Çako vilayəti. Argentina
Bu dəfə yağan qar bəlkə də heç bir zaman gecəqondu məhəlləsində yaşayan insanların yadından çıxmayacaqdı. 3 gün əvvəl tikinti şirkətinin nümayəndəsi stadionu vaxtında təhvil vermək üçün evlərin bazar günü söküləcəyini və bu vaxta qədər evlərin boşaldılması haqda xəbərdarlıqdan sonra soyuq havada küçədə qalmaq qorxusu ilə ona yalvaran insanlara rayonun şərq tərəfində onların onlar üçün yaza qədər qala biləcəyi sığınacaq tikildiyini demişdi. Ona görədə şənbə günü kədər içində ev əşyalarını şirkətin ayırdığı maşınlara yükləyən insanların üzərinə yağan sanki qar deyil, göydən yağan dərd, kədər, qəm-qüssə idi. Get-gedə şiddətini artıraraq yağan qarı çarəsizliklə talehlərinə ağlayan insanların üzünə çırpan külək də sanki bununla ümidsizlik içində çırpınan insanlara iztehza edib gülürdü. Pedro içinə ev əşyaları yığılmış sonuncu qutunu Lusiadan alıb maşına qoyanda onun soyuqdan titrədiyini görərək keçib kabinədə oturmasını istədi. Şirkətin sığınacaq üçün ayırdığı yer 30 ailə üçün kiçik olduğundan bir çox ailələr orda qalmaqdan imtina etdi. Kimi qohumlarının yanına getdi, kimi kirayə ev tutdu, kimi də başqa bir gecəqonduya köçdü. Pedro da işlədiyi fabrikin gözətçisinin işdən çıxaraq paytaxta, oğlunun yanına köçməsindən istifadə edib rəhbərliklə danışaraq ailəsi ilə birgə onun qaldığı fabrikin girəcəyində tikilmiş birotaqlı gözətçi kabinəsinə köçməyə razılıq aldı. Belə olan halda həm qalmağa yerləri olacaqdı, həm də gözətçiliyə görə əlavə pul qazanacaqdı. Köçməkdə onlara kömək eləyən Gustavo ətrafa göz gəzdirib dedi
- daha burda qalmağın mənası yoxdur. Yığışın gedək
əslində Gustavonun getmək təklifini onların bu acı mənzərəni görüb əzab çəkməmələri üçün etdiyini hamı gözəl başa düşürdü, lakin bir-birilərinə təsəlli vermək və dayaq olmaq üçün heç kim səsini çıxartmadan maşına minməyə başladılar. Gustavo ilə Xose də maşına mindikdidən sonra Pedro maşını işə salıb yola düşdü. Maşın ağır-ağır qarlı və palçıqlı yolla irəliləmyə başlayanda Mariya özünü saxlaya bilməyib hönkür-hönkür ağlamağa başladı. Maşın məhəllədən uzaqlaşdıqca Lusia get-gedə kiçilən evlərə baxaraq yanağından süzülən yaşı gizlətməyə çalışırdı.
Səhərisi gün Pedro Mariyanın xahişi və uşaqların təkidi ilə onları işlədiyi maşınla məhəlləyə gətirəndə artıq bütün məhəllə sakinlərinin ora toplaşdığını gördü. Sığınacaq soyuq, rütubətli və darısqal olduğundan qışın sərt soyuğuna və yağan güclü qara baxmayaraq hər bir kəs bura ürəklərində son ümid qığılcımı ilə, “ bəlkə yağan qarın işə maneçilyindən işləri yaza qədər dayandırdılar ” fikri ilə gəlmişdilər. Lakin ətrafda təmmizlənəsi çox yer olduğundan tikinti şirkəti heç nəyə baxmayaraq yaza qədər ətrafı təmmizləyib qurtarmaqda qəti qərarlıydı. Ona görədə prorabın 3-4 evi iş vaxtı fəhlələrin istifadə etməsi üçün saxlanılıb qalanlarının sökülməsi üçün “ başlayın ” əmrini verməsiylə evlərin üzərinə yeriyən traktor və maşınları gördükdə Pedro daşın üstündə oturub başını əllərinin içinə aldı. Sakitcə bir kənarda dayanıb dağılan evlərinin xarabalıqlarından qalxan toz-dumanı izləyən insanların hər birinin üzündə ümidsizliklə bahəm bir qəm-qüssə, ürəklərində kədər dolu hüzn, gözlərində isə yanaqlarından süzülərək qarın üzərinə tökülən göz yaşı vardı. Kimi ürəyində dua edir, kimi yeni il bayramı üçün kardondan düzəldərək evinin damından asdığı rəngli “feliz anyo nuevo 2012 və xoruz maketinin” dağıdılmasına baxıb ağlıyır, kimi burda keçirdiyi illəri xatırlayıb dərindən ah çəkərək təhssüf edir, kimi bu maşınları saxlamağın bir yolunu fikirləşir, kimi də sadəcə talehiylə barışaraq sakitcə bu mənzərəni seyr edirdi. Bir müddət sonra artıq burda qalmağın mənasız olduğunu görüb dağılışmağa başladılar. Ailə giriş qapısı çürük taxtadan olan və divarlarının çox yerdən suvağı tökülmüş 1 otaqdan və pəncərisin qırılmış şüşəsinin yerə karton vurulmuş kiçik mətbəxdən ibarət olan gözətçi kabinəsinə öyrəşə bilməsə də başqa çarələri yox idi. Qaldıqları yer sığınacaqdan qat-qat isti idi. Sığınacaqda rütubət və soyuğun təsirindən xəstələnənlərin sayı çox idi. Venera da bərk xəstələndiyindən Lusia ona baş çəkməyə getmişdi. 22 ailənin məskunlaşdığı çiy kərpicdən tikilmiş sığınacaqda hər şey bir-birinə qarışmışdı. Divarlar çöldən suvanmadığına görə içəri əməlli-başlı soyuq idi. Ortada qoyulmuş iri odun peçi odun və kömür olmadığı üçün insanların onsuzda dar olan yerini daha da daraltmaqdan başqa bir işə yaramırdı. Antisanitariyanın baş alıb getdiyi sığınacaqda elektrik olmadığına görə içəri yalnız şamlarla işıqlandırıldığından və pəncərələrin qırıq şüşələrinin yerinə kardon parçaları vurulduğundan lusia içəri girəndə bir müddət içəridəki vəziyyətdən baş aça bilmədi. Get-gedə gözləri alaqaranlığa öyrəşdikcə heç kimi tapdalamamaq üçün addımlarını ehtiyatla ataraq Veneranın ailəsinin qaldığı yerə gəldi. Venera damın deşilmiş yerindən içəriyə yağış və qar suyunun tökülməməsi üçün içəriyə qoyulmuş və yariyacan su ilə dolmuş qulpu qırıq və paslı vedrənin yanında sərilmiş döşəkdə uzanmışdı. Qızdırmadan üzü qızarmışdı. Ciyərlərinə bərk soyuq dəydiyindən güclə nəfəs alırdı. Anası baş tərəfində oturub çarəsizlikdən ağlaya-ağlaya gah əskini isladıb onun alnına qour, gah da müqəddəs Məryəmə dua edirdi. Lusia yaxına gəlib onun yanında oturaraq əlindən tutub saçını sığalladı
-
salam əzizim
-
( Venera göz qapaqlarını yavaş-yavaş qaldıraraq Lusianı görən kimi yüngülcə gülümsünüb ağır-ağır dedi ) bilirdim ki gələcəksən
-
Necəsən Venicita ?
-
Ömrümə az qalıb Lusi, lap az
-
Bəsdir gorək. Sə.......
-
( Venera onun sözünü yarımçıq kəsdi ) dayan, sözümü kəsmə, bilirəm ki belədi, xahiş edirəm mənə axıracan qulaq as. Bu xəstəlik elə də ağır xəstəlik deyildi, sağalasıydı. Məni bu vəziyyətə pulsuzluq saldı. Nə dərman almağa pul var, nə də həkimə getməyə. Atam sağ olsaydı bəlkə də belə olmazdı. Anam kömək üçün kimin üstünə getdisə əliboş qayıtdı. Bu sığınacaqdakı bütün ailələr bizim vəziyyətdədi. Mən heç vaxt dəbdəbə arzusunda olmamışam bacı, həmişə əlimdə olana qane olmuşam. Ac qalanda da, köhnə paltar geyinəndə də, soyuqdan üşüyəndə də. Amma səhf eləmişəm, gərək pul qazanmaq üçün nə isə eliyərdim. Bunu aptek satıcısının ona dərman üçün yalvaran anamı aptekdən bayıra qovduğunu eşitdiyim gün başa düşdüm. xahiş edirəm bacı sən belə olma, daim mübarizə apar. apar ki xəstələnəndə hansısa həkim ananı hamının yanında təhqir edib gülməsin, əksinə sənin yanına qaça-qaça gəlsin. Söz ver mənə Lusi, söz ver ki bu belə olacaq. ( əlini üstünə örtülən yorğanın altına salaraq ordan taxtadan düzəldilmiş ovuc içi boyda kiçik göyərçin fiquru çıxardaraq onu Lusiaya verib sözünə davam elədi ) al bunu Lusi. Bir gün yüz nəfər mənim kimi çarəsiz insana kömək etmək gücündə olanda bu göyərçini gətirib mənim qəbrimdə basdırarasan. O mənə hər şeyi danışacaq Lusi. Sənin necə böyük adam olduğunu deyəcək mənə. Həmin gün mən də xoşbəxt olacam bacı. Mən səni çox istiyi.......
Venera qəflətən sözünü yarımçıq kəsib əbədiyyən susaraq gözlərini həmişəlik yumdu. Veneranın ölümündən sonra anası havalanaraq dəlixanaya düşdü. Sığınacaqdakı insanlar isə qızınmaq üçün onların ev əşyalarını sobada yandırdılar. Veneranı isə kimsəsizlər qəbristanlığında basdırdılar. Lusia itirməmək üçün göyərçin fiqurunu deşərək ip bağlayıb boynundan asdı.
Dostları ilə paylaş: |