Vii L e m I l L


§2. XALQ TƏSƏRRÜFATININ MÜHARĠBƏ TƏLƏBLƏRĠNƏ



Yüklə 17,94 Mb.
Pdf görüntüsü
səhifə2/40
tarix03.02.2017
ölçüsü17,94 Mb.
#7304
1   2   3   4   5   6   7   8   9   ...   40
§2. XALQ TƏSƏRRÜFATININ MÜHARĠBƏ TƏLƏBLƏRĠNƏ 

UYĞUN YENĠDƏN QURULMASI, CƏBHƏYƏ XĠDMƏT. 

BAKI - SOVET ORDUSUNUN ƏN MÜHÜM 

ARSENALLARINDAN BĠRĠ KĠMĠ 

 

Müharibə  xalq  təsərrüfatını  ciddi  imtahana  çəkdi.  Tezliklə  sənayeni  hərbi 



tələblərə  uyğun  yenidən  qurmaq,  birinci  növbədə,  ordunu  yüksək  keyfiyyətli 

yanacaqla,  hərbi  ləvazimatla  və  ərzaqla  təmin  etmək  tələb  olunurdu.  Azərbaycan 

Kommunist  Partiyasının  Mərkəzi  Komitəsində,  vilayət,  şəhər  və  rayon 

komitələrində neft hasilatı, neft emalı, neft maşınqayırması və elektrik stansiyaları, 

tikinti  və  tikinti  materialları,  yeyinti  sənayesi,  kənd  təsərrüfatı,  nəqliyyat,  şəhər 

təsərrüfatı və s. kimi sahələrə rəhbərlik edən yeni şöbələr yaradıldı.

40

 

Respublika  xalq  təsərrüfatının  minlərlə  işçisi  qızıl  ordu  sıralarına  səfərbər 



olunmuşdu. Təkcə 1941-ci  ildə  Azərbaycanın  neft  hasilatı və neft emalı  sənayesi 

müəssisələri fəhlələrinin  üçdə biri cəbhəyə getmişdi. Maşınqayırmada, dəmir yol, 

su  nəqliyyatında,  kolxoz  və  sovxozlarda  da  vəziyyət  belə  idi.  Mərkəzi  sənaye 

rayonlarından respublikaya

41

 material və avadanlıq gətirilməsi zəiflədi. Sonralar isə 



tamamilə  dayandırıldı.  Dövlət  Müdafiə  Komitəsinin  qərarı  ilə  1941-ci  ilin 

yayından etibarən, Azərbaycanın bəzi zavodlarının Şərqə köçürülməsinə başlandı. 

Xalq  təsərrüfatının  maddi-texniki  bazası  xeyli  zəifləmişdi.  1941-1942-ci 

illərdə  ordunun ehtiyacı üçün müəssisə  və  təşkilatlardan 5457 yük  maşını  və  672 

minik avtomobili, 476 traktor və 50 min at alınmışdı.

42

 



Xalq  təsərrüfatının  hərbi  istiqamətdə  uğurla  fəaliyyət  göstərməsi  üçün 

ehtiyatda olan iş qüvvəsinin istehsalata cəlb olunmasına başlandı, hökumət növbəti 

məzuniyyətləri  əvəzinə  pul  ödəməklə  ləğv  etdi,  iş  günü  uzadıldı,  qadınlar  və 

yeniyetmələr  istehsalata  gəldilər.  Respublikada  20  minə  qədər  əmək  veteranı  və 

əlil  istehsalata  qayıtdı.

43

  Xalq  təsərrüfatının  işçi  qüvvəsi  ilə  təmin  edilməsində 



qadınlar və yeniyetmələr mühüm rol oynadılar. Azərbaycan qadınları öz atalarını, 

ərlərini,  qardaşlarını  əvəz  edərək  mədənlərdə,  fabrik  və  zavodlarda  işləməyə 

başladılar.  1941-ci  il  iyulun  24-də  Əzizbəyovneft  mədənlərinə  50-dən  çox  evdar 

qadın  gəldi.  1941-ci  ilin  oktyabrında  yalnız  Bibiheybət  neft  mədənlərində  1800-

dən artıq qadın çalışırdı. 

1941-ci ilin yayında ictimai təşkilatların göndərişi ilə təkcə Bakının mədən 

və  zavodlarında  3500-dən  artıq  qız  işə  başlamışdı.  Bakının  neft  sənayesində 

işləməyə  13  mindən  çox  yeni  işçi  cəlb  edildi.

44 

Evdar  qadınların  istehsalata  cəlb 



olunmasına  cəbhəçi  arvadlarının  1942-ci  ilin  əvvəllərində  Bakıda  keçirilmiş 

yığıncağının  böyük  təsiri  oldu.  Səkkiz  ayda  16  min  cəbhəçi  arvadı  respublikanın 

sənaye müəssisələrində  işləməyə gəldi.  Onlardan  11  min nəfəri neft sənayesində 


13 

 

çalışmağa  başladı.



45

  Fabrik  və  zavodlarda  evdar  qadınlara  sənət  öyrətmək  üçün 

kurslar açıldı. 1942-ci ilin yayında neft sənayesində 25 minə qədər qadın işləyirdi. 

Dəmir  yol  nəqliyyatında  çalışanların  yarıdan  çoxunu  qadınlar  təşkil  edirdi. 

Yüzlərlə Azərbaycan qadını sovxoz və kolxozlarda fədakarlıqla çalışırdı.

46

 1941-ci 



ilin  yayı  və  payızında  kolxozların  əkin  sahələrində  5  mindən  artıq  qadın 

mexanizator  vəzifəsində  işləyirdi.  1941-1942-ci  illərdə  respublikada  olan  10  min 

mexanizatorun yarıdan çoxu qadın idi. 1942-ci ildə Azərbaycanda kənd təsərrüfatı 

üçün kütləvi peşə kadrları hazırlayan 17 məktəb fəaliyyət göstərirdi.

47

 

Müharibə illərində minlərlə oğlan və qız istehsalata gələrək, cəbhəyə getmiş 



ata  və  qardaşlarını  əvəz  etdi.  Fəhlə  kadrları  hazırlamaq  üçün  respublikada  28 

fabrik-zavod  məktəbi,  12  peşə  məktəbi,  2  dəmir  yol  məktəbi  fəaliyyət  göstərirdi. 

1941-ci ilin yayında və payızında peşə və fabrik-zavod məktəblərində təhsil almaq 

üçün  respublikanın  şəhər  və  kəndlərindən  10  min  yeniyetmə  cəlb  olunmuşdu.

48

 

Müəssisələrdə  ixtisas  kursları,  texniki  kurslar  və  dərnəklər,  qabaqcıl  təcrübə 



məktəbləri fəaliyyət göstərirdi. 

Neft sənayesinin maddi-texniki əsasını möhkəmləndirmək məqsədilə DMK 

və  Köçürmə  Sovetinin  qərarı  ilə  Bakıya  ölkənin  cənub  və  qərb  rayonlarından 

köçürülən  20  iri  müəssisənin  qurğuları,  o  cümlədən  250  dəzgah,  12  vaqon 

mayetökən cihaz,

49

 53 metalkəsən dəzgah, iki vaqon müxtəlif alətlər gətirilmişdi.



50

 

1942-ci  ilin  əvvəlində  Bakı  alətlər  zavodu,  "Qırmızı  proletariat"  və  Dzerjinski 



adına  zavodlar  ilk  məhsullarını  verdilər,  az  sonra  L.Şmidt  adına  maşınqayırma 

zavodunda  poladəritmə  sexi  işə  düşdü.  Beləliklə,  Azərbaycan  cəbhənin  hərbi 

sifarişlərini yerinə yetirməyə başladı. 

Cəbhə sifarişlərini yerinə yetirmək üçün zavodun əməkçiləri hər gün 18-20 

saat  işləyirdilər.  Silah  və  döyüş  sursatını  hər  zavodda  ayrılıqda  istehsal  etmək 

imkanı olmadığından, maşınqayırma zavodları müdafiə məhsullarının istehsalı üzrə 

kooperativlər yaradırdılar. L.Şmidt adına zavodun kollektivi əlaqədar müəssisələrlə 

birgə işləyərək, 40 gün üçün nəzərdə tutulmuş işi 16 gün ərzində yerinə yetirirdi.

51

 

Aviabombaların  istehsalına  başlayan  gəmi  təmiri  zavodu  planı  vaxtından  əvvəl 



ödəyirdi.  Avtomobil  təmiri  zavodunun  kollektivi  "M-13"  minomyotu  hissələrini, 

"PPŞ" avtomatlarını, tank hissələrini istehsal edirdi. 1942-ci ilin sonlarında Bakıda 

130 növ silah, sursat və başqa hərbi ləvazimat istehsal olunurdu.

52

 



Gəncə  şəhərində  12  sənaye  müəssisəsi  müharibənin  tələbləri  əsasında 

yenidən qurulmuşdu və 26 adda hərbi məhsul istehsal edirdi.

53

 

Cəbhəni  vaxtında  və  yüksək  keyfiyyətli  yanacaqla  təmin  etmək  üçün  ən 



taleyüklü,  ciddi  vəzifəni  Azərbaycan  neftçiləri  böyük  əzmkarlıqla,  şərəflə  yerinə 

yetirirdilər.  Ölkənin  qərb  neft  rayonları  işğal  olunmuşdu.  Şimali  Qafqaz  neft 

rayonları  böyük  təhlükə  qarşısında  qalmışdı.  Bakı  nefti  qızıl  ordunun  ən  etibarlı 

dayağı  idi.  Ümumdövlət  səviyyəsində  daim  diqqət  mərkəzində  olan  ölkədə  hasil 



14 

 

edilən neftin 70-75 faizini, aviasiya benzini istehsalının 85-90 faizini Bakı verirdi. 



Bakı hərbi-dəniz qüvvələrini də yüksək keyfiyyətli mazutla təmin edirdi.

54

 



Azərbaycan,  onun  paytaxtı  əsil  mənada  sovet  ordusunun  mühüm 

cəbbəxanalarından birinə çevrilmişdi. 

1941-ci  ilin  ağır  çətinliklərinə  baxmayaraq,  Azərbaycan  neftçiləri  23481 

min  ton  neft  və  25864  min  kv.m  qaz  istehsal  etmişdilər.

55 

Bu,  respublika  neft 



sənayesi tarixində ən yüksək göstərici idi. 

SSRİ Ali Soveti Rəyasət Heyətinin 1942-ci il 6 fevral tarixli xüsusi fərmanı 

ilə 500 neftçi SSRİ-nin orden və medalları, o cümlədən 41 nəfər Lenin ordeni ilə 

təltif  olundu.  Leninneft  Trestinin  11-ci  mədəni  və  Bibiheybətneft  Trestinin  4-cü 

mədəni Lenin, Lökbatanneft trestinin 4-cü mədəni Qırmızı Əmək Bayrağı ordeninə 

layiq görüldü.

56

 

Lakin  neftçi  mütəxəssislərin  40  faizə  qədərinin  cəbhəyə  səfərbər  edilməsi, 



qazma  işlərinin  dayandırılması,  neft  maşınqayırma  zavodlarının  çoxunun  hərbi 

müdafiə  məhsulları  buraxmağa  başlaması  və  neft  sənayesinə  vəsait  qoyuluşunun 

kəskin  surətdə  azaldılması  nəticəsində  1942-ci  ildən  neft  hasilatı  aşağı  düşməyə 

başladı. 

1942-ci ildə 1941-ci ilə nisbətən 7772 min ton, 1943-cü ildə 10790 min ton, 

1944-cü ildə isə 11643 min ton az neft çıxarılmışdı.

57 

Lakin neft trestlərinin partiya və təsərrüfat təşkilatları, neftçilər qazma işini 



yaxşılaşdırmaq, daxili imkanlardan, aqreqatların və avadanlığın gücündən səmərəli 

istifadə  etmək,  mühəndis-texniki  işçilərin  və  qabaqcıl  fəhlələrin  yaradıcı 

təşəbbüsündən bəhrələnməklə çətinliklərdən çıxmaq üçün əzmlə çalışırdılar. 

SSRİ DMK bu sahədə yardımçı tədbirlər həyata keçirdi: DMK-nın 1942-ci 

il 6 dekabr qərarı və SSRİ Neft Komissarlığının 1942-ci il 15 dekabr sərəncamı ilə 

Azneftkombinatına qazma işini sürətləndirmək təklif olundu. Qısa müddət ərzində 

Orconikidzeneft,  Kirovneft,  Stalinneft,  Lökbatanneft  trestlərində  dörd  qazma 

kontoru  yaradıldı.

58

  Dövlət  Müdafiə  Komitəsinin  qərarı  ilə  minlərlə  gənc  ordu 



sıralarına  çağırışdan  azad  edilərək,  neft  sənayesinə  göndərildi.  Sonralar  onların  

sırasından    Sosialist  Əməyi    Qəhrəmanları    Qurban  Abbasov,  Musa  Bayramov, 

Yusif Fərzəliyev, Məmməd Qənbərov, Qaraş Əmirov, Məmməd Dünyamalıyev və 

digər məşhur qazma, tikinti-təmir ustaları yetişmişdi. 

Dövlət  Müdafiə  Komitəsi  həmçinin  yüksək  ixtisaslı  neft  mütəxəssislərinin 

ordu sıralarından vaxtından əvvəl tərxis olunması barədə də qərar qəbul etmişdi. 

Mədən  qazma  ustaları  Baba  Qafar  Muradov,  Rüstəm  Rüstəmov,  Gülbala 

Əliyev  və  başqaları  1943-cü  il  yanvarın  ilk  günlərindən  qazma  normasını  bir 

yarım-iki dəfə artıqlaması ilə yerinə  yetirdilər.  Yeni sürət  ustaları  meydana çıxdı. 

1943-cü  ildə  67,7  min,  1944-cü  ildə  138,8  min,

59

  1945-ci  ilin  on  ayı  ərzində  isə 



daha 14455 min metr neft quyusu qazıldı.

60

 



15 

 

SSRİ  Dövlət  Müdafiə  Komitəsi  Azerbaycan  neft  sənayesinə  daim  yardım 



göstərirdi.  1944-cü  il  fevralın  21-i  və  iyunun  2-də  DMK  respublikanın  neft 

sənayesinin maddi-texniki əsasını möhkəmləndirmək haqqında yeni qərarlar qəbul 

etdi. 

1941-1945-ci  illərdə  SSRİ-nin  neft  sənayesi  110  milyon  ton  neft  hasil 



etmişdi ki, onun 75 milyon tonu Azərbaycanın payına düşürdü.

61

 



Görkəmli 

dövlət  xadimi  N.Voznesenski  yazırdı:  "Sovet  Bakısı 

arasıkəsilmədən cəbhəni və SSRİ xalq təsərrüfatını neft məhsulları ilə təmin edirdi 

və yüzlərlə motoru havada və yerdə hərəkətə gətirirdi".

62

 

Müharibə illərində Bakı neftçiləri ölkənin şərqində yaradılmağa başlanan və 



"İkinci Bakı" adını almış neft rayonlarının inkişafına da öz töhfələrini vermişdilər. 

Dövlət Müdafiə Komitəsi Bakı neftçilərinə müraciət edərək xam neft yataqlarının 

işlənilməsi, neft hasilatının hər vasitə ilə sürətləndirilməsi üçün onları perspektivli 

neft  rayonlarına  köçməyə  çağırdı.  1942-ci  ilin  iki-üç  ayı  ərzində  Bakının  doqquz 

qazma kontoru, neft-kəşfiyyat, neft-tikinti trestləri, boru bazaları və bəzi başqa neft 

müəssisələri  bütün  şəxsi  heyəti,  mexanizmləri  və  avadanlığı  ilə  şərqə  köçürüldü. 

Bakının on mindən çox neft istehsalı komandiri, yüksək ixtisaslı mühəndis-texniki 

işçilər, mahir neft ustaları mütəşəkkil surətdə şərq rayonlarına göndərildi. 

Bakı  neftayıranları  aviasiya  benzininin  və  müxtəlif  müdafiə  məhsullarının 

istehsalını  artırmaqda  davam  edirdilər.  Bakının  neft  emalı  müəssisələri 

Azərbaycanın  mühəndis-texniki  işçilərinin  və  alimlərinin  səyi  sayəsində  cəbhə 

üçün  yüksək  oktanlı  benzin  istehsalını  uğurla  həyata  keçirirdilər.  Azərbaycanın 

neft  emalçıları  1941-ci  ildə  neft  emalı  planını  102,4  faiz,  yeni  növ  benzin 

istehsalını 118 faiz  yerinə  yetirmişdilər. Cəbhə 1339 min ton benzin, o cümlədən 

218169  ton  B-78,  203996  ton  B-74,  325148  ton  B-70  markalı  benzin  almışdı.

63

 



1942-ci  ildə  Bakı  neft  emalçıları  aviabenzin  planını  114,4  faiz  ödəmişdilər. 

Cəbhəyə  340,1  min  ton  aviabenzin  göndərilmişdi.

64

  1943-cü  ildə  hasil  olunmuş 



11839  min  ton  neftdən  5  milyon  ton  neft  məhsulları,  o  cümlədən  795  min  ton 

benzin, 3332 min ton liqroin, ağ neft, dizel yanacağı, 640 min ton donanma mazutu 

və solyar yağı, 420 min ton aviayağ və avtol alınmışdı. 1944-cü ildə plandan əlavə 

450 ton neft məhsulları  istehsal olunmuşdu.

65 

1941-1945-ci  illərdə  neft  emalçıları 



22  milyon  ton  neft  məhsulları  istehsal  etmişdilər.  Onun  yarıdan  çoxu  yanacaq  və 

sürtkü  məmulatları,  o  cümlədən  3314  min  tonu  aviasiya  benzini,  1216  min  tonu 

avtomobil benzini, 4612 min tonu yağ və 2 milyon tona qədəri dizel yanacağı idi. 

Həmin illərdə  Bakının  neft emalı  zavodları  cəbhəyə  bir  milyon ton və  ya  20540-

dan çox sistern B-78 aviabenzini göndərmişdi.

66

 



Belə  ki,  müharibədə  ordunun  döyüş  texnikasının  75-80  faizi  Azərbaycan 

neftçilərinin  qəhrəman  əməyi  nəticəsində  hərəkətə  gətirilmişdi.

67

  Bakının  Böyük 



Vətən  müharibəsində  rolunu  sovet  ordusunun    sərkərdələri  -    Sovet  İttifaqı  

16 

 

marşalları    G.K.Jukov,  R.Y.Malinovski,  F.İ.Tolbuxin  və  başqaları  dəfələrlə  qeyd 



etmişlər. Marşal G.K.Jukov yazırdı: "Bakı neftçiləri cəbhəyə və ölkəyə vətənimizin 

müdafiəsi üçün, düşmən üzərində tezliklə qələbə üçün nə qədər lazım idi, o qədər 

də yanacaq vermişdilər".

68

 Bakı neftçilərinin qəhrəman əməyi qızıl orduda yüksək 



qiymətləndirildi.  Cəbhə  komandirlərindən,  əsgərlərdən,  general  və  admirallardan 

Azərbaycan Mərkəzi Komitəsinə, Bakı Komitəsinə məktub və teleqramlar gəlirdi. 

Azərbaycanın  yüngül,  yeyinti və  yerli sənayesi də öz işlərini  hərbi tələblər 

əsasında  qurmuşdu.  Yüngül  sənaye  müəssisələri  hərbi  geyimlər  hazırlayırdılar. 

1941-ci ildə Rostovdan köçürülmüş ayaqqabı fabriki əsasında Bakıda əsgərlər üçün 

ayaqqabı fabriki işə salınmışdı. Respublikada qızıl orduya döyüş ləvazimatı, keçə 

ayaqqabı,  paltar,  kimyəvi  silahlar  əleyhinə  geyim,  hərbi  hospitallar  üçün  mebel, 

yanğın əleyhinə alətlər və s. ləvazimat istehsal edilirdi. Konserv zavodları 70 növ 

konserv istehsalına başlamışdı. Hər ay respublikada istehsal olunan 50 tona yaxın 

çayın qablaşdırılması üçün 1941-ci ildə Bakıda fabrik tikilmişdi. 

1941-ci ildə Bakı ət kombinatında ordu üçün yeyinti konsentratı hazırlayan 

xüsusi sex fəaliyyət göstərirdi. 1941-ci ildə ət kombinatında, süd zavodlarında tibb 

preparatları hazırlayan xüsusi sexlər yaradılmışdı. Burada SSRİ-də ilk dəfə buynuz 

və dırnaqdan plastmas istehsalına başlanmışdı. 1942-ci ilin əvvəllərində kombinat 

artıq 40 adda məhsul istehsal edirdi.

69

 



Azərbaycanda  meşə  və  ağac  emalı  sənayesinin  vələs,  fıstıq  və 

dəmirağaclarından  hazırlanmış  məhsullarından  təyyarə  istehsalında  geniş  istifadə 

olunurdu. 

Respublikada  tibb  preparatları  və  onlar  üçün  xammal,  kalsium-xlorid, 

natrium-xlorid, yodlu kalium, ağ streptosid, cərrah ipək sapı, tənzif, pambıq, şpris 

istehsal olunurdu.  

Müharibə illərində Azərbaycan toxuculuq kombinatı iki dəfə birinci yeri və 

DMK-nın  bayrağını  qazanmışdı.  Volodarski  adına  tikiş  fabriki  dörd  dəfə  birinci 

yerə, ÜİHİMŞ  və SSRİ Yüngül Sənaye  Nazirliyinin bayrağına layiq görülmüşdü. 

Sərrac-yəhər fabriki, dəri-qalantereya fabriki də mükafatlandırılmışdı. 

1941-ci  ildə  Rostovdan  gətirilən  avadanlıq  əsasında  Bakıda  rezin 

məmulatları  fabriki  işə  düşdü.  Neft  sənayesi  müəssisələri  üçün  mallar,  habelə 

Zaqafqaziya  cəbhəsi  komandanlığının  tapşırığı  ilə  yandırıcı  şüşələr  üçün  halqa 

istehsalına başlandı. 

Xalq  istehlakı  və  kommunal  təsərrüfatı  üçün  mallar  istehsal  edən  metal 

məmulatları  zavodu  müharibənin  əvvəllərindən  əsgər  qazanı,  maska  toru,  yanğın 

nərdivanı,  hərbi  armatur,  Bakı  mebel  fabriki  hərbi  arabalar  buraxmağa  başladı. 

Oktyabr rayon kombinatında dəri, ətriyyat, keçə, trikotaj istehsal edən  yeni sexlər 

yaradıldı. 


17 

 

Müharibə  illərində  respublikanın  müəssisələri  1419  min  ədəd  şinel,  4227 



min dəst yay geyimi, 3097 min alt paltarı, 1977 min cüt çəkmə, 1417 min patron 

çantası, 1468 min dəst trikotaj istehsal etmişdi.

70

 

Azərbaycan  SSR-in  yeyinti  sənayesi  müəssisələri  də  hərbi  dövrün 



çətinliklərini dəf edərək verilən planları artıqlaması ilə yerinə yetirirdilər. 

Bakı  tütün  fabriki  əməkçilərinin  fədakar  əməyi  Azərbaycan  hökuməti 

tərəfindən  dəfələrlə  qeyd  olunmuşdu.  Respublika  yeyinti  sənayesi  işçiləri  əhalini 

xüsusən müharibə şəraitində çox vacib olan "C" vitamini ilə təmin edə bilmişdilər. 

Ət-Süd  Sənayesi  Komissarlığı  müəssisələrində  insulin  istehsalı  altı  dəfə 

artmışdı.

71

 

SSRİ  üzərinə  xaincəsinə  basqın  hazırlayan  Hitler  kolxoz  quruluşunun 



zəifliyinə,  kəndlilərin  narazılığına  bel  bağlayırdı.  Lakin  mövcud  siyasi,  iqtisadi 

sistem faşist qəsbkarlarını dəf etmək üçün kənd əhalisini də səfərbər edə bildi. 

ÜİK(b)P  MK  və  SSRİ  XKS-nin  1941-ci  il  avqustun  16-da  qəbul  etdiyi 

1941-ci  ilin  dördüncü  rübünün  hərbi-təsərrüfat  planında  arxa  cəbhədə  kənd 

təsərrüfatı  məhsulları  istehsalının  artırılması  mühüm  əhəmiyyət  kəsb  edirdi.  İlk 

növbədə  ordunu  çörəklə  və  başqa  ərzaq  məhsulları  ilə  təmin  etmək,  bunun  üçün 

əkin  sahələrini  genişləndirmək,  taxıl  istehsalını  artırmaq  lazım  idi.  Kənd 

əməkçilərinə rəhbərliyi gücləndirmək məqsədilə 1941-ci ilin avqustunda fövqəladə 

orqanlar - 79 MTS və sovxozda siyasi şöbələr təşkil olunmuşdu.

72

 MTS-lərin siyasi 



şöbələri  kənd  təsərrüfatı  planlarının  vaxtında  yerinə  yetirilməsinə,  əmək 

intizamının  yüksəldilməsinə  nəzarət  edirdilər.  İşçi  qüvvəsinin  böyük  əksəriyyəti, 

kəndin  ixtisaslı  qüvvələri  -  mexanik  və  sürücülər,  kombaynçı  və  traktorçular 

cəbhəyə  getmişdilər.  Kənd  təsərrüfatı  məhsulları  istehsalının  bütün  ağırlığı 

qadınların  və  yeniyetmələrin  üzərinə  düşürdü.  1940-cı  ildə  Azərbaycan  SSR-də 

667,2  min  əmək  qabiliyyətli  kolxozçu  vardısa,  1941-ci  ildə  onların  sayı  azalaraq 

441  minə  düşmüşdü.  Kolxoz  və  sovxozların  maddi-texniki  əsası  xeyli  zəif  idi. 

Müharibənin birinci ilində ordunun ehtiyacları üçün Azərbaycan Respublikasından 

5457  yük  maşını,  672  digər  avtomaşınlar,  476  traktor  və  50  mindən  artıq  at 

verilmişdi.

73

 

1941-ci ilin yay və payızında kolxoz sahələrinə 5 mindən artıq mexanizator 



qadın  cəlb  olunmuşdu.  Kənd  təsərrüfatına  ixtisaslı  kadrlar  hazırlamaq  üçün  17 

məktəb fəaliyyət göstərirdi. Respublikada 1941-1942-ci illərdə hazırlanmış 10 min 

mexanizatorun  yarıdan  çoxunu  qadınlar  təşkil  edirdi.  1944-cü  il  ərəfəsində 

traktorçuların  61,7,  kombaynçı  köməkçilərinin  52,2  faizi,  təmir  işçilərinin  3,33 

faizi  və  sürücülərin  25,4  faizi  qadınlar  idi.  Respublikanın  MTS,  kolxoz  və 

sovxozlarında  yeniyetmələrdən  ibarət  157  yüksək  məhsul  briqada  və  manqası 

yaranmışdı. Kənd təsərrüfatı mexanizatorlarının 70 faizi yeniyetmələr idi.

74

 1943-



18 

 

cü  ildən  respublika  əkin  sahələrində  azərbaycanlılarla  birgə  Ukrayna  və  Şimali 



Qafqazdan köçürülmüş əkinçilər də çalışırdılar. 

Kənd təsərrüfatı üzrə çöl işlərinə qulluqçular, məktəblilər, texnikumların və 

ali  məktəblərin  tələbələri  cəlb  olunurdular.  Bir  çox  rayonlarda  kolxozlar  daxili 

torpaq  və  toxum  ehtiyatları  hesabına  əkin  sahələrini  10-15  faiz  genişləndirdi. 

Kolxoz  və  sovxozlarda  "Cəbhəyə  və  ölkəyə  daha  çox  çörək,  ət  və  sənaye  üçün 

xammal  verək!"  şüarı  altında  staxanovçular  və  kənd  təsərrüfatı  qabaqcılları 

hərəkatı  geniş  vüsət  aldı.  1941-ci  il  dekabrın  1-nə  Azərbaycan  kolxozçuları 

Müdafiə Fonduna 2850 baş iribuynuzlu və 23120 baş xırdabuynuzlu heyvan, 1079 

baş donuz, 10640 sentner taxıl, 36140 litr süd, 20439 kiloqram yağ, 130 ton kartof, 

194 ton göyərti, 62200 ədəd yumurta və digər məhsullar verdilər.

75

 

1942-ci  ildə  "Yüksək  məhsul  -  cəbhəyə  köməyin  əsasıdır"  çağırışı  ilə 



çalışan əməkçilər kənd təsərrüfatı məhsulları tədarükündə mühüm nailiyyətlər əldə 

etdilər.  Əkin  sahəsi  1941-ci  ilə  nisbətən  15  min  hektar  artdı.  1095,8  min  hektar 

əkin  sahəsinin  852  min  hektarı  taxıl  əkininə  ayrıldı.

76

  1942-ci  ildə  Azərbaycan 



kolxoz və sovxozları dövlətə 1941-ci ildən 2583934 pud artıq taxıl, 282962 pud ət, 

210012  pud  göyərti,  40965  pud  yun,  habelə  kolxozlar  1943-cü  ilin  planları 

hesabına 440060 pud ot, 8211 pud yağ, 8 pud pendir, 29699 pud yun, 59755 pud ot 

və s. təhvil verdi.

77

 

1943-cü  ildə  Azərbaycanın  sənaye  müəssisələri  kənd  təsərrüfatı  üçün 



texnika və avadanlıq istehsalını artırdı. DMK-nın qərarı ilə Ukraynadan və Şimali 

Qafqazdan  kənd  təsərrüfatı  maşınları  zavodlarının  köçürülməsi  hesabına  hələ 

1942-ci  ildə  Gəncədə  kənd  təsərrüfatı  maşınlarını  təmir  və  onlar  üçün  ehtiyat 

hissələri istehsal edən zavod yaradılmışdı.

78

 Bakının maşınqayırma zavodları MTS-



lər üzərində hamiliyi genişləndirdilər. Təkcə 1943-cü ilin birinci yarısında Bakıdan 

kəndlərdə işləməyə 200-dən artıq ixtisaslı fəhlə göndərildi.

79

 

Kənd təsərrüfatı maşınlarını təmir etməkdə böyük uğurlar qazanmış Kalinin 



adına zavodun kollektivi 1943-cü ildə Ümumittifaq sosializm yarışında birinci yeri 

tutdu və ona ÜİHİMŞ-nin və SSRİ Əkinçilik Xalq Komissarlığının Keçici bayrağı 

və pul mükafatı verildi. 

1943-cü  ildə  Azərbaycanın  kənd  zəhmətkeşləri  dövlətə  plandan  əlavə  1 

milyon pud taxıl, 21,5 min pud ət, 48 min pud  tərəvəz, 2,2 min pud yun verdilər. 

Heyvandarlığın  inkişaf  planı  iribuynuzlu  heyvanlar  üzrə  106,3  faiz,  qoyun  və 

keçilər  üzrə  124  faiz,  donuzlar  üzrə  118  faiz  yerinə  yetirildi.  1943-cü  ildə 

Azərbaycan  kolxozçularının  qəhrəman  əməyi  hökumət  tərəfindən  yüksək 

qiymətləndirildi, kənd təsərrüfatında çalışan 485 nəfər SSRİ-nin orden və medalları 

ilə təltif olundu.

80

 Respublika kəndliləri 1944-cü ildə mühüm uğurlar qazandılar. 



Müharibənin  çətinliklərinə  baxmayaraq,  maldarlığın  inkişafı  dayanmadı, 

kolxoz  sürüləri  1940-cı  ilə  nisbətən  bir  milyon  baş  çoxaldı,  heyvandarlıq 



19 

 

məhsulları istehsalı artdı. Müharibə illərində heyvandarlığın inkişafında qazandığı 



müvəffəqiyyətlərə  görə  Azərbaycan  SSR  dörd  dəfə  Dövlət  Müdafiə  Komitəsinin 

Qırmızı bayrağını almış, 45 min zəhmətkeş orden və medallarla təltif edilmişdi.

81

 

Hərbi  şəraitin  tələbi  əsasında  nəqliyyatın  işi  yenidən  quruldu.  Hərbi 



hissələrin  hərəkəti,  onlara  silah,  sursat,  ərzaq  daşınması,  habelə  əhalinin, 

müəssisələrin köçürülməsi, sənayenin xammala tələbatının ödənilməsi nəqliyyatın 

ahəngdar işləməsi sayəsində vaxtında təmin olunurdu. 

Respublika  dəmir  yollarında  qatarların  müntəzəm  hərəkətini  təşkil  etmək 

məqsədilə 1941-ci il iyunun 24-dən xüsusi hərbi cədvəl tətbiq olunmuş, vağzalların 

hava hücumundan müdafiəsi,

82

 işıq və səs siqnalları olmayan xüsusi qatarlar təşkil 



edilmiş, sərnişin vaqonları hərbi-sanitar vaqonlarına çevrilmişdi.

83

 Bakı dəmir yolu 



əsasən  yanacaq  daşınması  ilə  məşğul  idi;  1941-ci  ilin  iyul  ayında  1560  sistern 

daşınmışdısa, avqustda bunun sayı 2325-ə çatmışdı.

84

 

1941-ci  ilin  avqustundan  Bakı  dəmir  yolu  şəbəkəsinə  Rostov,  Xarkov, 



Odessa, Taqanroq, Novorossiysk və  digər şəhərlərin 450-dən çox  müəssisəsindən 

köçürülmə yüklər daxil olmuşdu.

85

 

Faşist  Almaniyasına  qarşı  mübarizədə  SSRİ  ilə  birgə  əməkdaşlığa  dair 



1941-ci  il  oktyabrın  1-də  bağlanmış  üçtərəfli  sazişlə,  habelə  ABŞ-ın  "Lend-Liz" 

kredit  və  icarə  haqqında  qanununun  həmin  ilin  noyabrında  SSRİ-yə  də  şamil 

edilməsi  ilə  bağlı  Böyük  Britaniya  və  ABŞ  İran  körfəzi,  habelə  İran  ərazisindəki 

dəmir  yolları,  sonra  isə  quru  və  dəniz  yolları  vasitəsilə  müxtəlif  təyinatlı  yüklər 

göndərməyə  başlamışdılar.  Müharibə  illərində  ABŞ  və  İngiltərədən,  sonralar  isə 

Kanadadan SSRİ-yə 400  min avtomobil,  2,6  mln ton  neft  və  neft  məhsulları,  9,6 

min  top,  10,8  min  tank  və  18,7  min  təyyarə  göndərmişdilər  ki,  bunlar  da 

Azərbaycan dəmir yolu nəqliyyatı vasitəsilə təyinat yerlərinə çatdırılmışdı.

86

 Hərbi 


yüklərin  daşınması  üzrə  işlərə  rəhbərlik  edənlərdən  biri  də  azərbaycanlı  general-

mayor Ə.M.Əzizbəyov idi.

87

 

1941-ci  ilin  noyabrında  DMK-nın  göstərişi  əsasında  Qroznı  neft  sənayesi 



zavodları da Bakı limanı vasitəsilə ölkənin şərq rayonlarına göndərilirdi. Osipenko, 

Mariupol  və  başqa  sənaye  şəhərlərindən  köçürülən  sənaye  müəssisələrinin 

avadanlıqları  da  Bakıdan  keçirdi.  Azərbaycan  dəmir  yolu  cəbhəni  yanacaq  və 

döyüş  ləvazimatı  ilə  təchiz  edən  xətlərdən  idi.  Azərbaycan  dəmiryolçuları  1500 

parovoz  təmir  edərək,  ölkənin  müxtəlif  dəmir  yolu  xətlərinə  göndərmiş,  o 

cümlədən  təmir  olunmuş  925  parovoz  Xəzər  dənizi  vasitəsilə  şərqə  yola 

salınmışdı.

88

 



Azərbaycanda  yeni  dəmir  yol  xətləri  çəkilir,  əlavə  ikinci  yollar  inşa 

edilirdi.

89

 Culfa-Mincivan dəmir yolu yenidən qurulmuş, Osmanlı -Astara, Salyan-



Neftçala,  Papanino-Ağcaqabul  yolu  çəkilmiş,  Yevlax-Stepanakert  darxətli 

dəmiryol hissəsi inşa olunmuş,  Bakı və Biləcəri stansiyalarında dairəvi dəmir yol 



20 

 

xətləri  istifadəyə  verilmişdi.  Azərbaycanda  dəmir  yol  xətlərinin  ümumi  istismar 



uzunluğu 1645,5 km-ə, o cümlədən ikinci dəmir yol xətlərinin uzunluğu 431 km-ə, 

avtoblokirovka  quraşdırılmış  dəmir  yol  xətlərinin  uzunluğu  isə  181  km-ə 

çatdırılmışdı.

90

 



Azərbaycan dəmir yolunda növbə planını yerinə yetirənlər -"ikiyüzçülər" və 

"beşyüzçülər" hərəkatı geniş yayılmışdı. 

1943-cü ildə Zaqafqaziya dəmir yolu Bakı şöbəsinin bir qrup işçisi orden və 

medallarla  təltif  olunmuşdu.  Bakı  lokomotiv  deposunun  qatar  sürücüsü  Firudin 

Ağayevə Sosialist Əməyi Qəhrəmanı adı verilmişdi.

91

 Dəmiryolçulardan 36 nəfəri 



orden  və  medallarla,  116  nəfər  isə  SSRİ  Dəmir  Yolları  Komissarlığının  Şərəf 

nişanı ilə təltif edilmişdi.

92

 

1941-1945-ci 



illərdə 

Zaqafqaziya  dəmir  yolunun  Bakı  şöbəsi 

dəmiryolçuların  fədakar  əməyi  nəticəsində  cəbhəyə  və  xalq  təsərrüfatının 

ehtiyacları üçün 1 mln 600 min vaqon,

93

  o  cümlədən  480 min  vaqona  qədər  quru 



yük və 500 min sistern neft məhsulları göndərmişdi.

94

 



Azərbaycan  dəmiryolçuları  azad  olunmuş  rayonların  dəmiryolçularına  da 

köməklik  göstərirdilər.  Depo  və  yol  emalatxanalarının  kollektivləri  bu  rayonların 

stansiyalarına  avadanlıq  və  alətlər  göndərmişdilər.  Bakı  və  Biləcəri  depolarından 

Stalinqrad,  Tixoretski,  Minvod,  Qafqaz  və  başqa  stansiyalar  üçün  36  adda  1000-

dən  çox  alət,  iki  kompleks  "Bekker"  qaldırıcı  kranı,  şpalları  qaldırmaq  üçün 

avadanlıq,  üç  elektrik  mühərriki,  dörd  çilingər  dəzgahı,  Kirovabad  (Gəncə) 

deposundan  Şimali  Qafqaz  dəmiryolçularına  beş  dəst  çilingər  aləti,  100-dən  çox 

parovoz borusu, on dəst ressor və s. materiallar yola salınmışdı.

95

 

Xəzər  Gəmiçiliyi  İdarəsi  (Kaspflot)  və  neftdaşıyan  Xəzər  Neft  Gəmiçiliyi 



İdarəsini (Kasptanker) təmsil edən Xəzər dəniz nəqliyyatı Azərbaycanın nəqliyyat 

sistemində  əhəmiyyətli  yer  tuturdu.  1941-ci  il  iyunun  1-nə  olan  məlumata  görə, 

"Kasptanker"in  ümumi  yükgötürmə  qabiliyyəti  205,720  ton  olan  69  tankeri, 

"Kaspflot"un isə ümumi yük tutumu 79330 ton olan 76 gəmisi var idi.

96

 

1941-ci  ilin  avqustunda  SSRİ  Dəniz  Donanması  Xalq  Komissarlığının 



göstərişi ilə bu idarələrdən Xəzər Hərbi Donanmasına sərnişin daşımaq məqsədilə 

ümumi  yük  tutumu  14718  ton  olan  11  tanker  ayrılmışdı.

97

  "Dağıstan", 



"Türkmənistan",  "Qırğızıstan"  sərnişin  teploxodları  yaralıları  daşımaq  üçün  üzən 

hospitala çevrilmişdi. 

1941-ci  ilin  avqustunda  "Kaspflot"  və  "Kasptanker"in  30  gəmisi,  o 

cümlədən  "Dağıstan",  "Baksovet",  "Osetiya",  "Kuybışev",  "Spartak",  habelə 

"Komintern" tankeri Xəzər sahilində döyüş əməliyyatlarında fəal iştirak etmişlər. 

Xəzər dəniz nəqliyyatçıları əsl qəhrəmanlıq hünəri göstərirdilər. 1942-ci ilin 

yayında  Bakı  dəniz  limanının  müxtəlif  təyinatlı  yüklərlə  dolu  olduğu  bir  vaxtda, 

DMK-nın təcili tapşırığı ilə səkkiz gün ərzində Bakıdan Krasnovodska 25 min ton 



21 

 

marqans  filizi,  2,5  min  ton  metal  xəlitəsi  və  3  min  ton  kükürdün  yola  salınması 



buna əyani sübutdur.

98

 



1942-ci  ilin  ortalarında  Xəzər  dənizində  vəziyyət  xeyli  mürəkkəbləşmişdi. 

Stalinqrad yaxınlığında döyüşlərlə yanaşı, alman-faşist təyyarələri dəmir yolları və 

gəmiləri  də  ardıcıl  bombalayırdılar.  Xəzər  dənizçiləri  düşmən  təyyarələrinin 

gəmilərə  basqınlarını  dəf  etməli  olurdular.  1942-ci  ilin  oktyabrında  Həştərxana 

gedən  "Ağa-malıoğlu"  gəmisi,  "Jdanov"  tankeri  havadan  hücum  nəticəsində  zədə 

almış,  ağacdan  düzəldilmiş  21  saylı  şalanda  yanmış,  həmin  ilin  noyabrında  isə 

yenə həmin istiqamətdə hərəkət edən "Qulubəyov" tankeri və "Amerika" şalandası 

batırılmışdı.

99

 

Neftdaşıyan donanmanı hava basqınlarından müdafiə etmək üçün tankerlərə 



müdafiə topları, zenit pulemyotları qoyulmuşdu. Düşmən təyyarələrinin basqınları 

zamanı  da  Xəzər  dənizçiləri  böyük  igidlik  və  mərdlik  göstərirdilər.  "Çiçerin" 

gəmisinin heyəti bir düşmən təyyarəsini vurmuşdu. 

Xəzər  dənizçiləri  benzin  daşımağa  uyğunlaşdırılmamış  neftdaşıyan 

gəmilərlə Mahaçqaladan Həştərxana və Krasnovodska 329 min ton neft məhsulları, 

o cümlədən 135 min ton benzin daşımışdılar.

100

 

Xəzər dənizçiləri dünya təcrübəsində ilk dəfə olaraq Bakı nefti doldurulmuş 



sisternləri  gəmilərin  yedəyinə  alıb  aparırdılar.  Bu  üsulla  onlar  Bakıdan 

Krasnovodska 35 neftdaşıyan dəmir yol sisterni, Mahaçqaladan Krasnovodska hər 

birinin beş ton ağırlığı olan neft çənləri daşımışdılar.

101 


Müharibə  dövrünün  çətinliklərinə  mərdliklə  sinə  gərən  dənizçilər  plan 

tapşırıqlarını və öhdəlikləri şərəflə yerinə yetirirdilər. 

Bu illərdə "Kasptanker" cəbhə üçün 2 milyon 400 min ton benzin daşımışdı. 

"Kaspflot"un  gəmiləri  1942-ci  ildən  1945-ci  ilin  avqustuna  qədər  İran 

limanlarından, Krasnovodsk və Mahaçqaladan Bakıya  müxtəlif təyinatlı 2783 min 

ton mal gətirmişdi.

102

 

1941-ci  ilin  oktyabrından  müttəfiqlər  İran  vasitəsilə  SSRİ-yə  kauçuk,  mis, 



qalay,  kimyəvi  məhsullar  göndərməyə  başladılar.

103 


SSRİ-yə  gətirilən  döyüş 

texnikası, silah, sursat və ərzağın bir hissəsi 1942-1945-ci illərdə İran körfəzindən 

keçməklə,  İranın  Xürrəmşəhr  və  Bəndər-Şahpur  limanlarından  göndərilirdi.  Bu 

sahədə Azərbaycan dəniz nəqliyyatı işçiləri xüsusilə fərqlənirdilər.

104

 

Rəşadətli əməklərinə görə Xəzər gəmiçiliyinin 1534 işçisi Sovet  İttifaqının 



orden və  medalları ilə təltif olunmuşdu. "Kasptanker"in  kollektivi 14 dəfə  DMK-

nın  Keçici  Qırmızı  Bayrağını,  4  dəfə  ÜİHİMŞ  və  Dəniz  Donanması  Xalq 

Komissarlığının  Qırmızı  Bayrağını  almışdı.  "Kaspflot"un  kollektivinə  iki  dəfə 

DMK-nın,  beş  dəfə  ÜİHİMŞ  və  Dəniz  Donanması  Xalq  Komissarlığının  Qırmızı 

bayraqları verilmişdi.

105


 

22 

 

1941-1945-ci illərdə Azərbaycan xalq təsərrüfatından orduya 5457 yük, 371 



minik maşını və 301 digər avtomobil səfərbər edilmişdi.

106  


Buna  baxmayaraq,  Azərbaycan  avtomobil  nəqliyyatı  işçiləri  cəbhənin 

ehtiyaclarının  təmin  olunmasında  fəal  iştirak  etmişlər.  Mövcud  vasitələrdən  daha 

səmərəli istifadə olunması üçün tədbirlər həyata  keçirilirdi. 1942-ci ildə Bakıda 2 

saylı  avtomobil  təmiri  zavodu  və  avtomobil  ehtiyatı  hissələri  hazırlayan 

"Avtodetal"  zavodu  yaradıldı.

107   


Yol  işçiləri  hərbçilərin  köməyi  ilə  daha  vacib 

magistralları tamamilə yenidən qurdular. 1941-1945-ci illərdə qara çınqıldan örtük 

salınmış  919  km  yol  istismara  verilmişdi  ki,  bunlar  da  Bakı-Astara,  Arazdayan-

Culfa, 


 

Bakı-Şamaxı-Gəncə-Ağstafa-Qazax-Qırmızı 

körpü-Gürcüstan 

sərhədinədək,  Yardımlı-Demon,  Lerik-Kəlviyaz-Sərhəd  məntəqəsinədək,  Xəzri-

Zukul,  Qusarçay-Xudat  və  başqa  hərbi,  təsərrüfat  əhəmiyyətli  yollar  idi.

108


  Eyni 

zamanda Astara, Laçın-Zabux və Biçənək aşırımı-Naxçıvan yolları genişləndirilib, 

Culfa-Tbilisi-Orconikidze yolunun Azərbaycan hissəsində hərbi məqsədlə fasiləsiz 

hərəkət  təmin  edilmişdi.  Salyanda  Kür  çay  üzərində  salınan  iri  körpü  ilə  yanaşı, 

Göyçay, Əlincəçay, Qumbaşı, Pensərçay və digər yerlərdə iri metal və dəmir-beton 

körpülər tikilmişdi.

109

 

Respublikamızın  rabitə  vasitələri  və  təşkilatları  elə  ilk  günlərdən  işlərini 



müharibənin  tələblərinə  uyğun  qurub,  cəbhə  ilə  arxanın  fasiləsiz,  möhkəm  və 

etibarlı əlaqəsini təmin etməyə çalışırdılar. 

1941-1945-ci  illərdə  respublikada  600-ə  qədər  rabitə  müəssisəsi  fəaliyyət 

göstərirdi.

110

  Rayonlararası  hava  xətlərindən  geniş  istifadə  edilmiş,  mövcud  Bakı-



Moskva,  Bakı-Minvod-Stavropol,  Bakı-Həştərxan  magistral  hava  nəqliyyatı 

xətlərinin fəaliyyəti yaxşılaşdırılmışdı.

111 

Müharibə  şəraitində  respublika  rayonlarının  hamısının  Bakı  şəhəri  ilə 



telefon  rabitəsi  fəaliyyət  göstərirdi.  1942-ci  ildə  müxtəlif  rabitə  kursları  və 

məktəblərində, habelə  fərdi şagirdlik  yolu  ilə cəbhəyə göndərilmiş  ixtisaslı  rabitə 

işçilərini  əvəz  edə  biləcək  1194  nəfər  rabitə  işçisi  hazırlanmışdı.

112


  Şəhər  telefon 

stansiyalarının  sayı  84-ə,  abonentlərin  sayı  20489-a  çatdırılmışdı.

113

  1945-ci  ildə 



artıq  41  sovxoz,  165  kolxoz  və  69  MTS  telefonlaşdırılmışdı.

114 


Radio  rabitəsinin 

keyfiyyətli verilişlərlə fasiləsiz fəaliyyətinə xüsusi diqqət yetirilirdi. Respublikada 

radio  qovşaqlarının  sayı  74-dən  85-ə,  radio  nöqtələrinin  sayı  isə  60  minə 

çatmışdı.

115

  Hərbi  xəstəxanalar  radiolaşdırılmış,  Moskva,  Ufa,  Aşqabad,  Tbilisi 



şəhərləri  ilə  yeni  radio  rabitə  əlaqəsi  yaradılmış,  Bakı  radio  mərkəzində 

yenidənqurma  və  təmir  işləri  görülmüşdü.

116

  Siyəzən  və  Sumqayıtda  yeni  radio 



qovşaqları  qurulmuş,  Neftçala,  Saatlı,  Mərəzə,  Naftalan,  Ağsu,  Ağstafa,  Xıllı, 

Xaldan və Xudatda radiolaşdırma işləri aparılmışdı.

117

 

1941-1945-ci  illərdə  xalq  təsərrüfatının  bütün  sahələrində  və  sosial-ictimai 



həyatda işlərin hərbin tələblərinə uyğun yenidən qurulmasında, əmək və istehsalat 

23 

 

intizamının  güclənməsində  Azərbaycan  SSR  xüsusilə  fərqlənmişdi.  Azərbaycan 



xalqı  faşistlərlə  ölüm-dirim  müharibəsi  aparan  ölkədə  ön  və  arxa  cəbhənin 

yanacaq,  silah,  sursat,  ərzaq,  geyim,  tibb  ləvazimatı  və  s.  strateji  mallarla  təmin 

olunmasına  öz  layiqli  töhfəsini  vermişdi.  Neft  Bakısının  qızıl  ordunun  alman 

faşizmi üzərində qələbə çalmasında müstəsna, həlledici rolu olmuşdur. 

 


Yüklə 17,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin