Vəziyyətin necə olursa olsun. ÖZÜNLƏ FƏxr et ! GİRİŞ



Yüklə 1,17 Mb.
səhifə25/46
tarix02.01.2022
ölçüsü1,17 Mb.
#1443
1   ...   21   22   23   24   25   26   27   28   ...   46
HADİSƏDƏN 6 GÜN ƏVVƏL

Bakı. Azərbaycan

Tabutların arxasınca ağır-ağır qəbirstanlığa tərəf irəliləyən adamların hər birinin gözlərində yaş, üzlərində kədər, ürəklərində dərin hüzn, dillərində isə rəhmətə gedən 3 cavan oğlana görə rəhmət nidaları var idi. Ispaniyada quldurlar tərəfindən qətlə yetirilən Eldar, Zaur və Ayxanın ailə üzvlərindən və qohumlarından, mərkəzin işçilərindən, belə bir gündə dəfn mərasimində iştirak etməyi özünə borc bilən bir qrup fiziki qüsurlu insanlardan və digər adamlardan ibarət böyük bir insan kütləsi qəbirstanlığa çatanda dayandı. Qəbirstanlıqda artıq hər şey hazır idi və mollanın göstərişiylə cənazələri qəbrə qoymağa başladılar. Kənarda dayanraq işlərə nəzarət eliyən Mahmudov ilk əvvəl özünü soyuqqanlı aparmaq istəsə də sonradan səsləri bir-birinə qarışmış 3 ananın fəryadına baxaraq özünü saxlaya bilməyib hönkürdü. Cənazələri insanların göz yaşları və rəhmət duaları altında torpağa tapşırdıqdan sonra molla “Yasin” surəsini oxumağa başladı. Əziz Mahmudova yaxınlaşıb soruşdu

- mənim bildiyimə görə mərhumların hər üçünün ataları sağ idi, Ancaq burda cəmi ikisinin atası var. görəsən digəri hardadır ? belə bir gündə kənardan durub tamaşa etməyə heç cür haqq qazandıra bilmrəm

- Ayxanın atası güclü əsəb sarsıntısı keçirib, hal-hazırda xəstəxanada müalicə alır. Mərkəzdə vəziyyət necədir ? hər şey hazırdır ?

- bəli. Bu hadisə ilə bağlı mərkəzə gələnlər üçün girişdə xüsusi xatirə guşəsi yaradılıb, mərkəzin həyətində isə 1000 nəfərlik iri bir çadır qurulub. Həmin çadırda insanlara halva və çay veriləcək

- sən get mərkəzə, çalış ki orda hər şey qayasında olsun. Biz də bir azdan gəlirik

2 saata yaxın çəkən dəfn mərasimindən sonra Mahmudov bu mərasimin davamı olaraq insanları mərkəzin həyətində qurulmuş çadıra dəvət etdi və orda böyük bir anım tədbiri keçiriləcəyini bildirdi. Qəbristanlığa yığışan insanlar hissə-hissə oranı tərk edərək mərkəzə getsələr də anaların heç biri öz övladının qəbrindən ayrılaraq getmək istəmirdi

- hara aparırsınız məni ? ( Eldarın anası nalə çəkdi ) mən balamı burda qoyub heç yerə getmərəm

- ( vəziyyəti belə görən mahmudov Eldarın anasına yaxınlaşdı ) nələr hiss etdiyini çox yaxşı bilirəm bacı. Mənim də gözümün ağı-qarası olan yeganə qızım qaz sızmasından boğulub ölüb. Öləndə onun cəmi 18 yaşı vardı. əgər övladının öldüyünü həzm edə bilmirsənsə onu qəlbində yaşat. Tənhalığa çəkilib fikrndə onunla söhbət et, yemək bişirəndə onun sevdiyi yeməklərdən bişir, onun baxdığı televiziya verlişlərinə bax, hər axşam onun işdən evə qayıtmağını gözlə. əgər sən onu qəlbində yaşatsan o daim səninlə olacaq. Mən hər gün belə eliyirəm. sən sevin ki oğlundan geriyə yadigar olaraq 2 övlad qalıb. Oğlunun iyini onlardan alıb, onlarla təsəlli tapacaqsan. Övladının qatili gözlərinin önündə cəzalanacaq. Mənim isə bu dünyada təsəlli üçün heç nəyim yoxdur

mahmudov anaları birtəhər razı salıb qəbristanlıqdan çıxartdı və onları öz maşınında oturdaraq “ samir ” mərkəzinə yola düşdü.

Moskva. Rusiya

1 yük maşını, 2 aftobus və 6 cipdən ibarət maşın karvanı qapıya yaxınlaşanda Sergey villanın üçüncü mərtəbəsində oturub nahar edirdi. Köməkçisisi maşınların qapıya yaxınlaşdığını Sergeyə deyəndə Sergey -buraxın gəlsinlər- deyərək özünə viski süzüb pəncərərinin qabağına gələrək içə-içə həyətə gələn maşınlara baxmağa başladı. Sergey dünən gecə ölkəni tərk etmək istəsə də hava limanında fedralların əlindən güclə qaça bilmişdi. polis sistemində işləyən yüksək rütbəli adamı son anda onu xəbərdar etməsəydi indi kim bilir kimin qarşısında hansı suallara cavab verirdi. Həmin adamı Sergeyə ölkədən gizlincə çıxmaq üçün ona kömək edəcəyinə söz vermiş və heç kimin ağlına gəlməsin deyə onu şəhər kənarındakı öz villasında gizlətmişdi. Sergey də xəbər göndərərək bütün mühafizəçilərini yanına çağırtdırmışdı. Indi viski içə-içə gözəyarı maşınlarda düşən adamları saydı. “ 50-60 nəfər olarlar ” deyə öz-özünə düşünərək köməkçisini çağırdı. 30 yaşlı Oleq gələrək onun hüzurunda dayandı. Sergey əlindəki stəkanı masaya qoyaraq dedi

- adamları evin ətrafına düz, Bir adam da boş qalmasın. Bütün silahlararı isə hazır vəziyyətə gətirin. Çalışın adamların heç bir şeyə ehtiyacı olmasın, yeməklərini vaxtlı-vaxtında verin. 300 metr radiusda küçələrdə web kameralar quraşdırın. 10 nəfər də ayır vilanın zirzəməsində qonşu həyətlərin birinə tunel qazsınlar. Nə qədər uzun olsa bir o qədər yaxşıdı. ( Oleq Sergeyin susduğunu görüb sözünün qurtardığını zənn edərək dönüb getmək istəyəndə Sergey əlavə etdi ) adamların hər birinə 50.000 usd nağd pul ver.

Oleq - baş üstə - deyib gedəndən sonra Sergey eyvana çıxıb ətrafı seyr eləməyə başladı.

Buenos-Ayres. Argentina

Xavyer maşından düşüb restorana girəndə oğlunun ad gününə həsr olunbmuş məclis artıq başlamışdı. Xavyer içəri girib dostları ilə masada əyləşəndə oğlu gəlib onun yanında oturaraq soruşdu

- ata niyə gec gəldin ?

- ( Xavyer cibindən kiçik hədiyyə bağlamasını çıxardıb oğluna verərək dedi ) sənə hədiyyə alırdım

- ( oğlu hədiyyəni aça-aça dedi ) görəsən bu nədir ki bundan ötrü belə vaxt itirmisən ?

- ( Xavyer oğlunun hədiyyə paketinin içindən açar dəstini çıxardaraqaq sual dolu baxışlarla ona baxdığını görüb dedi ) bu açar havay adasındakı 4 mərtəbəli villanın açarıdır. Ad günün mübark oğlum.

Oğlu sevincək ona təşəkkür etdi və bayaqdan onu rəqsə dəvət edən dostlarının yanına getdi. Xavyer viskidən bir qurtum içib saata baxanda arxadan tanış səs eşitdi



  • görürəm oğlunu yaman çox istiyirsən

  • ( Xavyer ayağa qalxaraq Conla üz-üzə dayanıb dedi ) kim oğlun çox istəmir ki ? sən burda neyniyirsən ?

  • qonaq gəlmişəm

  • ( Xavyer masanı göstərərək dedi ) buyur əyləş

  • Oturmağa vaxt yoxtu. Oğluna ad günü hədiyyəsi verib gedirəm. amma əvvəlcə bəzi şeyləri dəqiqləşdirməliyik. Gəl sakit bir yerə keçək

  • ( Xavyer başıyla məclisi göstərib soruşdu ) başqa vaxt olmaz ?

  • Yox. Mən 1 saata argentinanı tərk eləməliyəm

Xavyer Conla birlikdə restoranın 2-ci mərtəbəsinə qalxıb eyvana çıxılar. Con cibindən siqaret qutusunu çıxardaraq içindən iki siqaret götürdü və qutunu cibinə qoyaraq alışqanı çıxartdı. Siqaretin birin ağzına qoyub digərini Xavyerə verərək hər ikisini yandırdı.

  • yəqin ki olanlardan xəbərin var ? ( Con söhbətə başladı )

  • əlbəttə var. Tezliknən vəziyyətdən çıxmaq lazımdır

  • nə tədbirin var ?

  • ( Xavyer siqaretdən bir qüllab alıb dedi ) məncə bu işlərdən əl çəkib bir müddət gizlənməliyik. Sonra başqa ad altınta yaşamaq olar. Onsuzda yığdığımız pullar bizə ömrümüzün axırına qədər bəs eliyər. Amma yenə də son söz polerindir. Onun tapşırıqlarını gözlüyürük

  • ( Con əlindəki siqareti bayıra tullayaraq əsəbi-əsəbi dedi ) xəbərin var ki interpolun axtarışındasan ? xəbərin var ki polislər artıq bütün məkanlarıvı aşkara çıxardıb, adamlarıvı da həbs eliyiblər ? xəbərin var ki bangdakı bütün pullar artıq dondurulub ?

  • ( Xavyer əlindəki siqareti çölə ataraq stulda əyləşib çarəsiz şəkildə soruşdu ) bəs indi neyliyək ?

  • Mən 2 saatdan sonra təyarənin yük yerində argentinadan çıxacam. sən isə əziz Xavyer 3 dəqiqədən sonra boğulub öləcəksən. Sənə verdiym siqaret zəhərliydi. Birbaşa ciyərə təsir göstərir

  • ( Xavyer stuldan qalxıb Conun qarşısında dayanaraq dedi ) sən nə danışırsan ? bilrsən ki .......

Xavyer öskürərək sözünü axıradək deyə bilmədi. Con iti addımlarla restoranın mətbəxinə keçib mətbəxin qapısında onu gözləyən adamının ona verdiyi qarson paltarını geyinərək mətbəxin işçilərinə qarışdı. Con yaxşı bilirdi ki polislərin başı məclisdəki insanlara qarışacaq və restoranın işçilərinə sabah vaxt ayıracaqlar. Xavyer isə səndələyə-səndələyə məclis olan zala girib oğluna yaxınlaşıb öskürə-öskürə “ həkim çağır.... Siqaret.... ” deyərək yıxılıb öldü. Xavyerin yerə yıxıldığını görənlər cəld onun başına yığışdılar. 5 ildən çoxdur ki onların ailə həkimi olan Markos əyilərək diqqətlə Xavyeri müayinə elədi və başını bulayaraq - artıq keçinib - deyərək kənara çəkiləndə içəri 100-ə yaxın polis doldu. Onlar cəld məclisdəkiləri bir-bir tutaraq qandallayıb xüsusi aftobuslara yığmağa başladılar. Xavyerin oğlu polislərdən birinin ərinin cəsədindən ayrılmaq istəməyən anasını zorla yerə yıxaraq qandallamaq istədiyini görəndə tapançanı çıxardaraq polisi başından vurdu və 2-3 saniyə sonra eşıdilən atəş səslərindən sonra çoxsaylı güllə yarası alaraq yerə yıxıldı. Xavyerin və oğlunun dostarı bunu görüb polislərə hücum edərək yumruq-təpiklə vurmağa başladılar. Bu vurha-vurda isə Con səs-küydən uzaq, mətbəxdə qazın yanında dayanaraq aşpazlardan birinə yemək üçün özünə langet qızartdırırdı. Qarsonlardan birinin digərinə onu gəstərərək - bu kimdir ? - deyə soruşmasından sonra bir az həyacanlansa da digərinin - nə bilim, gündə birini qovub, yerinə ayrısını gətirirlər. Özün bilmirsən ? - deməsindən sonra rahatlayaraq langetin üzərinə hansı sousu tökəcəyini seçməyə başladı.

Toledo. İspaniya

Samir çarpayıda uzanıb Murad barədə fikirləşirdi “ deməli Murad böyük bir dəstəyənin başçısı imiş. əlil uşaqlara yaxın olmaq üçün sosial mərkəzdə işə düzəlibmiş. Mənim qurduğum mərkəz isə onun üçün lap göydən düşmə olub. Elə bil toyuğu aparıb buğda anbarına atmısan. Yaman tez girdi mən axmağın qəlbinə. Necə olub ki ondan şübhələnməmişəm ? necə şübhələnəydim axı ? hər tapşırığıma sözsüz və qüsursuz əməl eliyirdi. yaxşı deyiblər “ həddən artıq yaxşının axırı həmişə pis qurtarır ”. görəsən polislər qrupun əsl başçısının kim oluğunu bilirlər ? öküz ləqəbli o adamı həbs ediblərsə mütləq bilirlər. Amma yox. Murad dünən mənimlə çox rahat danışırdı. Sanki bu olanlar onun heç vecinə deyil. Mən gərək mütləq ya mərkəzə, ya da polislərə xəbər çatdırım. Eybi yox Murad, biz hələ görüşəciyik ” qapının səsinə fikirdən ayılıb qalxaraq oturdu. əlində aftomat olan hündürboylu və əzələli 2 nəfər içəri girərək hərəsi bir tərəfdə kürəklərini divara söykəyib silahı Samirə tuşladılar. Sonra isə əlində içi yemək dolu padnos olan balacaboy, kök bir kişi içərəri girərək padnosu çarpayının üstünə qoydu


  • götür ye. Con tapşırıb ki sənin yanında heç nə qoymuyum. Burda gözlüyürəm, ye götürüm aparım.

  • Bəs Con özü hanı ?

  • Bilmirəm. Dedi ki 2-3 gün burda olmayacaq

  • Adın nədir ?

  • Adım Danieldir. Özüm də çox səbirsizəm. əgər bir az da danışmağa davam eləsən hirslənib yeməyi aparacam sən də bu gün ac qaılacaqsan

Samir gülümsünüb ac olduğundan dərhal yeməyə girişdi. Yeyib qurtarandan sonra Daniel bayaqdan əlində saxladığı qazeti çarpayının üstünə atıb dedi

  • al bunu. Con dedi ki məndən ötrü darıxsa bunu oxusun

Daniel padnosu götürüb gedəndən sonra adamlar silahı Samirdən çəkməyərək dal-dala otaqdan çıxdılar. Onlar gedəndən sonra Samir Danielin dedikləri haqda fikrləşməyə başladı “ 2-3 gün burda olmayacaq, məndən ötrü darıxsa qazet oxusun. Con nə isə eliyəcək, elə bir şey ki qazetlər də bundan yazcaq. Bu ölkənin polisləri hara baxır lənət şeytana ? görəsən Lusiyanın vəziyyəti necədir ? ” Samir fikirli-fikirli qazeti əlinə götürdü və birinci səhifədə onun qaçırılması ilə bağlı məqaləni görüb oxumağa başladı.


Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin