Vii L e m I l L


§1. MÜHARĠBƏNĠN ĠLK DÖYÜġLƏRĠNDƏ. STALĠNQRAD VƏ



Yüklə 17,94 Mb.
Pdf görüntüsü
səhifə4/40
tarix03.02.2017
ölçüsü17,94 Mb.
#7304
1   2   3   4   5   6   7   8   9   ...   40
§1. MÜHARĠBƏNĠN ĠLK DÖYÜġLƏRĠNDƏ. STALĠNQRAD VƏ 

QAFQAZ CƏBHƏLƏRĠNDƏ 

 

Faşist  işğalçılarının  ilk  ağır  zərbələri  ilə  üzləşən  sovet  sərhədçiləri 



qəhrəmancasına  müdafiə  olunurdular.  Əfsanəvi  Brest  qalası  döyüşlərində  

Azərbaycandan    onlarca    döyüşçü  –  hərbi    həkim  M.Qədirov,  siyasi  işçi 

A.Kastryulin,  əsgərlər  İ.Səfərov,  İ.Dadaşov,  A.İmanov,  M.Məmmədov,  

A.Qafarov,    A.Mənsurov,  V.Xanikin,  X.Məmmədov,  Ə.Əliyev,  D.Abdullayev 

fövqəladə  mərdlik  göstərmişlər.  Həkim  M.Qədirov  arasıkəsilməyən  atəş  altında 

cərrahiyyə  əməliyyatları  aparmaqla  yanaşı,  şəhərin  müdafiəsinin  son  gününədək, 

sağ  qalmış  kiçik  bir  qrup  döyüşçü  ilə  düşmənin  hücumlarının  qarşısını  alaraq, 

əlbəyaxa  döyüşdə  bir  neçə  faşisti  məhv  etmişdi.  1941-ci  il  iyunun  30-da  düşmən 

mühasirəsindən  çıxmaq  uğrunda  baş  vermiş  əlbəyaxa  döyüşdə  A.İmanov  və 

İ.Səfərov  xüsusilə  fərqlənmiş,  faşistləri  geri  oturtmuşdular.

1

  Leytenant 



D.Cəfərovun başçılığı altında kiçik döyüşçü dəstəsi yeddi gün düşmən hücumlarına 

sinə  gəlib,  onlarca  faşisti  məhv  etmişdi.

2

  Prut  çayı  yaxınlığında  gedən  döyüşdə 



siyasi  işçi  Kamal  Qasımov  altı  döyüşçü  ilə  birlikdə  üç  gecə  dalbadal, 

arasıkəsilməyən  amansız  atəş  altında  üç  körpünü  partladaraq  düşmənin  çaydan 

keçməsinin  qarşısını  almış,  dördüncü  gün  əlbəyaxa  döyüşdə  igidliklə  şəhid 

olmuşdu.


3

 

Leninqrad  müdafiəçisi,  snayper  M.İsmayılov  iyulun  22-də  sərhədi  keçmək 



istəyən  on  bir  düşməni  sərrast  atəşlə  sıradan  çıxarmış  və  igidliyinə  görə  Lenin 

ordeninə  layiq  görülmüşdü.  O  vaxt  "Bolşevik"  jurnalı  yazırdı  ki,  "ilk  döyüşdə 

nəzarətçi-snayper M.İsmayılov düşmənin bütöv bir dəstəsini məhv etdi".

4

 



Leninqrad  səmasının  müdafiəçilərindən  biri  -  leytenant  Hüseynbala  Əliyev 

böyük  igidlik  göstərdi.  Şəhər  üzərində  ilk  hava  döyüşlərində  o,  dörd  düşmən 

təyyarəsini  vurdu.  1941-ci  il  iyulun  17-də  döyüş  tapşırığını  uğurla  yerinə  yetirib 

geriyə qayıdarkən o, buludlar arasından şığıyan üç düşmən təyyarəsini gördü. İgid 

təyyarəçi  düşmən  üzərinə  sürətlə  hücum  etdi  və  dəqiq  atəşlə  "YU-88"  faşist 

təyyarəsini  vurdu.  Qeyri-bərabər  döyüşdə  düşmənin  ikinci  təyyarəsini  də  vurdu, 

üçüncü  təyyarə  üzərinə  tarana  gedəndə  Hüseynbalanın  kabinəsində  top  gülləsi 

partladı.  80,  o  cümlədən  üç  ölümcül  yara  alan  təyyarəçi  təyyarəsini  yerə  endirə 

bildi, özü isə həlak oldu. Göstərdiyi igidliyə görə H.Əliyev ölümündən sonra Lenin 

ordeni ilə təltif edilmişdi.

5

 


33 

 

Müharibənin dördüncü günü, iyunun 25-də Qara dəniz Donanmasının 63-cü 



aviasiya  briqadasının  təyyarəçisi  Məzahir  Abasov  hitlerçilərin  bazası  Konstansanı 

bombalamaq  tapşırığını  yerinə  yetirərkən  iki  "ME-109"  təyyarəsinin  hücumuna 

məruz qalmışdı. M.Abasov təyyarə motorunun zədə almasına baxmayaraq, düşmən 

təyyarələri ilə qeyri-bərabər döyüşə girmiş, onlardan birini vurmuş, digər təyyarəni 

isə qaçmağa məcbur etmişdi. Təyyarəsinin ikinci motoru da sıradan çıxdıqda, igid 

şahin onu ustalıqla dənizin səthinə oturtmuş və bir neçə gün su üzərində qalmışdı. 

M.Abasov igidliyinə görə Qırmızı Bayraq ordeni ilə təltif edilmişdi. 

1941-ci  ilin  yayında  Poltava  yaxınlığında  gedən  döyüşlərdə  R.Rəfiyevin 

tankçılar  bölməsi  düşmənin  iki  ağır  tankını,  16  topunu  və  50-dən  artıq  əsgərini 

məhv etmişdi. 

1941-ci  ilin  payızında  alman-faşist  ordusu  Baltikyanı  ölkələri,  Ukrayna  və 

Belorusiyanı  zəbt  edib,  Leninqradı  mühasirəyə  aldı,  böyük  qüvvələrlə  Moskvaya 

doğru hücuma keçdi. Faşist komandanlığı Moskvanı hələ 1941-ci ilin  yayında ələ 

keçirməyi  planlaşdırsa  da,  sovet  ordusunun  müqaviməti  buna  imkan  vermədi. 

Alman-faşist  komandanlığı  1941-ci  ilin  sentyabrında  Moskvanı  almaq  üçün  yeni 

qoşun  -  canlı  qüvvə  və  texnika  gətirdi.  Canlı  qüvvəyə  görə  faşistlər  Moskva 

müdafiəçilərindən  1,8  dəfə,  tankların  sayına  görə  1,5,  topların,  minomyotların 

sayına görə 1,25 dəfə və təyyarəçilərin sayına görə 3,2 dəfə, çox idi.

6

 

1941-ci  il  sentyabrın  30-da  alman-faşist  qoşunları  Moskva  istiqamətində 



hücuma keçdilər. Ölkənin paytaxtı təhlükə altında idi. 

Moskva  uğrunda  qanlı  vuruşmalarda  Azərbaycan  döyüşçüləri  də 

fərqlənmişdilər.  Tank  hissəsinin  komandiri,  kapitan  Həzi  Aslanov  qeyri-adi 

sərkərdə bacarığı göstərərək, əsgərlərini və döyüş sursatı yüklənmiş beş avtomobili 

mühasirədən çıxarmış, daha sonra yaralanmış tankçını əvəz edərək, tankı faşistlərin 

səngərinə  yönəltmiş  və  düşməni  məhv  etmişdi.  H.Aslanov  qəhrəmanlığına  görə 

Qırmızı Ulduz ordeni ilə təltif olunmuşdu.

7

 



1941-ci  ilin  noyabrında  Müseyib  Allahverdiyevin  komandanlığı  altında 

sovet  əsgərləri tərəfindən Moskva  ətrafında  taktiki cəhətdən çox vacib təpədə  bir 

gün ərzində sayca çox düşmənin üç hücumu dəf olunmuş, yüzdən artıq düşmən, 2 

tank  və  2  özühərəkətedən  top  məhv  edilmişdi.  Bu  şücaətə  görə  M.Allahverdiyev 

Qırmızı  Ulduz  ordeninə  layiq  görülmüşdü.  Leytenant  M.Paşayevin  zenitçiləri 

Moskva  ətrafında  10  düşmən  təyyarəsini  vurmuş,  xüsusi  fərqlənmiş  komandir 

Qırmızı Ulduz ordeni ilə təltif olunmuşdu.

8

 



Pulemyotçu İdris Vəliyev məşhur Borodino çölündə gedən döyüşlərdə ağır 

yaralanmasına baxmayaraq, 75-dən artıq faşisti məhv etmişdi. 1941-1942-ci illərin 

qış  hücumu  zamanı  qvardiyaçı  pulemyotçunun  hesabında  160-dan  artıq  məhv 

edilmiş faşist vardı. İ.Vəliyev "Qırmızı Bayraq" ordeni ilə təltif edilmişdi.

9

 


34 

 

Moskva  uğrunda  döyüşlərdə  Azərbaycan  qızları  Z.Seyidməmmədova, 



S.Quliyeva,  N.Korneyeva,  O.Şahbazova  və  başqaları  igidliklə  vuruşmuşdular. 

Cərrah Aliyə Rüstəmbəyova onlarca yaralının həyatını xilas etmişdi.

10

 

1941-ci il dekabrın 5-6-da sovet ordusunun əks-hücumunda -Moskva, Tula, 



Kalinin,  Orlov  və  Smolensk  vilayətlərinin  azad  edilməsi  uğrunda  döyüşlərdə 

Azərbaycan  oğul  və  qızları  qəhrəmanlıqla  vuruşmuşdular.  Qvardiya  kapitanı 

Muxtar  Süleymanov  hücumların  birində,  əlbəyaxa  döyüşdə  altı  faşist  əsgərini  və 

bir  zabiti  qılıncla  məhv  etmişdi.  Volokolamsk  şəhəri  uğrunda  döyüşlərdə 

komandanlıqla hissələr arasında əlaqə kəsildiyi zaman M.Süleymanov həlak olmuş 

rabitəçini  şəxsən  əvəz  edərək,  arasıkəsilməyən  atəş  altında  əlaqəni  bərpa  etmiş, 

xidmətlərinə görə Qırmızı Bayraq ordeni ilə təltif olunmuşdu. 

1941-ci  il  dekabr  ayının  əvvəllərində  Moskva  uğrunda  qızğın  döyüşlər 

zamanı  baş  serjant  İsrafil  Məhərrəm  oğlu  Məmmədovun  əfsanəvi  igidliyi  bütün 

ölkəyə yayıldı. İ.Məmmədovun xidmət etdiyi hissə Novqorod vilayətinin Pustınka 

kəndi  yaxınlığında  mövqe  tutub,  rabitə  xəttini  və  komanda  məntəqəsini  müdafiə 

edirdi.


 

Güclü  top  atəşindən  sonra  sovet  döyüşçülərinin  tutduğu  mövqeyə  hücuma 

keçən minə qədər düşmən 30-40 metrə qədər yaxın buraxılaraq dəqiq atəşlə məhv 

edildi.  Hitlerçilər  yenidən  hücuma  keçdilər,  doqquz  saat  davam  edən  şiddətli 

döyüşdən  sonra  İ.Məmmədovun  başçılığı  altında  olan  kiçik  dəstə  düşməni  100 

metrə  qədər  geri  atdı,  lakin  düşmən  bütün  qüvvələrini  toplayaraq  yenidən  həmlə 

etdi.  Vəziyyət  ağırlaşmışdı.  Sovet  döyüşçülərinin  yarıdan  çoxu  sıradan  çıxmışdı. 

Qumbara  və  patronların  çatışmadığını,  döyüşçülərin  yorulduğunu  görən 

İ.Məmmədov düşməni 10-15 metr məsafəyə buraxmaq əmri verdi. Düşmən yaxın 

məsafədən atəşə tutuldu. İ.Məmmədov "Yoldaşlar, faşistləri nizə ilə məhv edək!" - 

deyə  hayqıraraq  5  sağ  qalmış  döyüşçü  ilə  düşmən  üzərinə  şığıdı  və  əlbəyaxa 

döyüşdə  onlarca  faşist  öldürüldü.  Qalanlar  geri  çəkilməyə  məcbur  oldular. 

Beləliklə,  İ.Məmmədov  10  saat  ərzində  hitlerçilərin  bütöv  bir  batalyonunun 

hücumunun  qarşısını  almış,  nəticədə  yüzlərlə  düşmən  əsgəri  və  zabiti  məhv 

edilmişdi.  Döyüşlərdə  xüsusi  iradə,  döyüş  məharəti,  şəxsi  şücaət,  qəhrəmanlıq 

göstərmiş İ.Məmmədov özü  təkbaşına 700 faşist öldürmüşdü. 1941-ci il dekabrın 

11-də SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə İ.Məmmədova Sovet İttifaqı 

Qəhrəmanı  adı  verildi.  İsrafil  Məmmədov  xalqını,  millətini  ucaldan  ilk 

azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı idi." 

Moskva uğrunda döyüş Sovet Silahlı Qüvvələrinin qələbəsi ilə başa çatdı. 

Sovet  ordusunun  1942-ci  il  qış  hücumunda  iştirak  edən  azərbaycanlılar  da 

igidliklə vuruşmuş, döyüş rəşadəti nümunələri göstərmişlər. Qərb cəbhəsində gənc 

zabit  N.Bağırovun  komandası  altında  tankçılar  rotası  bir  neçə  gün  davam  etmiş 

hücum əməliyyatlarında düşmənin 18 tankvuran topunu, 34 pulemyot yuvasını və 



35 

 

yüzdən  çox  piyadasını  məhv  edərək,  onu  6  yaşayış  məntəqəsindən  qovub 



çıxarmışdı.  Döyüş  xidmətlərinə  və  komandirlik  bacarığına  görə  N.Bağırov 

"Qırmızı Ulduz" və I dərəcəli Vətən müharibəsi ordenləri ilə təltif olunmuşdu.

12

 

Kapitan  A.Abbasovun  komandiri  olduğu  batalyon  sovet  qoşunlarının 



Belqorod  yaxınlığındakı  əks-hücumlarında  iştirak  edərək,  17  yaşayış  məntəqəsini 

faşistlərdən  təmizləmişdi.  Döyüşlərdə  fərqlənmiş  A.Abbasov  "Qırmızı  Bayraq" 

ordeninə layiq görüldü. Tanınmış atıcı S.Quliyev Qərb cəbhəsində faşistlərin güclü 

tank hücumunu dəf etdi, bir tankını vurdu. O, göstərdiyi bu igidliyə görə, "Qırmızı 

Bayraq" ordeni ilə təltif olundu.

13

 



Moskvanın  müdafiəsi  dövründə  alman-faşist  ordusu  Krım  üzərinə  geniş 

hücuma  keçdi.  Oktyabrın  20-də  Sevastopolun  250  gün  davam  edən  müdafiəsi 

başlandı.  Sevastopolun  qəhrəman  müdafiəçiləri  sırasında  yüzlərlə  azərbaycanlı 

vuruşurdu.  Qvardiyaçı  yefreytor  H.Həsənov  yeddi  döyüşçü  ilə  birlikdə  sayca 

üstünlük  təşkil  edən  faşistlərin  ardıcıl  hücumlarını  dəf  edərək,  onları  geri 

oturtmuşdu. 

Bölmə  başçısı  B.Nağıyev  düşmən  səngərinə  atılaraq  süngüsü  ilə  üç  faşisti 

öldürmüşdü. 19  yaşlı Mirzəcəlal  Yusifov sayıqlıq  göstərərək öz  döyüş dəstəsi ilə 

birgə  faşist  sualtı  qayığının  yerini  aşkarlayıb  onu  məhv  etmişdi.  Qəhrəman 

Sevastopolun  müdafiəsində  Azərbaycanın  şöhrətli  qızları  A.Həsənova, 

Ş.Məmmədova, E.Rzayeva, L.Nazarenko mətanət və igidlik nümayiş etdirmişlər.

14

 



1941 -1942-ci illərin qışında sovet ordusunun Kerç yarımadasındakı desant 

əməliyyatında  77-ci  Azərbaycan  atıcı  diviziyası  da  iştirak  edirdi.  1941-ci  il 

dekabrın  23-dən  1942-ci  il  yanvarın  8-nə  qədər  diviziya  Taman  yarımadasından 

Ağ-Manay  rayonuna  çatdı,  onun  105-ci  atıcı  alayı  hitlerçiləri  mühüm  taktiki 

əhəmiyyəti  olan  Vladislavnovkadan  çıxardı.  1942-ci  ilin  fevralında  diviziya 

düşmənin  18-ci  piyada  diviziyasını  sıxışdıraraq  Jantar,  Tulumçaq  və  Klet 

kəndlərini azad etdi. Azərbaycan tank diviziyası döyüşçüləri taktiki döyüş aparmaq 

ustalığı nümayiş etdirərək faşist diviziyasının 27 tankını sıradan çıxarmışdılar.

15

 

77-ci  diviziya  1942-ci  ilin  martında  geri  çəkilməyə  məcbur  olan  sovet 



qoşunlarının  Taman  yarımadasına  itkisiz  keçməsinə  şərait  yaratdı.  Diviziyanın 

105-ci atıcı alayı Otuztəpə rayonunda 12 tankı və 200 düşmən əsgərini məhv etdi. 

Krım  uğrunda döyüşlərdə diviziya alayları düşmənin 34 tankını, 10 minomyot və 

top batareyasını, 1500 əsgər və zabitini sıradan çıxarmışdı. 77-ci diviziya Kerçdən 

Taman  yarımadasına  keçən  son  sovet  hərbi  hissələrindən  biri  oldu.  Komissar 

Novruz Aslanovun batalyonu Azov dənizi sahilinə desant çıxarmaq istəyən 7 faşist 

qayığını batırmışdı. 

77-ci  diviziya  Novorossiysk  şəhəri  uğrunda  ağır  döyüşlərdə  də  fərqlənmiş, 

düşmənin 19 tankını,  15 silahla dolu maşınını, 22  minomyot batareyasını  və 40-

dan çox topunu sıradan çıxarmış, 172 hitlerçini əsir götürmüşdü.

16

 


36 

 

1942-ci  ilin  yay  və  payızında  Böyük  Vətən  müharibəsinin  gedişində 



həlledici  rol  oynamış  Stalinqrad  döyüşlərində  hər  iki  tərəfdən  2  milyon  hərbçi 

iştirak edirdi. Döyüşlərə 2 min tank, 1 min təyyarə, 26 min top və minomyot cəlb 

olunmuşdu.

17

 



1942-ci  il  iyulun  14-də  Stalinqrad  vilayətində  hərbi  vəziyyət  elan  olundu. 

Şəhər  ətrafında  müdafiə  xətlərinin  tikintisinə  başlandı.  Stalinqradı  müdafiə  edən 

ordunun  tərkibinə  əlavə  qüvvələr  daxil  edildi.  Bütün  ölkə,  bütün  xalq  "Bir  addım 

da  geri çəkilmək olmaz!" şüarı ilə Volqa  istehkamının  müdafiəsinə  qalxdı.  Sovet 

xalqının fədakar əməyi və böyük səyi nəticəsində Volqa çayı sahili alınmaz qalaya 

çevrildi. 

Stalinqrad  döyüşlərində  sovet  əsgərləri  kütləvi  qəhrəmanlıq  nümayiş 

etdirərək,  son  nəfəslərinədək  vuruşdular.  Stalinqradı  ölkənin  bütün  xalqlarının 

nümayəndələri  müdafiə  edirdilər.  1942-ci  ilin  oktyabrında  leytenant  Mikayıl 

Qədirov  11  döyüşçü  ilə  strateji  əhəmiyyətə  malik  təpəni  12  gün  müdafiə  etdi. 

Hücuma  keçən  400  faşistlə  qeyri-bərabər  döyüşdə  düşmənin  120  canlı  qüvvəsini 

sıradan  çıxardı.

18

  Volqoqrad  zəhmətkeş  deputatları  Soveti  vilayət  İcraiyyə 



Komitəsinin  qərarı  ilə  leytenant  M.Qədirovun  döyüşçüləri  tərəfindən  müdafiə 

olunan bu təpəyə "On bir qəhrəman təpəsi" adı verildi.

19

 

İgid  təyyarəçi  Hüseynbala  Əliyev  Stalinqrad  səmasını  müdafiə  edərkən 



faşistlərin 10 tankını, 2 zirehli maşınını, 5 zenit topunu, 26 avtomobilini, 190 əsgər 

və zabitini sıradan çıxarmışdı. 

Stalinqrad uğrunda kişilərlə çiyin-çiyinə azərbaycanlı qadınlar da mərdliklə 

vuruşurdular.  İlk  azərbaycanlı  qadın,  hərbi  təyyarəçi-kapitan  Züleyxa 

Seyidməmmədova  40-dan  artıq  səma  döyüşündə  iştirak  etmişdi.  Onun  döyüş 

xidmətləri  Vətən  müharibəsi  ordeninə  və  medallara  layiq  görülmüşdü.

20

 

Respublikanın onlarca qızı "Stalinqradın müdafiəsi uğrunda" medalı almışdı. 



Stalinqrad yaxınlığında pulemyotçu Ə.Rəcəbov mühüm strateji əhəmiyyətli 

təpəni  az  qüvvə  ilə  müdafiə  edərək  düşmənin  200-dən  artıq  əsgər  və  zabitini 

öldürmüşdü. Sovet hökuməti Ə.Rəcəbovu döyüş xidmətlərinə görə Lenin ordeni ilə 

təltif etmişdi.

21

 

Qvardiya  leytenantı  A.Axundovun  başçılıq  etdiyi  pulemyotçular  şəhərdə 



gedən küçə döyüşlərində  525 faşisti sıradan çıxarmışdılar.  Əsgəri rəşadətinə  görə 

A.Axundov "Qırmızı Bayraq" və "Qırmızı Ulduz" ordenləri ilə təltif olunmuşdu.

22

 

1942-ci  ilin  sentyabrında  Stalinqrad  cəbhəsində  snayperçilik  hərəkatının 



təşəbbüskarı, snayper Baloğlan Abbasov 25 faşist əsgər və zabitini məhv etmişdi. 

B.Abbasovun  hazırladığı  snayperlər  50  gün  ərzində  615,  özü  isə  106  hitlerçini 

öldürmüşdü. 1942-ci  il  noyabrın 19-da  B.Abbasov  həlak  olmuş  tank  komandirini 

əvəz  edərkən,  faşistlərlə  ağır  döyüşdə  şəhid  olmuş,  ölümündən  sonra  Qırmızı 



37 

 

Bayraq  ordeninə  layiq  görülmüşdü.  Cəbhə  Ali  Şurasının  qərarı  ilə  B.Abbasovun 



adı daimi olaraq diviziyanın şəxsi heyəti siyahısına daxil edilmişdi.

23

 



1942-ci  il  noyabrın  19-da  qızıl  ordu  Stalinqrad  cəbhəsində  hücuma  keçdi. 

Noyabrın 20-də isə Cənub-qərb və Don cəbhələri qoşunları düşmənə güclü zərbələr 

endirdi.  Hücumun  beşinci  günü  sovet  qoşunları  Kalaç  rayonunda  faşistlərin  6-cı 

ordusunun  mühasirə  dairəsini  sıxışdırdılar.  Düşmənin  22  diviziyası  mühasirəyə 

alındı.  Hitlerçilərin  mühasirəni  yarmaq  üçün  etdikləri  bütün  cəhdlər  boşa  çıxdı. 

1943-cü il fevralın 2-də düşmən təslim oldu.

24

 

Stalinqrad  ətrafında  əks-hücumlar  zamanı  55-ci  xüsusi  tank  alayının 



komandiri  podpolkovnik  Həzi  Aslanov  mahir  hərbi  sərkərdə  istedadı  nümayiş 

etdirdi.  1942-ci  il  noyabrın  19-da  onun  tank  alayı  Barmanktsak  gölü  rayonunda 

hücuma  keçərək  bir  neçə  saat  ərzində  düşmənin  4  tankını,  5  minomyot 

batareyasını, bir ağır topunu, 3 piyada rotasını sıradan çıxardı və 700 hitlerçi əsgər 

və  zabiti  əsir  aldı.  Həmin  gün  H.Aslanovun  tankçıları  hücumu  davam  etdirərək 

Plodovito  kəndini  almanlardan  təmizlədilər.  Noyabrın  21-də  H.Aslanovun  tank 

alayı  Stalinqrad-Silsk  dəmir  yoluna  çıxdı  və  piyadalarla  birgə  Abqanerovo  və 

Sovetski  stansiyasına  daxil  oldu.  H.Aslanovun  tankçıları  Kotelnikovo  tərəfə 

hərəkət  edərək,  dekabrın  16-da  Verxne-Kumsk  kəndi  yaxınlığında  düşmənin 

mühasirəyə  alınmış  6-cı  ordusunun  köməyinə  70  tankla  tələsən  Manşteyn 

qoşununun bir qrupunun qarşısını kəsdi. Aslanov tankçıları düşmənlə 6 gün davam 

edən  ağır  döyüşdə  mətanət  göstərərək,  qat-qat  artıq  qüvvəyə  malik  faşistlərin  12 

hücumunu  dəf  etdilər.  Döyüşdə  aslanovçular  düşmənin  45  tankını,  9  minomyot 

batareyasını, 14 tank əleyhinə və 12 səhra silahını, 50 avtomobilini və 700-dən çox 

canlı qüvvəsini sıradan çıxardılar. 700 hitlerçini əsir götürdülər. 1942-ci il dekabrın 

31-də SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə Həzi Aslanova Sovet İttifaqı 

Qəhrəmanı  adı  verildi.  H.Aslanovun  55-ci  tank  alayının  100-dən  çox  döyüşçüsü 

SSRİ-nin orden və medalları ilə təltif olundu, alay isə qvardiya alayına çevrildi.

25

 

Stalinqrad  döyüşündə  4-cü  süvari  korpusunun  komandir  müavini 



H.A.Quliyev düşmənin müdafiə xəttini yararaq 1941-ci il noyabrın 19-da Aksaysk 

şəhərini azad etdi. 1942-ci ilin dekabrında Kolotnikovo rayonunda şiddətli döyüşdə 

bu qoşun hissəsi Manşteynin qoşunlarının bir neçə hücumunun qarşısını aldı. Lakin 

bu  ağır  döyüşlərdən  birində  general  Y.Yaqubov  şəhid  oldu.  O,  ölümündən  sonra 

Lenin ordeni ilə təltif edildi.

26

 



Kəşfiyyatçı  Əli  Kərimov  general  Paulüsun  qərargahının  yerləşdiyi 

"Univermaq"  rayonuna  gecə  kəşfiyyatına  getdi  və  qərargah  zabitini  əsir  götürdü. 

Paulüsun  əsir  alınmasında  şəxsən  iştirak  etdi.  Döyüşlərdə  göstərdiyi  igidliklərə 

görə Ə.Kərimov "Qırmızı Ulduz" ordeni ilə təltif olundu. 



38 

 

Qvardiya  baş  leytenantı  Həmzə  Sadıxov  Volqadakı  döyüşlərdə  fəal 



iştirakına  və  alman  general-leytenantı  Paulüsun  əsir  alınmasında  iştirakına  görə 

"Qırmızı Ulduz" ordeninə layiq görüldü.

27

 

Sovet  ordusu  Stalinqrad  cəbhəsində  faşist  Almaniyasına  ağır  və  sarsıdıcı 



zərbə  vurdu.  Faşistlər  1,5  milyon  əsgər  və  zabit,  3  mindən  çox  tank,  top, 

minomyot,  4,4  min  döyüş  və  nəqliyyat  təyyarəsi  itirdilər.  Stalinqrad  qələbəsində 

SSRİ-nin  bütün  xalqları  nümayəndələrinin,  o  cümlədən  Azərbaycan  əsgər  və 

zabitlərinin də payı vardı. 1942-ci ilin axırında SSRİ Ali Soveti Rəyasət Heyətinin 

təsis  etdiyi  "Stalinqradın  müdafiəsi  uğrunda"  medalı  ilə  1600-dən  artıq 

azərbaycanlı təltif olunmuşdu. 

Volqa  sahilində  qələbənin  böyük  hərbi-strateji,  tarixi  və  beynəlxalq 

əhəmiyyəti oldu.

28

 

Qafqaz  uğrunda  da  ağır  döyüşlər  gedirdi.  Qafqaz  hitlerçilərin  qəsbkarlıq 



planında  iqtisadi,  hərbi  və  siyasi  cəhətdən  əsas  məntəqələrdən  biri  idi.  Hitler 

ordusu yanacağa olan böyük ehtiyacını aradan qaldırmaq üçün, ilk növbədə, qızıl 

ordunu  Qroznı  və  Bakı  neftindən  məhrum  etmək  istəyirdi.  1942-ci  ilin  yayında 

Hitler  elan  etmişdi  ki,  Almaniya  Maykop  və  Qroznı  neftini  ələ  keçirməsə, 

müharibəni davam etdirə bilməyəcəkdir. 

Qafqazı zəbt etmək məqsədilə alman-faşist ordusunun qərargahı "Edelveys" 

adlı  xüsusi  plan  hazırlamışdı.

29

  Düşmən  üç  istiqamətdə  hücum  edib  qərb 



istiqamətində Qara dəniz sahilinə çıxmaq və oradan Zaqafqaziyaya hücum etmək, 

şərq istiqamətində Qroznı, Mahaçqala və Bakını zəbt etmək, mərkəz istiqamətində 

Böyük Qafqaz aşırımını keçərək Tbilisi və Kutaisini ələ keçirmək istəyirdi. 

Qafqaz uğrunda döyüşlər 1942-ci ilin iyulunda başlandı. Qafqazı zəbt etmək 

üçün  faşist  komandanlığı  "A"  ordu  qrupu  ilə  1-ci  və  4-cü  tank,  11-ci  və  17-ci 

piyada  ordusunu  ayırmışdı.  Düşmən  qoşunları  canlı  qüvvəyə  görə  sovet 

qoşunlarından 1,5 dəfə, topların və  minomyotların sayına  görə 2,6 dəfə, tankların 

sayına görə 9,3 dəfə, təyyarələrin sayına görə 7,7 dəfə üstün idi.

30

 

1942-ci il sentyabrın 9-da Zaqafqaziya respublikalarında hərbi vəziyyət elan 



olundu.  Sentyabrın  16-da  DMK  Mahaçqala,  Dərbənd  və  Bakı  ətrafında 

möhkəmləndirilmiş  müdafiə  sədlərinin  yaradılması  haqqında  xüsusi  qərar  qəbul 

etdi. 

1942-ci  il  avqustun  23-də  Tbilisidə  Zaqafqaziya  xalqlarının  antifaşist 



mitinqi  keçirildi.  Çıxışlar  və  qəbul  olunmuş  qətnamə  Zaqafqaziya  xalqlarının 

vətənin  azadlığı  və  müstəqilliyi  uğrunda  sona  qədər  mübarizə  əzmini  nümayiş 

etdirdi.  Mitinqdə  Səməd  Vurğun  demişdi:  "Qoy  bu  gün  qəlbimizdə  yanan  hiddət 

alovu  odlu  lava  seli  kimi  torpaqlarımız  üzərində  ölüm  və  viranəlik  bayrağı 

qaldıranların üstünə tökülsün. Gözə - göz! Ölümə - ölüm!

31



39 

 

77-ci  Azərbaycan  atıcı  diviziyası  1942-ci  ilin  mayından  avqustuna  qədər 



47-ci ordunun tərkibində Novorossiysk müdafiə əməliyyatında fəal iştirak etmişdi. 

Avqustun  sonunda  diviziya  Neberejevsk  stansiyasında  baş  vermiş  döyüşdə 

düşməni  geri  çəkilməyə  məcbur  etdi.  Onun  döyüşçüləri  Qara-Koldunda  yaşayış 

məntəqəsi uğrunda döyüşlərdə də düşmənə zərbələr endirmişdi. 1942-ci il avqustun 

19  və  21-də  diviziya  Krımskidən  cənubda  düşmənin  tank  və  piyada  hissələri  ilə 

vuruşaraq,  onları  tutduqları  mövqedən  geri  oturtmuşdu.

32 

Novorossiysk  uğrunda 



vuruşlarda  77-ci  diviziya  düşmənin  5  piyada  alayını,  8  mindən  artıq  canlı 

qüvvəsini, 18 tankını, 40 minə qədər top və minomyotunu, hərbi texnikasını məhv 

etmişdi. Diviziyanın 320 

döyü


şçüsü və komandiri mərdlik və igidlik göstərdiklərinə 

görə  SSRİ-nin  müxtəlif  orden  və  medalları  ilə  təltif  olundular.

33 

Qafqaz  uğrunda 



döyüşlərdə  Azərbaycanın  igid  övladları  hərbi  rəşadətləri  ilə  şöhrətləndilər. 

Krasnodar  yaxınlığında  pulemyotçu  Xanqulu  Sadıqov  bir  döyüşçü  ilə  1942-ci  il 

avqustun  26-dan  29-dək  mühüm  yolayırıcını  müvəffəqiyyətlə  müdafiə  etdi  və 

sərrast atəşlə 300 faşisti öldürdü. X.Sadıqov igidliyinə görə Lenin ordeni ilə təltif 

edildi.

34

 



1942-ci ilin oktyabrında Tuapsenin şimal-qərbində dəniz piyadaları 323-cü 

batalyonunun  rotası  güclü  düşmənlə  döyüşə  girdi.  Hitlerçilərin  bir  neçə  hücumu 

dəf  olundu.  Qafur  Məmmodov  səngərdən  sıçrayaraq  avtomatından  açdığı  atəşlə 

yarğanda gizlənmiş 13 faşisti məhv etdi.  Qafur Məmmədov alman avtomatçısının 

rota  komandiri  Z.Santskini  nişan  aldığını  görərək,  sürətlə  irəli  atıldı  və  öz  həyatı 

bahasına onu xilas etdi. 1943-cü il martın 31-də SSRİ Ali Soveti Rəyasət Heyətinin 

Fərmanı  ilə  Q.Məmmədova  ölümündən  sonra  Sovet  İttifaqı  Qəhrəmanı  adı 

verildi.


35

 

Azərbaycan xalqının şöhrətli oğlu leytenant İdris Süleymanov da düşmənlə 



döyüşdə  igidlik  göstərmişdi.  Onun  xidmət  etdiyi  batalyon  Mozdok  rayonunun 

mühüm  yaşayış  məntəqəsində  mövqe  tutmuşdu.  Faşistlər  hücum  edən  sovet 

döyüşçülərini  güclü  atəşlə  dayandırmaq  istəyirdilər.  Böhranlı  vəziyyətdə  İdris 

Süleymanov döyüşçülərə: "Bir addım da geri çəkilməməli, irəli, yalnız irəli!" -deyə 

müraciət etdi. İ.Süleymanov yaralansa da, döyüş meydanını tərk etmədi, tankların 

irəliləməsinə mane olan pulemyotçunu sıradan çıxardı. O, ikinci yara alandan sonra 

da  döyüşə  başçılıq  edir,  öz  iradəsi  və  qəhrəmanlığı  ilə  əsgərləri  ruhlandırırdı. 

Döyüş  qələbə  ilə  başa  çatdı.  İ.Süleymanov  SSRİ  Ali  Soveti  Rəyasət  Heyətinin 

1942-ci  il  tarixli  13  dekabr  Fərmanı  ilə  Sovet  İttifaqı  Qəhrəmanı  adına  layiq 

görüldü.


36

 

Mozdok rayonunda 402-ci Azərbaycan atıcı diviziyasının 833 saylı alayının 



komandiri  Akim  Abbasovun  döyüşçüləri  düşmənin  100-ə  qədər  tankının 

hücumunun qarşısını alaraq, 96 tank, 2 zirehli maşın və çoxlu faşist məhv etmişdi. 

Göstərdikləri  igidliyə  görə  alayın  72  döyüşçüsü  orden  və  medallarla,  mayor 


40 

 

A.Abbasov "Qırmızı Bayraq"  ordeni ilə təltif olunmuş, ona  podpolkovnik rütbəsi 



verilmişdi.

37

 



Qafqazın  müdafiəsində  əsasən  Zaqafqaziya  xalqlarından  təşkil  olunmuş  18 

milli  və  15  qarışıq  diviziya  iştirak  etmişdi.  Bunlardan  77,  223,  402  və  416-cı 

diviziyalar  milli  Azərbaycan  diviziyaları  idi.  227,  271-ci  diviziyaların  isə  şəxsi 

heyətinin 30 faizdən 70 faizə qədərini azərbaycanlı döyüşçülər təşkil edirdi.

38

 

Qafqazda  beş  ay  davam  edən  döyüşlərdə  yüz  mindən  çox  əsgər  və  zabit 



itirilmişdi.  Qafqaz  cəbhəsində  sovet  ordusunun  ciddi  müqaviməti  və  alman 

qoşunlarına  vurduğu  zərbələr  düşmənə  manevr  etməyə,  qüvvələrin  bir  hissəsini 

Stalinqrad qoşunlarına köməyə göndərməyə imkan vermədi.

39

 



Faşistlərin  Stalinqrad  ətrafında  məğlubiyyətindən  sonra  Şimali  Qafqazda 

Sovet Hərbi Qüvvələrinin düşmənə qarşı geniş hücumu başlandı. Cənub və cənub-

qərb  cəbhələri  qoşunlarının  Rostov  və  Donbas  istiqamətində  şiddətli  hücumu 

düşmənin  Qafqaz  ordu  qrupu  üçün  təhlükə  yaratdı.  Mühasirəyə  düşmək  qorxusu 

düşməni  1943-cü  il  yanvarın  ilk  günlərində  yeni  müdafiə  sədlərinə  çəkilməyə 

məcbur  etdi.  Zaqafqaziya  cəbhəsinin  Şimal,  daha  sonra  isə  Qara  dəniz  qrupu 

müvafiq olaraq Krasnodar istiqamətlərində hücuma keçdilər. Fevralın əvvəllərində 

Şimali  Qafqazın,  demək  olar  ki,  bütün  ərazisi  -Kubanın  aşağı  hissəsi, 

Novorossiysk, Taman faşist işğalçılarından azad edildi. 

Qafqazın  müdafiəsi  uğrunda  döyüşlərdə  leytenant  Ziya  Bünyadovun 

bölməsi  düşmənin  xeyli  canlı  qüvvə  və  texnikasını  məhv  etmişdi.  Mozdok 

rayonunda  gedən  döyüşlərdə  Z.Bünyadov  dörd  əsgərlə  birlikdə  düşmənin  benzin 

anbarını  partlatmış  və  iki  tankını  yandırmışdı.  Z.Bünyadov  bu  əməliyyata  görə 

"Qırmızı Ulduz" ordeni ilə təltif olunmuşdu.

40

 

Şimali Qafqazın azad olunması uğrunda gedən döyüşlər respublikanı təmsil 



edən  milli  diviziyaların  fəal  iştirakı  ilə  gedirdi.  1942-ci  il  noyabrın  30-da  416-cı 

diviziya  44-cü  ordunun  tərkibində  iki  günlük  döyüşdən  sonra  İşçersk  stanitsası 

rayonunda  düşmənin  müdafiə  xəttini  yararaq  Novolednyov  və  Kapustino  yaşayış 

məntəqələrini  azad  etmişdi.  Bu  döyüşlərdə  azərbaycanlılar  böyük  dəyanət  və 

igidlik göstərmişlər. Döyüşçü M.Cabbarov üç düşmən tankını sıradan çıxarıb. Ağır 

yaralanmış bölmə komandiri kiçik leytenant K.Hacıyev topdan atəşlə hitlerçilərin 

hücumunun  qarşısını  almış,

41

  onun  yaralı  yoldaşı  İ.Məmmədov  düşmən  tankını 



sıradan  çıxararaq  qəhrəmancasına  həlak  olmuşdu.  Leytenant  V.Mirzəyev  dörd 

faşist  tankını  məhv  edərək,  sovet  qoşunlarına  irəliləmək  üçün  yol  açmışdı. 

Döyüşçü A.Salayev düşmənin müdafiə xəttini keçmiş, qırx metrlik məsafədən atəş 

açaraq 15 faşisti məhv etmişdi. O, bu xidmətlərinə görə "Qırmızı Ulduz" ordeni ilə 

təltif olunmuşdu. 

416-cı  diviziya  1942-ci  ilin  dekabrında  hərbi  bölmələrlə  birlikdə 

Starolednev şəhərini azad etmiş, düşmənin Kapustino rayonundakı müdafiə xəttini 


41 

 

yarıb,  şimal-şərq  istiqamətində  döyüşən  sovet  ordusu  hissələrinin  irəli  getməsinə 



imkan yaratmışdı. 

Qafqaz  uğrunda  döyüşlərdə  Azərbaycanın  cəsur  qızları  S.Bayramova, 

Z.Səlimova, 

L.Abdullayeva, 

R.Babayeva, 

T.Fəttahova, 

R.Əhmədova, 

M.Dəmirova, S.Polişeva, S.Xəlilova, P.Manafova da şücaət göstərmişlər.

42

 

1942-ci  il  dekabrın  11-də  416-cı  Azərbaycan  diviziyası  414-cü  gürcü  atıcı 



diviziyası  ilə  əlaqədə  İşçersk  və  Naursk  stanitsalarını  azad  etmişlər.  l943-cü  ilin 

yanvarında  416-cı  diviziyanın  Qrafskoye  stanitsasını  düşməndən  azad  etmək 

uğrunda  hücumunda  zabit  Əhmədovun  topçuları  17  faşist  tankını,  70  atəş 

nöqtəsini, yüzlərlə əsgər və zabitini sıradan çıxarmışdı. 

1943-cü  ilin  yanvar  və  fevral  aylarında  416-cı  diviziyanın  əsgərləri  şərəfli 

döyüş  yolu keçdilər, onlarca  yaşayış  məntəqəsini  düşməndən təmizlədilər. Döyüş 

xidmətlərinə  görə  diviziyanın  300  döyüşçüsü  yüksək  dövlət  təltiflərinə  layiq 

görüldü.


43

 

223-cü  Azərbaycan  atıcı  diviziyası  1943-cü  ilin  yanvarında  Mozdok, 



Proxladnı, Georgiyevsk şəhərlərinin azad olunmasında fəal iştirak etmişdi. 223-cü 

diviziya  Petropavlovsk  yaşayış  məntəqəsində  alman  diviziyasını  darmadağın 

edərək  275  faşisti  əsir  götürmüş,  külli  miqdarda  hərbi  texnika  və  sursat  ələ 

keçirmişdi.  1943-cü  ilin  sentyabr-dekabr  aylarında  diviziya  400  km  döyüş  yolu 

keçmiş, onun 380 əsgər və  zabiti SSRİ orden və  medalları ilə təltif olunmuşdu.

44

 



223-cü  diviziya  Mineralnıye  Vodının  azad  olunmasında  bilavasitə  iştirak  etmiş, 

diviziyanın  döyüşçüləri  üç  ay  ərzində  50  yaşayış  məntəqəsini  və  bir  neçə  şəhəri 

alman-faşist işğalçılarından təmizləmişdi.  

Şimali  Qafqazın  faşistlərdən  azad  olunması  uğrundakı  döyüşlərdə  223-cü 

diviziyanın  1041-ci  alayı  xüsusilə  fərqlənmiş,  hərbi  uğurlarına  görə  Azərbaycan 

SSR Ali Soveti Rəyasət Heyətinin "Keçici Qırmızı Bayrağı" ilə təltif olunmuşdu.

45

 

Şimali  Qafqazdakı  44-cü  ordunun  hücum  əməliyyatlarında  402-ci 



Azərbaycan  diviziyası  da  fəal  iştirak  etmişdi.  1942-ci  il  noyabrın  3-dən  dekabrın 

11-dək  diviziya  ona  qədər  yaşayış  məntəqəsini  azad  etmişdi.  Bu  döyüşlərdə 

diviziyanın  döyüşçüləri  düşmənin  108  tank  və  zirehli  maşınını  sıradan 

çıxarmışdı.

46

 

1942-ci ilin dekabrında bu diviziyada Akim Abbasovun komandanlıq etdiyi 



833-cü  atıcı  alay  bir  gündə  düşmənin  100-ə  qədər  tankının  13  həmləsini 

qəhrəmancasına dəf etmiş, 36 tankı məhv edərək hücumun qarşısını almışdı. Hərbi 

nailiyyətlərinə görə A. Abbasov "Qırmızı Bayraq" ordeni ilə təltif edilmişdi.

47

 



1943-cü  ilin  fevralında  Vasilçenko  ətrafında  baş  vermiş  döyüşlərdə  77-ci 

atıcı diviziyanın əsgərləri yüksək döyüş şücaəti göstərmişdilər. Diviziyanın alayları 

7  yaşayış  məntəqəsini  düşməndən  azad  etmiş,  600-ə  yaxın  əsgər  və  zabit  döyüş 

şücaətinə  görə  orden  və  medallarla  təltif  olunmuşdu.  1943-cü  ilin  noyabrında 



42 

 

Dnepr  çayının  sol  sahilində  gedən  döyüşlərdə  77-ci  Azərbaycan  diviziyası 



faşistlərin  50-yə  yaxın  tank  və  digər  texnikasını  məhv  edərək  250  düşməni  əsir 

götürmüşdü.

48

 

Kapitan  M.Əliyevin  komandanlığı  altında  atıcı  batalyon  düşmənin 



Krasnodar  yaxınlığındakı  hücumunun  qarşısını  alaraq  onun  17  tankını  yandırmış, 

külli  miqdarda  zirehli  maşınını  sıradan  çıxarmış,  yüzlərlə  faşisti  öldürmüşdü. 

Azərbaycan topçuları Y.Gözəlovun komandanlığı ilə Sambek ətrafında düşmənin 7 

hücumunu dəf edib, 16 tankını məhv etmişdilər. 

Qafqazda  gedən  hücum  döyüşləri  zamanı  istehkamçı  C.Allahverdiyev 

düşmənin 

qoyduğu 

1150, 


T.Rəşidov 

isə 


1000-dən 

artıq 


minanı 

zərərsizləşdirmişdilər.

49

 

Novorossiysk  uğrunda  döyüşlərdə  Azərbaycanın  A.Piriyev,  D.Məmmədov, 



D.Məmmədova, E.Sadıxov kimi onlarca oğul və qızı şücaət göstərmişdi. Leytenant 

İsmayıl Hüseynov xüsusən fərqlənmişdi. Onun komandanlığı altında avtomatçılar 

düşmən arxasına keçərək, döyüş sursatı anbarını partladıb geri dönərkən faşistlərlə 

rastlaşırlar.  Qeyri-bərabər  döyüşdə  ağır  yaralanmış  İ.Hüseynovu  faşistlər  diri 

tutmaq  istəyirlər.  Lakin  bir  neçə  əl  qumbarası  ilə  sarınmış  igid  komandir  son 

qüvvəsini toplayıb düşmən üzərinə atılaraq 30-dan artıq faşisti məhv edir və özü də 

həlak olur. İ.Hüseynov ölümündən sonra Lenin ordeni ilə təltif olunmuş, adı əbədi 

olaraq hərbi hissənin şəxsi heyəti siyahısına daxil edilmişdi.

50

 

Qafqazın  müdafiəsində  Azərbaycanın  igid  oğulları  kütləvi  qəhrəmanlıq 



nümunələri göstərirdilər. Rota komandirinin siyasi işlər üzrə müavini Əbil Məmiş 

oğlu Əbilova düşmən tərəfindən tutulmuş kəndin alınması tapşırılmışdı. Ə.Əbilov 

7 nəfərdən ibarət dəstəsi ilə gecə ikən kəndə daxil olaraq 60 hitlerçini mühasirəyə 

alıb, 35-ni məhv etmişdi. 18 nəfəri şəxsən Ə.Əbilov özü öldürmüşdü.

51

 

Sanitar təlimatçısı, gəncəli Müseyib Dilbazov döyüşlərin birində düşmənin 



şiddətli  atəşi  altında  23  yaralını  xilas  edərək,  Terek  çayından  sahilə  keçirmiş  və 

səhiyyə  məntəqəsinə  çatdırmışdı.  Bu  igidliyə  görə  M.Dilbazov  "Qırmızı  Ulduz" 

ordeni  ilə  təltif  olunmuşdu.

52 


Tibb  təlimatçısı  Qüdrət  İsmayılov  56  yaralı  əsgəri 

silahları  ilə  birlikdə  döyüş  meydanından  çıxarıb  tibb  məntəqəsinə  gətirmişdi. 

İgidliyinə görə o, "Qırmızı Ulduz" ordeni ilə təltif olunmuşdu.

53

 



Qafqaz  uğrunda qanlı döyüşlər Sovet  Silahlı  Qüvvələrinin tam qələbəsi ilə 

başa çatdı. Hitler komandanlığının Qafqazı tutmaq planları iflasa uğradı. 

Sovet  ordusunun  cəbhələrdəki  uğurları  DMK-nın  Azərbaycan  əhalisinin 

Orta Asiyaya köçürülməsi və Bakının, ilk növbədə, neft mədənlərinin minalanaraq 

dağıdılmasını  nəzərdə  tutan  "xüsusi  əməliyyat"  planının  gündəlikdən  çıxmasına 

səbəb oldu.

54 

 

 



43 

 


Yüklə 17,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin