HADİSƏDƏN SONRA 11 GÜN-1 AY MÜDDƏTİNDƏ
Günlər keçdikcə mərkəzdə işlər yoluna düşməyə başlamışdı. Fiziki qüsurlu insanların mərkəzə axını əvvəlkitək davam edirdi. Hindistanda və mərakeşdə filialların açılışı, fiziki qüsurlu müğənnilərdən ibarət beynəlxalq mahnı müsabiqəsinin keçirilməsi, beynlxalq paraolimpia komitəsinin “samir” mərkəzi ilə rəsmi tərəfdaşlıq müqaviləsinin imzalaması görülən işlər sırasında idi. Evdə də Samirin işləri yaxşı gedirdi. Pedro yavaş-yavaş yeni işinə öyrəşirdi, Xose otaqlardan birini zəbt edib bütün günü şəkil çəkərək səylə mərkəzin təşkil edəcəyi ikinci rəsm müsabiqəsinə hazırlaşırdı, dillərini bilməsə də Əli Xoseylə Lusianın yanında özünü xoşbəxt hiss edirdi, Lusia Əlinin qeydinə daha yaxşı qalmaq üçün və tezliklə Samirl’ evlənəcəyi üçün lüğət və qrammatika kitablarını ərafına yığaraq azərbaycan dilini öyrənirdi.
Rayondan valideyinləri gəldiyi üçün Rənanın başı qarışıq idi. Rayondakı qonşunun oğluyla evlənməsi üçün anasının tez-tez söz salması Rənanın xoşuna gəlməsə də bütün gününü həyatından çox sevdiyi valideyinləriylə birgə keçirdirdi.
polis işçiləri Muradın yerini müəyyən etsələr də onu orda tapa bilmədilər. Bütünlüklə boş butulkalardan, karton parçalarından və digər zir-zibillə dolu olan və uçuq-sökük divarlarından kir tökülən əcaib dəhlizdən keçib Muradın otağına girəndə mayor Əhmədov, divardakı əl ilə çəkilmiş müxtəlif rəngli əyri-üyrü cızmaqaraları, müxtəlif yazıları, çarpayının üstünə sərilmiş və üzərində skelet təsviri olan uzun paltarı, stolun üstündə qəddarlıqla öldürülmüş insan rəsmlərindən ibarət albomu, şkafda gizlədilmiş müxtəlif növ silahları, stulun üzərinə düzülmüş və çox güman ki insanlara işgəncə vermək üçün hazırlanmış kəsici, sıxıcı və deşici alətləri və döşəməyə səpələnmiş boş vərəqləri görəndə öz-özünə düşünmüşdü “ bu insanı tez tutmaq lazımdır. Özü də lap tez ”.
Almeyda növbəti uğurlu əməliyyatdan sonra kabinetində oturub pitza yeyə-yeyə televizora baxırdı. Növbəti tikəni yeyib qurtardıqdan sonra telefonun dəstəyini əlinə alıb katibəsinə dedi
-
məni Samirin eviylə calaşdır
-
baş üstə senyor. Bu dəqiqə tərcüməçini çağıraram o sizi calaşdırar
-
tərcüməçiyə ehtiyac yoxdur. Mən Lusiyayla danışacam, hal-hazırda evdə yalnız odur
yarım dəqiqədən sonra telefonda Lusianın zərif səsi eşidildi - alo -.
Akif işdən 1 həftəlik icazə alaraq ailəsi ilə birgə nabrana istirahətə getmişdi. Bütün gününü dəniz sahilində təmmiz hava almaqla və tanış olduğu insanlarla söhbət etməklə keçirdən Asif özünü xoşbəxt hiss edirdi. hər axşam isə şam yeməyindən sonra klubda təşkil olunan incəsənət ustalarının çıxışlarına tamaşa eləməyə gedirdi. Akif dənizdə çimir, özünü günə verir, volleybol oynayır, tez-tez Asifə sataşaraq onunla zarafat edir, ailəsi ilə birlikdə bu bir həftəni mənalı keçirtməyə çalışırdı.
Dostları ilə paylaş: |