mərkəzin həhyətindəki skamyada oturaraq bir az Devidlə söhbət etdikdən sonra diski Devidə verib dedi

  • burdakı bütün məlumatları printerdən çıxart.

Devid diski götürüb getmək istəyəndə mərkəzin həyətinə çoxlu sayda polis maşını daxil oldu. Devid mülki geyimdə olan polisi Samirə təqdim etdi.

  • Bu ispaniya təhlükəsizlik nazirliyinin cinayətkarlıqla mübarizə şöbəsinin leytenantı Xuan Almeydadır, ( Samiri göstərərək ) bu isə ......

  • ( Almeyda onun sözünü yarımçıq kəsdi ) ehtiyac yoxdur. Salam cənab Samir. Sizi ölkəmdə görməyə şadam. Bu əhvalata görə isə təhssüf eliyirəm. Nə tədbir lazımsa görəcəyik

  • Cinayətkarlar hər yerdə var

  • Devid telefonda mənə vəziyyəti qısaca danışdı. Mümkünsə ətraflı izah edərdiniz

Samir bu gün başına gələnləri Xuana danışandan sonra Xuan soruşdu

  • disk yanınızdadır

  • bəli. Istəyirsinizsə Devid məlumatları printerdən çıxartdırsın

  • yox bu gec olar. Mən yolda noutbukda baxaram. Siz ünvanı mənə verin

  • biz də sizinlə gedirik

  • siz burda qalsanız yaxşıdır. Ora sizin üçün təhlükəli ola bilər

polislər gedəndən sonra bir-neçə dəqiqə sonra Samir Pablonun maşınını həyətdə görəndə təəcübləndi və gülümsünərək soruşdu

  • bu hardan xəbər tutdu ?

  • oteldən çıxarkən mən xəbər verdim ( Eldar cavab verdi )

polislər Samirin veriyi ünvana çatıb içəri girəndə gördükləri dəhşətli mənzərədən yerlərində donub qaldılar. Otağın içində öldürülmüş uşaq meyidlərindən SAMİR sözü yazılmışdı. Rus qızı Annanın başını kəsib bədənindən bir az aralı qoyaraq nida düzəltmişdilər. Bu mənzərini gördükdə hətta həmişə zəhmli hərəkətləriylə ad qazanmış Silva adlı zabit belə göz yaşlarını saxlaya bilmədi. Xuan Silvaya cəld mərkəzə gedib Samirlə yolaşlarının təhlükəzliyini təmin etməsini tapşırdı özü isə onlara ehtiyatlı olmalarını bildirmək üçün Devidə zəng vurdu.

Lusia bir az televizora baxdıqdan sonra hər ehtimala qarşı vizit kartını əlində hazır saxlamaq üçün Samirin çantasını açdı. Koynəyi çantadan çıxardanda Samirin telefon kitabçası yerə düşdü. Bu kitabçanı Eldar xüsusi olaraq Samirin ad günü üçün hazırlatmışdı və digər kitabçalardan fərqi hər bir vərəqdə ad, familiya, ünvan, elektron ünvan və 5 telefon nömrəsini yazmaq üçün ayrılmış yerdən əlavə həmin şəxsin şəklini də yapışdırmaq üçün yer vardı. Samir də da imkan olduqca kitabçada adı olan insanların şəklini telefonla çəkib kompyüterdə kiçildərək printerdən çıxardıb kitabçaya yapışdırırdı. Lusia vizit kartını götürüb cibinə qoyduqdan sonra maraq üçün kitabçanı vərəqləməyə başladı və növbəti vərəqi çevirəndə qorxudan kitabçanı əlindən saldı. Sonra tez özünü toparlayaraq cəld kitabçanı yerdən götürərək tez-tələsik yenidən həmin səhifəyə qədər vərəqləməyə başladı. Həmin yerə çatanda əmin olmaq üçün bir-neçə dəqiqə şəkilə diqqətlə baxdıqdan sonra kitabçanı yerə tullayaraq telefona tərəf qaçdı.



Samir bir az həyətdə oturandan sonra Devidin təkidiylə onun kabinetində gözləmək üçün binaya girdilər. Devidin kabinetində hamı sakitcə oturaraq həyacanla xəbər gözləyirdilər. Pablo bu cansıxıcı sükutdan qurtulmaq üçün artıq soyumuş kofedən bir qurtum içərək Devidə dedi

  • dünən vəkil məni yanına çağırıb dedi ki bəs -malaqada yaşayan bibindən sənə ev miras qalıb. Soruşdum ki -axı onun özü malaqada kirayə yaşayırdı. Hətta o öləndə dəfn xərcini mən çəkmşəm bu necə ola bilər ? dedi ki -inanmırsan get özün bax, abalos küçəsi 111-ci ev. Amma əvvəlcə sənədlərə qol çək evi təhvil al. Sənədləri imzalıyıb sevinə-sevinə həmin ünvana getdim ki bəs oturduğum yerdə qabağa düşmüşəm. Ora çatanda bildim ki bibim niyə öz evində yox malaqada kirayə yaşıyırmış. Bir otaqdan və mətbəxdən ibarət olan evi köhnə əşyaları ilə görəndə qayıtdım geri

  • ( Devid gülümsünərək soruşdu ) çox bərbad gündəydi ?

  • Divarda çox yerdən suvaq tökülmüşdü, heç kim yaşamadığından hər tərəf toz-torpağıydı. Amma içindəki əşyalar köhnə olsada istifadə eləmək olardı. Bilmirəm, məncə təmmizləyib yaşamaq olar.

Samir pəncərənin yanında oturduğundan həyətə baxa-baxa Devidlə Pabloya qulaq assada fikrində mərkəzdəki işçiləri saf-çürük edirdi “ görəsən bu kim ola bilər ? bəlkə yanımdakı 3 nəfərdən biridi. Yox, bunları da xəbərlərdə göstəriblər, belə olsaydı Lusia yanıma gəlməzdi. Bəs onda kim ? ” Zaurla Eldar Ayxanın boynuna təzə doğulan körpəsinə görə qonaqlıq qoyurdular. Pablo Devidin -bəs indi həmin evi neynəyəcəksən ? sualına cavab vermək istəyirdi ki telefonu zəng çaldı.

  • alo. Eşidirəm. Samir ? bəli yanımdadır. Bir saniyə gözləyin.

Samir öz adını eşidən kimi Pabloya tərəfə döndü və telefonu ondan alıb danışmağa başlayanda hamı gözünü Samirə zillədi.

  • eşidirəm

  • Samir, mənəm Lusia. Mən həmin adamın şəklini sənin telefon kitabçanda gördum

  • onun adı nədir ? şəklin qarşısında hansı ad yazılıb ? ( Samir səbirsizliklə soruşdu )

  • Murad

  • ( təəccübdən Samirin gözləri böyüdü ) kim ?

  • Murad. Murad Mammadov

  • Lusia tez ol əmanətlə çantamı da götür oteldən çıx. Küçədəki taksafondan taksi çağırıb abalos küçəsindəki 111-ci evə get. Çantamda bir az pul var, yolüstü ərzaq al. Çalış məndən xəbər almayana qədər ordan çıxmayasan. Eşitdin məni ?

Samir Lusiayla danışarkən Devidin telefonu zəng çaldı. Devid -almeydadı- deyib telefonu qulağına aparmaq istəyəndə qapı zərblə açıldı və içəri üzü maskalı adamlar girərək Samirdən başqa hamını gülləbaran etdilər. Samir şkafa söykənib onu tutmağa gələnlərə müqavimət göstərməyə çallışsada bunu sonadək bacarmadı. Üzərinə gələn adamın birincisini yumruqla vurdu, ikincisini isə ona yumruq atarkən müdafiə üçün qolunu zərblə onun dirsəyinin iç tərəfinə vurdu və həmin adam qolunu tutaraq kənara çəkildi. Sonrakı üç nəfər isə onu tutub boynuna vuraraq yatızdırdılar. Samiri tez həyətə düşürərək üzərində mebel firmasının adı yazılmış yük maşınına qoyub ordan uzaqlaşdılar.

Lusia mərkəzdə olanları telefonda eşidən kimi taksi çağırıb oteldən çıxdı.

Xuan Devidin cavab vermədiyini görüb Silvaya zəng vurdu


  • Silva Devid cavab vermir. Sən hardasan ?

  • ən geci 3 dəqiqəyə mərkəzə çatacam. Ordan sizə zəng vuraram

Silva telefonda danışarkən yanından keçən və yol istəmək üçn siqnal verən mebel maşınının içində əslində nə olduğunu bilmədi.

Samiri aparan maşın ətrafı enli dördkünc metlaxla döşənmiş yanacaqdolurma məntəqəsində dayandı və sürücü düşüb bakı doldurmağa başladı. Bu vaxt isə maşının altındakı metlaxın altındakı dəstəkdən tutub bir-neçə dəfə fırladaraq metlaxı yana sürüşdürüb tunelin qapısını açdılar və maşının altında düzəldilmiş qapıdan Samiri tuneldəki adamlara verib özləri də tunelə düşərək tunelin üstünə metlax yapışdırılmış qapısını yerinə qaytardılar. Bakı doldurandan sonra sürücü maşını işə saldı və yola davam elədi. ancaq 28 dəqiqədən sonra sürücünün xəbəri olmadan maşına yerləşdirilmış saatlı bomba işə düşdü və maşın partlayışın təsirindən aşaraq yolun ortasında yanmağa başladı.

Silva mərkəzə çatıb içəri girəndə gecikdiyini görüb əlindəki ratsiyanı hirslə divara çırpdı və stulda oturub başını əllərinin arasına aldı

Karabük. Türkiyə

Axşam saat 7-in yarısı Gustavo kənarda elektrik mişarıyla ağacların qol-budağını kəsib kötükdən ayıran Pedroya yaxınlaşıb dedi


  • bu günlük bəsdir. Get dincəl

  • ( Pedro mişarın səsindən heç nə eşitmədiyindən mişarı kənara tutaraq qulağını Gustavoya yaxınlaşdırıb soruşdu ) eşitmədim. Nə dedin ?

  • ( Gustavo onun yaxşı eşitməsi üçün bir az ucadan təkrar etdi ) deyirəm bu günlük bəsdir. Get istirahət elə

Pedro mişarı söndürüb əllərini yumaq üçün içinə su doldurulmuş vedrəni yanına gələndə özündn asılı olmayaraq qeyri-ixtiyari dayanıb ətrafa qulaq asmağa başladı. Bir neçə saniyədən sonra əyilib əlini yumaq istəyəndə Gustavonun səsini eşitdi

  • qaç Pedro. Polislərdir.

  • Bəs sən ?

  • Sən qaç. Mən digrlərinə də xəbər verim

Gustavonun qışqırmasından sonra yaxınlıqda itlərin hürüşməsi eşidilməyə başladı.Pedro Gustavonun mişarların və kəsilmiş ağacları sürüyərək bir yerə toplayan traktorun səsindən heç nə eşitməyərək arxayınca öz işlərini görən fəhlələrə tərəf qaçdığını görüb cəld maşınlardan birinə oturaraq işə salıb Gustavonun ardınca sürməyə başladı. Gustavoya çatmağına az qalmış göydə 2 vertalyot göründü. Pedro artıq hər şeyin gec olduğunu görüb vertalyotlardan qaçmaq üçün sükanı buraraq maşını meşənin içinə doğru sürdü. Fəhlələrdən biri Gustavonun qaça-qaça onlara tərəf gəliyini görərkən cəld əlindəki mişarı atıb qaçmağa başladı. Onun bu hərəkətinə təəcüblənən digər işçilər onun dediyi istiqamətə baxanda artıq yaxınlaşmaqda olan Gustavonun arxasınca gələn polisləri görəndə hərə bir tərəfə qaçmağa başladı. Gustavo meşənin içinə girib ağacların arasında gözdən itmək istəyirdi ki ayağı kəsilərək böyrü üstə yıxılmış ağaclardan birinə ilişdi və yıxılaraq qolunu sındırdi.

Ağacların sıxlığından meşənin içində maşın sürmək nə qədər çətin olsa da Pedro meşənin içiylə bir xeyli irəliləyərək polislərdən uzaqalaşa bildi.

Uzun sürən qaçdı-qovdudan sonra polis işçiləri itlərin köməkliyi ilə fəhlələrin hamısını tuta bildi. Polislərdən biri baş komsar Erkana yaxınlaşıb dedi


  • burda bizlik bir iş qalmadı. Qoy qalan işləri ekspert qrupu həll eləsin

  • ( Erkan oturduğu kötüyün üstündən duraraq soruşdu ) neçə nəfər tutmusunuz ?

  • 19 nəfər. Biri yıxılıb qolun sındırıb, digəri isə uzun bıçaqla əməkdaşlara hücum elədiyinə görə gülləylə vurub yaralıyıblar

  • Bizdə hər şey qaydasındadı ?

  • Bıçaqla üstümüzə hücum çəkənin biləyindən yaraladığı polisi saymasaq hər şey qaydasındadı. Sadəcə əməlli-başlı yorulublar

  • Artıq hava qaralır. Uşaqlara denən yığışsınlar. Gedirik

Erkan bunu deyib fənəri yandıraraq ağır-ağır maşına tərəf getdi. əslində bu qov ha qovda yaxından iştirak etməyən hündürboylu, saçı seyrək, idmançı görünüşlü, əslən eskipazar-dan olan, artıq 10 ildir polis, son 2 ildir isə baş komser işləyən 35 yaşlı Erkanın yorğunluğunun səbəbi meşədəki bu qaç-qov deyildi. Onun özünü yorğun hiss etməsinin əsl səbəbi həyat yoldaşından ayrılması idi. Artıq 1 həftə idi ki həyat yoldaşı Pınar 2 oğlu ilə bərabər eflani-yə atası evinə getmişdi və bu 1 həftədə Erkan uşaqları üçün əməlli-başlı darıxdığından 2 gün idi ki fikirdən gecələri doyunca yata bilmirdi. Rəhbərlikdən 10 günlük istirahət üçün icazə istəsədə rəhbərlik işlərin çoxluğunu səbəb göstərib gələn aya qədər bunun mümkün olmadığını bildirmişdi.

Pedro ağacların arasından boş cığır tapıb keçmək istəyəndə maşın zərblə kolların və otların arasında görünməz olan ağac kötüyünə çırpılıb dayandı və zərbə nəticəsində Pedronun başı sükana dəydiyindən huşunu itirdi.




Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin