Vii L e m I l L


§1. AZƏRBAYCANIN AZADLIQ BƏYANNAMƏSĠ



Yüklə 17,94 Mb.
Pdf görüntüsü
səhifə19/40
tarix03.02.2017
ölçüsü17,94 Mb.
#7304
1   ...   15   16   17   18   19   20   21   22   ...   40
§1. AZƏRBAYCANIN AZADLIQ BƏYANNAMƏSĠ 

VƏ DÖVLƏT MÜSTƏQĠLLĠYĠ HAQQINDA

 

KONSTĠTUSĠYA AKTI 

 

SSRİ-də davam edən inzibati-amirlik rejimi Kommunist Partiyasının rəhbər 



və  istiqamətverici  rolunu  dəyişdirdi,  o,  sosial-iqtisadi,  ictimai-mədəni,  idarəçilik 

siyasəti  problemlərini  həll  etmək  iqtidarını  itirməyə  başladı.  "Yenidənqurma"  və 

digər  tələsik  tədbirlərlə  çoxmillətli  Sovet  dövlətini  labüd  iflasdan  xilas  etmək 

mümkün deyildi. 

Tarixin  bu  məsuliyyətli  dövründə  Azərbaycan  Xalq  Cəbhəsi  artıq  xalqa 

rəhbərlik  edə  bilmədi.  Onun  başçıları  siyasi  naşılıq  göstərərək,  hakimiyyəti 

bölüşdürmək  barədə  iqtidarla  sövdələşməyə  başladılar  və  xalq  içərisində 

nüfuzlarını itirdilər. Bir qrup ziyalının müraciətindən "təsirlənən" iqtidar və AXC 

liderləri mayın 17-də görüşüb Məşvərət Şurası yaratdılar.

1

 



Azərbaycan  SSR  Ali  Sovetinin  sessiyası  mayın  18-də  Məşvərət  Şurasında 

əvvəlcədən  əldə  olunmuş  razılığa  əsasən,  müxalifətin  maneəsinə  rast  gəlmədən 

prezident vəzifəsi təsis etdi və Ayaz Mütəllibovu respublikanın prezidenti seçdi.

2

 



227 

 

İqtidar bir  sıra  güzəştlərə  getdi.  Demokratlara  qarşıdakı  seçkilərdə  deputat 



yerləri  vəd  olundu.  21  may  tarixli  prezident  Fərmanı  ilə  28  May  -  1918-ci  ildə 

Azərbaycan  Xalq  Cümhuriyyəti  yarandığı  gün  "Azərbaycan  dövlət  quruluşunun 

dirçəliş  günü"  elan  edildi.

3

  Həmin  gün  demokratik  qüvvələr  Azərbaycan 



Cümhuriyyətinin üçrəngli bayrağını keçmiş Azərbaycan parlamenti binası üzərində 

yenidən qaldırdılar. Fövqəladə vəziyyət olmasına baxmayaraq, Bakıda, Gəncədə və 

respublikanın  başqa  şəhərlərində  28  May  münasibətilə  mitinqlər,  nümayişlər 

keçirildi.

4

 

Lakin  bütün  bu  tədbirlərə  baxmayaraq,  Azərbaycan  xalqı  Xalq  Cəbhəsi 



liderlərinin  qeyri-ardıcıl  movqeyini  görüb  bu  təşkilatdan  uzaqlaşmağa  başladı. 

Heydər  Əliyevin  qeyd  etdiyi  kimi,  "AXC  qısa  bir  müddətdə  özünü  Azərbaycan 

ziyalılarının  əsas  kütləsindən  təcrid  etdi,  düzgün  elmi  təhlil,  siyasi  proqnozlar 

əsasında ümummilli platforma yaratmaq əvəzinə populist çıxışlara üstünlük verdi... 

Xalq tez başa düşdü ki, onun ən ülvi, ən müqəddəs, ən pak hissləri siyasi alverə, 

siyasi rəqabətə, kiminsə ucuz siyasi ambisiyalarının gerçəkləşməsinə xidmət edir".

5

 

Qısa bir müddotdə xalq cəbhəsi üzvlərinin sayı 3 dəfəyə qədər azaldı.



6

 

Xalq  bütün  ümidini  Heydər  Əliyevə  bağlamışdı.  Qanlı  Yanvardan  sonra 



Azərbaycan  xalqının  öz  qüdrətli  rəhbəri  ilə  birləşəcəyindən  qorxuya  düşən 

imperiya  və  respublika  başçıları  Heydər  Əliyevə  qarşı  repressiya  planları 

hazırladılar  və  həyata  keçirdilər,  onun  Azərbaycana  qayıtmasına  mane  olmağa 

çalışdılar.  Ayaz  Mütəllibov  Moskvaya  -  Heydər  Əliyevə  xəbər  göndərib 

bildirmişdi ki, onun qayıdışı ilə "Azərbaycanda böyük qarışıqlıqlar baş verə bilər".

7

 



Bakı  hava  limanında  Heydər  Əliyevi  qarşılayacaq  şəxslərdən  biri,  görkəmli  naşir 

Əjdər Xanbabayev 1990-cı il mayın 30-da qətlə yetirildi.

8

 

Ən  yüksək  dairələrdən  edilən  xəbərdarlıqlara  baxmayaraq,  tarixin  bu 



məsuliyyətli və çətin dövründə xalqı ilə bir olmağı, ona kömək etməyi vacib bilən 

Heydər  Əliyev  1990-cı  il  iyulun  20-də  təyyarə  ilə  Bakıya  qayıtdı.  Xalq  bu  gəlişi 

böyük  ümid  və  sevinclə  qarşıladı.  Şəhəri  gəzərkən  Heydər  Əliyevin  ətrafına 

yüzlərlə  adam  toplaşırdı.  Lakin  iqtidar  o  qədər  təşvişə  düşmüşdü  ki,  bir  qrup 

əlaltısının, habelə ondan hakimiyyət bölgüsü gözləyən bəzi sol müxalif qüvvələrin 

iştirakı ilə təyyarə meydanında piket təşkil etdirmişdi.

10

 İki gündən sonra  - iyulun 



22-də  Heydər  Əliyev  Naxçıvana  getdi.

11

  Həmin  gün  o,  Naxçıvanın  Azadlıq 



meydanında  80  mindən  çox  adamın  iştirakı  ilə  keçirilən  izdihamlı  mitinqə  dəvət 

olundu  və  orada  çıxış  etdi.

12

  Xalqın  respublikanın  müxtəlif  bölgələrindən  gəlmiş 



nümayəndələri  ilə

 

görüşlər  keçirdi,  onları  müstəqillik  uğrunda  axıradək  mübariz 



olmağa çağırdı. O, Azərbaycan xalq deputatlığına namizəd irəli sürüldüyü Nehrəm 

seçki  dairəsi  seçiciləri  ilə  görüşündə  demişdi:  "Azərbaycan  Respublikasının  milli 

dövlət  kimi  inkişaf  etməsi  indi  əsas  məsələdir.  Bunun  üçün  Azərbaycan  tam 

müstəqil,  azad,  demokratik  respublika  olmalıdır...  Bütün  bu  vəzifələri  həyata 



228 

 

keçirmək  üçün  ancaq  və  ancaq  birlik,  yekdillik  lazımdır...  Rəhbərliklə  xalqın 



yekdilliyi tam təmin olunmalıdır".

13

 



Azərbaycan  SSR  və  Naxçıvan  MSSR  xalq  deputatları  sovetlərinə  seçkilər 

kampaniyası  başlaması  ilə  əlaqədar  iyulun  28-də  respublika  demokratik 

qüvvələrinin  forumunda  20-dən  artıq  ictimai  təşkilatın  iştirak  etdiyi  "Demokratik 

Blok"  (Demblok)  yaradıldı.

14

  Seçki  komissiyalarına  cəbhənin  və  digər  ictimai 



təşkilatların  nümayəndələri  də  salındı.  Seçkilər  alternativ  əsasda  keçirildi.  360 

Azərbaycan  SSR  xalq  deputatı  mandatını  almağa  1200  nəfər  namizəd  irəli 

sürülmüşdü. Seçkilər sentyabrın 30-da keçirildi. Bəzi dairələrdə oktyabrın 14-də və 

dekabrın  16-da  təkrar  seçkilər  oldu.  Kommunistlərin  qüvvələri  səfərbər  etməsi, 

habelə  fövqəladə  vəziyyət,  repressiyalar  seçkilərin  nəticəsinə  təsir  göstərdi.  Azad 

və  ədalətli  rəqabət  təşkil  etmək  mümkün  olmadı.  Qeyri-demokratik  seçki 

qanununun  özünü  də  rəhbər  dairələr  biabırçı  şəkildə  pozurdular.  Bu  yolla  onlar 

seçkilərin  nəticələrini  saxtalaşdırıb  parlamentdə  yerlərin  çoxunu  kommunistlərə 

verdilər.

15

 



Demblokun cəmi 30 nümayəndəsi Azərbaycan SSR xalq deputatı seçildi.

16

 



İqtidarın  və  AXC  liderlərinin  başı  hakimiyyət,  vəzifə  uğrunda  mübarizəyə 

qarışdığı  bir  vaxtda  Heydər  Əliyev  Naxçıvandan  Azərbaycan  xalqının 

imperiyapərəst qüvvələrə qarşı mübarizəsinə rəhbərlik edirdi. O, Azərbaycan SSR 

və Naxçıvan MSSR Ali Sovetlərinə deputat seçildi.

17

 

Süqutu labüd olan SSRİ-ni xilas etmək üçün Moskva yeni cəhd kimi "SSRİ-



nin  taleyi"  məsələsini  ortaya  atmışdı.  Yeni  İttifaq  müqaviləsi  hazırlanmış  və 

mətbuatda  dərc  edilmişdi.  Azərbaycan  rəhbərliyi  bu  layihənin  hazırlanmasının 

iştirakçısı  olmuş  və  SSRİ  Ali  Sovetinin  sessiyasında  onu  müdafiə  etmişdi.

18

 



Heydər Əliyev respublika başçılarının bu mövqeyini Naxçıvan MR Ali Məclisinin 

14 yanvar 1991-ci il tarixli sessiyasında kəskin tənqid etdi, göstərdi ki, Azərbaycan 

üçün  bu  müqaviləyə  girmək,  ona  müsbət  rəy  bildirmək  xalqımızın  qarşısında 

cinayət etmək deməkdir. "Əgər bizim respublikamız həqiqətən milli dirçəliş yoluna 

çıxıbsa  və  bu  yolla  getmək  istəyirsə,  onda  hansı  ittifaq  birliyindən  söhbət  gedə 

bilər? Burada təyin etmək lazımdır, bizim respublikamız hansı yolla gedəcəkdir?"

19 

Azərbaycan  Respublikası  Ali  Sovetinin  1991-ci  il  7  mart  tarixli  sessiyasında 



Heydər Əliyev SSRİ-nin saxlanmasına münasibət bildirilməsi üçün təşkili nəzərdə 

tutulan  Ümumittifaq  referendumunda  iştirak  etməyin  əleyhinə  çıxdı.  "Mən  yeni 

İttifaqa  daxil  olmağın  və  bunun  üçün  referendum  keçirməyin,  heç  bir  şərt 

qoymadan, tam əleyhinəyəm... Azərbaycanın tam istiqlaliyyət, azadlıq, iqtisadi və 

siyasi  müstəqillik  yolu  ilə  getməsinin  tərəfdarıyam...  Azərbaycan  tam  müstəqil 

dövlət kimi fəaliyyət göstərmək üçün bütün imkanlara malikdir".

20

 Heydər Əliyev 



respublika  rəhbərliyinin  əməldə  müstəqillik  əleyhinə  olduğunu,  bunu  iqtisadi 

çətinliklər,  uydurma  "vətəndaş  müharibəsi  təhlükəsi"  kimi  amillərlə 



229 

 

əsaslandırmağa çalışdığını, Bakıda fövqəladə vəziyyəti ləğv etmək istəmədiyini və 



bütün bunların hakimiyyəti əldə saxlamaq niyyətindən irəli gəldiyini göstərdi.

21  


SSRİ-nin  saxlanılmasına  münasibət  bildirmək  üçün  kommunistlər  birləşib 

referendumda  Azərbaycanın  iştirakı  haqqında  qərar  qəbul  etdilər.

22

  Ermənistanın 



boykot  etdiyi  referendumda  Azərbaycanın  iştirakının  Moskvanın  münasibətini 

ikincinin xeyrinə dəyişəcəyi xülyası da buna az təsir göstərmədi. 

Respublikanı  nümayişlər  və  tətillər  dalğası  bürüdü.

23

  Xalqın  "İttifaq 



Müqaviləsi"nə,  SSRİ-yə  münasibət  üzrə  referenduma  qarşı  çıxması  müstəqillik 

hərəkatının  parlaq  təzahürü  idi.  Bu  məsələ  müzakirə  olunduğu  dövrdə  təkcə 

Naxçıvan  MR-də  etiraz  tətilləri  nəticəsində  müəssisələrdə  671,6  min  adam-gün 

itirilmişdi.

24

 

Heydər  Əliyevin  təşəbbüsü  və  siyasi  iradəsi  ilə  Naxçıvan  MR  Ali  Məclisi 



1991-ci il martın 14-də referendumda iştirak etməmək haqqında qərar qəbul etdi.

25

 



İqtidarın  bunu  "separatçılıq"  kimi  qiymətləndirməsi,  Muxtar  Respublikaya 

təzyiqlər göstərməsi əhalini  yolundan döndərə  bilmədi.  Azərbaycanın demokratik 

qüvvələri referendumu boykot etdilər.

26

 



On gün (qanunla iki ay olmalı idi) tələm-tələsik "hazırlıq"dan sonra martın 

17-də keçirilmiş "referendum"un nəticələri saxtalaşdırıldı, guya səsvermədə iştirak 

edənlərin 93,3 faizi

27

 SSRİ-nin saxlanılması lehinə oldu. 



Saxta  referendumda  iştirak  etməmiş  Naxçıvana  qarşı  hücum  başlandı. 

Aprelin 5-də Muxtar Respublika Ali Məclisinin sədri Afiyəddin Cəlilov vəzifədən 

azad edildi. Moskva ermənilərin əli ilə Naxçıvan əhalisini cəzalandırmağa çalışdı. 

Aprelin 10-da Şərur, mayın 20-də Sədərək yenidən güclü atəşə tutuldu.

28

 

Heydər Əliyev rcspublikada xalq kütlələri tərəfindən başlanmış milli dövlət 



quruluşunun  dirçəlişi  hərəkatını  dəstəkləməyə  çağırırdı.  Onun  rəhbərliyi  altında 

milli  dövlətçilik  ənənələrinin  bərpasına  başlanmışdı.  1990-cı  il  noyabrın  17-də 

Naxçıvan  MSSR  parlamentinin  Heydər  Əliyevin  sədrliyi  ilə  keçirilən  sessiyası 

Muxtar  Respublikanın  adından  "sovet  sosialist"  sözlərinin  götürülməsi, 

Azərbaycan Cümhuriyyətinin üçrəngli, ay-ulduzlu bayrağının Dövlət Bayrağı kimi 

qəbul  edilməsi  və  bu  barədə  Azərbaycan  parlamenti  qarşısında  qanunvericilik 

təşəbbüsü  qaydasında  məsələ  qaldırılması  haqqında  tarixi  qərarlar  qəbul  etdi. 

Muxtar  Respublika  Ali  qanunverici  orqanı  "Ali  Məclis"  adlandırıldı.

29

  Heydər 



Əliyevin  təşəbbüsü  ilə  Naxçıvan  MR  Ali  Məclisi  1990-cı  il  noyabrın  21-də  20 

Yanvar faciəsinə siyasi qiymət verdi, bu qanlı hadisədə SSRİ rəhbərliyi ilə yanaşı, 

respublika başçıları Ə.Vəzirovun, A.Mütəllibovun və onların əlaltılarının günahkar 

olduqlarını qeyd etdi, xalqa kimlərin ona rəhbərlik etmək istədiyini göstərdi.

30

 

Naxçıvan  MR  Ali  Məclisində  DQMV-də,  Şaumyan  rayonunda  və  Xanlar 



rayonunun  Çaykənd  kəndində  yaranmış  vəziyyət  müzakirə  olundu,  imperiya  və 

respublika  rəhbərliyinin  bu  sahədə  yol  verdiyi  bağışlanılmaz  səhvlər  açılıb 



230 

 

göstərildi,  rəhbərlikdən  bu  bölgələrdə  Azərbaycanın  hüquqlarının  bərpa 



olunmasına  istiqamətləndirilmiş  təxirəsalınmaz  tədbirlər  görülməsi  tələb  edildi.

31

 



Heydər  Əliyev  Azərbaycan  SSR  Ali  Sovetinin  1991-ci  il  5  fevral  sessiyasındakı 

çıxışında  respublikada  yaranmış  vəziyyətin  səbəblərini  təhlil  etdi  və  göstərdi  ki, 

"biz  torpaqlarımızı  özümüzə  qaytarmalıyıq,  orada  hakimiyyətimizi  bərpa 

etməliyik,  biz  respublikamızın  suverenliyini  təmin  etməliyik".

32

  Heydər  Əliyevin 



bu çıxışı qüvvələri səfərbər edib, müdafiədən hücuma keçməyə çağırış idi. 

Heydər  Əliyevin  irəli  sürdüyü  təkliflərin  xalqda  böyük  hərəkat 

doğuracağından  qorxuya  düşən,  onları  qaragüruhçu  qalmaqalda  itirib-batırmağa 

çalışan iqtidar əlaltıları sessiyada çığır-bağır saldılar. Bu cəhdləri millət vəkili, xalq 

şairi Bəxtiyar Vahabzadə sessiyadakı çıxışında ifşa etdi: "Biz bu gün böyük həyat 

təcrübəsinə  və  siyasi  diplomatik  biliyə  malik  olan,  bütün  ömrü  boyu  siyasət 

qazanında  qaynayıb-bərkiyən  bu  vətən  oğlunun  ağlından,  təcrübəsindən  istifadə 

etmək  əvəzinə,  vətənin  taleyinə  tüpürüb  şəxsi  ambisiyamızı  qabağa  çəkdik".

33

 

Qaragüruhçuların əməllərini insanlar etirazla qarşıladılar. 



Naxçıvan  MR-də  həyata  keçirilən  demokratik  tədbirlər  bütün  Azərbaycana 

örnək oldu. Demokratik qüvvələrin tələbi ilə 1991-ci  il  fevralın 5-də  Azərbaycan 

SSR  Ali  Sovetinin  sessiyası  bir  sıra  tarixi  qərarlar  qəbul  etdi.  Dövlətin  adı 

dəyişdirilib "Azərbaycan Respublikası" adlandırıldı. Azərbaycan Cümhuriyyətinin 

bayrağı Dövlət Bayrağı kimi təsdiq olundu.

34

 



Azərbaycan  yazıçıları  Heydər  Əliyevi  1991-ci  ilin  martında  öz 

qurultaylarına  dəvət  etdilər.  Ona  böyük  hörmət  və  sayğı  göstərdilər.  Bu,  xalqın, 

ziyalıların öz böyük oğluna həqiqi ehtiramının daha bir təzahürü idi.

35

 



Kommunist  rejimi  respublikada  son  günlərini  yaşayırdı.  1990-cı  ilin 

əvvəllərindən  SSRİ  Konstitusiyasının  ölkədə  Kommunist  Partiyasının  rəhbər    və  

istiqamətverici  rolunu  qanuniləşdirən 6-cı  maddəsini ləğv etmək çağırışı altında 

demokratik hərəkatın genişləndiyi bir vaxtda partiya daxilində müxtəlif cərəyanlar 

meydana gəlmişdi. "Sov.İKP-də demokratik platforma" kommunizm qurmaq kimi 

utopik  son  məqsədi  inkar  edir,  "Yeniləşən  partiya"  şüarı  irəli  sürür,  idarəçilikdə 

mövcud  inzibati-amirliyin  tədricən  demokratik  metodlarla  əvəz  olunmasını  vacib 

bilirdi.  Respublika  kommunistləri  arasında  da  SSRİ-də  qurulmuş  cəmiyyətin 

sosializm  cəmiyyəti  olmadığını  bildirən,  marksizm  mənbələrindən  öyrənməyə 

qayıtmağı  təkid edən,  Sov.İKP-də  "marksist platforması" mövqeyində  dayananlar 

vardı. Hətta onların bir qrupu hələ 1989-cu ilin yayında təşkilatlanmış, "Hümmət" 

adlı  bülleten  buraxaraq  öz  məqsədlərini  elan  etmişdi.  Bu  qrup  idarəçilikdə  yol 

verdikləri  ciddi  qüsurlara  görə  kommunist  rəhbərləri  tənqid  edir,  bütün 

kommunistləri "xalqın xoşbəxt gələcəyi uğrunda mübarizə aparmağa" çağırırdı.

36

 

Sov.İKP-nin  1990-cı  ilin  iyulunda  "Humanist,  demokratik  sosializm"  şüarı 



altında  keçən  XXVIII  qurultayı  güclü  müqavimətə  baxmayaraq,  "demokratik 

231 

 

platforma"nı  müdafiə  etdi,  qurultayın  yekun  sənədlərinə  partiyanın  sosial-



demokratikləşdirilməsinə  dair  ideyalar  salındı.  Mərkəzi  Komitənin  Siyasi  Bürosu 

respublikaların  partiya  rəhbərlərindən-birinci  katiblərdən  formalaşdırıldı.

37

  Bu 


orqan  tədricən  ali  hakimiyyət  funksiyasından  məhrum  edildi.  Lakin  əks  qüvvələr 

də sürətlə qruplaşmağa başladılar. 

Aprelin  23-də  SSRİ  prezidenti  ilə  referendumda  iştirak  etmiş  9 

respublikanın  yüksək  vəzifəli  şəxsi  Moskva  yaxınlığındakı  Novo-Oqaryova 

prezident  iqamətgahında  tezliklə  yeni  ittifaq  müqaviləsi  -"Suveren  Dövlətlər 

İttifaqı"  müqaviləsinin  bağlanacağı  haqqında  niyyət  protokolu  imzaladılar.

38

 

Müqavilə  bağlandıqdan  sonra  altı  aydan  gec  olmayaraq  ittifaq  orqanlarına  yeni 



seçkilər  keçirilməsi  və  bu  yolla  rəqiblərin  siyasi  hakimiyyətdən  uzaqlaşdırılması 

nəzərdə tutulurdu. 

Azərbaycan  Respublikası  Ali  Sovetinin 1991-ci il 26 iyun  tarixli sessiyası, 

Demblokun etirazına baxmayaraq, bu layihəni ümumən bəyəndi və başda prezident 

olmaqla Azərbaycan adından onu imzalayacaq nümayəndə heyətini təsdiq etdi.

39

 



İmperiya  rəhbərliyi  may-iyun  aylarında  Goranboyda  erməni  quldurlarına 

köməyi azaltmaqla həm Ümumittifaq referendumunda iştirak etməmiş Ermənistanı 

"cəzalandırdı",  həm  də  Azərbaycanda  Mütəllibov  rejimini  bir  qədər 

populyarlaşdıra 

bildi. 

Bundan 


istifadə 

edən 


prezident 

mövqelərini 

möhkəmləndirmək,  parlamentdən  asılılığını  azaltmaq  üçün  ümumxalq  prezident 

seçkilərinə  getməyi  qərara  aldı.  Seçkilər  sentyabrın  8-nə  təyin  olundu.

40

  İqtidar 



xalq  arasında  böyük  nüfuza  malik  olan  Heydər  Əliyevin  prezident  seçilə 

biləcəyindən  təşvişə  düşüb  qanuna  yaş  senzi  və  son  beş  ildə  Azərbaycanda 

yaşamaq haqqında tələbi daxil etdi. Xalq bu məhdudiyyətlərin götürülməsini tələb 

edir, mitinqlər keçirirdi.

41

 

Heydər  Əliyev  imperiyanı  qoruyub  saxlamağa  çalışan  qüvvələrə,  ilk 



növbədə,  Kommunist  Partiyasına  və  Sovet  hökumətinə  açıq  etirazını  bildirdi, 

onların riyakar siyasətini ifşa etdi. O, 1991-ci il iyulun 19-da Kommunist Partiyası 

sıralarından  çıxdı.  H.Əliyev  SSRİ  Nazirlər  Kabinetinin  partiya  təşkilatına 

bəyanatında  partiyanı  1990-cı  ilin  yanvarında  Azərbaycan  xalqına  qarşı  edilmiş 

hərbi təcavüzə siyasi rəhbərlikdə və bu cinayətin üstünü açmamaqda, gunahkarları 

üzə  çıxarmamaqda,  mərkəzin  ikiüzlü  siyasəti,  erməni  separatçılarına  havadarlığı 

sayəsində  Dağlıq  Qarabağda  yaranmış  kəskin  münaqişəli  vəziyyətdə,  vilayətin 

əslində  tamamilə  Azərbaycan  dövlətinin  idarəçiliyindən  çıxarılmasında, 

demokratikləşmə,  siyasi  azadlıqlar  və  plüralizm  bəyan  edilən  bir  dövrdə 

Azərbaycanda  demokratik  hərəkat  və  cəmiyyətin  demokratikləşdirilməsini 

əngəlləməkdə  təqsirləndirərək  qeyd  etdi  ki:  "Yeniləşən  partiya  və  respublikaların 

yeniləşən  ittifaqı  haqqında  saysız-hesabsız  bəyanatlar  yenə  xalqı  aldatmaqdır. 

Xalqa  açıq  demək  lazımdır  ki,  bizim  ölkəmizdə  kommunizm  eksperimenti, 


232 

 

sosializm  yolu  özünü  doğrultmadı,  zorakılıqla  yaranan  və  saxlanılan 



respublikaların ittifaqı süquta uğramaqdadır".

42

 



Bu  vaxt  AXC-də  parçalanma  daha  da  dərinləşmişdi,  idarə  heyətində  fikir 

birliyi  yox  idi.  İki  platforma  -  birinci,  müstəqilliyə  doğru  insan  hüquqlarının 

aliliyinə  zidd  olmayan  yollarla  getməyi  vacib  hesab  edən  "liberal-demokratlar", 

ikinci isə müstəqilliyə hər bir mümkün, hətta lazım gələrsə, insan hüquqlarına zidd 

olan  yollarla  getməyi  lazım  bilən  "millətçi-vətənpərvərlər"  platforması 

formalaşmışdı.

43

  Cəbhə  daxilində  partiyalaşma  prosesi  başlamışdı.  Buna  görə  də 



AXC-nin  1991-ci  il  iyulun  13-16-da  keçirilən  I  qurultayında  idarə  heyəti 

buraxıldı.

44

 

Hələ  1990-cı  ilin  əvvəllərində  xalq  cəbhəsi  üzvləri  müxtəlif  siyasi 



partiyaların  təşəbbüs  qruplarını  yaratmışdılar.  Xalq  Azadlıq  Partiyası,  Dirçəliş 

Partiyası,  Azərbaycan  Sosial-Demokrat  Partiyası,  Azərbaycan  Milli  Demokrat 

(Yeni Müsavat) Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası və s. siyasi təşkilatlar 

meydana gəlmişdi. Lakin onların sosial bazası geniş deyildi.

45

 

İmperiya  hakimiyyətinin  yuxarı  eşelonlarında  mühafizəkar  qüvvələrin 



müqaviməti  getdikcə  güclənirdi.  Onların  səmərəli  fəaliyyəti  üçün  inflyasiyanın 

sürətlə  artması,  əhalinin  vəziyyətinin  gündən-günə  pisləşməsi  münasib  şərait 

yaradırdı.  1991-ci  ilin  iyununda  SSRİ  Ali  Sovetinin  qapalı  iclasında 

mühafizəkarların  liderləri  Nazirlər  Kabinetinə  fövqəladə  səlahiyyətlər  verilməsini 

tələb  etdilər.  Bu,  baş  tutmadı.  İrticanın  növbəti  hücumu  18-19  avqust  dövlət 

çevrilişi  cəhdində  təzahür  etdi.  Onun  başçıları  Forosda  (Krımda)  istirahət  edən 

M.Qorbaçovu  "neytrallaşdırıb",  Dövlət  Fövqəladə  Vəziyyət  Komitəsi  (QKÇP) 

təşkil  etdilər  və  "demokratikləşdirmə"nin,  "yenidənqurma"nın  çıxılmaz  vəziyyətə 

saldığı  imperiyanı  iflasdan  qurtarmaq  üçün  bütün  hakimiyyəti  öz  əllərinə  aldılar. 

Kommunist Partiyası bu çevrilişi müdafiə etdi.

46

 

Qiyamçılar  səhv  etmişdilər,  onlar  iri  şəhərlərdə  demokratik  qüvvələrin 



güclü  olduğunu  nəzərə  almamışdılar.  Avqustun  19-da  Rusiya  prezidenti  Boris 

Yeltsinin  başçılığı  ilə  bütün  demokratik  qüvvələr  birləşib  qiyama  qarşı  ayağa 

qalxdılar.

47

 



Azərbaycanda da demokratik qüvvələr "hərbi xuntanın" - Dövlət Fövqəladə 

Vəziyyət  Komitəsinin qanunazidd fəaliyyətinə  qarşı çıxdılar. Lakin respublikanın 

prezidenti A.Mütəllibov avqustun 21-də Azərbaycan televiziyası ilə bəyanat  verib 

bildirmişdi  ki,  respublikanın  qarşısında  duran  mürəkkəb  məsələlərin  həllində 

ümidini  bu  komitəyə    bağlayır.

48

      Azərbaycan      KP      MK-nın      ikinci    katibi 



V.Polyaniçko  da  çevrilişi  razılıqla  qarşıladığını  elan  etmişdi.  Sov.  İKP-dən, 

"QKÇP"-dən  gələn  bütün  göstərişlər  yerinə  yetirilirdi.

49 

Demokratik  qüvvələrin 



birgə  fəaliyyəti  nəticəsində  SSRİ-də  dövlət  çevrilişinin  qarşısı  alındı. 

Azərbaycanda  da  irticaya  tərəfdar  olan  qüvvələrə  qarşı  mübarizə,  mitinqlər 



233 

 

başlandı.  Avqustun  22-də  fövqəladə  vəziyyətin  hökm  sürdüyü  Bakının  Nizami 



meydanında  izdihamlı  mitinq  oldu.  Burada  respublika  rəhbərliyinin  dövlət 

çevrilişinə  müsbət  münasibəti  pislənildi.

50

  Mitinq  zorla  dağıdıldı  və  onun 



təşkilatçıları  həbs  edildi.  Avqustun  23-də  AXC  qərargahı  qarşısındakı  mitinqdə 

dinc əhaliyə qarşı güc tətbiq edildi, adamlar xəsarət aldılar. Lakin xalqı qorxutmaq 

mümkün  deyildi.

51

  Avqustun  25-27-də  Bakının  Azadlıq  meydanında  bir  milyona 



yaxın adamın iştirak etdiyi ümumşəhər mitinqləri keçirildi. 

Naxçıvanda  da  mitinqlər  səngimək  bilmirdi.  Üç  gün  davam  edən,  60 

mindən çox adamın iştirak etdiyi izdihamlı mitinq və nümayişlər nəticəsində xalq 

avqustun  26-da  Muxtar  Respublika  Ali  Məclisinin  fövqəladə  sessiyasının 

açılmasına nail oldu. Sessiya Naxçıvan MR-da kommunistlərin hakimiyyətini ləğv 

etdi.  Muxtar  Respublika  ərazisində  AKP  və  komsomolun  fəaliyyəti  dayandırıldı, 

onların  bütün  strukturları  ləğv  olundu.

52

  Mitinqlərdə  respublikada  prezident 



seçkilərinin  dayandırılması,  parlamentin  buraxılması,  yeni  parlament  seçkiləri 

keçirilməsi,  Kommunist  Partiyası  hakimiyyətinin,  fövqəladə  vəziyyətin  ləğv 

edilməsi, DQMV-də Azərbaycanın suveren hüquqlarının təmin olunması üçün qəti 

tədbirlər görülməsi tələb edilirdi.

53

 

Azərbaycan  Respublikası  Ali  Sovetinin  xalqın  tələbi  ilə  çağırılmış 



növbədənkənar  sessiyası  1991-ci  il  avqustun  30-da  saat  13.30-da  Azərbaycan 

Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsi haqqında bəyanat - "Azadlıq 

Bəyannaməsi" qəbul etdi.

54

 



"Azadlıq  Bəyannaməsi"ndə  qeyd  olunurdu:  "Azərbaycan  Respublikasının 

Ali  Soveti  xalqın  ali  dövlət  mənafelərini  rəhbər  tutaraq  və  onun  iradəsini  ifadə 

edərək; 

1918-ci ildən 1920-ci ilədək Azərbaycan Respublikasının beynəlxalq birlik 

tərəfindən tanınmış müstəqil dövlət kimi mövcud olduğunu qeyd edərək; 

Azərbaycan  Respublikası  Konstitusiyasına,  Azərbaycan  Respublikasının 

suverenliyi haqqında və Azərbaycan Respublikasının iqtisadi müstəqilliyi haqqında 

Konstitusiya Qanunlarına əsaslanaraq; 

Azərbaycan xalqının müqəddəratı və azad inkişafının təmin olunması üçün 

öz məsuliyyətini dərk edərək

Milli  mənsubiyyətindən  və  dini  etiqadından  asılı  olmadan  Azərbaycan 

Respublikasının bütün vətəndaşlarının beynəlxalq aktlarda nəzərdə tutulmuş bütün 

insan hüquqlarına və əsas azadlıqlarına təminat verərək; 

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü üçün təhlükəni 

aradan qaldırmağa çalışaraq; 

Azərbaycan  Respublikasının  təhlükəsizliyini  və  dövlət  sərhədlərinin 

toxunulmazlığını təmin etmək kimi müqəddəs borcu rəhbər tutaraq


234 

 

Respublikanın bütün vətənpərvər qüvvələrinin sıx birləşməsinin zəruriliyini 



dərk edərək; 

Azərbaycan  Respublikasının  və  onun  xalqının  mənafeyinə  zidd  olmayan 

beynəlxalq paktları, konvensiyaları və başqa sənədləri qəbul edərək;

 

SSR  İttifaqına  daxil  olan  bütün  respublikalarla  dostluq  münasibətlərini 



bundan sonra da saxlamağı arzu edərək

Beynəlxalq  birliyin  üzvü  olan  dövlətlərlə  bərabərhüquqlu  münasibətlər 

yaratmağa hazır olduğunu bildirərək; 

Azərbaycan  Respublikasının  dövlət  müstəqilliyinin  Birləşmiş  Millətlər 

Təşkilatının  nizamnaməsində,  digər  beynəlxalq  hüquq  paktlarında  və 

konvensiyalarında  təsbit  edilmiş  prinsipləri  müvafiq  surətdə  beynəlxalq  birliyin 

üzvü  olan  dövlətlər  və  Birləşmiş  Millətlər  Təşkilatı  tərəfindən  tanınmasına  ümid 

bəsləyərək  Azərbaycan  Respublikasının  dövlət  müstəqilliyinin  bərpa  olunduğunu 

elan edir".

55

 



 

Sessiyada  Heydər  Əliyevin  az  əvvəl  keçirilmiş  referendum  nəticələrinin 

ləğv  edilməsi,  "Azadlıq  Bəyannaməsi"nin  legitimliyini  təmin  etmək  üçün  yeni 

referendum  keçirilməsi  haqqında  tələbi  qulaqardına  vuruldu.

56

  Heydər  Əliyev 



sessiyadakı çıxışında dedi: "Biz artıq sovet imperiyasının, Kommunist Partiyasının 

dağılmasının  şahidiyik...  Bizim  respublikamızın,  Azərbaycan  xalqının  vəziyyəti 

daha çətin, daha ağırdır. Bunun əsas səbəbi respublikada hökm  sürən  Azərbaycan 

Kommunist  Partiyasının  diktatura  rejiminin  mürtəce  siyasəti  və  buraxdığı  kobud, 

bağışlanılmaz  səhvlərdir".  O  bildirdi  ki,  Azərbaycan  Kommunist  Partiyası  dərhal 

hakimiyyətdən  getməlidir.

57

  Respublika  başçıları  isə  hələ  də  gözləmə  mövqeyi 



tuturdular.  

1991-ci il sentyabrın 5-də SSRİ xalq deputatları V qurultayı keçid dövrünün 

hakimiyyəti  haqqında  Konstitusiya  Qanunu  qəbul  etdi  və  öz  səlahiyyətlərini 

yüksək  vəzifəli  şəxslərdən  təşkil  edilmiş  SSRİ  Dövlət  Şurasına  və  tezliklə 

formalaşacağı nəzərdə tutulan SSRİ Ali Sovetinə verdi.

58

 Lakin respublikalarda, o 



cümlədən  Azərbaycanda  bu  qərarın  həyata  keçirilməsinə  qarşı  ciddi  mübarizə 

başlandı.  İqtidarın imperiya  tərəfdarları  ilə əməkdaşlığı ona  qarşı olan ümumxalq 

narazılığını daha da artırdı.

 

Naxçıvan MR Ali Məclisi 1991-ci il sentyabrın 3-də dəfələrlə namizədliyini 



geri götürməsinə baxmayaraq, Heydər Əliyevi xalqın təkidli tələbi ilə Ali Məclisin 

sədri  seçdi.

59

  Ali  Məclisin  4  sentyabr  tarixli  qərarı  ilə  Naxçıvan  ərazisində 



prezident  seçkiləri  dayandırıldı.

60 


Azərbaycan  iqtidarı  Naxçıvana  ciddi  təzyiqlər 

göstərdi.  Bir  qrup  zabit,  parlament  deputatlarından  ibarət  böyük  bir  dəstə 

Naxçıvana  göndərildi  ki,  yerli  hakimiyyət  orqanlarını  qərarı  dəyişməyə  məcbur 

etsin.  Lakin  Ali  Məclisin  sədri  Heydər  Əliyev  yerli  televiziya  ilə  bəyanat  verib 

xəbərdar  etdi  ki,  Naxçıvana  təzyiq  üçün  gələn  qüvvələr  buranı  tərk  etməlidirlər, 


235 

 

əks təqdirdə bütün əhali ayağa qalxacaqdır.



62

 İqtidar geri çəkilməyə  məcbur oldu. 

Naxçıvan  MR  Ali  Məclisi  1  oktyabr  tarixli  qərarı  ilə  keçid  dövrü  İttifaq 

orqanlarında  Azərbaycan  Respublikasının  iştirakını  qeyri-mümkün  saydı, 

respublika  rəhbərliyinin  müstəqillik  məsələsində  qeyri-ardıcıl  mövqeyini  ittiham 

etdi.


63

 Respublikada dövlət müstəqilliyi uğrunda mübarizə daha da genişləndi.

 

Sentyabrın  8-də  Azərbaycanda  prezident  seçkiləri  keçirildi.  Demokratik 



qüvvələr  bu  seçkiləri  boykot  etdilər.  Prezident  seçkiləri  Naxçıvan  MR  ərazisində 

keçirilmədi.  8  sentyabr  seçkilərinin  nəticələrinə  görə  A.Mütəllibov  yenidən 

prezident elan olundu.

64

 



Xalqın  rəğbətini  qazanmaq  üçün  birinci  katib  -  prczident  Ayaz 

Mütəllibovun  təşəbbüsü  ilə  sentyabrın  14-də  tam  iflasa  uğramış  Azərbaycan 

Kommunist Partiyası XXXIII fövqəladə qurultayını çağırıb özünü buraxdı.

65

 



İqtidar  artıq  dövləti  idarə  edə  bilmədiyini,  AXC  cəmiyyətdə  nüfuzunun 

durmadan  aşağı  düşdüyünü  hiss  edirdi.  Onların  hər  ikisini  xalq  arasında  Heydər 

Əliyevin böyük siyasətə qayıtmasını tələb edənlərin sayının artması ciddi narahat 

edirdi.  Bu,  iqtidarı  xalq  cəbhəsi  liderləri  ilə  yaxınlaşdırırdı.  AXC  səsi,  az 

olduğundan,  sözünü  keçirə  bilmədiyi  parlamenti  buraxmağı,  paritet  əsasında 

müvəqqəti  Milli  Şura  yaratmağı,  rəhbərliyini  ələ  keçirəcəyinə  əmin  olduğu 

ordunun yaradılmasını, iqtidar isə belə güzəştlər əvəzində  sabitliyə təminat, əlavə 

səlahiyyətlər tələb edirdi. 

1991-ci  il  oktyabrın  3-də  prezident  və  xalq  cəbhəsi  liderlərinin  görüşündə 

Milli  Şura  yaradılması  haqqında  razılıq  əldə  olundu.

66 

Heydər  Əliyev 



hakimiyyətpərəstlərin  xalqa,  demokratiyaya  qarşı  yönəlmiş  bu  sövdələşməsinin 

əleyhinə çıxdı, AXC-nin ona Milli Şuraya daxil olmaq təklifini rədd etdi.

67

 

Ali  Sovetin  8  oktyabr  tarixli  sessiyasında  "Respublikanın  iqtisadi  və 



ictimai-siyasi  həyatını  sabitləşdirmək  sahəsində  əlavə  tədbirlər  haqqında"  Qanun 

qəbul  edilməklə,  Azərbaycan  prezidentinə  əlavə  səlahiyyətlər  verildi.  Əvvəldən 

sövdələşməyə  əsasən  müxalifət  bununla  razılaşdı.  Beləliklə,  əslində  paralel 

qanunverici  orqan  yarandı  -  prezident  Konstitusiyada  dəyişikliklər  və  əlavələr 

etmək səlahiyyəti qazandı.

68

 



Prezident  yerlərdə  tərəfdarları  vasitəsilə  möhkəmlənmək  üçün  dövlət, 

hakimiyyət, idarəetmə quruluşunu və fəaliyyətini təkmilləşdirmək adı ilə oktyabrın 

18-də  rayonlarda,  şəhərlərdə,  şəhər  rayonlarında  icra  hakimiyyəti  başçıları 

vəzifəsini  təsis  etdi  və  bu  vəzifələrə  özünə  dayaq  hesab  etdiyi  adamları  qoydu. 

Prezident  idarəsi  yaradıldı.  Dövlət  katibi  və  dövlət  müşavirləri  vəzifələri  təsis 

edildi. İlk dövlət katibi Tofiq İsmayılov təyin edildi.

69

 Lakin nə bu tədbirlər, nə də 



əhalinin  sosial  vəziyyətini  yaxşılaşdırmağa  yönəldilən,  dərin  inflyasiya  şəraitində 

real  təsirə  malik  olmayan  bəzi  sosıal  güzəştlər  A.Mütəllibovun  mövqeyini 

möhkəmləndirə bilmədi. 


236 

 

 İmperiyanın  güc  toplayıb  təşəbbüsü  ələ  alacağını  gözləyən  respublika 



rəhbərliyi  Azərbaycan  Respublikasının  Dövlət  Müstəqilliyi  haqqında  Qanunun 

qəbul olunmasını xeyli yubatdı.

70

 

Nəhayət, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin 



sessiyasında  "Azərbaycan  Respublikasının  Dövlət  Müstəqilliyi  haqqında 

Konstitusiya Aktı" yekdilliklə qəbul edildi.

71

 

Konstitusiya Aktında qeyd olunurdu ki, Azərbaycan dövləti müstəqil, unitar 



və  dünyəvi  dövlətdir.  SSRİ-nin  Azərbaycan  ərazisindəki  bütün  daşınar  və 

daşınmaz mülkiyyəti Azərbaycan Respublikasının mülkiyyəti hesab olunur. Siyasi, 

iqtisadi,  mədəni  həyatını  öz  tarixi  və  milli  ənənələrinə,  ümumbəşəri  dəyərlərə 

uyğun inkişaf etdirmək Azərbaycan xalqının ayrılmaz, inkaredilməz və bölünməz 

hüququdur.  Azərbaycan  xalqı  Azərbaycan  Respublikası  ərazisində  və  ondan 

kənarda  yaşayan,  Azərbaycan  dövlətinə,  onun  qanunlarına  tabe  olan  bütün 

Azərbaycan  Respublikası  vətəndaşlarından  ibarətdir.  Siyasi  hakimiyyət  xalqa 

məxsusdur,  bu  suveren  hakimiyyət  parlament,  ali  icra  orqanı  və  məhkəmələr, 

ümumi, birbaşa, gizli, bərabər səsvermə yolu ilə seçilmiş nümayəndələr vasitəsilə 

həyata keçirilir. Respublikanın ərazisi və sərhədləri toxunulmazdır. Təbii ehtiyatlar 

Azərbaycan  Respublikasına  məxsusdur.  İqtisadi  fəaliyyət  bazar  münasibətləri  və 

azad sahibkarlığa əsaslanır. Qanunla müəyyənləşdirilmiş hallardan başqa, məcburi 

əmək  qadağandır.  Zəhmətkeşlərin  qanunla  tənzimlənən  tətil  hüququ  vardır. 

Konstitusiya  Aktında  vətəndaşların  seçib-seçilmək,  siyasi  partiya  və  birliklər 

yaratmaq  hüququ,  respublikanı  müdafiə  etmək,  qanunlara  danışıqsız  əməl  etmək 

vəzifələri və s. təsbit olunurdu.

72

 

Lakin  Azərbaycan  iqtidarı  hələ  də  imperiyanın  iflasdan  xilas  olacağına  və 



öz  hakimiyyətini  qoruyub  saxlaya  biləcəyinə  ümidini  itirmirdi.  Respublikanın 

dövlət  müstəqilliyinin  bərpası  haqqında  Konstitusiya  aktının  referendumla  təsdiq 

edilməsi uzadılırdı.

73

 



1991-ci  il  oktyabrın  19-da  mühafizəkarların  cidd-cəhdlərinə  baxmayaraq, 

müxalifətin  təklifi  ilə  Azərbaycan  Respublikası  Ali  Sovetinin  XII  çağırış  II 

sessiyası  M.Qorbaçovun  yeni  ittifaq  üçün  iqtisadi  baza  yaratmaq  məqsədilə  irəli 

sürdüyü  iqtisadi  birlik  haqqında  müqavilə  bağlamaq  təşəbbüsünə  Azərbaycanın 

qoşulmasına  etiraz  etdi.  Azərbaycan  başqa  respublikalarla  birtərəfli  iqtisadi 

müqavilələr bağlanmasına üstünlük verdi.

74

 

1991-ci  il  noyabrın  14-də  Moskva  yaxınlığında  Novo-Oqaryovada  yeddi 



respublika  -  Rusiya,  Belarus,  Azərbaycan,  Qazaxıstan,  Qırğızıstan,  Tacikistan  və 

Türkmənistan  rəhbərləri  yeni  dövlətlərarası  birlik  -  "Suveren  Dövlətlər  İttifaqı"nı 

yaratmaq  haqqında  niyyətlərini  bildirdilər.  Respublikalarda,  o  cümlədən 

Azərbaycanda  demokratik  qüvvələr  buna  qarşı  qəti  mübarizəyə  qalxdılar. 

Hazırlanmış müqaviləyə M.Qorbaçovdan başqa heç kim imza atmadı.

75 


237 

 

 



"Milli Şura haqqında" oktyabrın 30-da qəbul olunmuş Konstitusiya Qanunu 

parlamentin  bir  orqanı  kimi  nəzərdə  tutulan  bu  şuraya  elə  bir  real  səlahiyyət 

vermədi.  Bu  qanuna  görə  Milli  Şura  72  deputatdan  təşkil  olunmalı  idi.  Bu,  cəmi 

30-a  qədər  səsi  olan  müxalifətə  parlamentdə  yenə  də  üstünlük  əldə  etmək  imkanı 

vermirdi.

76

 



Noyabrın  20-də  Yuxarı  Qarabağda  Xocavənd  kəndinin  düşmən  tərəfindən 

ələ  keçirilib  vandalizmə  məruz  qalması ilə əlaqədar vəziyyətlə  yerində  tanış olan 

respublikanın  bir  neçə  yüksək  vəzifəli  şəxsini,  o  cümlədən  Dövlət  katibini,  daxili 

işlər  nazirini,  Baş  prokuroru,  habelə  SSRİ  Müdafiə  Nazirliyi  nümayəndələrini, 

Rusiya  və  Qazaxıstan  müşahidəçilərini  Ağdama  gətirən  vertolyotun  vurulub 

salınması respublikada siyasi vəziyyəti daha da gərginləşdirdi.

77

 

Noyabrın  26-da  Ali  Sovet  "Milli  Şura  haqqında"  Konstitusiya  Qanununa 



yenidən  baxmağa  məcbur  edildi.  Bu  şuranın  səlahiyyətlərini  məhdudlaşdıran 

maddələr dəyişdirildi. Paritet əsasında 25 nəfər Demblok nümayəndəsindən və 25 

nəfər  başqa  deputatdan  ibarət  Milli  Şura  yaradıldı.

78

  Ali  Sovetin  digər 



deputatlarının, habelə onların seçicilərinin hüquqları tapdandı. 

1991-ci  il  dekabrın  8-də  Brest  şəhəri  yaxınlığındakı  "Viskuli" 

iqamətgahında  Rusiya  Federasiyası,  Ukrayna  və  Belarus  respublikaları  rəhbərləri 

Müstəqil  Dövlətlər  Birliyi  (MDB)  yaradılması  haqqında  müqavilə  bağladılar. 

"Belovejsk sazişi" adlı müqavilədə SSRİ-nin hüquqi subyekt kimi mövcudiyyətinə 

son  qoyulduğu  elan  olundu.  Brest  "üçlüyü"  keçmiş  SSRİ-yə  daxil  olan 

respublikaları da bu birliyə qoşulmağa dəvət etdi.

79

 



Orta Asiya respublikaları və Qazaxıstan rəhbərləri Türkmənistanın Aşqabad 

şəhərində  görüşüb  MDB-yə  daxil  olmaq  niyyətlərini  bildirdilər.  Dekabrın  21-də 

Qazaxıstanın  Almatı  şəhərində  Brest  "üçlüyü",  Aşqabad  "beşliyi",  Ermənistan, 

Moldova  və  Azərbaycan  rəhbərlərinin    görüşü    oldu.      Burada    SSRİ-nin  

mövcudluğunun  dayandırılması  və  bununla  əlaqədar  problemlərin  nizama 

salınması  haqqında  Bəyannamə  qəbul  edildi.

80

  Almatı  görüşündə  Azərbaycan 



prezidenti  MDB  ilə  münasibətləri  müəyyən  edən  müqavilələr  imzaladı.

 

Lakin 



Azərbaycan parlamenti 1992-ci il oktyabrın 7-də onları təsdiq etmədi. 

Azərbaycan  Respublikasında  dekabrın  29-da  ümumxalq  səsverməsi 

keçirildi.  Referendum  bülleteninə  bir  sual  yazılmışdı:  "Siz  Azərbaycan 

Respublikasının  Dövlət  Müstəqilliyi  haqqında  Azərbaycan  Respublikası  Ali 

Sovetinin  qəbul  etdiyi  Konstitusiya  Aktına  tərəfdarsınızmı?"  Səsvermə  hüququ 

olanların 95 faizdən çoxu referendumda  iştirak etdi.  Azərbaycan xalqı yekdilliklə 

respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxdı.

82

 



1992-ci  il  mayın  27-də  Milli  Məclis  Azərbaycan  Respublikasının  Dövlət 

Himnini  (musiqisi  Üzeyir  Hacıbəyovun,  sözləri  Əhməd  Cavadındır),  1993-cü  il 



238 

 

fevralın  23-də  isə  üçrəngli  dairəvi  qalxan  üzərində,  içində  alov  olan  səkkizguşəli 



ulduz təsvirli Dövlət Gerbini təsdiq etdi.

83

 



SSRİ-nin  dağılması,  imperiyapərəst  qüvvələrin  onun  bərpa  olunmasına 

göstərdiyi cəhdlərə qarşı xalqların mübarizəsi sayəsində sovet respublikaları dövlət 

müstəqilliyi əldə etdilər. Tarix XX əsrdə Azərbaycan xalqına dövlət müstəqilliyini 

elan  etmək  imkanı  verdi.  Azərbaycan  Respublikasının  dövlət  müstəqilliyi  elan 

edildi.  Lakin  xalq  müstəqil  dövlətçiliyini  qurmaq,  onu  inkişaf  etdirmək, 

möhkəmləndirmək və müdafiə etmək yolunda ağır məşəqqətlərlə üzləşdi. 



 

 


Yüklə 17,94 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin