Viii fəSİl multikulturaliZMİn cəMİYYƏTİn siyasi, İQTİsadi, sosial və MƏDƏNİ İNKİŞafina təSİRİ



Yüklə 134,69 Kb.
səhifə4/5
tarix16.12.2022
ölçüsü134,69 Kb.
#75462
1   2   3   4   5
multi fərhad (1)

Multikulturalizm və gender


Gender (latınca - genus «cins») - bir insanın cəmiyyətdə davranışını müəyyən edən və bu davranışın necə qəbul edildiyinı göstərən bir məfhumdur. Bu elə bir davranış formasıdır ki, bir insanın digərləri ilə (dostlar, həmkarları, sinif yoldaşları, valideynlər, təsadüfi insanlar və s.) münasibətini müəyyən edir. Psixologiya və seksologiyada «gender» geniş mənada istifadə edilir və kişilərə (maskulinizm) və qadınlara (feminizm) aid xüsusiyyətlərin fərqini nəzərdə tutur. İctimai elmlərdə və xüsusilə feminizmdə «gender» daha dar mənada istifadə edilir və kişilərlə qadınların sosial təyinatlı rolunu, fəaliyyət sahəsini ifadə etməyi cinsi fərqlərdə deyil, cəmiyyətin ictimai quruluşunda görür.


Gender tədqiqatlarında əsas yeri kişi və qadınların sosial bərabərsizliyi problemi tutur. Müasir ictimai elm cins gender anlayışlarını fərqləndırir. Cins (yəni, bioloji xüsusiyyətlər) qadın və kişilər arasında psixoloji və sosial fərqlərin təməli və əsas səbəbi hesab edilir. İnsanlar arasında bioloji fərqlərlə yanaşı sosial rol, fəaliyyət formaları, davranış və emosional xüsusiyyətləri olmaqla digər fərqlər də var. Antropologlar, etnoqraflar və tarixçilər «tipik kişi» və ya «tipik qadın» anlayışlarının nisbiliyiini coxdan müəyyən etmişlər: bir cəmiyyətdə ancaq kişiyə aid olan davranış və ya xüsusiyyət başqa birində qadına aid edilə bilər. Dünyada qadınların və kişilərin sosial xüsusiyyətlərinin müxtəlifliyi onu göstərir ki, cinsi (bioloji) fərq müxtəlif cəmiyyətlərdə mövcud olan sosial rollardakı fərqlərin izahı ola bilməz. Beləliklə, cəmiyyətin bioliji cinsindən asılı olaraq insanlara aid etdiyi ictimai və mədəni normalar toplusunu özündə əks etdirən “gender” anlayışı yarandı.
Qadın və kişilərin psixoloji xüsusiyyətləri, davranış nümunələri, fəaliyyət növləri, peşələrini bioloji cins deyil, sosial-mədəni normalar müəyyən edir. Bir
insanın kişi və ya qadın olması onun bu və ya digər anatomik xüsusiyyətlərə malik olması yox, cəmiyyətin müəyyənləşdirdiyi bu və ya digər gender rolunu yerinə yetirməsidir. Gender cəmiyyətdə qadın və kişinin sosial modeli kimi yaradılıb. Gender cəmiyyətdə və onun institutlarında (ailə, siyasi quruluş, iqtisadiyyat, mədəniyyət, təhsil və s.) qadınların və kişilərin mövqeyini və rolunu müəyyənləşdirir. Gender sistemləri fərqli cəmiyyətlərdə fərqlidir, lakin hər bir cəmiyyətdə bu sistemlər assimmetrikdir və kişilər və bütün kişilərə aid olunanlar (xarakter əlamətləri, davranışlar, peşələr və s.) əsas və dominant, qadınlar və bütün qadına aid edilənlər isə ikinci dərəcəli və sosial cəhətdən tabe olunan sayılır.
Genderın mahiyyətinı qütbləşmək və müxalifət təşkil edir. Gender sistemi insanların cinsindən asılı olaraq onlara aid edilən qeyri-bərabər mədəni qiymətləndirmələri və gözləntiləri əks etdirir. Sosial normalar zamanla dəyişir, amma gender bərabərsizliyi qalır. Beləliklə, gender sisteminın gender bərabərsizliyi əsasında qurulmuş sosial bir sistem olduğunu söyləmək olar.
Gender sisteminin inkişafında və saxlanmasında insanların şüuru mühüm rol oynayır. İnsanlarda gender şüurunun formalaşması ictimai və mədəni stereotiplərin, normaların və qaydaların qorunması və yayılması hesabına baş verir. Bu normaların pozulmasına görə cəmiyyət insanları cəzalandırır. Məsələn,
«kişi kimi qadın» və ya «kişidır, ancaq qadın kimi davranır» yarlıkları insanlar tərəfindən çox ağrılı qəbul edilir və yalnız stressə deyil, həm də müxtəlif növ ruhi xəstəliklərə gətirib çıxara bilir.
İnsan doğulduğu andan gender sisteminin təsir obyektinə çevrilir: ənənəvi cəmiyyətlərdə körpənin cinsinə uyğun olaraq simvolik doğuş ritualları həyata keçirilir. Bir çox cəmiyyətlərdə müxtəlif doğum adətləri (paltarın və uşaq arabasının rəngi, oyuncaqların növü) də uşağın çinsinə görə müəyyənləşdirilir. Araşdırmalar göstərir ki, yeni doğulmuş oğlanları daha çox yedizdirir, lakin qızlara daha çox danışırlar. Tərbiyə prosesində ailə (valideynlər və qohumlar), təhsil sistemi (uşaq baxçaları, məktəb və universitetlər), ümumilikdə mədəniyyət (kitablar və KİV) gender normalarını uşaqların zehinlərinə daxil edir, müəyyən davranış qaydalarını formalaşdırır. Eyni zamanda “Əsı kişi kimdir?” və “ Əsl qadın necə olmalıdır” haqqında təsəvvür yaradırlar. Sonradan bu formalaşmış gender normaları müxtəlif ictimai və mədəniyyət mexanizmləri vasitəsilə dəstəklənir .
Genderin sosial quruluş nəzəriyyəsi iki postulata əsaslanır:

  1. Gender sosiallaşmaq, əmək bölgüsü, gender rolları, ailə və media vasitəsilə qurulur;

  2. Gender fərdi şəxslər tərəfindən qurulur: Onların şüuru səviyyəsində (gender identifikasiyası), cəmiyyət tərəfindən müəyyən edilmiş normaların və rolların qəbul edilməsi və onlara uyğunlaşmaq (geyim, görünüş, davranış və s.).

Bu nəzəriyyə gender bərabərliyi, gender ideologiyası, gender fərqliliyi və gender rolu anlayışlarından geniş istifadə edir. Gender eyniliyi bir şəxsin öz mədəniyyətlərində mövcud olan kişilik və qadınlıq təriflərini qəbul etdiyini bildirir. Gender ideologiyası gender fərqləri və gender təbəqələşməsinə sosial bəraət verən ideyalar sistemidir. Gender differensiasiyası kişilərlə qadınlar arasındakı bioloji fərqlərin sosial dəyər verən və sosial təsnifat vasitəsi olaraq istifadə edilən bir prosesdir.
Gender rolu müəyyən sosial təlimatların yerinə yetirilməsi, yəni nitq, davranış, geyim tərzi, jestlər və s. şəklində cinsə uyğun davranış kimi başa düşülür. Müasir gender nəzəriyyəsi qadınlarla kişilər arasında bu və ya digər bioloji, sosial və psixoloji fərqlərin olmasını inkar etmir. O, sadəcə olaraq, bu fərqlərin özünün deyil,onların sosiokultural qiymətləndirmə və interpretasiya təfsiri kimi əhəmiyyət daşıdığını və bu fərqlərə əsaslanan bir güc sisteminin qurulmasını təsdiq edir. Gender tədqiqatlarının əsasını yalnız kişilərin və qadınların statusu, rolları və həyatlarınının bu və ya digər aspektləri arasındakı fərqı göstərmək deyil deyil, həm də cəmiyyətdə gender rolları və münasibətlər vasitəsilə təsdiqlənmiş güc və dominantlığın təhlili təşkil edir.
Gender konsepsiyası sosiologiya elmində XX əsrin 70-ci illərində Amerikada, 90-cı illərin əvvəllərindən isə Rusiyada tədqiqatçıların diqqətini çəkməyə başlamışdır. Gender konsepsiyası Amerika sosiologiyasında tədricən inkişaf etmiş və müxtəlif dövrlərdə aşağıdakı aspektlər sosioloqların diqqət mərkəzində olmşdur:

  • gender kişi və qadınların sosial rolu kimi;

  • gender kişilərin və qadınların davranışlarına nəzarət sistemi kimi;

  • gender xüsusi bir ictimai qurum ( sosial institut) kimi.

Bundan əlavə, amerikalı sosioloqların əksəriyyəti kişilərin və qadınların sosial vəziyyətlərini, onların sosial rollarını iki planqada - şaquli: güc, nüfuz,

gəlir, sərvət və üfüqi: əmək bölgüsü və institusional təhlil (ailə, iqtisadiyyat, siyasət, təhsil) funksiyaları konteksində dəyərləndirirlər.
Bu gün gender məsələləri yalnız sosioloqların deyil, psixoloqların, antropologların və tarixçilərin də diqqətini cəlb edən fənlərarası tədqiqat sahəsidir.
«Multikulturalizm» məfhumu XX əsrin 40-cı illərində ədəbiyyata daxil olsa da yalnız 60-cı illərdə aktual olmuşdur. Lakin onun əsas təhlili XX əsrin 90-cı illərinə aiddir. Bu illər multikulturalizm siyasətinin nikbinliyə köklənən illəridir. Həmin dövrdə multikulturalizm siyasətinin demokratik çoxmədəniyyətli cəmiyyətlərdə uğurla həyata keçirilə biləcəyi heç bir şübhə yaratmırdı. Geniş mənada, həm də ideoloji səviyyədə multikulturalizm mədəniyyətlərin müxtəlifliyini və eynihüquqluluğunu tanıyan bir anlayışdır. Bəzən bu anlayışla hər hansı bir cəmiyyətin çoxmədəniyyətliliyini ifadə edirlər. Eyni zamanda multikulturalizm həm də siyasi bir doktrina və ondan irəli gələn konkret fəaliyyət siyasətdir. Bu siyasət isə mədəni müxtəlifliyin və cəmiyyətin konkret qruplarının mənafelərinin qorunmasna yönələn siyasət vasitələrini nəzərdə tutur. Məşhur Kanada filosofu Çarlz Teylor multikulturalizmi «tanınma və ya qəbul etmə siyasəti» adlandırdı. Multikulturalizmi həm də assimiliyaya qarşı yönəlmiş və cəmiyyətin müxtəlifliyinin saxlanılmasını təqdir edən bir siyasət kimi dəyərləndirmək olar. Lakin multikulturalizmin müvəffəqiyyəti cəmiyyətdə iğtişaşların olmaması ilə təsdiqlənsə belə, iqtisadi cəhətdən əhəmiyyətli maliyyə investisiyaları tələb etdiyinə görə saxlanılması bahalı bir zövqdir . Bu isə multikulturalizmin tənqidçilərinin arqumentlərindən biridir. Xüsusilə 2010-cu ildə Almaniya kansleri Angela Merkel, sonra isə İngiltərənin o vaxtkı baş naziri Devid Kamerun rəhbərlik etdikləri dövlətlərdə multikulturalizm siyasətinin uğursuzluğa düçar olduğunu qəbul etdikdən sonra. Kinorejissor Teo van Goghun öldürülməsindən sonra Hollandiyada bir neçə il multikulturalizmin gələcəyi haqqında çox mürəkkəb və pessimist müzakirələr gedirdi. Onu 2 noyabr 2004-cü ildə Niderland və Morokko vətəndaşı olan və uzun müddət ailəsi ilə Hollandiyada yaşayan bir şəxs küçədə öldürmüşdü. Bir il sonra isə immiqrantların kütləvi iğtişaşları Fransada baş verdi.
Multikulturalizm siyasəti ilk dəfə əhalinisinin əksəriyyəti Avropa mənşəli olan immiqrasiya ölkələri (Kanada, ABŞ, Avstraliya, Yeni Zelandiya) tərəfindən qəbul edilmişdir. 1971-ci ildən Kanadanın, 1973-cü ildən isə
Avstraliyanın rəsmi dövlət siyasətidır. Multikulturalizm siyasəti qəbul olunanda bu ölkələrdəki mədəni qrupların əksəriyyəti mono-etnik və mono-dini idi. Çünki əhalinin əksəriyyəti avropalı və xristian idi. Bu isə o demək idi ki, immiqrasiya ölkələrinin multikulturalizm modeli yalnız bir etnik və bir dini mənşəli qruplara aid idi. Əhalisinin əksəriyyətini Avropa xristianları təşkil edən müasir Avropa dövlətlərində isə immiqrantlarının əksəriyyəti qeyri-avropalı və qeyri-xristian mənşəlidirlər. Buna görə də multikulturalizmin Avropa modeli əsasən müxtəlif etnik və dini mənsubiyyət qruplarına aiddir. Görüldüyü kimi, immiqrasiya ölkələrində və Avropa ölkələrində multikulturalizm siyasətlərinin qəbulu müxtəlif şəraitlərdə baş vermişdir. Nəticə olaraq, multikulturalizm Avropanın liberal dövlətlərində immiqrasiya ölkələrində olduğu kimi deyildir.
Mədəniyyətlər arasındamədənimüxtəliflikvəbərabərlikyaratmaqəvəzinə, multikulturalizmin Avropa modeli yeni problemlərin yaranmasına gətirib çıxardı. Bu problemlər, əsasən, immiqrantlarla avropalıların mədəniyyətləri arasında olan əhəmiyyətli fərqlərdən yaranırdı. Xüsusilə kəskin problemlər ən az qorunan mədəni azlıqların (migrant qadınlar, uşaqlar və s.) hüquqlqrının qorunmasında yaşanırdı. Qadınların hüquqları həm onların daxil olduğu mədəni qruplar, həm də bu azlıqlara sahib olan liberal dövlətlər daxilində pozulurdu. Nəticədə multikulturalizm siyasətinin Avropa modeli xüsusilə feminizm (S.Oukin) tərəfindən kəskin tənqid edilir.
«Feminizm» dedikdə, bir tərəfdən , cəmiyyətdə mövcud olan və cins prinsipinə əsaslanan «irqi, sinfi və cinsi hökmranlığın» ləğvinə, digər tərəfdən, qadınların hüquqlarının (siyasi, sosial və intellektual sahədə öz müqəddəratını təyin etmək) qorunmasına yönələn nəzəriyyə və siyasət nəzərdə tutulur. Avropa ölkələrində həyata keçirilən multikulturalizm siyasətinin tənqidi feminizm tərəfdarları tərəfindən bu siyasətin bir sıra nəzəri əsaslarının qəbul edilməməsindən irəli gəlirdi. Multikulturalizm nəzəriyyəçilərinə görə (U. Kimlika), mədəni azlıqların (yerli əhali və ya immiqrantlar olsun) özlərinin sosial, dini, iqtisadi və s. sahələrdə xüsusi həyat normalarına malik olan
«sosial mədəniyyətləri» var. Eyni zamanda mədəniyyət tərəfindən müəyyən edilmiş normalar həyatın həm ictimai, həm də özəl sahələrini əhatə edir. U. Kimlikinin sözlərinə görə, mədəniyyətə aid olmaq, ilk növbədə, özünə hörmətin, öz müqəddəratını inkişaf etdirmənin əsas amilidir. Mədəniyyətin itməsi, özünə hörmət və seçki azadlığının itirilməsi deməkdir. Buna görə, multikulturalizm

tərəfdarları mədəni azlıqlara xüsusi qrup hüquqları və ya imtiyazlar verməyi zəruri hesab edirlər. Bu tədbir, bir tərəfdən, bu azlıqların təhlükə altına düşmüş mədəniyyətlərinin qorunmasına kömək edəcək, digər tərəfdən, mədəni azlıqlar və dominant mədəni əksəriyyət arasında bərabərliyi təmin edəcəkdir.
Feminizm baxımından, qeyd olunan nəzəriyyə, gender bərabərsizliyi problemini, eləcədəmədəniazlıqqruplarınaaidolanqadınların fərdi hüquqlarının problemini tamamilə görmür və ya görməzdən gəlir. Gender bərabərsizliyi bütün patriarxal mədəniyyətlərdə mövcuddur (bütün mədəniyyətlər bu və ya digər dərəcədə patriarxaldır). Yəni qadınlar tabe olan mövqeyə malikdirlər. Bəzi mədəniyyətlərdə bu tendensiya özünü daha çox, digərlərində isə daha az biruzə verir. Bu daha çox patriarxal həyat tərzinin güclü olduğü mədəniyyətlərdə (məsələn, islam mədəniyyətlərində) və qadınların ərindən və ya ailəsindən asılı olduğu immigrant qruplarnda izlənilir. Qadınlar yalnız dar çərçivədə özlərinin ailəsi ilə ünsiyyətdə olur və cəmiyyətdən təcrid olurlar. Bu, onların özəl həyat sahəsinə sıxışdırılmasına və nəticədə, şəxsi mövqeyindən və ictimai məkanda öz müqəddəratını təyin etmək hüququndan məhrum edilməsinə gətirib çıxarır. Nəticədə, qadınlar yalnız mədəni şəxsiyyət və icmanın simvolik daşıyıcıları yəni, «mədəniyyətin çoğaltıcıları replikatorları» hesab olunur. Müvafiq olaraq, qadınların tabe olması və onlara nəzarət həm şəxsi, həm də kollektiv səviyyədə mədəni şəxsiyyətin qorunub saxlanması və yayılmasını təmin edir. Yalnız bir mədəniyyət nümayəndəliyinin daşıyıcısı hesab edilən belə bir vəziyyətdə olan qadın öz siyasi, sosial və intellektual müqəddəratını təyin etmək hüququndan məhrumdur.
Multikulturalizm nəzəriyyələrinin bu gender laqeydliyi (gender bərabərsizliyi və qadınların öz müqəddəratını təyin etmək hüququ problemi) Avropanın liberal dövlətlərində multikulturalizmin siyasət kimi həyata keçirilməsində çətinliklərə gətirib çıxardı. Bəzi hallarda mədəni icmaların qrup hüquqlarının tanınması bu qrupun daxilindəki qadınların fərdi hüquqlarının pozulmasını nəzərdə tutur. Belə hallar qrupa verilən hüquqların qadınları açıq- aşkar ayrı-seçkiliyinə (erkən nigah, qadın sünnəti, poliygamiya - islam qrupları daxilində Fransada rəsmən icazə verilmiş) gətirib çıxaran mədəni tətbiqlərlə bağlı olduqda baş verir. Eyni zamanda, bir tərəfdən, Avropanın liberal dövlətləri gender bərabərliyi və insan hüquqlarını əsas dəyərlər kimi təmsil edir, digər tərəfdən etnik azlıqlarda qadınlara qarşı olan ayrı-seçkiliyi mədəni praktikalar
hesab edirlər. Bununla da onlar dövlət səviyyəsində gender bərabərsizliyini dəstəkləyirlər.
Feminizm mövqeyindən danışan S.M. Oukin Avropa ölkələrindəki mövcud vəziyyətdə aşağıdakı həll yollarını görür. Birincisi, yalnız immiqrant qrupları və dominant icma arasında mövcud olan mədəni fərqlərə deyil, eyni zamanda «mədəni qruplar çərçivəsində mövcud gender bərabərsizliyinə» də diqqət yetirilməlidir. İkincisi, bu və ya digər mədəni təcrübələrin tanınmasına qrup hüquqlarının müzakirəsində mədəni cəmiyyətin bütün üzvlərinin «bərabər təmsilçilik» imkanını təmin etmək lazımdır. Əks təqdirdə cəmiyyətdə ən çox ayrı-seçkiliyə məruz qalan qadınların hüquqlarının pozulması davam edəcək.
Beləliklə, Avropa milli dövlətləri kontekstində immiqrasiya ölkələrindən alınmış multikulturalizm siyasəti mədəni qruplar daxılındə qadın hüquqları probleminikəskinləşdirirək dövlət səviyyəsində genderbərabərsizliyiproblemini daha da gücləndirir. Multikulturalizm tərəfdarları mədəniyyətlərin qorunmasına yardım edən və bununla da mədəni azlıqların mənafelərini qoruyan xüsusi qrup hüquqlarını tanımaq zərurəti barədə danışırlar. Feminizm mövqeyindən mədəni birliklərin qrup hüquqları bu birliklərin daxilində qadınların fərdi hüquqlarını pozur. Buna görə, multikulturalizm siyasətini qəbul edən Avropa liberal dövlətləri qrupların hüdudları arasında mədəniyyətlərin qorunması ilə bu qruplar daxilində qadınların fərdi hüquqları arasında münaqişəyə gətirib çıxaran çətin vəziyyətdə qalırlar. Bu münaqişəni yalnız mədəni qrupların rəsmi rəhbərlərinə deyil, bütün üzvlərinə səs vermək hüququ verməklə həll etmək olar.
Qrup hüquqlarını müzakirə edərkən ən az qorunan mədəni qrupların üzvləri- gənc qadınların fikirləri nəzərə alınmalıdır. S.M.Oukinın fikrincə, yalnız bu şəkildə liberal dövlətlər gender bərabərliyi və multikulturalizm siyasəti arasında meydana çıxan ziddiyyətlərdən qaça bilər.
Multikulturalizm və onunla əlaqəli siyasi alətlər daha çox etnik və dini müxtəlifliyə aiddir. Son illərdə bəzi nəzəriyyəçilər təkcə hüquqlar baxımından deyil, həm də digər əsaslarla uzun müddət ayrı-seçkiliyə məruz qalan qrupların qorunmasını təmin edən nümayəndəlik kimi bir modelindən danışmaqla multikulturalizmi genişləndirməyə çalışırlar. Burada söhbət irq və cinslə bağlı müxtəliflikdən gedir. Hətta demək olar ki, bütün inkişaf etmiş ölkələrdə ayrı-seçkiliyə qarşı siyasət kifayət qədər inkişaf etsə də, həqiqətən də bir çox yerlərdə qadınlar və qara dərili insanlar daha az mükafatlandırılır,
aşağı təhsil və az gəlir əldə edirlər, daha çox işsizliyə və daha çox şiddətə məruz qalırlar. Onların fikirləri az dinlənilir və hələ də bəzi yerlərdə qeyri- kamil və dəyərsiz sayılırlar. Bu tendensiya multikulturalizmin ayrı-seçkilik əleyhinə siyasətin bir hissəsi olub-olmadığınına dair siyasi və akademik müzakirələrə səbəb olur.
Son illərdə multikulturalizm və gender mövzusunun yenidən aktuallaşması miqrasiya böhranı ilə birbaşa bağlıdır. Müxtəlif mədəniyyətlərə mənsub insanların Avropaya gəlməsinin nəticəsi nə olacaq? Müvəffəqiyyətli multikulturalizm modeli mümkündürmü? Multikulturalizm siyasətinin həyata keçirilməsinə nə təsir edə bilər və onun uğursuzluğuna səbəb nə idi? Burada nəzəriyyəçilər və analitiklər bir sıra mühüm şərtləri müəyyənləşdirirlər. Bu şərtlərdən birincisi dövlət sərhədlərinın vəziyyəti və onların qorunmasıdır. Əgər əhali xaricdən təhlükə hiss etmirsə cəmiyyətin inteqrasiyası dövlətin daxili işidir. Bu halda inteqrasiyadan həqiqətən də cəmiyyətin birləşməsi kimi danışmaq olar. Qonşuluqda hərbi cəhətdən güclü bir dövlət varsa və bu dövlət əhəmiyyətli bir azlıq təşkil edən soydaşlarını qorumaq istəyirsə, onda tamamilə fərqli vəziyyət yaranır. Bundan başqa əgər sərhədi keçmək asandırsa və bu sərhədin o üzündə başqa bir seçim olmadığı təqdirdə, onu poza biləcək çox sayda insan varsa, vəziyyət yenə fərqlidir .
Multikulturalizm siyasəti mədəniyyətlərin çox olduğu yerlərdə daha yaxşı işləyir. İkiicmalı dövlətlərdə, bütün miqrantların dünyanın yalnız bir bölgəsindən gəldiyi ölkələrdə multikulturalizm işləmir. Bu, demək olar ki, həmişə cəmiyyətin qütbləşməsinə və maraqların qarşıdurmasına gətirib çıxarır. Bu halda vəziyyəti düzəldən faktor mədəniyyətlərin əsl müxtəlifliyidir. Bundan başqa çoxmədəniyyətli cəmiyyətlərdəki ən böyük risklərdən biri mədəniyyətlərə qoyulan məhdudiyyətdir. Bura həm coğrafi (məsələn, mühacirlərin Avropanın böyük şəhərlərində anklavlarda yaşaması), həm də dil, KİV və təhsil üçün yer olmaması kimi məhduduyyətlər aiddir. Aydındır ki, belə halların aradan qaldırılması həm səy, həm də xərc tələb edir.
Cəmiyyətin bütün üzvləri üçün məcburi olan insan hüquqlarının məcmusu haqqında razılaşma da multikulturalizm siyasətini əsasını təşkil edən amillərdəndir. Bu, həssas bir məsələdir, çünki ənənəvi mədəniyyətlərdə fərdin dəyərləri və hüquqlarına dair müxtəlif fikirlər var və onlar tez və asanlıqla dəyişdirilə bilməzlər. Ancaq əgər bir cəmiyyətdə oyunun qaydalarının hər
kəs üçün eyni olduğuna dair güclü bir inam yoxdursa, orada birliyin ən vacib şərtlərdən olan qarşılıqlı güvənlik prinsipi işləməyəcəkdir.
Bu sadalananlar multikulturalizmin Avropada uğurlu siyasətə çevrilə bilməməsini izah edir. Lakın bu, heç də o demək deyil ki, multikulturalizmi inkar etmək lazımdır. Bunu etmək asan deyil, çünki multikulturalizm həm müsbət, həm də mənfi elementləri ilə hələ də mövcuddur. Avropanın dünyanın başqa dövlətlərinin bu sahədəki səhvlərini təkrarlamamaq üçün hələ də fürsəti var.



    1. Yüklə 134,69 Kb.

      Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin