Voleybol qaydaları Oyunun qaydaları, Meydança, Voleybol meydançasının ölçüləri



Yüklə 35,41 Kb.
tarix15.10.2023
ölçüsü35,41 Kb.
#156005
növüQaydalar
Voleybol qaydaları PEŞE LİSEYİ


Voleybol qaydaları

Oyunun qaydaları, Meydança, Voleybol meydançasının ölçüləri


Voleybol meydançasını 18x9 m ölçülü bir düzbucaqlı qəbul edə bilərik. Belə ki, o, ortadan torla 9 metrlik iki komanda sahəsinə ayrılmışdır. Uzunluğu 18 metr olan meydançanın eni isə 9 metrdir. Torun genişliyi 1 metrə bərabərdirsə, onun hər iki yanında olan antenin uzunluğu 180 santimetrdir. Bu antenlər və onların kənarları meydança xarici sayılır.

Belə ki, əgər top antenin kənarından keçərsə topun düşəcəyi yer gözlənilir, (top rəqib meydançasının xal bölgəsinə düşsə belə xal sayılmır) antena dəydikdə isə xal topu antenaya dəydirən komandanın rəqibinə verilir. Antenanın qəbul olunmuş qalınlığı 10 mm-dir. Torun yüksəkliyi isə kişilər üçün 2,43 m, qadınlarüçün 2,24 metrdir. Bu yüsəklik hakimlər tərəfindən meydançının orta xəttindən hər hansı ölçü cihazı ilə ölçülür. Torun bağlandığı dirəklər isə 2.55 yüksəkliyə sahibdir. Onların görünüşü düz və yuvarlaqdır. Dirəklər iki yan xətdən 0,50 m ilə 1 m məsafədə yerləşdirilmişdir. Eyni zamanda dirəkləri yerə tel ilə bağlamaq qaydalara ziddir.

Meydança boyu voleybolçuların yerdəyişmələri
Meydançanın içində olan sərbəst oyun boşluğu bütün əngəlləri aşmalıdır. Sərbəst oyun boşluğu meydançanın bütün hissəsi sayılır. Yəni az öncə bəhs etdiyim düzbucaqlı meydançanın kənarları sərbəst oyun boşluğuna daxil deyildir. Oyuna başlanarkən də voleybolçuların bu sahənin içində olmaları mütləqdir. Digər bir tərəfdən isə meydança azarkeş oturacaqlarına yaxın olmamalıdır. Çünki, voleybolda top meydançanı tərk etdikdə belə yerə düşməsi gözlənilir. Yəni, topu tamaşaçıların yanından belə yerə dəymədən, xətasız şəkildə meydanaçaya qaytarırsansa oyun davam edir. Hətta rəqibin kənar bölgəsindən də voleybolçu topu (qaydalar çərçivəsində) geri qaytara bilər.
Meydançada hər iki komandanın tərəfində yer alan hücum zonasının uzunluğu 3 metrdir. Bu zona ağxətlə digər zonadan (arxa zona) ayrılmışdır. Bu zonada rəqib servisləri zamanı 3 voleybolçu dayanmalıdır. 3 voleybolçu da arxa zonada öz yerini alır. Voleybolda hücumların əksəriyyəti ön zonadan (hücum zonası) qurulur. Çünki, bura rəqib tərəfə ən yaxın hissədir və güclü zərbə endirmək üçün ən əlverişli mövqedir.
Voleybolda oyunçular saat əqrəbi istiqaməti ilə tez-tez yerlərini dəyişirlər. Belə ki, hər ralli sonunda (ralli oyun xalı deməkdir) voleybolçu mövqeyini bir istiqamət dəyişir. Aşağıdakı şəkildə 1 nömrəli voleybolçu qazanılan və ya itirilən bir xaldan sonra mövqeyini 6 nömrəli voleybolçunun mövqeyinə doğru dəyişir. Onun yerinə gəldiyi 6 nömrəli voleybolçu isə 5 nömrəli voleybolçunun yerinə keçir. Bu minvalla həmin 1 nömrəli voleybolçu 2 nömrəli voleybolçu mövqeyinə çatdıqda bir xaldan sonra yenidən öz əvvəlki mövqeyinə manevr etmiş olur. Bu da o deməkdir ki, hər voleybolçu 6 xaldan sonra öz yerinə qayıdır və 1 nömrəli xanada olan oyunçu mütləq 2 ralli boyunca arxa zonada qalır.

Bu çox vaxt voleybol komandaları üçün kiçik bir taktika yaratmağa imkan verir. Belə ki, əsasən hücuma meyilli olan hücumçular arxa zonada olanda heç də libero və ya digər müdafiə mövqeyində oynayan voleybolçular kimi istəniləni vermir və rəqib komandanın oyunçuları da topu qəbulda zəif olan belə oyunçuların üstünə vurmağa çalışırlar. Beləliklə onların arxa zonada olduğu müddətdən maksimum yararlanmağa çalışırlar. Ancaq, bunu heç də bütün voleybolçulara şamil etmək düzgün deyil. Həm hücumu, həm də müdafiəsi yaxşı olan kifayət qədər voleybolçu var.


Bütün bunlardan başqa voleybol meydançasında servis zonası deyilən bir sahə vardır. Servis zonası arxa zonada yerləşən meydançanın sonuncu xəttindən 20 sm geridə, 15 sm uzunluqlu 2 qısa xətlə əhatə olunur. Hər iki xətt servis zonasının genişliyinə daxildir. Servisi qabaqcadan qəbul edilən yerdən ataraq daha sonra irəli getmək xəta sayılmır . Ancaq yenə də servis zamanı oyunçunun durduğu yer servis zonasına daxil olmalıdır.
Top,Voleybol topu
Voleybol topunun çevrəsi 65-67 sm, ağırlığı isə 260-280 qramdır.
Əsas qaydalar və ümumi anlayış.
Voleybol 6 oyunçu ilə oynanılan komanda idman növüdür. Voleybolda oyun mütləq servislə başlanmalıdır. Servis isə maksimum 8 saniyəyə yerinə yetirilməlidir. Oyuna başlayan isə hakim tərəfindən püşkatma yolu ilə seçilir.
Hər yeni setdə komandaların meydançadakı yerləri və servis başlayan tərəf dəyişilir. 5-ci setdə isə yenə püşkatma ilə oyuna başlayan tərəf seçilir. Servis başlayan tərəf müdafiə olunan tərəf sayılır. Çünki, servisi yaxşı qəbul etdikdə oyun quracaq tərəf qarşı tərəf olacaqdır. Ümumiyyətlə hücum edən tərəf topa maksimum 3, minimum 1 dəfə toxuna bilər. Blok toxunuş sayılmadığından 4 dəfə də topla oynamaq olur. Bir oyunçu bir hücumda topa yalnız bir dəfə toxuna bilər. Arxa-arxaya iki toxunuş cəza sayılır və rəqibin aktivinə bir xal qazandırır. Həmçinin voleybolda çətin anlarda ayaqla da toxunuşa icazə verilir. Top tora dəydikdə isə oyun dayanmır, tora dəyən top hansı tərəfə qayıdıbsa həmin hissədə vəziyyət əvvəlki kimi davam edir. Məsələn, top əgər tora dəyib qayıdıbsa və sən topa maksimum üç dəfə vurmusansa bu zaman topla yenidən oynamaq şansın qalmır. Oyunçu tora toxunduqda isə matç dayandırılır, rəqibə bir xal və servis verilir. Ümumumiyyətlə hər qazanılan ralli komandalara bir xal və bir servis verir. Yəni, xalı qazandıqdan sonra oyun dayanılır və xal qazanan tərəf topu oyuna servislə daxil edir. Hakim oyunçulardan birinə sarı vərəqə göstərdikdə rəqib komandaya bir xal verilir, əgər servis başlayan komanda sarı vərəqə alıbsa bu hüququnu da itirir. Qırmızı kart göstərildikdə isə həmin oyunçu o setdən etibarən meydançadan çıxar və oyunçular saat əqrəbi istiqamətində bir mövqe yerlərini dəyişərlər.
Voleybolda həm də setlər arası fasilə vardır. Bu fasilə zamanı oyunçular digər setə hazırlanar və istirahət edərlər. Oyun zamanı isə beşinci set xaricində hər setdə olan, "texniki taym-aut ( technical time-out)" adlanan bir termin də vardır. Oyunçular üçün fasilə rolunu oynayan bu texniki taym-autlar hər setdə iki dəfə – komandalardan birinin xalı 8-ə və 16-a çatdıqda olur. Bir dəqiqə olan texniki taym-autlar beşinci setdə olmur. Əvəzində isə beşinci setdə tərəflərdən biri 8 xal qazandıqda komandalar meydançadakı yerlərini dəyişir. Bundan başqa baş məşqçilər də hər setdə istədikləri məqam taymaut götürə bilərlər. Bu taym-aut şansı hər komandaya hər setdə iki dəfə, beşinci setdə isə bir dəfə verilir. Məşqçi taym-autları da texniki taymautlar kimi bir dəqiqəlik istirahət və baş məşqçi ilə məsləhətləşmə imkanı verir. Çox vaxt məşqçilər bu şanslarında rəqib ard-arda çox xal qazandıqda komandasını toparlamaq üçün kritik anlarda istifadə edirlər.
Qeyd edək ki, son illər bəzi yarışlarda texi taym-autlar ləğv edilib .Yaranan bu fasilələr zamanı isə meydançanın yaş olmaması üçün texniki işçilər meydançanı silirlər.
Yüklə 35,41 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin