Vii L e m I l L



Yüklə 17,94 Mb.
Pdf görüntüsü
səhifə8/40
tarix03.02.2017
ölçüsü17,94 Mb.
#7304
1   ...   4   5   6   7   8   9   10   11   ...   40
§

1. RESPUBLĠKANIN ĠQTĠSADĠ HƏYATI XALQ           

TƏSƏRRÜFATININ BƏRPASI VƏ ĠNKĠġAFI 

 

40-cı illərin ikinci yarısı. Müharibə sovet ölkəsinin bütün təsərrüfatına çox 

ağır  zərbə  vurdu.  1941-1945-ci  illərdə  ölkə  öz  milli  sərvətinin  üçdə  bir  hissəsini 

itirdi.  Milyonlarla  adam  doğmalarını,  yaxınlarını  itirmiş,  sahibsiz  uşaqların  sayı 

kəskin  surətdə  artmışdı.  Başqa  yerə  köçürülmüş  milyonlarla  insanın,  əsirlikdən 

azad edilmiş yüz minlərlə vətəndaşın taleyi faciəli olmuşdu. 

Azərbaycan  bilavasitə  alman-faşist  qəsbkarlarının  hücumuna  məruz 

qalmamışdı,  bununla  belə,  respublika  zəhmətkeşləri  müharibənin  bütün  ağırlığını 

çəkmişdilər. Müharibədə sənaye istehsalının əsas göstəriciləri kəskin surətdə aşağı 

düşmüşdü.  Sənayenin  ümumi  məhsulu  1940-cı  illə  müqayisədə  22  faiz  aşağı 

düşmüşdü.

2

 Neft hasilatı 1945-ci ildə 1940-cı ildəkinə nisbətən təqribən yarıbayarı 



azalmışdı.

3

 



Müharibə  dövründə  texniki  bitkilər  məhsulunun  xeyli  azalması  nəticəsində 

istehlak  malları  istehsalı  kəskin  surətdə  aşağı  düşmüşdü.  1945-ci  ildə  1940-cı  ilə 

nisbətən  pambıq  istehsalı  154  min  tondan  65  min  tona,  barama  istehsalı  2384 

tondan  1615  tona  qədər  azalmışdı.  1940-cı  ildən  1946-cı  ilədək  iribuynuzlu  mal-

qaranın  sayı  1382  min  başdan  1203,5  minə  enmişdi.

4

  Kənd  təsərrüfatının  maddi-



texniki bazası xeyli zəifləmişdi. 

Azərbaycan əhalisi 1940-cı ildə 3304,1 min nəfər idi. 1945-ci ildə onun sayı 

17,65 faiz azalmışdı.

5

 



Müharibə  ölkənin  əmək  ehtiyatlarının  istifadəsinə  də  mənfi  təsir 

göstərmişdi.  Azərbaycanın  xalq  təsərrüfatında  fəhlə  və  qulluqçuların  1940-cı  ilin 

oktyabrında 456 min olduğu halda, 1945-ci ilin sentyabrında 396 min nəfərə qədər 

azalmışdı.

6

 

Respublikada  xalq  təsərrüfatının  bərpası  hələ  işğal  olunmuş  ərazilər  azad 



edildikcə  başlanmışdı.  1945-ci  il  mayın  26-da  SSRİ  Dövlət  Müdafiə  Komitəsi 

77 

 

"Silah  istehsalının  azaldılması  ilə  əlaqədar  olaraq  sənayeni  yenidən  qurmaq 



sahəsində  tədbirlər  haqqında"  qərar  qəbul  etdi.

7

  Azərbaycan  SSR  xalq 



təsərrüfatının, xüsusilə neft sənayesinin bərpası və inkişafı üçün mühüm tədbirlər 

görüldü.  1945-ci  il  mayın  28-də  SSRİ  DMK  "Bakıda  neft  hasilatını  artırmaq 

tədbirləri  haqqında"  xüsusi  qərar  qəbul  etdi.

8

  Qərarda  neft  sənayesini  inkişaf 



etdirməyin  böyük  proqramı  nəzərdə  tutulmuşdu.  Müharibə  qurtarandan  sonra 

müəssisələrdə iş vaxtından artıq işləmək hallarına son qoyuldu. 8 saatlıq iş günü və 

illik  məzuniyyətlər  bərpa  edildi.  1945-ci  il  dekabrın  1-dən  müharibə  illərində 

istifadə  edilməmiş  məzuniyyətlərə  görə  pul  kompensasiyasının  ödənilməsinə 

başlandı.

Maşınqayıranlar tezliklə neft-mədən avadanlığı buraxılışını bərpa etdilər, 



yeni neft avadanlığının növlərini istehsal etməyi öyrəndilər. 1946-cı ilin əvvəlində 

"Azneftmaş"  trestinin  neft-maşınqayırma  zavodlarının  mülki  məhsul  buraxmağa 

keçidi başa çatdı. Müharibədən qabaqkı məmulatın nomenklaturası tamamilə bərpa 

olundu, neft avadanlığının bir sıra yeni növlərinin buraxılışı qaydaya salındı. 1946-

cı ildə bu zavodların məhsulu 1945-ci ildəki həcmdən 14,5 faiz çoxaldı.

10

 



Neft  avadanlığının  təmiri  və  ehtiyat  hissələrinin  hazırlanması,  habelə  yeni 

növ  cihazların  istehsalı  geoloji-kəşfiyyat  işlərinin  genişləndirilməsinə,  quyuların 

bərpa olunmasına, həcminin artmasına, neft hasilatının çoxalmasına kömək edirdi. 

1946-cı ildə respublikada neft hasilatı 1945-ci ildəkinə nisbətən 463 min ton, yəni 

dörd faiz artdı.

11

 



1946-cı ildə bütün neft emalı və təmizləyici qurğular əsaslı təmir olunurdu. 

Elə  həmin  il  termiki  krekinq  qurğularının  yenidən  qurulması  başa  çatdırıldı,

12

 

kükürd  turşusu  katalizatoru  ilə  benzolu  propilenlə  alkilləşdirən  qurğu  istismara 



verildi.

13

 



1946-cı ildə Azərbaycanda iqtisadiyyatın yenidən qurulması başa çatdırıldı, 

respublika  sənayesi  ümumi  məhsulunun  həcmi  1940-cı  il  səviyyəsinin  80  faizinə 

çatdı.

14

 



Sənayenin yenidən qurulmasındakı uğurlar respublikanın xalq təsərrüfatının 

digər  sahələrində  də  yenidənqurmanın  sürətini  artırdı.  Sənaye  tikintisi  və  mülki 

tikinti genişləndi. 

Hərbi  iqtisadiyyatdan  dinc  iqtisadiyyata  keçidin  müvəffəqiyyətlə  başa 

çatdırılması xalq təsərrüfatını bərpa və daha da inkişaf etdirmək vəzifələrini yerinə 

yetirmək sahəsində işləri daha çox genişləndirməyə imkan yaratdı. 

SSRİ  xalq  təsərrüfatının  bərpası  və  daha  da  inkişaf  etdirilməsinə  dair 

dördüncü  beşillik  (1946-1950-ci  illər)  plana

15

  1946-cı  il  martın  18-də  SSRİ  Ali 



Sovetinin  birinci  sessiyasında  baxıldı.  1946-1950-ci  illərdə  Azərbaycan  SSR  xalq 

təsərrüfatının bərpa və inkişaf etdirilməsinə dair beşillik planda sənayenin və kənd 

təsərrüfatının  inkişafını  müharibədən  əvvəlki  səviyyəyə  yüksəltmək  və  bu 

səviyyəni ötüb keçmək əsas vəzifə kimi irəli sürüldü.

16

 


78 

 

Ölkənin  xalq  təsərrüfatının  yeni  texnika  ilə  təchizatı  neft  məhsullarına 



tələbatı  artırdı.  Buna  görə  də  Azərbaycanın  neft  sənayesinin  bərpa  və  inkişafı 

diqqət  mərkəzində  idi.  Beşillik  ərzində  respublikanın  neft  sənayesinə  qoyulan 

əsaslı vəsaitin həcmi 4740 milyon manata bərabər idi ki, bu, SSRİ neft sənayesinə 

qoyulan  bütün  əsaslı  vəsaitin  20,7  faizini  təşkil  edirdi.

17

  Neftçıxarma  sənayesini 



yeni  texnika  ilə  təchiz  etmək  üçün  ölkənin  50-dən  çox  zavodu  respublika  neft 

sənayesinin sifarişlərini yerinə yetirirdi.

18

 

Neft  hasilatını  artırmaq  üçün  yeni  neft  yataqlarının  kəşfinə  və  istismarına 



böyük  ehtiyac  var  idi.  Buzovna-Maştağa  (1945-ci  il),  Gürgan-dəniz  və  Gəncə 

rayonu  (1947-1948-ci  illər),  Hövsan  və  Umbakı  (1948-1950-ci  illər),  Neft  daşları 

(1950-ci  il),  Darvin  bankası  (1950-1951-ci  illər)  kimi  yeni  neft  və  qaz  yataqları 

kəşf edilmiş və sənaye üsulu ilə işlənmək üçün istifadəyə verilmişdi.

19

 

Neft  hasilatını  yüksəltməyin  həlledici  şərtlərindən  biri  neft  quyuları 



qazılması üzrə işləri genişləndirmək idi. Geoloji-kəşfiyyat işlərini genişləndirmək, 

yeni neft yataqlarının kəşfi və istifadəyə verilməsi işində SSRİ hökumətinin qərarı 

ilə 1947-ci ilin sonunda "Azneftkəşfiyyat" Birliyi yaradıldı. 1943-cü ildə "Azneft" 

Birliyi  nəzdində  yaradılmış  Xüsusi  Qazma  İdarəsi  sonralar  "Turbin-qazma"  tresti 

şəklində yenidən təşkil olundu.

20

 



1946-cı  ildən  başlayaraq  Azərbaycanın  neft  mədənlərində  turbin  qazması 

getdikcə daha  çox tətbiq edilirdi.  Bu, neftçilərə  turbin üsulu  ilə  maili istiqamətdə 

quyular qazmağa imkan verdi. Bu təşəbbüs bütün sovet neft sənayesinin inkişafına 

Azərbaycan  neftçilərinin  böyük  töhfəsi  idi.  Bakılıların  bir  özül  üzərindən  iki  və 

daha  çox  neft  quyusunun  qazılması  üsulu  mühüm  əhəmiyyət  kəsb  edirdi.  Yeni 

texnikanın  tətbiqi,  quyuların  istismar  rejiminin  yaxşılaşdırılması  neft  hasilatının 

artmasına  kömək edirdi.  1948-1950-ci  illərdə  2800-ə  qədər dayanmış quyu bərpa 

edilmişdi.

21

 

50-ci  illərin  ortalarına  qədər  SSRİ-nin  əsas  neftçıxarma  mərkəzi  sayılan 



Azərbaycan  artıq  müharibədən  sonra  bütün  ölkənin  yanacağa  olan  ehtiyacını  tam 

ödəyə bilmirdi. Buna görə də Xəzər neft yataqlarının aşkar edilməsi və istifadəyə 

verilməsi problemi meydana çıxdı. 

Azərbaycan neft sənayesinin inkişafında Xəzərdə neft yataqlarının kəşfi və 

istifadə edilməsi çox önəmli hadisə oldu. Mərkəzi hökumətin bəzi yüksək vəzifəli 

şəxslərinin  Azərbaycanda,  xüsusilə  Xəzər  dənizində  neftçıxarma  sənayesinin 

iqtisadi  cəhətdən  səmərəsiz  olması  iddialarına  baxmayaraq,

22

  Azərbaycan 



alimlərinin,  neftçilərinin  gərgin  əməyi  sayəsində  dünyada  ilk  dəfə  olaraq 

Azərbaycanda  açıq  dənizdə  neft  çıxarılmasına  başlandı.  1949-cu  ilin  fevralında 

qasırğalı  bir havada  məşhur qazma  ustası M.Kaveroçkinin briqadası açıq dənizdə 

Neft  daşlarına  çıxdı.  Son  dərəcə  mürəkkəb  və  çətin  şəraitdə  neftçilərin  qazdığı 

kəşfiyyat quyusu 1949-cu il noyabrın 7-də fontan vurdu.

23

 



79 

 

Dəniz neft yataqlarını mənimsəmək üçün "Azneft" Birliyi nəzdində "Dəniz 



qazma" Tresti yaradıldı. 1949-cu il mayın 7-də SSRİ Nazirlər Soveti "Azərbaycan 

SSR-də dəniz neft yataqlarının kəşfini və işlənməsini üzən vasitələrlə təmin etmək 

haqqında" xüsusi qərar qəbul etdi.

24

 



Dəniz  mədənlərinin  yaradılması  və  inkişafında  "Azərbaycan  SSR-də  dəniz 

neft yataqlarının kəşfi və işlənilməsi üzrə işlərin təşkilini yaxşılaşdırmaq tədbirləri 

haqqında"  SSRİ  Nazirlər  Sovetinin  1949-cu  il  31  oktyabr  tarixli  qərarının  böyük 

əhəmiyyəti  oldu.

25 

Dəniz  neft  yataqlarının  işlənilməsini  gücləndirmək  və  bu  işə 



rəhbərliyi yaxşılaşdırmaq məqsədilə 1950-ci ildə SSRİ Nazirlər Sovetinin qərarı ilə 

yeni neft Birliyi - "Azdənizneft" yaradıldı.

26

 

Dəniz  neft  yataqlarından  istifadə  etmək  üçün  dünya  təcrübəsində  ilk  dəfə 



dənizdə  neft-mədən  estakadaları  tikildi.  1948-ci  ildən  estakadaların  tikintisinə 

"Hidrodənizneft" İnstitutu rəhbərlik edirdi. 1950-ci ildə estakadanın uzunluğu 18,9 

km-ə çatmışdı.

27

 



Fəhlələrin, mühəndis-texniki işçilərin və alimlərin fədakar əməyi sayəsində 

dəniz yataqlarından

28

 beşilliyin son ilində 1,6 milyon ton neft çıxarıldı.



29

 

1946-1950-ci illərdə neft emalı sənayesində zavodlar yenidən quruldu, yeni 



texnika  ilə  təmin  edildi,  xammaldan  istifadə  yaxşılaşdırıldı  və  təkmilləşdirildi. 

1946-1947-ci  illərdə  Bakıda  traktorları  va  neft  mədənlərindəki  istismar-qaldırıcı 

mexanizmləri  təmir  edən  zavod-Bakı  elektrik  təmiri  zavodu,  1949-cu  ildə  isə 

Binəqədi boru təmiri zavodu istifadəyə verildi.

30

 

Maşınqayırma  zavodlarının  istehsal  gücü  artırdı.  1946-1950-cı  illərdə  neft 



maşınqayırma  zavodları  elmi-tədqiqat  idarələri  ilə  birlikdə  438  növ  yeni  maşın, 

mexanizm və alət istehsalını mənimsədi.

31

  

Maşınqayırma sənayesinin yeni sahələrinin yaradılmasına başlandı. 1947-ci 



ilin  martında  respublikada  elektrotexnika  sənayesinin  ilki  olan  Bakı  elektrik 

maşınqayırma  zavodu,  Bakı  diyircəkli  yastıq  zavodu,  yeni  cihazqayırma  və 

elektromexanika məmulatı zavodu işə düşdü. 

Yeni  zavodların  istismara  verilməsi  o  vaxta  qədər  əsasən  neft  avadanlığı 

istehsalı  ilə  məşğul  olan  maşınqayırmanın  birtərəfli  inkişafına  son  qoyulmasının 

başlanğıcı oldu. 

Müharibədən sonrakı ilk illər Azərbaycanda enerji obyektlərinin və elektrik 

enerjisi istehsalının daha da artması ilə səciyyələnir. Enerji sistemi müəssisələrinin 

bütün əsas qazanları yenidən quruldu. Sumqayıt İstilik Elektrik Stansiyasının gücü 

üç dəfə artırıldı.

32

 

Lakin  istehsal  olunan  elektrik  enerjisi  Azərbaycanın  xalq  təsərrüfatının 



enerjiyə artan tələbatını ödəmək üçün kifayət qədər deyildi. Bu işdə tikintisinə hələ 

müharibədən  əvvəl  başlanmış  Mingəçevir  SES  həlledici  rol  oynamalı  idi.  SSRİ 



80 

 

Xalq  Komissarları  Sovetinin  1945-ci  il  mayın  6-da  qəbul  etdiyi  qərara  uyğun 



olaraq Mingəçevir SES-in tikintisi bərpa edildi.

33

 



Həmin ilin avqustunda isə "Mingəçevirsestikinti" İdarəsi yaradıldı. 1948-ci 

ilin  əvvəlindən  su  qovşağının  əsas  obyektlərinin  tikintisi  sürətlənməyə  başladı. 

Mingəçevir  su  qovşağının  inşaatçılarına  bütün  ölkə  kömək  edirdi.  300-dən  artıq 

müəssisə onları avadanlıq, mexanizm və tikinti materialları ilə təchiz edirdi.

34

 

Tikinti materialları sənayesində də yeni əmək nailiyyətləri qazanıldı. 1948-



ci ildə Bakı asbestşifer və  keramika  məmulatları kombinatının birinci növbəsi işə 

düşdü, 1949-cu ildə kombinatın tikinti fayansı zavodu, 1950-ci ildə isə asbest boru 

sexi  istifadəyə  verildi.

35 


Mingəçevirdə,  Sumqayıtda  və  bir  sıra  rayonlarda  tikinti 

materialları  sonayesinin  bir  çox  müəssisələri  istismara  verildi.  Beləliklə, 

respublikada inşaat materialları istehsalı ildən-ilə artmağa başladı. 

Yüngül, toxuculuq, yeyinti və yerli sənaye bərpa olunur və daha da inkişaf 

etdirilirdi.  Yüngül  və  toxuculuq  sənayesi  müəssisələrinin  yenidən  qurulması  və 

genişləndirilməsi,  onların  müasir  texnika  ilə  təchiz  olunması  və  texnoloji 

proseslərin  yaxşılaşdırılması  nəticəsində  əsas  istehlak  məmulatlarının  istehsalı 

1950-ci ildə müharibədən əvvəlki səviyyəni ötüb keçmişdi.

36

 

Kənd təsərrüfatının bərpa və inkişafına diqqət artırılmışdı. ÜİK(b)P MK-nın 



fevral  (1947-ci  il)  Plenumu  "Müharibədən  sonrakı  dövrdə  kənd  təsərrüfatını 

yüksəltmək  tədbirləri  haqqında"  qərar  qəbul  etdi.

37

 

Əkin  sahələrinin 



genişləndirilməsi,  dənli  və  texniki  bitkilərin  məhsuldarlığının  yüksəldilməsi, 

heyvandarlığın  məhsuldarlığının  artırılması,  MTS  və  sovxozların  işinin 

yaxşılaşdırılması,  kənd  təsərrüfatı  maşınları  istehsalının  artırılması  barədə 

tədbirlərin  həyata  keçirilməsi  nəticəsində  Azərbaycanın  kənd  təsərrüfatının 

istehsalat-texniki  bazası  xeyli  möhkəmləndirildi.  1946-1950-ci  illərdə  dövlətin  və 

kolxozçuların  bu  sahəyə  qoyduqları  əsaslı  vəsait  109,6  milyon  manat  idi.

38

  Bu 


müddət ərzində respublikaya 4200 traktor (15 at gücündə), 273 taxıl kombaynı və 

çoxlu miqdarda digər kənd təsərrüfatı maşını gətirilmişdi.

39

  1945-ci  ildən  1950-ci 



ilədək traktorların sayı 5100-dən 9400-ə, yük avtomobillərinin sayı 900-dən 3700-ə 

qədər  artmışdı.

40

  MTS-lərin  şəbəkəsi  genişlənmiş,  12  MTS  və  3  MHS  (Maşın-



Heyvandarlıq Stansiyası) yaradılmışdı.

41

 



İrriqasiya  tikintisi  genişləndi.  Kür-Araz  ovalığının,  Samur-Dəvəçi  kanalı 

zonasının  və  respublikanın  digər  regionlarının  suvarılmasının  həyata  keçirilməsi 

üçün mühüm tədbirlər görüldü. Salyan düzənliyində və Şimali Muğanda suvarma 

sistemlərinin  yenidən  qurulması  və  tikintisi  əsasən  başa  çatdırıldı.  Bunun 

nəticəsində əkinə yararlı torpaqların sahəsi genişləndi.

42

 



Kənd 

təsərrüfatının 

inkişafında 

kolxozların 

təşkilat-təsərrüfatca 

möhkəmləndirilməsi  mühüm  əhəmiyyətə  malik  idi.  "Kolxozlarda  kənd  təsərrüfatı 

arteli Nizamnaməsinin pozuntularını ləğv etmək tədbirləri haqqında" SSRİ XKS və 


81 

 

ÜİK(b)P MK-nın 1946-cı il 19 sentyabr tarixli qərarına



43

 uyğun olaraq kolxozların 

ictimai  mülkiyyətini  möhkəmləndirmək,  torpaqlardan  istifadə  edilməsini  nizama 

salmaq,  kolxozçuların  əməyini  səmərəli  təşkil  etmək,  artelin  Nizamnaməsinin 

prinsiplərinə  riayət  etmək  sahəsində  mühüm  işlər  görüldü.  Bunun  nəticəsində 

kolxozlara 20667 hektar torpaq, 5583 baş iribuynuzlu və 21266 baş xırdabuynuzlu 

mal-qara, 779 baş at və s. qaytarıldı. Kolxozların 16797 nəfər inzibati işçisi ixtisara 

salınaraq istehsalata göndərildi.

44

 Kolxozlara 3588 min manat borc ödənildi. Bütün 



bunlar  təsərrüfatların  ictimai  mülkiyyətinin  daha  da  inkişafına  və  kolxozçuların 

əmək fəallığının artmasına kömək etdi. 

Kənd  təsərrüfatının  daha  da  inkişaf  etdirilməsi  və  kolxozçuların  təşkilat-

təsərrüfatca möhkəmləndirilməsi üçün 1950-ci il iyunun 7-də SSRİ Nazirlər Soveti 

"Xırda kolxozların iriləşdirilməsi  haqqında" qərar qəbul etdi.

45

  1951-ci  il  fevralın 



1-nə  respublikanın  kənd

 

təsərrüfatında 3136 artel 1044 təsərrüfatda birləşdirildi.



46

 

Kolxozların sayı 1950-ci ildəki 1615-dən 1951-ci ildə 1359-a qədər azaldı.



47

 Kənd 


təsərrüfatında  kolxozlarla  yanaşı,  sovxozlar  da  mühüm  yer  tuturdu.  1950-ci  ildə 

Azərbaycanda  46  sovxoz  var  idi  ki,  bu  da  1940-cı  ildəkinə  nisbətən  4  sovxoz  az 

idi.

48

 



Lakin  kənd  təsərrüfatına  rəhbərlikdəki  nöqsanlar  kolxoz  və  sovxozların 

üstünlüklərindən,  onların  daxili  ehtiyat  və  imkanlarından  istifadə  etməyə  mane 

olurdu.  Geridə  qalan  təsərrüfatların  sayı  çox  idi.  Kolxozlardan  dövlət  anbarlarına 

tədarükü  artırmağı  tələb  edirdilər.  Kənd  təsərrüfatı  məhsullarının  təhvili 

planlaşdırılarkən  kəndin  imkanları  yox,  dövlətin  tələbləri  əsas  götürülürdü.  Kənd 

təsərrüfatının  texniki  təchizatı  aşağı  səviyyədə  qalırdı.  Kənd  təsərrüfatının  idarə 

olunması  sistemi  dəyişmişdi.  Yerli  rəhbərlər  kolxoz  əmlakına  göstəriş  verməklə 

təsərrüfatlara  hökm  etməkdə,  öz  mülahizələrinə  görə,  istədikləri  kimi  fəaliyyət 

göstərməkdə davam edirdilər. 

Həm  şəxsi,  həm  də  ictimai  təsərrüfatlar  maliyyə  məngənəsinin  əsarəti 

altında  idi.  Kolxozçunun  öz  həyətində  saxladığı  hər  şeyin  üzərinə  o  qədər  vergi 

qoyulurdu  ki,  mal-qara  saxlamaq,  meyvə  ağacı  yetişdirmək  sadəcə  olaraq  sərfəli 

deyildi. Kolxoz və sovxozların məhsullarının satınalma qiymətləri isə o qədər aşağı 

idi  ki,  kolxozçuların  və  fəhlələrin  əməyinin  haqqını  çox  vaxt  ödəmək  mümkün 

olmurdu.  

1947-ci  ildə  dövlətin  kolxozlara  münasibəti  olduqca  sərtləşdi.  MTS-lərdə 

30-cu  illərin  əvvəllərindəkinə  bənzər  siyasi  şöbələr  bərpa  olundu.  Kolxozların 

dövlətə  məhsul təhvil vermək vəzifəsi daimi nəzarət  altında  saxlanıldı.  Tikinti  və 

zavodlara  kənd  əhalisinin  mütəşəkkil  toplanması  kəndlilərin  şəhərə  axınını 

gücləndirdi. 

Müharibədən  sonrakı  illərdə  əsaslı  tikintinin  miqyası  getdikcə  artırdı. 

Tikinti  işlərini  yerinə  yetirmək  üçün  fəaliyyətdə  olan  "Azərneftzavodtikinti", 



82 

 

"Qafqazenerjitikinti",  iri  tikinti  təşkilatları,  "Zaqsənayetikinti"  tresti  ilə  yanaşı, 



"Mingəçevirtikinti",  "Daşkəsənfiliztikinti",  "Kür-Araz  sutikinti",  "Bakı  tikinti-

quraşdırma" Tresti, "Azneftdəniztikinti" və başqa tikinti təşkilatları yaradıldı, çoxlu 

iri  sənaye  müəssisəsi  istismara  verildi,  ağır  sənayenin  yeni  sahələrinin 

yaradılmasına başlandı. 

Hələ 1944-cü ildə Sumqayıt boru-prokat zavodunun tikintisi bərpa olundu.

49

 



Sumqayıtda  alüminium  zavodunun  tikintisi  üçün  hazırlıq  işləri  genişləndi. 

Respublikada  alüminium  sənayesinin  yaradılması  işləri  hələ  müharibədən  əvvəl 

başlanmışdı. 1947-ci ilin yayında Sumqayıtda respublikanın böyük kimyasının ilki 

olan sintetik kauçuk zavodunun tikintisinə başlandı. 

Azərbaycan  SSR-in  məhsuldar  qüvvələrinin  inkişafında  Zaqafqaziyada  ən 

böyük Daşkəsən dəmir filizi yatağı əsasında  filiz-mədən  sənayesinin  yaradılmağa 

başlanması  böyük  hadisə  oldu.  Burada  iri  filiz-mədən  müəssisəsinin-Daşkəsən 

dəmir  mədəninin  əsası  qoyulurdu.  Rustavidəki  Zaqafqaziya  metallurgiya  zavodu 

bu  mədənin  bazasında  yaradılmışdı.  Müharibə  nəticəsində  -  Daşkəsən  mədəninin 

tikintisi dayandırılmış və 1945-ci ilin üçüncü rübündə bərpa olunmuşdu.

50

 

Sənaye müəssisələri ilə yanaşı, çoxlu mənzil, mədəni-məişət ocağı və digər 



obyektlər  tikilmişdi.  Lakin  əsaslı  tikintinin  sürəti  respublikanın  inkişaf  etməkdə 

olan iqtisadiyyat və mədəniyyətinin tələblərinə hələ cavab vermirdi. 

Azərbaycanda  nəqliyyat  da  inkişaf  etməkdə  idi.  1945-ci  ildə  SSRİ  Xalq 

Komissarları  Sovetinin  qərarı  ilə  müstəqil  Azərbaycan  Dəmir  Yolu  İdarəsi 

yaradıldı.  Uzunluğu  36  km  olan  Alabaşlı-Quşçu  körpüsü  dəmir  yolu  1948-ci  il 

iyulun 27-də işə salındı.

51

 Elektrik dəmir yolu şəbəkəsi genişləndirildi. 1948-ci ildə 



Suraxanı-Qala, 1949-cu ildə Qala-Buzovna sahələri istismara verildi.

52

 Dəmir yolu 



nəqliyyatı ilə yük daşınması artırdı. 

Su,  avtomobil  və  hava  nəqliyyatının  inkişafında  xeyli  müvəffəqiyyət  əldə 

edilmişdi.  Onların  texniki  təchizatı  yaxşılaşmışdı,  bu  isə

 

yük  dövriyyəsini  və 



sərnişin  daşınmasını  artırmağa  imkan  verirdi.  Avtomobil  yolları  yenidən  qurulur, 

möhkəm  örtüyü  olan  yeni  yollar  çəkilirdi.  Sərnişin  daşımalarında  avtomobil 

nəqliyyatının rolu daim artırdı. 1950-ci ildə ümumi istifadədə olan avtobuslarla 11 

mln sərnişin daşındı, halbuki 1940-cı ildə bu rəqəm cəmi 3,8 mln idi. 1949-cu ildən 

əhaliyə  taksilər  xidmət  etməyə  başladı.

53

  Azərbaycanın  paytaxtı,  respublikanın 



şəhərləri,  ölkənin  mühüm  inzibati  və  sənaye  mərkəzləri  ilə  hava  xətlərinin  sayı 

artırdı.  Respublikanın  mülki  aviasiyası  kənd  təsərrüfatı  əməkçilərinə  də  böyük 

kömək göstərirdi. 

Rabitə  müəssisələrinin  şəbəkəsi,  poçt  mübadiləsi  genişlənirdi.  Teleqraf-

telefon  rabitəsi  yenidən  qurulurdu.  1946-cı  ildə  Bakı-Tbilisi  arasında  yüksək 

tezlikli  teleqraf  magistral  kanalı  açıldı,  sonrakı  illərdə  isə  Bakı-Yevlax  sahəsində 



83 

 

yeni  teleqraf  aparatları  tətbiq  olundu.  1949-cu  ildə  Bakıda  ilk  dəfə  olaraq  əl 



sistemli abonent teleqraf stansiyası quruldu.

54

 Radiorabitə də xeyli inkişaf etdi. 



Beləliklə, 

1946-1950-ci 

illər 

Azərbaycanın 



xalq 

təsərrüfatının 

müvəffəqiyyətlə  bərpa  edilməsi,  dördüncü  beşilliyin  əsas  istehsal  tapşırıqlarının 

yerinə yetirilməsi, sənayenin, kənd təsərrüfatının, tikintinin, nəqliyyat və rabitənin 

texniki  səviyyəsinin  daha  da  yüksəlməsi  ilə  əlamətdar  oldu.  1945-1950-ci  illərdə 

respublika  sənayesinin  ümumi  məhsulu  78  faiz  artdı.

55

  Sənayedə  müharibədən 



sonrakı birinci beşillik plan 4 ilə yerinə yetirildi.

56

 



Azərbaycan neft sənayesi xeyli inkişaf etdi. Plan tam yerinə yetirilməsə də, 

neft hasilatı 28 faiz artdı. Qaz çıxarılması isə 26 faiz çoxaldı.

57

 1950-ci ildə 14822 



min ton neft çıxarıldı.

58

 



Neft  emalı  zavodlarının  istehsal  gücü  artırıldı,  məhsulların  çeşidləri 

genişləndi və keyfiyyəti yaxşılaşdı. 1946-1950-ci illər ərzində neft emalının həcmi 

1,3  dəfə,  bütün  əlvan  neft  məhsullarının  istehsalı  14  dəfə,  o  cümlədən  aviasiya 

benzini növləri 7,5 dəfə, dizel yanacağı 6,5 dəfə, bütün növ yağların istehsalı 1,75 

dəfə çoxaldı.

59

 



Sənayenin digər sahələri qısa müddətdə bərpa olundu və inkişaf etdi. 1946-

1950-ci  illərdə  polad  istehsalı  89  faiz,  prokat  istehsalı  79  faiz,  elektrik  enerjisi 

istehsalı 76 faiz, maşınqayırma və metal emalı  məhsulu istehsalı 149 faiz, sement 

istehsalı 48 faiz artdı.

60

 

Yüngül və yeyinti sənayesi uğurla inkişaf edirdi.



61

 1950-ci ildə 

Naxçıvan  MSSR-də  sənayenin  ümumi  məhsulu  1940-cı  il  səviyyəsini  44 

faiz, Dağlıq Qarabağ Muxtar Vilayətində isə 74 faiz ötüb keçdi.

62

 

Azərbaycanın  kənd  təsərrüfatı  bitkilərinin  əkin  sahəsi  1950-ci  ildə  1945-ci 



ilə  nisbətən  47  min  hektar  artdı,

63

  ümumi  məhsul  istehsalının  həcminə  görə  isə 



1940-cı ilin səviyyəsindən 32 faiz çox oldu. Beşillik ərzində xam pambıq istehsalı 

64 min tondan 283,6 min tona çatdı. Eyni zamanda hər hektardan götürülən məhsul 

2,8 dəfə artaraq, 1950-ci ildə 18,7 sentnerə çatdı.

64

 



Kolxoz  və  sovxozlarda  ictimai  mal-qaranın  sayını  artırmağa  dair dördüncü 

beşilliyin  planı  artıqlaması  ilə  yerinə  yetirilmişdi.

65

  Lakin  heyvandarlığı  inkişaf 



etdirmək üçün kolxoz və sovxozların böyük imkan və ehtiyatlarından tam istifadə 

olunmamışdı.  Kolxozçuların,  fəhlə  və  qulluqçuların  şəxsi  istifadəsindəki  mal-

qaraya  münasibətdə  ciddi  pozuntular  olmuşdu.  Bunun  nəticəsində  zəhmət 

adamlarının  yardımçı  təsərrüfatında  inək,  camış,  qoyun,  keçi  və  donuzların  sayı 

kəskin surətdə azalmışdı. 

Azərbaycanda  tikinti  işlərinin  genişlənməsi,  dördüncü  beşillikdə  tikinti 

təşkilatlarının  yeni  texniki  bazasının  inkişafı,  işçilərin  ixtisasının  artırılması 

nəticəsində  485  mln  manatlıq  tikinti-quraşdırma  işləri  görülmüşdü.

66

  34  iri  yeni 



dövlət sənaye müəssisəsi istifadəyə verilmişdi.

67

 Yaşayış evlərinin, məktəblərin və 



84 

 

digər  təhsil  ocaqlarının,  tibb,  mədəni-maarif  idarələrinin,  həmçinin  şəhərlərin  və 



yaşayış  məntəqələrinin  tikintisi  və  abadlaşdırılması  geniş  miqyasda  həyata 

keçirilmişdi. 

Nəqliyyatın  təkmilləşdirilməsi  sahəsində  mühüm  nailiyyətlər  qazanılmışdı. 

Beş  il  müddətində  respublikanın  dəmir  yollarında  xalq  təsərrüfatı  yüklərinin 

daşınması iki dəfədən çox artmışdı.

68

 



Azərbaycanın avtomobil təsərrüfatı bərpa olunmuşdu. Rayon  və  şəhərlərdə 

yeni avtomobil təsərrüfatları yaradılırdı. 1950-ci ildə avtomobil nəqliyyatının yük 

dövriyyəsi 1940-cı ilə nisbətən 3,5 dəfədən çox, ümumi istifadədə olan avtomobil 

nəqliyyatı  ilə  sərnişin  daşınması  isə  iki  dəfə  artdı.

69

  Su  və  hava  nəqliyyatı  da 



inkişaf etməkdə idi. 

Yeni  müəssisələr  yaradıldı.  1950-ci  ildə  şəhərlərarası  teleqraf-telefon 

xətlərinin uzunluğu 1945-ci ilə nisbətən 2,2 mln km artdı.

70

 



Lakin  müharibədən  sonrakı  dövrdə  iqtisadi  həyatda  müvəffəqiyyətlərlə 

yanaşı, xeyli mənfi hallar da mövcud idi: planların yerinə  yetirilməməsi obyektiv 

təhlil  əvəzinə  "ziyankarlıq"  və  işi  "qəsdən  pozmaq  kimi"  qiymətləndirilirdi. 

"Hücumçuluq",  "növbədənkənar"  işlər  geniş  miqyas  almışdı.  Müəssisə 

rəhbərlərinin planı yerinə yetirmədiyinə görə cəzalandırılması qorxusu hesabatların 

kütləvi  surətdə  təhrif  edilməsinə,  rəqəmlərin  şişirdilməsinə  və  hər  cür  yalanlara 

səbəb olurdu. 

Müharibədən sonrakı beşillik inkişaf planının əsas vəzifəsi xalq təsərrüfatını 

dinc  quruculuq  məqsədlərinə  yönəltmək  olduğundan  əsas  diqqət  istehsalın  bu 

istiqamətdə  bərpasına  yönəldilirdi.  Bununla  belə,  bir  sıra  yeni  sahələrin  inkişaf 

etdirilməsi  üçün  də  müəyyən  addımlar  atılmışdı,  lakin  bu  sahədə  fəaliyyətin 

miqyası  xeyli  məhdud  olmuşdu.  Ona  görə  də  Azərbaycan  iqtisadiyyatında  uzun 

müddət  davam  edən  birtərəfli  inkişaf  meyli  bu  dövrdə  də  qalırdı.  Əsasən  bütün 

Sovet  İttifaqının  tələbatı  ilə  inkişaf  edən  yüksək  vəsait  tutumlu  neft  sənayesinə 

əvvəlki  illərdə  olduğu  kimi,  böyük  həcmdə  sərmayə  qoyulsa  da,  respublikada 

həmin  dövrdə  neft  və  qaz  hasilatı  artmaq  əvəzinə  xeyli  azaldı.  Nəticədə 

Azərbaycana  ayrılan  vəsaitin  çox  hissəsini  istifadə  edən  yanacaq  sənayesində 

(1950-ci  ildə  sənaye  üzrə  əsas  istehsal  fondlarının  69,1  faizi  onun  payına 

düşürdü)

71

  artıma  nail  olunmadı.  Başqa  sahələrin  inkişafında  da  əsaslı  dönüş 



yaranmadı,  bir  sıra  sahələrdə  məhsul  istehsalı  cüzi  miqdarda  artdı.  Hətta  mühüm 

məhsulun  istehsalının  həcmi  (kükürd  turşusu,  kirəmit,  pəncərə  şüşəsi,  ipək 

xammalı, pambıq parça ipliyi, yun parça və üst trikotaj, bitki yağı, makaron, duz, 

qənnadı və s.)

72

 müharibədən əvvəlki (1940-cı il) səviyyəsindən aşağı idi. 1950-ci 



ildə  kənd  təsərrüfatının  bir  sıra  göstəriciləri  də  1940-cı  ilin  səviyyəsindən  geri 

qalırdı.  Xüsusən  də  respublikanın  yüksək  fayda  verən  əkinçilik  bitkilərinin 

(pambıq, taxıl) əkin sahələri və məhsul istehsalının həcmi (taxıl, bostan məhsulları, 


85 

 

meyvə  və  s.)  aşağı  düşmüş,  bir  sıra  başqa  sahələrdə  isə  artım  çox  az  olmuşdu.



73

 

Ümumiyyətlə,  müharibədən  sonrakı  xalq  təsərrüfatının  ilk  beşillik  planı  ölkə,  o 



cümlədən Azərbaycan iqtisadiyyatının bərpa və inkişaf vəzifəsini nəzərdə tutsa da, 

respublikada onların gerçəkləşdirilməsi tam həyata keçirilmədi. Ona görə yenə də 

birtərəfli  inkişaf  əlamətlərini  özündə  saxlayan  Azərbaycan  iqtisadiyyatının  uzun 

illərdən  bəri  yaratdığı  sosial-iqtisadi  problemlər  məhz  bu  dövrdən  özünü  daha 

kəskin  şəkildə  göstərməyə  başladı.  Respublika  ərazisi  daxilində  məhsuldar 

qüvvələrin həmahəng yerləşdirilməsində yaranan uyğunsuzluqlar nəticəsində onun 

ayrı-ayrı  bölmələri  arasında  sosial-iqtisadi  inkişafın  ümumi  səviyyəsinə  görə 

tarixən  özünü  büruzə  verən  fərqlər  artmaqda  davam  edirdi.  Azərbaycan 

sənayesinin  əsas  sahəsini  neft-qaz  hasilatı  və  onunla  əlaqədar  çoxlu  başqa  sahə 

təşkil etdiyindən və onlar Bakı-Sumqayıt bölgəsində cəmləşdiyindən respublikanın 

ümumi  sənaye  məhsulu  istehsalının  əsas  hissəsi  də  bu  regionun  payına  düşürdü. 

Ərazinin başqa hissələrinin təbii sərvətlərindən və digər imkanlardan kifayət qədər 

istifadə  edilməməsi  nəticəsində  onların  əksəriyyətində  sənaye  məhsulları 

istehsalının  həcmi  xeyli  aşağı  səviyyədə  idi.  Kənd  təsərrüfatının  lazımi  dərəcədə 

inkişaf  etməməsi,  buna  əsasən  həm  də  emal  sənayesinin  xeyli  zəif  inkişafı  əksər 

regionların  sosial-iqtisadi  yüksəlişini  məhdudlaşdırırdı.  Nəticədə  əhalinin  yüksək 

təbii  artımı  baş  verən  ərazilərdən  Bakı-Sumqayıt  bölgəsinə  kütləvi  və  daimi  axın 

prosesi  baş  verirdi  ki,  bu  da  bütövlükdə  respublikada  ciddi  sosial-iqtisadi 

problemlərin yaranmasına səbəb olurdu. 


Yüklə 17,94 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin