Vyana konqresi və Avropada siyasi fikr Plan. Vyana konqresi və onun nəticələri



Yüklə 54,99 Kb.
səhifə4/4
tarix26.09.2023
ölçüsü54,99 Kb.
#148826
1   2   3   4
Vyana konqresi. XIX əsrin birinci yarısında Avropada ictimai-siyasi nproseslər.

Marksizm
1917-ci ildə Rusiyada kommunist ideyalarına əsaslanan dövlət quruculuğuna başlandı. II Dünya müharibəsindən sonra sosialist bloku ölkələıri yarandı. Bu ölkələrdə kommunist hərəkatının baniləri Karl Marks (1818-1883) və Fridrix Engelsin (1820–1895) müəllifi olduqları Marksist doktrinasına zidd olan hər şey (istər ictimai elmlər sahəsində, istərsə də hətta fizika, riyaziyyat və biologiya sahəsində olsun) ya qadağan edilmişdi, ya da amansızcasına tənqid olunurdu. 80-ci illərin sonlarında dünya kommunist sistemi dağıldıqdan sonra postkommunist ölkələrində marksizm klassiklərinin baxışları unuduldu. Bütün bunlara baxmayaraq, indiki gənc nəsil üçün - Kommunist Partiyasının manifesti‖ ilə - 150 il ərzində dünyanın mənzərəsini əsaslı şəkildə dəyişmiş, bəşəriyyətin böyük bir hissəsinin düşüncəsinə, təfəkkürünə nüfuz etmiş bir ideologiya tanışlıq maraqlı və faydalı olardı. Marks tarixin hərəkətverici qüvvəsi kimi istismar olunan və istismar edən siniflərin mübarizəsini sayırdı. Birgə əməyin nəticəsində əldə edilən gəlirin sahibkar və işçi arasında bazarda təyin edilmiş qiymətlərə uyğun şəkildə bölündüyünü iddia edən liberal iqtisadçılardan fərqli olaraq Marks belə hesab edirdi ki, sahibkar həmişə əlavə olaraq gəlirin qanuna görə ona məxsus olmayan hissəsini də mənimsəyir. O göstərirdi ki, bu cür soyğunçuluq nəticəsində kapitalistlər getdikcə daha da varlanacaq, proletariat isə tədricən daha da yoxsullaşıb dilənçi kökünə düşəcəkdir. Bu acınacaqlı həyatdan əvvəl-axır cana doyan bütün ölkələrin proletarları birləşəcək, inqilab edəcək, kapitalistləri bir sinif kimi aradan qaldıracaq və yeni cəmiyyət – hamının bərabərlik və xoşbəxtliyini təmin edən kommunizm cəmiyyəti quracaqdır. Bu cəmiyyətdə heç bir ziddiyyət olmayacaq, hər kəs vicdanla, pulsuz zəhmət çəkəcək və nemətlərdən öz tələbatına görə istifadə edəcəkdir.
Marksın fikrincə, kommunizm cəmiyyətində insan hüquqları problemi öz mənasını büsbütün itirməli idi. Belə ki, Russonun da iddia etdiyi kimi, kommunist dövlətində ya hər bir fərd ümumi məqsəd naminə öz hüquqlarını qurban verməlidir, ya da onu zorla azad və xoşbəxt etməli olacaqlar. Lakin tezliklə gerçək həyat Marksın iddialarını təkzib etdi. Artıq XIX əsrin sonlarında Avropa ölkələri əhalisinin müxtəlif qruplarının gəliri haqqındakı statistik məlumatlar göstərdi ki, kapitalistlərlə muzdlu fəhlələrin gəliri arasındakı fərq heç də artmır, əksinə, əhəmiyyətli dərəcədə azalır. Avropa ölkələrində çoxsaylı və nüfuzlu orta təbəqə yaranmağa başlasa da, bu faktlar marksistləri öz fikirlərindən döndərə bilmədi.
Yüklə 54,99 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin