§1. "YENĠDƏNQURMA" VƏ AZƏRBAYCAN.
DAĞLIQ QARABAĞ KONFLĠKTĠ,
ERMƏNĠSTAN-AZƏRBAYCAN MÜNASĠBƏTLƏRĠNĠN
KƏSKĠNLƏġMƏSĠ
Artıq 80-ci illərin ortalarında sovet ölkəsinin ictimai-siyasi, iqtisadi və
mənəvi həyatında böhran yaranmışdı. Böhranlı vəziyyətin simptomları hələ 70-ci
illərin ortalarından görünürdü, - elmi-texniki tərəqqi ləngiyirdi, sənayedə
avadanlığın mənəvi aşınması, infrastrukturun zəifliyi, təbii ehtiyatlar hasilatının
çətinləşməsi və bahalaşması, maddi ehtiyatlar qıtlığının meydana gəlməsi təzahür
edirdi. Əmək məhsuldarlığının orta illik artımı 1965-1970-ci illərdəki 5,2 faizə
qarşı 1981-1985-ci illərdə cəmi 3 faiz təşkil edirdi. Bu dövrdə istehsal olunan
məhsulun orta illik artımı sənayedə 8,5 faizdən 3,1 faizə, kənd təsərrüfatında 4
faizdən 1,2 faizə, mal dövriyyəsi 8,2 faizdən 2,8 faizə, əsaslı vəsait qoyuluşu 7,6
faizdən 3,3 faizə enmişdi.
1
Böhrana əsas səbəb rəvan işləməsi üçün qüdrətli rəhbər tələb edən sosialist
cəmiyyətinin uzun müddət, xüsusən 70-ci illərin ortalarından onu idarə edə biləcək,
xüsusi keyfiyyətlərə sahib liderə malik olmaması idi. 1985-ci ildən sovet
imperiyasına rəhbərlik edən Sov.İKP MK-nın Baş katibi M.S.Qorbaçov isə
qurmağa yox, dağıtmağa çalışırdı. Sonralar, Türkiyənin Amerika Universitetindəki
çıxışında o etiraf etmişdi: "Həyatının məqsədi kommunizmi məhv etmək olub".
2
Belə bir şəxsiyyətin rəhbərlik etdiyi sosialist dövlətinin dağılması təbii idi.
60-cı illərdə ölkədə keçirilən islahatlar iflasa uğradı. Çünki faktiki olaraq
köhnə ictimai-siyasi rejim toxunulmaz qalmışdı, effektli olmayan iqtisadiyyat,
ekstensiv inkişaf modeli qalmaqda idi.
İctimai həyatın bütün sahələrinə partiya amirliyi gücləndikcə, bu təşkilatda
mənəvi çürümə prosesi sürətlənirdi. Partiya özünə sosial dayaq yaratmaq üçün
xalqları, cəmiyyəti, kollektivləri, təşkilatları parçalayırdı. İqtidar tərəfdən
dəstəklənən rəhbər elita - partiya-təsərrüfat "fəalları" əldə etdikləri imkanlardan
sui-istifadə edərək varlanırdılar. Məkrli yolla faydalanan fırıldaqçılar "sosialist
həyat tərzi" meyarlarına sığışmayan dəbdəbəli yaşayış və yığdıqlarından asudə
bəhrələnmək naminə mövcud siyasi-ictimai sistemin dağılmasına biganə idilər.
189
Hakim üsuli-idarənin mənəvi dayağı olan kommunist ideologiyası iflasa
uğramaqda idi. Onun təbliğ etdiyi ehkamlarla qurulmuş cəmiyyət, "böyük gələcək"
haqqında uydurma iddialarla həyat həqiqətləri arasında ziddiyyətin dərinləşməsi
böhranın mühüm səbəblərindən biri idi. Xalq öz real vəziyyətini dərk edir, sovet
imperiyasının ideologiya dayaqları sarsılırdı. Sovet respublikalarında milli
özünüdərk, suveren hüquqların hakim-şovinist dairələr tərəfindən tapdalanmasına,
respublikaların milli sərvətlərinin talan olunmasına etirazlar güclənməkdə idi.
Dövləti qanunlar deyil, partiya elitasının maraqları idarə edirdi. Sözdə elan
olunmuş demokratik hüquq və azadlıqların real təminatı yox idi. İqtidar hüquqi
nihilizmin dərinləşməsində maraqlı idi. Qanunsuzluq, ona qarşı mübarizənin
səmərəsizliyi adamları siyasi həyata münasibətdə laqeydləşdirirdi.
Sovet İttifaqının iflası mühüm xarici səbəblərlə də şərtlənirdi. Qərbdə "Bəla
imperiyası" kimi damğalanan bu "super" dövlət iki sistem - kapitalist və sosialist
sistemləri arasında çox böyük çətinliklə hərbi paritet yaratmağa nail olmuşdu.
Lakin dünyanın demokratik dövlətləri ona qarşı qüvvələrini birləşdirirdilər.
Ümumdünya antikommunizm liqasının fəaliyyəti genişlənmişdi. Beynəlxalq
müsəlman dini mərkəzləri də bu liqaya qoşulmuşdu. Ümumdünya "İslam Liqası"
1976-cı ildə kommunizmə qarşı müqəddəs müharibə elan etmişdi. 70-ci illərin
sonlarında təşkil olunmuş "İslam İnternasionalı" da SSRİ-də müsəlman
antikommunist və antisovet qüvvələri birləşdirmək uğrunda mübarizə aparırdı.
3
70-ci illərin ortalarında SSRİ Şərqi Avropada orta mənzilli raketlər
yerləşdirdi. Bu, mövcud strateji tarazlığı pozdu. 1979-cu ilin dekabrında sovet
ordusu Əfqanıstana soxuldu.
4
Nəticədə demokratik ölkələr tərəfindən artan sovet
təhlükəsinə qarşı yeni hərbi proqramlar, o cümlədən ABŞ-ın "Ulduz müharibələri"
proqramı hazırlandı. İqtisadi sanksiyalar tətbiq edildi. ABŞ SSRİ-yə taxıl ixracını
dayandırdı. SSRİ-nin isə bu tədbirlərə, xüsusən külli miqdarda vəsait tələb edən
yeni proqramlara cavab verməyə imkanı yox idi.
Dünya dövlətlərinin mövcud satış və xammal bazarlarını, tranzit
imkanlarını yeni real qüvvələrə müvafiq yenidən bölüşdürmək cəhdləri də SSRİ-
nin iflasını sürətləndirirdi. Onu növbəti böhranlı vəziyyətdən qurtarmaq üçün 80-ci
illərin ikinci yarısında cəhdlər göstərildi. Sovet İttifaqı Kommunist Partiyasına
rəhbərliyi ələ keçirdikdən sonra həqiqi siyasi məqsədini eklektik ideoloji və
dövlətçilik sistemi yaratmaq cəhdləri ilə pərdələyən M.S.Qorbaçov Mərkəzi
Komitənin 1985-ci il Aprel plenumunda iqtisadi və sosial-mədəni tərəqqinin
"sürətləndirmə konsepsiyası"nı irəli atdı.
5
Elmi-texniki tərəqqini, cəmiyyətin
maddi-texniki bazasını inkişaf etdirmək, istehsal münasibətlərini təkmilləşdirmək,
bütün ictimai, siyasi və ideoloji təsisatlar sistemini fəallaşdırmaq, "insan amilinin
rolunu yüksəltmək" üçün sözdə təşəbbüslər edildi. Əməyin təşkili, təsərrüfat
hesabının tətbiqi, çoxukladlı iqtisadiyyatı, eləcə də icarə sistemini, kooperasiyanı
190
inkişaf etdirmək, müxtəlif mülkiyyət formalarına əsaslanan təsərrüfatlara bərabər
imkanlar yaratmaq haqqında qanun və qərarlar qəbul olundu. Lakin onların
işləməsi üçün münasib şərait yaranmadı. Əvvəlki direktiv aktlar kimi, bu qanun və
qərarlar da gözlənilən nəticələri vermədi. Təkpartiyalı siyasi sistem, partiya
amirliyi ləğv olunmadan, respublikaların suveren hüquqlarını özlərinə qaytarmadan
iqtisadiyyatı dirçəltmək mümkün deyildi.
Partiya elitasının öz dünyagörüşləri ilə Avropa sosial-demokratlarına yaxın
olan islahatçıların ilk baxışdan cəlbedici, lakin elmi cəhətdən düşünülməmiş
siyasəti dağıdıcı, pozucu proseslərin inkişafına imkan yaradır, bu isə əsaslı
islahatları ləngidirdi. Hələ güclü olan rəqiblərinə zərbə vurmaq üçün "islahatçılar"
Sov.İKP MK-nın 1987-ci il Yanvar plenumunda yeni siyasi xətt - "aşkarlıq və
demokratiya xətti"inin qəbul edilməsinə nail oldular.
6
Əvvəllər stalinizm, 20-30-cu
illərin partiya liderlərinə qarşı terror, sosializm quruculuğunun "Lenin
prinsipləri"ndən sapınmalar ciddi tənqid olundu. Partiyanın totalitar idarəçilik
metodları, qeyri-humanist, milli ayrı-seçkiliyə əsaslanan, xalqları parçalamaq,
düşünən beyinlərdən məhrum etmək, insanları mütiləşdirmək, robotlaşdırmaq
siyasəti ifşa olundu. 1988-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri
vəzifəsini ələ keçirdikdən sonra Qorbaçov partiya amirliyinə qarşı daha ciddi
addımlar atmağa başladı. Sov.İKP-nin XIX konfransında (1988-ci il, iyun) o,
"Humanist, demokratik sosializm" şüarını meydana atıb, belə bir cəmiyyət qurmaq
üçün partiya və dövlət orqanlarının funksiyaları arasında hədd qoyulmasını,
partiyanın əsasən nəzəri, strateji siyasətlə məşğul olmasının vacibliyini qeyd etdi.
7
Lakin partokratların müqavimətini qırmaq mümkün olmadı, yenə də rəhbər kadrlar
partiya nomenklaturasında saxlanıldı. Partokratlar yeni qəbul olunmuş seçki
qanunlarında deputatların üçdə birinin ittifaq üzrə orqanları olan ictimai
təşkilatlardan seçilməsinə nail oldular. 1989-cu ildə ilk dəfə çoxmandatlı sistem
əsasında SSRİ xalq deputatları seçkiləri təşkil olundu və təbii ki, deputat
mandatlarının çoxunu partokratlar aldı. Azərbaycandan seçilən SSRİ xalq
deputatlarının da hamısı partnomenklatura siyahısından idilər. Buna baxmayaraq,
öz işinə 1989-cu il mayın 25-də başlamış SSRİ xalq deputatlarının I qurultayında
"qeyri-formal" deputatlar da sanballı bir qrup təşkil edə bildilər, bu da siyasi
müxalifətin formalaşmasına şərait yaratdı.
8
İqtisadi və siyasi sahədə "yenidənqurma" partiya elitası mühafizəkar
qanadının ciddi müqaviməti nəticəsində baş tutmurdu. Siyasi idarəçilikdə
mövqelərini saxlaya bilmiş mühafizəkarlar təsərrüfata rəhbərlikdə köhnə, qeyri-
iqtisadi metodlardan əl çəkməyə imkan vermirdilər. İdarəçilik sisteminin
təzələnməsinə yönəldilən lokal tədbirlər isə nəzarət dairəsini zəiflədir, partokrat
işbazlara yeni-yeni gəlir yolları, xalq malının talanmasına daha münasib imkanlar
yaradırdı.
191
"Yenidənqurma" iqtisadiyyata ciddi zərbə vurdu, cəmiyyəti "siyasiləşdirdi",
Kommunist Partiyasının nüfuzunu sarsıtdı və imperiyanı daha dərin böhrana saldı.
Mərkəzdənqaçan qüvvələr gücləndi, buna qarşı Moskva müxtəlif məkrli tədbirlərə
əl atdı, respublikalar arasında konfliktlər, münaqişələr sərtləşdi. Türkdilli xalqların
Türkiyə Respublikasına təbii meyli şovinistlər, xüsusən qatı erməni millətçiləri
tərəfindən potensial təhlükə kimi qiymətləndirilirdi. Türkdilli xalqlar 70-80-ci
illərin birinci yarısında mühüm sosial-iqtisadi, mənəvi-intellektual, siyasi inkişaf
yolu keçmişdi. Azərbaycan xalqının nümayəndəsi, bütün sovet ölkəsində görkəmli
siyasi xadim kimi nüfuz qazanmış Heydər Əliyev SSRİ-nin ən yüksək dövlət və
partiya vəzifələrindən birini tuturdu. Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ
Nazirlər Soveti Sədrinin birinci müavini kimi uğurlu fəaliyyəti ilə əlaqədar
insanların, xüsusən siyasi xadimlərin bir çoxu onu ciddi çətinliklər qarşısında
qalmış ölkəni ən yaxşı idarə edə biləcək şəxs hesab edirdi. Sov.İKP MK-nın baş
katibi Çernenkodan sonra ikinci şəxsin kim olacağı barədə Siyasi Büroda qızğın
müzakirələr gedərkən (bu vaxt Heydər Əliyev Suriyada uzun sürən ezamiyyətdə
idi) büro üzvlərinin bəziləri istəyirdi ki, bu şəxs Heydər Əliyev olsun.
9
Lakin
şovinist rus millətçiliyi buna yol verə bilməzdi. SSRİ-nin görkəmli dövlət xadimi
Andrey Qromıkonun qeyd etdiyi kimi, yalnız milliyyətinə görə gözəl təşkilatçı,
təmiz və abırlı adam olan Heydər Əliyevin Sov.İKP MK Baş katibi vəzifəsinə
namizədliyi istisna edilmişdi.
10
Heydər Əliyev qeyd edirdi ki, "azərbaycanlılara,
müsəlmanlara... ölkədə dördüncü, beşinci təbəqə kimi baxırdılar".
11
O göstərirdi ki,
Qorbaçovun ən qabarıq xüsusiyyəti müsəlman, türk dünyasına qarşı olan
düşmənçiliyi idi. Müsəlmanlara, türklərə qarşı "Əhalinin köçürülməsi" adlı plan
hazırlanmış və həyata keçirilməyə başlanılmışdı. Bu bədnam plan türk
respublikalarındakı müsəlman əhalinin çoxunu Rusiyaya və başqa slavyan
respublikalarına köçürməyi və yerlərinə xristian əhali yerləşdirməyi nəzərdə
tuturdu.
12
Qorbaçovun rəhbərliyi dövründə mərkəzi və yerli mətbuat qəsdən
Azərbaycan SSR-də 70-ci illərdə iqtisadi və mədəni sahələrdə əldə edilmiş mühüm
nailiyyətləri qərəzli, məqsədyönlü şəkildə riyakarcasına danır, xalqa qara yaxırdı.
13
Moskvada yüksək partiya və dövlət vəzifələrində işləyən Heydər Əliyev
"yenidənqurma"nın metodlarına: milli münaqişələrə səbəb ola biləcək
düşünülməmiş dövlət siyasətinə, xüsusən türk respublikalarına qarşı qərəzli
siyasətə açıq və kəskin etirazını bildirirdi.
14
Belə bir şəxsiyyətin yüksək vəzifələrdə
olması, xalqa dayaq durması imperiyanın planlarını poza bilərdi. Qorbaçov Heydər
Əliyevin getdikcə artan nüfuzuna, populyarlığına qarşı gizli, məkrli və daim
qızışdırılan paxıllıq hissi keçirirdi. Baş katibə həm də ona möhkəm "himayədarlıq"
edən Moskvadakı və xaricdəki erməni lobbisi nümayəndələri təzyiq göstərirdilər.
Buna görə də Heydər Əliyev M.Qorbaçovun sonralar etiraf etdiyi kimi,
192
"yenidənqurma prosesini, demokratikləşmə prosesini çox qızğınlıqla, ürəkdən
bəyənməsinə", "Siyasi Büronun fəal üzvü və son dərəcə ciddi rəhbər" olmasına
baxmayaraq, nəinki 1987-ci ilin oktyabrında idarəçilikdən uzaqlaşdırıldı, hətta
xalqın gözündən düşməsi üçün böhtançı təbliğat obyektinə çevrildi. Sov.İKP MK
katibi V.Liqaçov Bakıya göndərildi. O, Baş katibin adından Azərbaycan KP MK-
nın ikinci katibi V.Konovalova tapşırdı ki, Heydər Əliyevin birinci katib işlədiyi
bütün dövr ərzində onun fəaliyyətinin yoxlanılması üçün komissiya yaratsın.
15
Azərbaycanda ikinci "özbək işi" - guya iqtisadi cinayətkarlıq üzrə qərəzli istintaq
işləri başlandı. Əsasən erməni müstəntiqlərdən ibarət istintaq qrupu təşkil edildi.
SSRİ Prokurorluğunun bu istintaq qrupu minlərlə günahsız insanı mənəvi-psixoloji
və fiziki təzyiqlərə məruz qoyur, Heydər Əliyev əleyhinə saxta ifadələr verməyə,
donoslar yazmağa təhrik edirdi. Etiraz edənlərə işgəncə verilirdi. Həbslər
başlanmışdı.
16
Bunlar həm də Azərbaycan xalqında öz gücünə, idarəçilik
bacarığına inamı zəiflətmək məqsədi güdürdü.
Moskva mərkəzdənqaçan qüvvələri zəiflətmək üçün ənənəvi "parçala, hökm
et" siyasətindən daha geniş istifadə etdi, milli münaqişələri qızışdırdı, xalqlar
arasında qanlı nifaq saldı. İmperiyanın müxtəlif bölgələrində əvvəldən məharətlə
hazırlanmış milli münaqişə ocaqları alovlandırıldı.
"Yenidənqurma"nın elan olunmuş cəlbedici məqsədləri Azərbaycan
xalqında, xüsusən ziyalılarda ümidlər doğurmuşdu. Xalq arasında demokratik
ideyalar yayılırdı. Bundan narahat olan mərkəz mühüm geosiyasi dəyəri olan
Azərbaycanı və deməli, bütün Cənubi Qafqazı əldə saxlamaq üçün yenidən
uydurma "Dağlıq Qarabağ problemi"ni qızışdırdı. Hələ 70-ci illərdə mərkəz
Türkiyə dövlətinin regiondakı nüfuzunu sarsıtmağa cəhdlər göstərirdi. Yenə
erməni millətçiləri rus şovinistlərinin silahına çevrilmişdi. 1975-ci ildə
Beyrutda
özünü Akopyan kimi təqdim edən marksist dünyagörüşlü bir Suriya ermənisinin
başçılığı ilə "Ermənistanı azad etmək üçün gizli ordu" - ASALA təşkil edilmişdi.
17
O, sovet dövlətinin nəzarəti altında olan Fələstin Azadlıq Təşkilatının bazasında
təlim keçən terrorçu bir təşkilat idi. Onunla yanaşı, "Erməni inqilabı ordusu",
"Erməni genosidinə görə ədalət komandosu" və b. təşkilatlar da bu istiqamətdə
fəaliyyət göstərirdilər.
18
Erməni terrorçuları 1975-cı ildən başlayaraq dünyanın
diqqətini yenidən "erməni məsələsi"nə cəlb etmək üçün 50 nəfərdən çox Türkiyə
vətəndaşını, əsasən diplomatları qətlə yetirdilər. Özünü "əsas zərbə qrupu" hesab
edən Amerika erməni təşkilatı müxtəlif beynəlxalq forumlarda terrorçuların siyasi
tələblərini elan etməyə başladı. Erməni təşkilatları açıq bildirdilər ki, məqsəd
Türkiyəyə "erməni genosidi" faktını etiraf etdirmək, onun ərazisində erməni
dövləti yaratmaq, bu dövlətlə Ermənistan SSR-i birləşdirmək, ona Naxçıvanı,
Axalkalaki və Dağlıq Qarabağı daxil etməkdir.
19
193
80-ci illərin ikinci yarısında, SSRİ-də "yenidənqurma" prosesini
mərkəzdənqaçan qüvvələr fəallaşdırdığı vaxt erməni amilindən "Bəla imperiyası"nı
dağıtmaq istəyən dövlətlər də geniş bəhrələnməyə çalışdı. "Erməni genosidi" faktı
1987-ci il iyulun 18-də Avropa parlamenti tərəfindən tanındı. Erməni "genosidi"
qurbanlarına xatirə günü təsis edildi.
20
Həm Rusiya, həm də Avropa tərəfindən himayə olunduqlarını görən erməni
millətçiləri türk soyqırımına, terrora əsaslanan qanlı siyasətlərini - "Böyük
Ermənistan" dövləti yaratmaq kimi sərsəm xülyanı reallaşdırmaq cəhdlərini
yenidən fəallaşdırdılar. Ermənilərin tələbi ilə 1984-cü ilin oktyabr ayında
Azərbaycanın Qazax və Gədəbəy rayonlarından min hektarlarla ərazi Ermənistana
verildi (bu barədə protokolu Moskvanın təzyiqi ilə Azərbaycan Ali Soveti hələ
1938-ci il mayın 2-də təsdiq etmişdi). Lakin yerli camaat müqavimət göstərir,
torpaqlarını əldən vermirdi. Azərbaycanın qanunverici orqanı bu bədnam qərarı
1969-cu il mayın 7-də təsdiq etmişdi. Lakin az sonra hakimiyyətə gəlmiş Heydər
Əliyev onun icrasına yol verməmişdi.
21
Torpaqların Ermənistana verilməsi xalqda
narazılıq yaratmışdı. Hətta Kəmərli, Abasbəyli, Qaymaqlı, Şıxlı, Yuxarı Salahlı,
Əskipara, Sofulu, Barxudarlı, Tatlı, Musagöy kəndlərindən 5 min hektar torpaq
sahəsinin Ermənistana verilməsi ilə əlaqədar Qazax rayonunun camaatı onu
sakitləşdirməyə gəlmiş Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavinini
qovmuşdu. Xalqın etiraz çıxışları hərbçilərin köməyi ilə yatırıldı.
22
Erməni
təxribatçıları Bakıda yeni təmir olunmuş Opera və Balet Teatrı binasını yandırdılar,
şəhər nəqliyyatında partlayışlar törətdilər. Günahkarlar tapılıb cəzalandırıldı,
erməni terrorçularının Bakı və Sumqayıtın iri zavodlarında partlayış törətmək
planları aşkar olunub zərərsizləşdirildi.
23
Milli münaqişə isə getdikcə alovlanırdı.
1985-ci ildə Daşnak partiyasının Afinada keçirilmiş XXIII qurultayı
erməniləri "Böyük Ermənistan" uğrunda mübarizəni yenidən genişləndirmək üçün
yaranmış əlverişli şəraitdən səmərəli istifadə etməyə, qüvvələri birləşdirməyə
çağırdı.
24
Antitürk təbliğatı və terrora səfərbərlik daha da güclənmişdi. 1986-cı
ildən Azərbaycanın Dağlıq Qarabağ bölgəsində erməni milli separatçılıq təbliğatı
açıq
və geniş xarakter almışdı.
25
Moskva rəsmilərində antitürk əhvali-ruhiyyənin
formalaşmasına
Qorbaçovun
yaxın
əhatəsində
olan
"şahnazaryanlar",
"aqanbekyanlar" mühüm təsir göstərirdi.
Kütləvi informasiya vasitələrində açıq-aşkar eyhamlar vurulurdu ki,
Qorbaçovun xanımı Parisdə əntiq əşyalar satan imkanlı ermənilərlə əlaqə saxlayır
və onların diqqətindən məmnun qalmışdır.
26
Lakin verilən vədi yerinə yetirmək
müşkül iş idi. Az sonra Yerevanda bəxşişlərin geri qaytarılması tələbi ilə mitinqlər
keçirilməyə başlanmışdı. SSRİ Ali Sovetinin sessiyasında deputat İgityan
Qorbaçova müraciətlə "Axı siz söz vermişdiniz..." - deyə az qala vədə əməl
olunmasını tələb etmişdi.
27
Paruyr Qazaryan, Zori Balayan, S.Xanzadyan,
194
B.Ulubabyan, S.Kaputikyan və başqalarının tarixi saxtalaşdıran, azərbaycanlıları
təhqir edən qızışdırıcı "əsərləri" erməni millətçiliyinin daha davakar xarakter
almasında, milli münaqişənin alovlanmasında müstəsna rol oynayırdı. Balayanın
"İki od arasında", "Qəza", "Ocaq" kitabları "əzabkeş xalqa" daha emosional təsir
göstərmişdi. "Qarabağ" komitəsinin fəaliyyəti genişlənmişdi. Ermənistandan
Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi vacibliyini sübut etmək niyyəti ilə
dünyanın 30-dan çox dövlətinə və beynəlxalq təşkilatlara 300 min erməninin
imzası ilə müraciətnamələr göndərildi.
28
1987-ci ilin oktyabr ayında Heydər
Əliyevin SSRİ rəhbərliyində tutduğu yüksək vəzifədən uzaqlaşdırılması
ermənilərin öz niyyətlərini reallaşdırmaq ümidini artırdı. 1987-ci ilin oktyabrında
Yerevanın Puşkin meydanında "Qarabağ" komitəsinin ilk açıq mitinqi keçirildi.
29
Rəsmi Moskva 1987-ci ilin noyabrında Parisdə dövlət başçısının əsabələrindən biri
olan akademik Abel Aqanbekyanın dili ilə Qarabağ hərəkatına müsbət
münasibətini, qeyri-rəsmi olsa da, bütün dünyaya bildirməkdən çəkinmədi.
Aqanbekyan "Humanite" qəzetinin 1987-ci il 18 noyabr tarixli sayında dərc
olunmuş
müsahibəsində
Dağlıq
Qarabağın
Ermənistana
verilməsinin
məqsədəuyğun olmasını və bu barədə dövlət başçısına
təklif verdiyini bildirdi.
30
Erməni hərəkatına bir qrup erməni millətçisi arxasından yenə kommunist-
daşnaklar, DTK agentləri rəhbərlik edirdi. Moskvada ermənilərin "Milli
müqəddəratı müstəqil təyin edilməsi birliyi" və "Siyasi məhbusların müdafiəsi üzrə
erməni komitəsi" də bu istiqamətdə fəal iş aparırdı.
31
"Qarabağ" komitəsinin
Azərbaycanda, xüsusən Dağlıq Qarabağda uzun müddət gizli fəaliyyət göstərən
yerli təşkilatı "Krunk" adı altında açıq fəal mübarizəyə başlamışdı, "Miatsum"
(birləşmə) hərəkatı genişlənirdi. 1988-ci il martın 2-də "DQMV-nin Ermənistanla
yenidən birləşdirilməsi uğrunda mübarizə komitəsi" - iri müəssisə rəhbərlərini
birləşdirən 55-lər komitəsi yaradılmışdı.
32
Dünyada baş verən dəyişiklikləri
vaxtında və düzgün qiymətləndirmək, Azərbaycan xalqını gözləyən təhlükələri
görmək və qabaqlayıcı tədbirlər həyata keçirmək, vahid milli platforma yaratmaq
əvəzinə Azərbaycan rəhbərliyi bağışlanılmaz bir passivlik, laqeydlik nümayiş
etdirdi. Başsız qalmış xalqın kortəbii etiraz hərəkatları səmərəli nəticə vermirdi.
1988-ci ildə Ermənistan SSR ərazisindən, öz dədə-baba yurdundan - 185
kənddən və başqa yaşayış məntəqələrindən 230 min azərbaycanlı qovuldu, onlara
məxsus 31.000 ev, şəxsi təsərrüfat, 165 kolxoz və sovxozun əmlakı talandı, 214
nəfər öldürüldü, 1154 nəfər yaralandı, yüzlərlə adama işgəncə verildi, qız-
gəlinlərin namusu təhqir olundu.
33
15 mindən çox kürd və bir neçə min rus
Ermənistandan çıxarıldı. Ermənistan, demək olar ki, monoetnik bir respublikaya
çevrildi. Bunun üçün əvvəlcədən xüsusi silahlı dəstələr hazırlanmışdı.
Ermənistanın Qafan və Mehri rayonlarında bu cinayətkarların vəhşi əməllərindən
yaxa qurtaran ilk qaçqınlar 1988-ci il yanvarın 25-də Azərbaycana pənah
195
gətirdilər.
34
Qaçqınların yeni dəstələri fevralın 18-23-də təqiblərdən can qurtarıb
Azərbaycana gəldilər.
35
1988-ci il fevralın 12-də Yerevanda böyük antitürk mitinqi keçirildi.
"Ermənistanı türklərdən təmizləməli", "Ermənistanda ermənilər yaşamalıdır!" və
başqa millətçi şüarlar səslənirdi.
36
Fevralın 21-də erməni vandalları Yerevanda
qalmış son məscidə hücum edib onu dağıtdılar. Azərbaycan aşıq sənətinin dahisi
Ələsgərin qəbri təhqir edildi. Böyük şair Səməd Vurğunun abidəsi uçuruldu.
Azərbaycanlılara qarşı terror 1988-ci ilin əvvəllərində Vedibasarda xüsusən
genişləndi. Qız-gəlinlər, ağsaqqallar təhqir edilir, kəndlər talan olunurdu.
37
Döyülmüş, alçaldılmış, heç yerdən köməyi olmayan 4000 nəfər adam ev-eşiyini
atıb piyada, ayaqyalın-başıaçıq, böyük çətinliklərlə qarlı dağ keçidlərini aşıb
Azərbaycana gəlməyə məcbur oldu.
Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətindəki ermənilər
bundan
ruhlanaraq daha fəal siyasi aksiyalar keçirməyə başladılar.
1988-ci ilin əvvəllərindən Xankəndində (1923-cü ilin avqustundan 1991-ci
ilin noyabrınadək Stepanakert adlanıb) erməni əhalisi ardı-arası kəsilməyən kütləvi
mitinqlər, nümayişlər keçirirdi.
38
Fevral ayının 15-18-də vilayətin, Şuşadan başqa,
bütün rayon sovetlərində sessiya keçirildi və DQMV-nin Azorbaycan SSR
tərkibindən çıxarılıb Ermənistan SSR tərkibinə verilməsini təklif edən qərarlar
qəbul olundu.
39
Mitinqçilərin tələbi ilə fevralın 20-də Vilayət Sovetinin sessiyası
DQMV-nin Azərbaycan SSR tərkibindən çıxarılıb Ermənistan SSR tərkibinə
verilməsi haqqında qərar qəbul etdi. SSRİ Ali Sovetindən xahiş edildi ki, bu
məsələni müsbət həll etsin.
40
Moskva münaqişəni daha da qızışdırdı. Sov.İKP MK
Siyasi
Bürosunun
Bakıya
gəlmiş
üzvü
sərhədləri
dəyişdirməyin
yolverilməzliyindən danışır, Yerevana gedən üzvü isə DQMV-dəki separatçılığa
haqq qazandırırdı.
41
Azərbaycan
Respublikasının suveren hüquqlarının tapdalanmasına
Moskvanın, Azərbaycan rəhbərliyinin qəti tədbirlərlə cavab vermədiyini görən
Azərbaycan xalqı böyük həyəcan içində idi. Kortəbii mitinqlər, etiraz nümayişləri
keçirilirdi.
42
Ermənistandan azərbaycanlıların döyülüb, alçaldılıb qovulmasına, Yuxarı
Qarabağda isə ermənilərin həyasız separatçı tələblərinə qarşı münaqişə zonasında
yaşayan azərbaycanlılar xüsusən qəti etiraz edirdilər. Aşağı Qarabağ bölgəsindən
toplanaraq Dağlıq Qarabağda münaqişəni başlanğıcda həll etmək, onun böyüyüb
qanlı müharibəyə çevrilməsinin qarşısını almaq üçün, əliyalın olsa da, yürüşə
hazırlaşan azərbaycanlıları rəsmi Bakının göstərişi ilə dayandırdılar. Hətta
Ermənistandan qovulmuş azərbaycanlıların Dağlıq Qarabağda məskunlaşmasına
belə icazə verilmədi. Fevralın 21-də vilayətin Əsgəran rayonunda ermənilərin iki
196
nəfər azərbaycanlını öldürməsi, 19 nəfərin yaralanması vəziyyəti daha da
gərginləşdirdi.
43
Dünya ictimaiyyəti gözündə öz əməllərinə haqq qazandırmaq üçün
ermənilər 1988-ci il fevralın 28-də Sumqayıtda Edik Qriqoryanın fəal iştirakı ilə
fitnəkarlıq törətdilər.
44
Varlı ermənilər bir neçə gün əvvəl əmlakını və əmanət bankındakı pullarını
götürüb şəhəri tərk etmişdilər.
45
Ekstremist əhvali-ruhiyyəsi qəsdən qızışdırılan,
hər an fitnəkarlıq baş verməsi təhlükəsi olan şəhərdə (Ermənistandan təhqir
olunub, alçaldılıb qovulanların xeyli hissəsi buraya gəlmişdi) milisə nəinki odlu
silah, heç adi dəyənək də gəzdirməyə icazə verilmirdi. Prokurorluq orqanları,
general Kareyevin komandanlığı altında şəhərə gətirilmiş hərbi hissə də hadisələrin
ən gərgin vaxtı fəaliyyətsiz dayanmışdı.
46
Törədiləcək fitnəkarlığı lentə almaq, elə
səhəri gün hay-küylə bütün dünyaya çatdırmaq üçün əvvəlcədən cinayətlər baş
verəcəyi planlaşdırılmış yerlərdə tele-fotooperatorlar yerləşdirilmişdi. Fitnəkarlığın
icraçılarından biri olan Edik Qriqoryan şəxsən doqquz erməni öldürmüşdü.
Ermənilərin törətdiyi bu faciə nəticəsində şəhərdə 32 nəfər, o cümlədən 26 erməni,
6 azərbaycanlı qətlə yetirildi.
47
Bütün Azərbaycan xalqı bu fitnəkarlığı, onun müəlliflərini və icraçılarını
ciddi lənətlədi.
Ermənilər istəklərinə nail oldular. Onlar bu faciəni ağlasığmaz uydurmalarla
bəzəyib, beynəlxalq ictimaiyyətdə azərbaycanlılara qarşı mənfi münasibət
yaratmağa çalışdılar.
Sumqayıt fitnəkarlığından sonra Ermənistanda hökumətin və "Qarabağ
hərəkatı" liderlərinin mütəşəkkil şəkildə təşkil etdiyi qanlı antitürk hərəkatı daha da
genişləndi. Bu işdə yaxşı silahlandırılmış erməni qeyri-formal hərbi birləşmələri
fəal iştirak etdilər. 1988-ci il martın 2-də Ermənistanda yaşayan azərbaycanlıların
yeni böyük bir dəstəsi təqibdən yaxa qurtarıb Zəngilan rayonuna gəldi. Martın 10-
da Yerevandan cənubda Mehmandar kəndinin dörd sakini qətlə yetirildi. Martın
25-də Ararat rayonunun Vedi, Şirazlı, Xalisə və Şidli kimi azərbaycanlı
kəndlərində 100-dən çox ev talan edilib yandırıldı, əhalisi qovuldu. Mayın
ortalarında Yerevan yaxınlığındakı azərbaycanlı kəndlərinə yenidən basqın edildi.
Şirazlı kəndinin 880 nəfər sakini SSRİ-Türkiyə sərhədinə qaçıb orada sığınacaq
tapdı.
48
Ararat rayonunda daha beş azərbaycanlı kəndinin on minə qədər sakini
silahlı erməni quldurlarından yaxa qurtarıb qaçqınlara qoşuldu. Erməni faşistləri
Quqark rayonunda daha dəhşətli faciələr törətdilər. 1988-ci il noyabrın sonu -
dekabrın əvvəllərində bu rayonda 70 nəfər azərbaycanlı qətlə yetirildi. Rayonun
təkcə Gözəldərə kəndində 21 nəfər, o cümlədən altı qadın və üç körpə
öldürülmüşdü. Vartanada 17 azərbaycanlı qətlə yetirilmişdi.
49
197
Ermənistanda azərbaycanlıların soyqırımı hətta burada 7 dekabrda baş verən
dəhşətli zəlzələdən sonra belə dayanmaq bilmədi. Təbii fəlakətə düçar olmuş
qonşusuna ilk kömək əlini Azərbaycan uzatdı. Dekabrın 8-də Bakıdan 80 peşəkar
xilasedici, 28 güclü avtokrandan ibarət mexanikləşdirilmiş dəstə Spitaka yola
düşdü, bu dəstə təkcə ilk günlər 63 nəfəri uçqunlar altından çıxarıb ölümdən xilas
etdi. Dekabrın 11-də Azərbaycandan zəlzələ zonasına İL-76 təyyarəsində köməyə
gedən 78 nəfər (50 azərbaycanlı, 13 ləzgi və b) Leninakan yaxınlığında müəmmalı
şəkildə qəzaya uğradı, 77 nəfər həlak oldu.
50
Erməni millətçilərinin azərbaycanlılara qarşı qanlı əməlləri nəticəsində
Ermənistanda bir nəfər də azərbaycanlı qalmadı. Onların son nümayəndələri -
Nüvədi kəndinin əhalisi 1991-ci il avqustun 8-də bir gün içərisində sovet
əsgərlərinin köməyi ilə Ermənistandan qovuldu. Azərbaycanlılar sonradan
Ermənistan dövlətinin ərazisi olmuş doğma torpaqlarında tam soyqırımına məruz
qaldılar.
51
Ermənistanda azərbaycanlılara qarşı törədilən cinayətlərin Moskvada,
habelə müvəffəqiyyətlə aldadılmış dünya ictimaiyyəti tərəfindən soyuqqanlılıqla
qarşılanması Dağlıq Qarabağda separatçıların əl-qolunu daha da açdı.
SSRİ rəhbərliyi Azərbaycanın qanuni ərazisini ondan qoparıb Ermənistana
birləşdirmək istəyən ermənilərlə öz torpaqlarını, konstitusiya hüquqlarını qorumaq
üçün ayağa qalxmağa məcbur olmuş azərbaycanlıların mənafelərini bərabər tutmaq
kimi riyakar təşəbbüslər göstərdi. M.Qorbaçovun 1988-ci il fevralın 23-də hər iki
xalqa müraciəti,
52
Sov.İKP MK-nın sosial-iqtisadi inkişafı sürətləndirmək tədbirləri
haqqında 1988-ci il 24 mart,
53
habelə SSRİ Ali Soveti Rəyasət Heyətinin Dağlıq
Qarabağdakı hadisələrlə bağlı müttəfiq respublikaların Azərbaycan və Ermənistana
müraciətləri ilə əlaqədar tədbirlər haqqında 1988-ci il 23 mart, mövcud ixtilafları
hər iki xalqın mənafeyinə uyğun şəkildə həll etmək haqqında 1988-ci il 18 iyul
54
tarixli qərarları yaranmış vəziyyətdən real çıxış yolları göstərə bilmədi, əksinə,
vilayətin Azərbaycanın tərkibindən çıxarılmasının təməl daşını qoydu. Bu qərarlara
əsasən Dağlıq Qarabağa müstəsna hüquqlar verildi, vilayətin bir çox məsələlərinin
həlli birbaşa ittifaq nazirlik və qurumlarına tapşırıldı. Azərbaycan rəhbərliyi isə
respublikanın hüquqlarının pozulmasına qarşı qəti etiraz etmək əvəzinə bu
qərarların münaqişəni aradan qaldırmaq işində mühüm əhəmiyyət kəsb edəcəyini
bildirdi. 1988-ci il 11 oktyabrda Xankəndində Ə.Vəzirov və S.Harutyunyan
(Ermənistan KP MK-nın birinci katibi) görüşüb bu qərarların həyata
keçirilməsində "koordinasiya məsələlərini müzakirə" etdilər.
55
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1988-ci il 24 mart qərarı ilə
"Krunk" cəmiyyəti xalqlar arasında nifaq salmaq kimi yolverilməz bir fəaliyyətdə
günahlandırılıb rəsmən qadağan edilsə də, yenə fəal iş aparırdı.
56
198
Azərbaycanlıları ermənilərlə "dialoqa çağıran" Qorbaçov özü erməni
separatizminin ideoloqlarını birtərəfli qaydada Kremldə söhbətə dəvət etdi.
Qorbaçov sonralar etiraf edir: "Mən onlara məsələnin tarixini ətraflı izah etməyə
imkan verdim... səylə toplanmış sənədləri, coğrafi xəritələri, tarixi arayışları mənə
göstərdilər. Sonra isə ermənilərin necə sıxışdırılmasından, Ermənistandan təcrid
edilmələrindən, qədim abidələrinin dağıdılmasından söhbət açdılar... İslamın
xristianlıq üzərinə hücumu davam edir! Qonaqlarımdan biri bunları belə
səciyyələndirdi".
57
Lakin əlində tarixi həqiqətləri öyrənmək üçün bütün imkanları
olsa da, erməni saxtakarlığına uyan, bəlkə də uymaq istəyən Baş katib
azərbaycanlıların fikirləri ilə maraqlanmadı. Hətta Azərbaycan KP MK-nın birinci
katibi K.Bağırovla görüşməkdən boyun qaçırdı. Bununla açıqca bildirdi ki, Dağlıq
Qarabağ məsələsində dövlət başçısı ermənilərin tərəfindədir. Ölkənin rəhbəri
bildirirdi ki, bu məsələ Stalinin dövründə düzgün həll edilməyib, onu indi
demokratizm və yenidənqurma çərçivəsində həll etmək lazımdır. Erməni
separatçıları daha da qızışdılar. Yerevanda vərəqələr yayılırdı: "Ermənilər,
mitinqləri qurtarın, silaha sarılın və türkləri əzin!"
58
Ermənistan SSR Ali Soveti 1988-ci il 15 iyun tarixli qərarı ilə kobudcasına
Azərbaycanın daxili işinə qarışaraq, DQMV-ni Ermənistanın tərkibinə qəbul
etməyə razılıq verdi.
59
Azərbaycan SSR Ali Soveti XI çağırış VII sessiyası 1988-ci
17 iyun il tarixli qərarı ilə DQMV Xalq Deputatları Soveti sessiyasının 20 fevral
tarixli qərarını qeyri-qanuni akt kimi qiymətləndirdi.
60
İyunun 21-də Vilayət Xalq
Deputatları Sovetinin fövqəladə sessiyası SSRİ Ali Sovetinə müraciətlə Dağlıq
Qarabağın Ermənistan SSR-ə verilməsini xahiş etdi. İyulun 12-də Vilayət
Sovetinin sessiyasında DQMV-nin Azərbaycan SSR tərkibindən çıxması barədə
qeyri-qanuni qərar qəbul olundu.
61
Moskvanın səlahiyyətli nümayəndəsi A.Volskinin iki xalq arasında
kompromis yaratmaq adı altında ermənipərəst missiyası vəziyyəti daha da
gərginləşdirdi. Xankəndində tətil və nümayişlər ara vermirdi. 1988-ci il sentyabrın
18-də ermənilər Xocalıya hücum etdilər. Qanlı toqquşma baş verdi.
62
Sentyabrın
21-i və oktyabrın 18-də Xankəndində azərbaycanlıların və buna cavab olaraq
Şuşada ermənilərin evləri, avtomobilləri yandırıldı.
63
Noyabrın 24-də Ermənistan
ərazisindən silahlı quldurlar Qubadlı rayonunun Eyvazlı, Davudlu və Qədirli
sərhəd kəndlərinə soxulub qırğın törətdilər. Eyvazlı kəndi tamamilə yandırıldı.
64
SSRİ Ali Soveti Rəyasət Heyəti vəziyyəti nizama salmaq üçün
Azərbaycanın hüquqlarını yenidən kobud surətdə pozaraq 1989-cu il yanvarın 12-
də "Azərbaycan SSR-in DQMV-nin xüsusi idarəçilik formasının tətbiqi haqqında"
qərar qəbul etdi. A.Volskinin başçılığı ilə Muxtar Vilayət Xalq Deputatları Soveti,
onun İcraiyyə Komitəsi hüququnda birbaşa Moskvaya tabe olan müvəqqəti Xüsusi
İdarə Komitəsi (XİK) təşkil edildi, bütün dövlət və ictimai orqanların səlahiyyəti
199
dayandırıldı.
65
XİK vilayətdə qayda-qanunu bərpa etmək əvəzinə onu Azərbaycana
bağlayan iqtisadi əlaqələrinin tam qırılmasına, azərbaycanlıların buradan
qovulmasına, ermənilərin silahlanmasına və quldur dəstələrində birləşməsinə
şərait yaratdı. DQMV-də, Laçın, o vaxtkı Şaumyan və Xanlar (indiki Goranboy
rayonunun bir hissəsi) rayonları ərazisində silah və sursat cəbbəxanaları yaradıldı.
Dağlıq Qarabağda "Böyük Ermənistan" vahid cəbhəsində birləşən 80 hərbi-
terrorçu qrup fəaliyyət göstərirdi.
66
Ermənistandan DQMV Mardakert (indiki
Ağdərə) rayonundakı gizli
təyyarə meydanına silah və sursat daşınırdı.
Azərbaycanlılardan isə adi ov silahları da müsadirə edilirdi. Onlardan 18 min ov
silahı alınmış, yaxşı silahlanmış düşmən qarşısında əliyalın, müdafiəsiz vəziyyətə
salınmışdılar. Xüsusi İdarə Komitəsinin tam imkan yaratdığı şəraitdə 1989-cu il
iyunun 13-dən başlayaraq vilayətdə azərbaycanlılar yaşayan məntəqələr blokadaya
alındı.
67
Sovet ordu hissələrinin köməyi ilə erməni quldurları -"saqqallılar"
Xankəndindən bütün azərbaycanlıları-14 min nəfəri qovub çıxartdılar.
68
Avqustun
sonlarında isə bir hissəsi qırıldıqdan sonra azərbaycanlılar Cəmilli, Həsənabad və
Daşbulaq kəndlərini tərk etməyə məcbur oldular.
69
İyulun sonlarında Şaumyan
rayon xalq deputatları Sovetinin erməni deputatları "sessiya" adlandırdıqları
yığıncaqlarında bu rayonun DQMV-yə birləşdirilməsini Azərbaycan SSR Ali
Sovetindən xahiş etdilər. Avqustun ortalarında daha bir təhrikçi akt həyata
keçirildi. DQMV-də "xalq adından çıxış edən nümayəndələrin qurultayı" oldu və
burada "Milli Şura" - vilayətin bədnam "ali hakimiyyət orqanı" seçildi.
70
Azərbaycan demokratik qüvvələrinin təkidli tələbi ilə SSRİ Ali Soveti
1989-cu il noyabrın 28-də Dağlıq Qarabağda Xüsusi İdarə Komitəsini ləğv etdi.
Vilayətin idarəsi SSRİ Ali Soveti xüsusi komissiyasının nəzarəti altında
Azərbaycan SSR Təşkilat Komitəsinə tapşırıldı.
71
Lakin yenə mərkəz tərəfindən
qəti tədbirlər görülməməsi erməniləri yeni təhrikçi hərəkətlərə şirnikləndirirdi.
Ermənistan SSR Ali Soveti isə 1989-cu il dekabrın 1-də "Ermənistan SSR-ə Dağlıq
Qarabağı birləşdirmək haqqında" qeyri-qanuni qərar qəbul etdi.
72
Xankəndində
Ermənistanın dövlət bayrağı qaldırıldı. İdarəçilik işləri, müəssisələr bu
respublikanın nazirlik və baş idarələrinə tabe edildi. 1990-cı il yanvarın 9-da
DQMV-nin 1990-cı il üçün sosial-iqtisadi inkişaf planı Ermənistan SSR-in dövlət
planına daxil olundu.
73
1990-cı ildə Azərbaycan ərazisində DQMV-də Ermənistan
SSR xalq deputatları seçkiləri üzrə qeyri-qanuni seçki dairələri təşkil edildi və
"deputatlar" seçildi.
74
Vəziyyət gərgin idi. 1990-cı il yanvarın 15-də SSRİ Ali Soveti DQMV və
qonşu rayonlarda fövqəladə vəziyyət elan etdi.
75
RespublikaTəşkilat Komitəsi,
Xüsusi Təyinatlı Milis Dəstələri (OMON), hərbi komendantlıq vilayətdəki
azərbaycanlılar yaşayan kəndlərin blokadasını açmağa, qanunsuz silahlı dəstələri
ləğv etməyə başladı. Ermənistandan buraya silah daşınmasının qarşısını almaq
200
üçün tədbirlər görüldü. 1990-cı ilin yanvar-iyun aylarında vilayətin 43 yaşayış
məntəqəsində 67 xüsusi əməliyyat aparılaraq quldurlardan silahların bir hissəsi
alındı.
76
Bu vaxt Ermənistan ərazisindən Azərbaycanın sərhəd bölgələrinə hücumlar
genişlənməyə başladı. Ermənistanda dövlətin himayəsi ilə 6 böyük qeyri-qanuni
silahlı qruplaşma təşkil olunmuşdu. Quldurlar hərbi hissələrə hücum edir, silah və
sursatı ələ keçirirdilər. 1990-cı ildə burada iri miqyaslı hərbi əməliyyatlar
kcçirməyə qabil olan hərbi hissələrdə - Erməni milli ordusu, erməni ümummilli
hərəkatının hərbi təşkilatı, respublika partiyasının müstəqil ordusu, "David Sasuni",
"Vretaruner" (qisasçılar), "Haydat" (erməni məhkəməsi) və b. silahlı dəstələrdə 10
minə qədər "döyüşçü" toplanmışdı.
77
Ermənistan
SSR Ali Soveti 1990-cı il iyulun 31-də "SSRİ
qanunvericiliyində nəzərdə tutulmamış silahlı dəstələrin yaradılmasını qadağan
etmək və silah qanunsuz saxlanıldığı halda onu geri almaq haqqında" 1990-cı il 25
iyul tarixli prezident fərmanının Ermənistan və DQMV-də qüvvədə olmadığını
elan etmişdi.
78
Ermənistan hərbi birləşmələri tez-tez Azərbaycan ərazisinə basqın edirdilər.
Naxçıvan MSSR Ermənistan tərəfindən blokadaya alınmışdı. Ermənilər
Azərbaycan dəmir yolunun Ermənistanın Mehri rayonu ərazisindən keçən
hissəsində qatarların hərəkətinə mane olur, onları atəşə tuturdular. 1990-cı il
yanvarın 12-də düşmən bir neçə hərbi vertolyotla Xanlar rayonunun Quşçu kəndinə
desant ataraq dinc əhaliyə vəhşicəsinə divan tutdu, onlarca adam - qadın, uşaq və
qoca məhv edildi. Erməni faşistləri Naxçıvanın Kərçi kəndinə basqın edib yanvarın
18-də onu tutdu və 320 sakini qovub çıxartdı. Bu əməliyyatlarda sovet qoşun
hissələri də iştirak edirdi.
79
Martın 24-də gecə üç erməni hərbi hissəsi rusların
köməyi ilə Qazax rayonunun Bağanis-Ayrım kəndinə hücum etdi, kəndin 7 sakini,
o cümlədən iki qadın və ikiaylıq körpə işgəncə ilə öldürülüb yandırıldı, 11 ev talan
edildi və külü göyə sovruldu.
80
Azərbaycan SSR Ali Soveti 1990-cı il iyunun 11-də Ermənistanla sərhəd
boyu (975 km) fövqəladə vəziyyət elan etdi. Sərhədlər mühəndis qurğuları ilə
möhkəmləndirildi, onu müdafiə etmək üçün Xüsusi Təyinatlı Milis Dəstələri
yaradıldı.
81
1991-ci ilin əvvəllərindən DQMV təyyarə meydanına nəzarət
Azərbaycan milisinə verildi.
Sovet imperiyasının silahlı qüvvələri bu vaxt SSRİ-nin saxlanılmasına
münasibət haqqında 17 mart Ümumittifaq referendumunda iştirak etməyən
Ermənistana "dərs vermək", habelə Azərbaycandakı kommunist rejimini
dəstəkləmək üçün erməni quldurlarına köməyi azaltdı. 1991-ci il mayın
əvvəllərində Çaykənd və Martunaşendə pasport rejimi yoxlanıldı və hərbiləşmiş
erməni birləşmələri tərksilah edildi. İyulun əvvəllərində Goranboy rayonunun
201
Azadkənd, Sarısu, Manaşid, Erkeç və Buzluq kəndlərində düşmənin dayaq
məntəqələri dağıdıldı.
83
Lakin erməni quldurları yenə rusların köməyi ilə sərhəd zonalarındakı
Azərbaycan kəndlərinə basqınları davam etdirirdilər. avqustun 18-20-də erməni
hərbi hissələri rusların, vertolyot və ağır texnikanın köməyi ilə Qazax rayonuna
hücum etdi. Bağanis-Ayrım kəndi yenə dağıdıldı, əhaliyə işgəncələr verildi.
84
Vəhşilər bir kişini ot tayasında yandıraraq ətrafında yallı getmişdilər. Ermənilərin
Zəngilan, Qubadlı və Laçın rayonu kəndlərinə də hücumları ara vermirdi.
Qubadlının Yuxarı Cibikli kəndinin əhalisi düşmənə mərdliklə müqavimət
göstərmiş, 20 qulduru məhv etmişdi. Burada olan Sovet Ordu hissəsi, demək olar
ki, seyrçi mövqe tutmuşdu. Təkcə ukraynalı Olek Babak əliyalın azərbaycanlılara
kömək etdi və qəhrəmancasına həlak oldu. Ölümündən sonra ona Sovet İttifaqı
Qəhrəmanı adı verildi.
85
Vəziyyəti gərginləşdirmək üçün erməni terrorçuları hər vasitədən istifadə
edirdilər. 1989-cu il sentyabrın 16-da onlar Tiflis-Bakı şəhərlərarası sərnişin
avtobusunu Yevlax şəhəri yaxınlığında partlatdılar. 1990-cı il avqustun 10-da
Xanlar rayonunda Tiflis-Ağdam sərnişin avtobusunda yeni terror aktı törətdilər.
Partlayış nəticəsində 17 nəfər həlak oldu və 15 nəfər yaralandı. 1991-ci il iyulun
31-də erməni terrorçuları Moskva-Bakı sərnişin qatarında Mahaçqala yaxınlığında
böyük partlayış törətdilər. Nəticədə 15 sərnişin həlak oldu, 16 nəfər ağır yaralandı.
Buna oxşar cinayət 1991-ci il mayın 30-da Kolonyurd stansiyası yaxınlığında baş
verdi. Sərnişin qatarının partladılması nəticəsində 12 nəfər həlak oldu. Bir qədər
əvvəl Rostov şəhəri yaxınlığında Simferopol-Bakı qatarını da partlatmağa cəhd
edilmişdi.
86
İmperiya milli münaqişəni daha da dərinləşdirirdi. Lakin bu yolla
imperiyanın xalqlar üzərində ağalığını saxlaması artıq mümkün deyildi. Onun
süqutu gündən-günə yaxınlaşırdı. İmperiyanın pəncəsindən xilas olmağa çalışan
xalqın tələbi ilə 1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Sovetinin
növbədənkənar sessiyasında respublikanın dövlət müstəqilliyinin bərpa edilməsi
haqqında bəyanat və xüsusən oktyabrın 18-də bu barədə Konstitusiya aktının
qəbulu ilə əlaqədar Dağlıq Qarabağ münaqişəsi daha da kəskinləşdi. Bu münaqişə
Ermənistanın əli ilə Azərbaycana qarşı aparılan təcavüzkar müharibəyə çevrildi.
|