Vəziyyətin necə olursa olsun. ÖZÜNLƏ FƏxr et ! GİRİŞ



Yüklə 1,17 Mb.
səhifə5/46
tarix02.01.2022
ölçüsü1,17 Mb.
#1443
1   2   3   4   5   6   7   8   9   ...   46
Moskva. Rusiya

Əyninə cins şalvar və qara kurtqa geinmiş ortaboylu, qısa sakqallı, əlinin üstünədə lövbər tatirovkası olan, zəhmli baxışı və amirənə səsinə rəğmən zarafatı çox sevən 38 yaşlı Con moskvanın saykina küçəsində yaşayış yerindən uzaqda köhnə moskviçdən düşüb kiçik “ сирота ивы ” kafesinə girəndə öz-özünə mızıldandı



  • oktyabr ayıda belə soyuq olar ? rusiyanın soyuğundan zəhləm gedir

onu qapıda qarşılayan kafe sahibi Dmitri cavab verdi

  • oktyabr ayı ərəbistan səhrasındakı 40 dərəcə isti necə ? xoşuva gəlir ?

  • ( Con gülümsünərək soruşdu ) Sən də ispan dilini bilirsən ?

  • Kim bilmir ki ?

Con içəri girib mətbəxə keçərək ortada qoyulmuş dəmir stolun qarşısında dayandı. Conun arxasınca gələn Dmitri onun yanından keçərək qaza yaxınlaşıb 2-ci gözünü yandırdı. Dmitri qazı yandırarkən vinti buran kimi Conun qarşısındakı stolun böyrü qalxmağa başladı. Stol birləşirilmiş qapı açılan kimi Con nərdivanla aşağı düşdü və yarımqaranlıq dəhlizlə bir az gedəndən sonra üstündə söyüd yarpağı şəkli olan qapıdan içəri girib üstünə vodka və sala qoyulmuş stolun ətrafında oturan 4 nəfərin yanında oturdu. Bu 4 nəfər “ poler ” quldur dəstəsinin müxtəlif ölkələrdən olan dəstə başçıları idi. ispaniyalı lobo ləqəbli Karlos balacaboy, kök, başının yalnız kənarlarında seyrək tük olan, 45 yaşında, enli bığlı və yekə ağız bir adam idi və xırıltılı səsi vardı. Meksikalı Markez arıq, ucaboy, gözləri eynəkli, üzündə uşaqlıq illərindən qalan çapıq olan uzun və əyri burunlu qəddar bir adam idi və onunda 45 yaşı vardı. əla bıçaq atmaq qabiliyiətiylə ad çıxartmış argentinalı

Xavyer 60 yaşında saçları ağarmış, sol qolunda tutuquşu tatirovkası olan, şirniyyatı çox sevən, enli alını və qalın ağ qaşları olan bir adam idi. Hündür boylu, uşaqlıqdan məşğul olduğu idmanın təsirindən yaranan şux qamətli fiziki görkəmi olan, uzun sarı saçlarını arxadan bağlamış 30 yaşlı rusiyalı Sergey qrupa ispan dilini bildiyi üçün qəbul edilmişdi. Lakin heç bir il keçməmiş gənc olmasına və qrupa yeni qoşulmasına baxmayaraq gördüyü işlərlə qrup daxilində böyük hörmət qazanmış və qrupun rusiyadakı dəstəsinin başçısı olmuşdu. Con da bura yığışan digər insanlar kimi “ poler ” qrupunun üzvü idi. Bu qrupun müxtəlif ölkələrdə olan dəstə başçıları hər ay moskvanın saykina küçəsindəki “ сирота ивы “ kafesində yığışıb bir ay ərzində yığılan pulları Cona verərək ondan poler ləqəbli başçının tapşırıqlarını alırdılar. Qrupun əsas işi isə əlil uşaqları diləndirmək və istəyən olanda onların daxili orqanlarını sataraq cəsdələrni yox etmək idi. Bura yığışan 4 nəfərin heç biri indiyə qədər qrupun başçısını görməmişdilər. Bildikləri yalnız onun azərbaycanlı olması idi. Polerlə qrup üzvləri arasındakı tək vasitə avstriyalı Con idi. Qrup üzvləri hansı ölkədə, kimə, hansı orqanı və neçəyə verəcəklərini Condan öyrənirdilər. Başçılar diplomatdakı pulları Cona verdikdən sonra Con dedi



  • gələn ay indikindən 30 faiz az pul gətirərsiniz. Qalan hissəni isə dəstəyə yeni üzvlərin toplanmasına sərf edin və həmin insanlar vasitəsiylə hər dilənən uşağa bir nəzarətçi qoyun. Keçən ay tək meksikada polisə 3 şikayət olub. Yaxşı ki vaxtında tədbir görə bilmişik. Gələn ay üçün 12 böyrək və 3 ürək lazımdı. ( üzünü ispaniyadan olan dəstə başçısına çevirib ) lobo. Bu orqanlar yaxın 1 həftə ərzində burda olsun

  • baş üstə Con

  • birdə poler dedi ki oğurlanan uşaqlar başqa ölkəyə göndərilsin. argentinadan ispaniyaya və əksinə, meksikadan rusiyaya və əksinə. ( ətrafında oturan insanları bir qədər süzüb soruşdu ) nə isə bir probleminiz və ya hansısa istəyiniz yoxdu ki ?

  • ( markez stəkanına vodka süzə-süzə soruşdu ) Con nə əcəb maşınıvı dəyişmirsən ? ( gülümsünərək ) pulun yoxdursa mən sənə maşın hədiyyə eliyə bilərəm

  • Nəyimə lazımdı, onsuzda ayda bircə dəfə lazım olur

  • ( Xavyer əlindəki alışqanı oynada-oynada soruşdu ) bizdə 7-8 uşaq sarılıq tutublar. Nə tədbir görməmi istiyirsən ?

  • Dərhal məhv olunsun ( üzünü bayaqdan sakitcə oturub onlara qulaq asan Sergeyə çevirib dedi ) bu kafenin sahibi yaman deyingəndir.

Con bunu deyib ayağa qalxaraq çantaları da götürüb gəldiyi yolla geri qayıtdı. Qrup üzvləri pilləkənlə mətbəxə çıxanda Sergey Dmitriyə yaxınlaşıb ağzını açıb dilini çölə çıxartmasını istədi. Dmitri heç nə anlamayaraq qorxusundan onun dediyini elədi. Sergey cəld olaraq bir əliylə onun dilindən, digər əliylə isə üzündən tutaraq qüvəttli barmaqlarıyla onun dilini qopartdı. Dmitri ağrıdan qışqıraraq əliylə ağzını tutub diz üstə oturdu. Sergey onun sinəsinə təpiklə vuranda Dmitrinin başı şkafın küncünə dəydiyindən huşunu itirdi. Sergey divardan asılmış lampanı götürüb şüşəsini çıxardaraq içindəki nefti yerdə hərəkətsiz uzanaraq ağzından qan tökülən Dmitrinin üstünə tökməyə başlayanda Dmitrinin qızı Anna əlində atasına gətirdiyi içi dərman dolu klokla içəri girdi. Anna içəri girəndə gördüyü mənzərədən çaşıb qaldı. Bir neçə saniyədən sonra özünə gəlib atasının yanına qaçmaq istəyəndə Karlos əlinə götürdüyü çömçəylə arxadan onun başına vurdu. Markez tapançanı çıxardıb onu vurmaq istəyəndə Karlos -mənə lazımdır deyib qoymadı. Sergey yanan alışqanı özünə gəlməyə başlayan Dmitrinin üzünə atandan sonra Karlos Annanın huşsuz bədənini çiyninə götürüb 3 nəfərlə birgə kafedən çıxanda Dmitri mətbəxdə yana-yana yanğının verdiyi dəhşətli ağrının təsirindən var gücüylə çığıra-çığıra əl-qol ataraq özünü ora-bura vururdu.


Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin