Vəziyyətin necə olursa olsun. ÖZÜNLƏ FƏxr et ! GİRİŞ



Yüklə 1,17 Mb.
səhifə44/46
tarix02.01.2022
ölçüsü1,17 Mb.
#1443
1   ...   38   39   40   41   42   43   44   45   46
HADİSƏDƏN 1 AY SONRA

Bakı. Azərbaycan



Samir kabinetindən çıxanda aşxam saat 10 idi. “samir” mərkəzinin filial rəhbərlərinin iştirakı ilə 3 gündən sonra bakıda keçiriləcək genişmiqyaslı toplantıda səsləndirəcəyi fikirlər və təkliflərin üzərində işlədiyindən vaxtın necə keçdiyini hiss etməmişdir. Iş vaxtı qurtardığından həyətdəki gözətçilərdən və maşında onu gözləyən Pedrodan başqa bütün işçilər evlərinə getmişdilər. kimsəsiz dəhlizlə ağır-ağır çıxışa tərəf irəliləyərkən tibb şöbəsinin qarşısından keçəndə səs eşidib içəri boylandı. Akif tibbi alətlərlə nə isə qurdalanırdı, Asif isə ona bu gün mərkəzdə qarşılaşdığı hansısa hadisəni danışırdı. çıxışa tərəf getməkdən vaz keçib içəri girdi. Asif Samiri görəndə heyrətlə soruşdu

  • siz hələ burdasınız ? mən də fikirləşirdim ki bizdən başqa heç kim qalmayıb

  • yaxşı gəlmisən ( Akif söhbətə qoşuldu ) bayaqdan məni bezdirir ki niyə burda qalmışıq, gəl gedək ( üzünü Asifə çevirərək ) görürsən rəhbərlik də burdadı

  • doğrudan, niyə bu vaxtadək ləngimisiniz ? ( Samir maraqla soruşdu )

  • burda elə tibbi alətlər var ki gərək onları yerinə qoymamışdan qabaq yaxsıca təmmizləyəsən. Bu gün pasient çox olduğundan bunları indi təmmizliyirəm. bəs sən nə əcəb burdasan ?

  • 3 gündən sonra keçiriləcək tədbirin təkliflər paketini hazırlayırdım. Hələ işin çoxdu ?

  • Yox, əlimdəki axırıncıdı. Nə olub ki ?

  • Dedim bir yerdə çıxaq

  • Dedim dedin yadıma düşdü. Nə qədər ki yadımdan çıxmıyıb qoy deyim, birdən sabah imkan olmaz. Onsuz da o qədər iş olur ki eyni binada işləməyimizə baxmayaraq bir-birimizin üzünü günlərlə görmürük. ( Asifi göstərərək ) sabah başımın bəlasının ad günüdür, 20 yaşı tamam olur. Sabah axşam evdə yaxın insanlarla birgə kiçik bir məclis təşkil eləmək istəyirəm. sən də gəlsəydin lap əla olardı

  • əlbətdə gələcəm, niyə də olmasın. Hətda Əliylə Lusianı da gətirəcəm ( üzünü Asifə çevirərək ) sabah sənə nə alım ? ürəyin nə istiyir ?

  • heç nə almasan da olardı, ancaq mütləq nəysə almaq istəyirsənsə yox deyib xətrivə dəymiyəcəm ki. Çox şeyə ehtiyac yoxdur, bir dənə qol saatı alarsan bəsdi

  • baş üstə

  • üz var dəə bunda. ( Akif dilləndi ) işimi bitirdim, gedə bilərik

onlar tibb şöbəsindən çıxıb zarafatlaşa-zarafatlaşa çıxışa tərəf irəliləməyə başladılar. Qapılardan birinin qarşısından keçəndə Samir dayanaraq Akifdən soruşdu

  • bura kimin kabinetidir ?

  • əvvəllər Muradın idi, indi Teymurundu

  • bu vaxt teymurun burda nə işi var ? ( Samir təəccüblə soruşdu ) o ki həmişə işdən 1 saat tez çıxırdı ki evdə xəstə anam var

  • yazığa o qədər iş tapşırırsan ki. Yəqin bu gün hamısını çatdıra bilmiyib

Samir - bu gün mən ona heç bir iş tapşırmamışam - deyib qapıya tərəf getdi. Qapını açıb içəri girəndə saçı və saqqalı ağarmış qoca bir kişinin otaqdakı iri şkafın çəkməcələrini qurtdaladığını gördü. Samirin ardınca içəri girən Asiflə Akif təəccüblə gah qocaya, gah da Samirə baxırdılar. Bərk məşgul olduğundanmı, yoxsa bu vaxtlar mərkəzdə heç kimin olmayacağını yəqinləşdirdiyindənmi bütün diqqətini əlindəki işə yönəldən əyninə köhnə ayaqqabı və nimdaş paltar geyinmiş qoca kişi Samirgilin içəri girdiyini hiss eləmədi. Bir müddət sıra ilə şkafın çəkməcələrini yoxlayan qocanı seyr edən Samir işarə ilə Akifə bildirdi ki dəhlizə çıxıb mühafizəçilərə zəng vursun. Akif qapıya tərəf çevriləndə Asif gözlənilmədən asqırdı və qoca eşitdiyi səsdən diksinərək əlindəki əşyanı yerə salıb geri çevrildi. Qocanın sifəti Samirə tanış gəlsə də kim olduğunu aydınlaşdıra bilmədi. Samir bədəninin əsməsindən güclü həyacan keçirtdiyi bəlli olan bu naməlum, qəribə adama yaxınlaşıb soruşdu

  • a kişi kimsən ? burda nə axtarırsan ? ( cavab gəlmədiyini görüb yenidən soruşdu) eşitmirsən a kişi, sənə nə lazımdı ?

  • darıxma Samir ( Akif dilləndi ) bu dəqiqə mühafizəçilərə xəbər verərəm, onlar hər şeyi aydınlaşdırarlar

Akif qapıya tərəf getmək istəyəndə qoca kişi qəflətən cibindən tapança çıxardaraq Akifə tuşlayıb qışqırdı

  • dayan yerində. əgər bir addım da atsan səni qoyub oğlunu öldürəcəm

Samir qoca kişi qiyafəsində olan adamın səsini eşidəndə təccüblə astadan qışqırdı - Murad -

Murad sakqalını, eynəyini və papağını çıxardaraq dedi



- bəli əzizim, Murad. Soruşursan ki mənə nə lazimdi ? sənin canın lazımdı mənə Samir, sənin canın. Qurduğum təşkilat dünyanın az qala hər yerinə səpələnmişdi, mafviya aləmində böyük gücə və nüfuza malik olan bir çox insan mənə tabe idi. Günlər keçdikcə hər kəs mənə heyran olurdu və birdən-birə ortaya sən çıxdın. Illərlə qurduqlarımı, yığdıqlarımı, ən sadiq adamlarımı əlimdən aldın ( kinayəylə gülümsünərək ) gör kimin əlində qalmışam ? mən səndən iki dəfə sağlamam Samir. Həm sağlamam, həm də güclü. Sən heç ayaq üstə düz-əməlli dura da bilmirsən, amma mənə meydan oxuyursan. Hələ də dərk eliyə bilmirəm ki sən bunu necə bacardın

  • eşitməmisən ki “ biləyin gücü birini yıxar, biliyin gücü minini ” ? sən mənə ağıl sarıdan uduzdun Murad. Ikincisi isə sənin səltənətini mən yox polis yıxdı. bəs bilmirdin ki cinayət fəaliyyəti göstgərdiyin dövlətlərin təhlükəsizlik orqanları var, polisi var, qanunu var ?

  • sevinirsən həə ? fikirləşirsən ki məni məğlub eləmisən. Tələsmə Samir, mənim əlimdə elə bir qüdrət var ki itirdiklərimi bir neçə aya özümə qaytaracaq. Necə deyəllər “ cücəni payızda sayallar ”

  • inqubator kəşf olunandan sonra sən dediyin atalar məsəli öz qüvvəsini itirdi. Üstündə yaşıl rəngli su pərisi şəkli olan diskə güvənirsənsə, özünə əziyyət vermə. O disk artıq mənim əlimdəir. At silahı yerə, xoşluqnan təslim ol. Öldürtdüyün günahsız insanların analarına hesab verməyin vaxtı çatıb

  • sənə heyranam daa. Silahlı düşmənlə üz-üzə dayanmısan, səni ölümdən kiçik bir güllə ayırır yenə də qürurunu sındırmırsan. Heç olmasa şirin dilini işə sal daa, niyə belə xod gedirsən ?

  • bilirəm ki atəş açmayacaqsan. Atəş səsini eşidən kimi mühafizəçilər bura doluşub dərinə saman təpəcəklər.

  • ( Murad cibindən səsboğucunu çıxardıb Samirə göstərdi ) səni məyus eləmək istəməzdim, ancaq məndə belə bir şey də var. Bir də ki mühafizəçilərə çox güvənmə. Onlara yaxınlaşıb kövrək səslə - mütləq Samirlə görüşməliyəm bala. Ümidim bircə onadı - deyən kimi heç üstümü də yoxlamadan məni içəri keçirtdilər. bu qədər danışdıq bəs eliyər, indi isə işə keçmək vaxtıdır. ( silahı Asifə tərəfə tuşlayaraq ) sənin fikirləşmək üçün 1 dəqiqən var. Ya diski mənə verirsən, ya da bu uşağı öldürürəm

  • Istiyirsən lap ikisini də öldür, diski sənə verən deyiləm

  • Yox. Ikisini də öldürməyəcəm. birini öldürəcəm ki ömrün boyu digərinin təqibi altda yaşayasan. Sağ qalan bütün həyatı boyu sənə nifrət edəcək və səndən intiqam almaq istəyəcək ki bir diskə görə onun oğlunu qurban verdin

  • Sağ qalan ömrü boyu fikirləşəcək ki diski sənə versəydim onun kimi yüzlərlə ata gözüyaşlı qalacaqdı

Murad - gəl yoxlayaq - deyib tapançanın üzünü kənara çevirib səsboğucunu ona bağlayanda Samir kastellə onun əlinə güclü zərbə vurdu. Zərbənin təsirindən tapança Muradın əlindən çıxıb döşəməyə düşdü. Murad gedib tapançanı götürmək istəyəndə Akif də özünü ora çatdırdı və hər ikisi tapançanı götürmək üçün yerdə əlbəyxa oldular. Samir telefonu Asifə tullayaraq - orda mühafizəçi Seymur yazılıb. Onu tap, zəng vur - deyə qışqırıb savaşanlara tərəf getdi. Murad akifə üstün gələrək tapançanı götürdü və Akif silahı ondan almaq istəyəndə atəş açıldı. Samir özünü yetirib kastellə Muradın boynunun arxasından güclü zərbə vurdu. Murad zərbənin təsirindən huşunu itirərək yerdə hərəkətsiz qaldı. Akif ayağa qalxaraq bir-neçə dəfə dərindən nəfəs alaraq gülümsündu

  • bu da belə

  • Asif mühafizəçiləri çağırıb, qoy aparıb polisə təhvil versinlər. gərək Teymura deyim sabah buraları yaxşı-yaxşı axtarsın, görək disk hardadı

  • disk səndə deyildi ki ? ( Akif gülümsündü ) bəs hardan bildin ki o nə axtarır ?

  • bir dəfə əlində görmüşdüm

Akif geri çevrilib nəysə demək istəyirdi ki sözü ağzında qaldı. Ucadan - Asif - qışqırıb oğluna tərəf qaçdı. Akifin səsinə geri çevrilən Samir gördüyü mənzərədən dəhşətə gəldi. Asif arabanın içində başı yana əyilmiş vəziyyətdə hərəkətsiz dayanmışdı, sinəsindən isə qan axırdı. Akif - oğlum nooldu sənə ?, cavab ver, bir şey danış - deyə qışqıraraq qanı saxlamağa çalışırdı. Güllə səsini eşidən mühafizəçilər dəhlizdə o baş-bu başa qaçışaraq nə baş verdiyini anlamağa çalışırdılar. Samir dəhlizə çıxaraq mühafizəçiləri köməyə çağırdı. Mühafizəçilərdən biri yaxınlaşan kimi Samir dedi

  • qulaq as Seymur. Murad Asifi gülləynən yaralayıb, Akifə kömək eləyin onu tibb şöbəsinə gətirsin. Muradın isə huşu özünə gəlməmiş əl-qolunu bağlayın başımız ayılana qədər qalsın otaqda

Samir tibb şöbəsinə girəndə Seymur qucağında Asiflə qaçaraq onun dalınca otağa girdi. Akif isə Seymurun yanınca gələrək qanı saxlamağa çalışırdı. Seymur Asifi stola uzadıb özü Muradın dalınca getdi. Həyacandan Akifin əlləri əsirdi, nə qədər edirdisə özünü ələ ala bilmirdi. Samir bunu görüb dedi

  • bəsdir Akif, özüvə gəl. Sən həkimsən, belə şeyləri çox görmüsən

  • bacarmıram Samir, ( Akif yanıqlı-yanıqlı qışqırdı ) alınmır. Qanı saxlaya bilmirəm

  • ( Samir Akifin titrəyən qanlı əlindən tutdu ) bacarmalısan Akif, sən buna məcbursan. Sən sadəcə qanaxmanı dayandır, əməliyyatı xəstəxanada eliyəllər. ( Akifin əlini buraxıb Asifi göstərdi ) o yaşıyacaq Akif, əgər sən özünü ələ alsan o yaşıyacaq. Sən sadəcə bütün bacarığını ortaya qoy

Bir-neçə dəqiqə yaranın üstündə əlləşən Akif sevinclə qışqırdı

  • qanaxma dayandı Samir

  • ( nəfəsini dərindən buraxaraq ) afərin sənə Akif, afərin sənə

  • Qanaxma dayansada nəbzi get-gedə zəifliyir, təcili xəstəxanaya aparmaq lazımdır

  • Sən Asifi hazırla, mən gedim maşın işini həll eliyim. ( üzünü Seymura tutaraq ) həkimə kömək elə. Maşını da sən sürəssən, Pedro şəhəri yaxşı tanımır

maşının yanına çatanda Pedroya dedi

- əməkdaşlardan biri ağır yaralıdır, biz onu xəstəxanaya aparacayıq. Sən yolları yaxşı tanımırsan. Sən get evə, qoy maşını başqası sürsün



Samir maşına oturanda Seymurla Akif Asifi götürərək maşının yanına gəldilər. Samirlə Akif arxada oturdular, Asifi isə dizlərinin üstünə uzatdılar. Seymur maşını xodlayan kimi Samir dedi

  • qəza şəraiti yaratmamaq şərtilə bacardığın qədər sürətlə sür. Yolda maşın olmasa hətda qırmızı işıqda da keç

Seymur - baş üstə - deyib ayağını qaza basdı. Akif yolboyu yaraya nəzarət edərək hər şeyin qaydasında olduğuna əmin olmaq istəyirdi. Asif arabir özünə gəlsə də tezliklə huşunu itirirdi. Samir onun başını sığallayaraq deyirdi

  • döz aslanım, az qaldı. əgər bunun öhdəsindən gəlsən 100 yaşına qədər hər ad günündə sənə bir saat bağışlayacam. ( alnından öpərək ) yalvarıram bir az dişini sıx

Samir getdikləri xəstəxananın nömrəsini öyrənib hadisə ilə bağlı həkimləri xəbərdarlıq edərək vəziyyətin ciddiliyini onlara izah edib hazır olmalarını xaiş etdi. Maşın xəstəxananın həyətinə girən kimi həkimlər Asifi maşından çıxardaraq xərəyə qoyub əməliyyat otağına apardılar. Akif oğlunu tək qoymaq istəməyib onlarla birgə getdi. Samir Akifin əməliyyat otağına buraxılmayacağını və buna görə də hay-küy salacağını bildiyi üçün Seymura dedi

  • sən Akifin dalınca qaç. Çalış mən gəlib çatana qədər onu saxlayasan ki həkimlərə mane olmasın

Samir əməliyyat otağının qapısına çatanda Akif skamyada oturaraq başını əllərinin içinə alıb ağlayırdı. Seymur isə Akifin içəri keçməsinin qarşısını almaq üçün hər ehtimala qarşı əməliyyat otağının qapısının ağzında dayanmışdı. Seymura yaxınlaşıb soruşdu

  • nə oldu ?

  • əməliyyata götürdülər. ( Akifi göstərərək ) bunu gücnən saxladım

  • afərin, yaxşı eləmisən. Səməd müəllimlə Əzizlə zəng vur bura gəlsinlər, Teymura da xəbər elə şöbə müdürlərinə xəbər versin. Sabah saat 10-da bu məsələylə bağlı iclas keçirdəcəm

Samir Seymurla danışıb qurtardıqdan sonra gəlib Akifin yanında oturdu. Onu təsəlli etmək istəsə də bunu necə edəcəyini bilmirdi. Başını divara söykəyib fikrə getdi “ bunu necə sakitləşdirim ? oğlu ölümün pəncəsində olan bir atanı hansı sözlər sakitləşdirə bilər axı. Kaş səməd müəllimgil tez gələydilər ” bir xeyli bu vəziyyətdə qaldıqdan sonra əlini kifin dizinin üstünə qoyaraq dedi

  • sənin nələr keçirdiyini çox gözəl bilirəm. o dəhşətli qəzada bütün ailə üzvlərim həlak oldu, qardaşım oğlundan başqa bütün ailə üzvlərim. ( dərindən köks ötürərək ) bütün ailə üzvlərim və qohumlarım. Sən özünü ələ almalısan, çünki bir azdan həkim içəridən çıxıb deyəcək ki - gözünüz aydın. əməliyyat uğurlu keçdi və təhlükə aradan qalxdı - və seymurla mən səni təbrik edəcəyik. Bir də ki bur....

Samir sözlərinə davam eləmək istəyirdi ki əməliyyatxananın qapısı açıldı və həkim içəridən çıxaraq onlara yaxınlaşdı. Həkimin yaxınlaşdığını görən Akif ayağa qalxaraq xoş söz eşitmək ümidiylə gözünü onun ağzına dikdi. Həkim özünü toparlayaraq sözə başladı

  • güllə onun sinəsini deşərək ürəyinə dəymişdir. əməliyyat otağında olan tibbi heyyət sizin oğlunuzun yaşaması üçün əllərindən gələnin artığını etsələr də təhssüf ki xəstənin həyatını xilas etmək mümkün olmadı. Başınız sağ olsun

həkim sözünü bitirən kimi başını aşağı salıb iti addımlarla ordan uzaqlaşdı. Akif isə yeniən skamyada oturaraq əlləri ilə üzünü tutub hönkürməyə başladı. Samir əlini onun çiyninə qoyaraq astadan dedi

  • başın sağ olsun

  • indi mən Adiləyə nə deyəcəm ? ( Akif başını qaldırdı ) mən bu xəbəri ona necə deyəcəm ? mən ona necə deyim ki mərkəzin ən təcrübəli cərrahı mən ola-ola, hər kəsin dərdinə dərman eliyə-eliyə öz uşağımın yarasını sağalda bilmədim

  • sən ürək cərrahı deyilsən Akif, xirurqsan. Lap bu işi bacarsaydın belə o an keçirtdiyin stresin və həyacanın altında sən heç nə edə bilməzdin

  • qulaq as Samir. ( Akif gözlərinin yaşını sildi ) qoy Seymur məni evə aparsın. bu xəbəri Adiləyə telefonda desəm onun ürəyi partlayar, istiyirəm o bu xəbəri eşidəndə onun yanında olum. Sən bütün lazımi məsələləri həll elə, mən bir saata qədər Adiləni də götürüb qayıdıram. Seymur məni maşında gözlüyər, elə qayıdanda da onnan qayıdarıq.

  • yaxşı. Sən get, narahat olma

Akif gedəndən yarım saat sonra mahmudovla Əziz Samirin yanına gəldilər. Samir mərkəzdə və xəstəxanada baş verənləri onlara danışıb qurtardıqda Əziz dedi

  • Muradla neyləmək fikrindəsən ?

  • bir az bundan qabaq mayor Əhmədovla danışıb hər şeyi ona izah elədim. Razılaşdıq ki mən burdan çıxanda ona zəng vurum, birlikdə mərkəzə gedib məsələni həll eliyəciyik

  • bəlkə sabaha qalsın ? ( Mahmudov soruşdu )

  • yox, bu gün olsa yaxşıdı. Lap gecə saat 3 də olsa Muradı polislərə təhvil verib rahat nəfəs alacam

  • meyidi bu gün aparacayıq ? ( Əziz soruşdu )

  • yox. Xəstəxananın həkimi dedi ki sənədlərlə bağlı olaraq meyidi ancaq sabah götürə bilərsiniz

  • bu gün mümkün olsaydı Akifgil birdə əziyyət çəkib bura gəlməzdi, uşağın meyidini evlərinə biz aparardıq

  • onların vəziyyətini təsəvvür eliyirəm ( Mahmudov dərindən köks ötürdü )

bir xeyli keçdikdən sonra Samir gözləməkdən bezib Seymura zəng vurdu

  • niyə bu qədər gecikdiniz ? bir hadisə baş vermiyib ki ?

  • yox müəllim, heç bir hadisə verməyib

  • bəs niyə bu qədər ləngimisiniz ?

  • 1 saatdır ki onların içəridən çıxmağını gözləyirəm. yəqin ki bu xəbər Asifin anasına pis təsir eləyib, yoxsa ki çoxdan yola düşmükdük

  • Deyirsən 1 saatdır ? bəs sən onlar harda gözlüyürsən ?

  • Yolda. Maşının içində. Akif dedi ki - sən bizi burda gözlə, bir azdan gəlirik - sonra ağır-ağır addımlayaraq həyətlərinə girdi

  • eybi yox. Sən 10 dəqiqə də gözlə, sonra get bax gör nə baş verib

  • oldu müəllim

Samir danışıb qurtardıqdan sonra əlini çənəsinə dirəyib düşünməyə başladı. Onu üzündəki narahatlığı görən Mahmudov vəziyyətin nə yerdə olduğunu öyrənmək üçün suallar versə də Samir onu eşitmirdi. 1 dəqiqəyədək bu vəziyyətdə qalan Samir yenidən Seymura zəng vurdu

  • buyurun müəllim

  • bu gün mərkəzdə keşik çəkən uşaqlara zəng vur gör biz ordan çıxandan sonra ora heç kim gəlmiyib. Mərkəzdən xəbər gəlməyənə qədər Akifgilin evinə getmə

  • nə isə olub ?

  • sən dediyimi elə

  • oldu müəllim

Seymurun mərkəzlə əlaqə saxlayaraq Samirə zəng vurması arasında keçən 3 dəqiqə Samirə 3 saat kimi göründü. əlini knopkanın üstündə hazır saxladığından zəngin səsini eşidən kimi knopkanı basıb telefonu qulağına apardı

  • eşidirəm

  • qəribə hadisə baş verib müəllim. Mərkəzdən dedilər ki Akif yarm saat bundan qabaq mərkəzə gəlib və hal-hazırda da ordadır. Amma onun həyətə girdiyini öz gözlərimlə gördüm

  • lənət şeytana, mərkəzdəkilərə xəbər ver Muradın təhlükəsizliyini təmin etsinlər. özün də cəld ora get

Samir ayağa qalxıb dedi

  • tez olun mərkəzə gedirik. Kimin maşını sürətlidirsə onunla gedirik

  • nə olub ki ? ( Əziz təlaşla soruşdu )

  • yolda izah eliyərəm

Samirgil Əzizin maşını ilə yola düşdükdən bir az sonra Seymur Samirə zəng vurdu

  • vəziyyət pisdi müəllim. Uşaqlar mərkəzdə nə Akifi tapa bilmirlər, nə də Muradı. Akifin mobil telefonuna da zəng çatmır

  • denən yaxşı-yaxşı axtarsınlar. Mən 20 dəqiqəyə orda olacam

  • bizi başa sal görək nə olub ( Samir Seymurla danışıb qurtaran kimi Mahmudov dilləndi )

Samir vəziyyəti onlara danışıb qurtaran kimi mayor Əhmədova zəng vurdu.

Mərkəzin həyətinə çatan kimi Samir mühavizəçilərdən soruşdu



  • Akifgili tapa bildiniz ?

  • xeyr müəllim. Hələlik tapa bilməmişik

Samir yenidən nə isə soruşmaq istəyirdi ki telefonu zəng çaldı. telefonun ekranına baxıb zəng vuranın Akif olduğunu görəndə gözlərinə inanmadı. Özünü soyuqqanlı aparmağa çalışaraq telefonu qulağına aparıb danışmağa başladı

  • buyur həkim, eşidirəm

  • gəlib çıxdın ? ( telefonda Akifin ona xas olmayan xırıltılı səsi eşidildi ) bayaqdan pəncərənin qabağında oturub səni gödüyürəm

  • Akif sən indi hard.......

  • Mən ikinci mərtəbədəki əməliyyat otağındayam. Gəl bura, sənə deyiləcək sözüm var

Akif sözünü bitirən kimi əlaqəni kəsdi. Samir telefonu cibinə qoyub Mahmudova dedi

  • Akif əməliyyat otağındadı. Mənə nə isə demək istiyir. Gedirəm ora

  • biz də sənnən gedirik

  • kaş ki Akif sonradan peşman olacağı bir hərəkət eləməzdi. ( Əziz dedi ) kaş ki

Samir binaya girəndə mayor Əhmədovun maşını mərkəzin həyətində göründü.

Samir əməliyyat otağına çatanda Seymur onu qarşılayıb dedi



  • bir dəqiqə bundan qabaq tapmışıq. Içəridə oturub, əlində də tapança. Deyir ki - kim içəri girmək istəsə vuracam -

  • neyləmək fikrindəsən ? ( Əhmədov Samirdən soruşdu )

  • əgər Muradı öldürmüyübsə onu fikrindən daşındıracam

  • bu vəziyyətdə nəyisə ona izah eləmək çox çətindir ( Əziz dedi )

  • oğlu öldürülmüş bir ata, əlində silah düşməninin yanındadırsa həqiqətən çətin olacaq ( Mahmudov onun sözünə qüvvət verdi )

  • əgər gec deyilsə onu mütləq yola gətirəcəm ( Samir dilləndi )

Samirf qapını ehmalca açıb içəri baxdı. Akif əməliyyat stolunun yanında qoyduğu stulda oturmuşdu və əlində Muradın tapançası var idi, əlləri və üstü isə qan ləkələri ilə dolu idi. Akif Samiri görən kimi ayağa qalxdı. Ağlamaqdan qızarmış gözləri lə bir-neçə saniyə ona baxdıqdan sonra dedi

  • bağışla Samr. Mən bunu eləməliydim

  • Akif sən neylədin ? Murad tək sənin qarşında deyil, minlərlə atanın qarşısında günahkar idi və hamının qarşısında cəzasını almalıydı. Sən onu öldürməklə bu qədər valideyinin arzusunu gözündə qoydun

  • mən onu öldürməmişəm Samir, amma bütün əzab çəkən ataların və gözü yaşlı anaların qisasını artıqlaması ilə aldım. Onlar bu gündən sonra rahat yata bilərlər

  • yaxşı gəl əl-üzünü yu, paltarını da dəyiş. Əhmədovla danışacam 40 gün sənə toxunmasın. Sonrasına da baxarıq ( əlini Akifə uzatdı ) silahı mənə ver

  • yox Samir. ( tətiyi baş barmağı ilə tutub silahı çənəsinin altına diriyərək ) Mən bu gündən sonra Adilənin üzünə baxa bilmərəm. səndən bir xaişim var. Onu edib, tətiyi çəkəcəm

  • qulaq as mənə Akif. Sən özünü başqa vaxt da öldürə bilərsən, istədiyin vaxt. Ancaq inda silahı ver mənə, özünə də 2-3 gün sınaq müddəti qoy. əgər bir-neçə gündən sonra da yaşamaq istəməsən özünü öldürə bilərsən.

  • Asif mənim hər şeyim idi. Alıb-verdiyim nəfəsim, görən gözlərimin işığı idi. Artıq 2 saatdır ki bu həyatda onsuz yaşayıram, bundan sonrasına tab eləmərəm

  • Bəs Adilə ? heç onu düşünmüsən ? həyatının 20 ildən çoxunu səninlə paylaşan o qadına heçmi yazığın gəlmir ? birdən-birə həyatının 2 əziz insanını itirmək onu nə hala salacağını heç düşünmüsən ? onun sənə ehtiyacı var Akif ( əlini yenidən ona tərəf uzadaraq ) ver silahı mənə

Akif gözlərindən yaş süzülə-süzülə silahı aşağı yendirib Samirə tərəf 2 addım atdıqdan sonra gözü nabranda istirahətdə olarkən ailəvi çəkdirdikləri və bir-neçə gün əvvəl şkafın şüşəsinə yapışdırdığı şəklə sataşdı. Bir gün həkim yoldaşlarınan biri ondan niyə əməliyyat otağına şəkil yapışdırdığını soruşanda - bəzən çətin əməliyyatlarda çox yoruluram. Bu şəkil mənə əlavə güc verəcək - demişdi. Bir-neçə saniyə asifin şəkildəki gülümsəyən üzünə baxdıqdan sonra dedi

  • Samir, evdəki videonun içində xeyli pul gizlətmişəm. səndən xaişim budur ki həmin pullarla Asifin kiçik büstünü düzəltdirib başdaşısının əvəzində onu qəbrinin başında qoydurasan

Akif sözünü bitirən kimi silahı yenidən çənəsinə dirəyib atəş açaraq yerə yıxıldl. Əziz Muradın vəziyyətini öyrənmək üçün cərrahiyə masasınıa yaxınlaşıb Muradın üstündəki örtüyü qaldıran kimi - aman ALLAH - deyə qışqıraraq kənara sıçradı. Akif Murada narkoz verərək onun hər iki qolunu çiyindən aşağı və ayaqlarını ombadan aşağıdan kəsmişdi. Muradın gözlərini çıxardan Akif həmçinin onun qulaqlarını da kəsərək dilini qopartmışdı. Muradın bu dəhşət saçan görüntüsünə baxan otaqdakı adamlardan kimi gözlərini yumur, kimi də özünü saxlaya bilməyib - ah - çəkirdi. Samir Murada baxa-baxa dedi

  • Seymur, təcili yardım briqadası çağır, çalış Muradın vəziyyətini onlara izah eliyəsən. Səməd müəllim, səninlə Əziz Akiflə Asifin dəfn mərasimini tşkil eliyin. Çalışın meyidlərin evə gətirilməsindən və dəfn olunmasından tutmuş 40 mərasiminədək hər şey yüksək səviyyədə olsun. Mayor Əhmədov. bu gündən sonra Murad sənin nəzarətindədir. Akif ona layiq olduğu cəzanı verdi, bundan belə onun hüquqi cəhətdən hansı cəzanı alacağı məni maraqlandırmır

  • istəyirsənsə get evə dincəl, sabah yasda görüşərik ( Mahmudov dedi )

  • yox Səməd müəllim, işin ən çətin hissəsini özümə götürmüşəm. mən də gedirəm baş verənlər barədə Adilə xanımla danışmağa

Samir bunu deyərək bir az əvvəl akifin oturduğu stulda oturaraq əlləri ilə başını tutdu.


Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin