Vyana konqresi və Avropada siyasi fikr Plan. Vyana konqresi və onun nəticələri



Yüklə 54,99 Kb.
səhifə3/4
tarix26.09.2023
ölçüsü54,99 Kb.
#148826
1   2   3   4
Vyana konqresi. XIX əsrin birinci yarısında Avropada ictimai-siyasi nproseslər.

Konservatizm
«Konservatizm» terminini ilk dəfə fransız yazıçısı Fransua Şatobrian (1768-1848) işlədib. Liberalizm kimi konservatizm də müasir burjua siyasi fikririnin əsas cərəyanlarındandır. Fransa inqilabı təkcə Avropanın mütləqiyyətin hökmran olduğu ölkələrində deyil, həmçinin parlamentli Britaniyada da düşüncələrdə təlatüm yaratdı. Tarixdə görünməmiş dövlət quruluşu - insan hüquqlarının qorunmasını özünün məqsədi elan edən respublika o dövrün siyasi filosoflarının diqqətini cəlb edərək onların öyrənmə, mədh və narahatlıq obyektinə çevrildi. Bu təlim, bir növ, Fransa burjua inqilabına cavab olaraq meydana gəlmişdi. Konservatizmin tərəfdarları burjua liberalizminin əsasında dayanan «təbii hüquqlar» və «ictimai müqavilə» ideyalarına qarşı çıxırdılar. Onu da qeyd edək ki, ilkin dönəmlərdə konservaizm təliminin yaradıcılarının görüşlərində ziddiyyətli məqamlar az deyildi. Fransa konservatoru Jozef de Mestra aşırı dərəcədə reaksionist idi, yeni meydana gələn ideyalara kəskin reaksiya verirdi.
Britaniya mühafizəkarlığının banisi irland protestantı Edmund Börk (1729–1797) hesab olunur. Mahir polemikaçı, filosof və siyasi xadim Börk 1776-cı ildə parlamentə seçilir və görkəmli natiq və erudit kimi şöhrət qazanır. Börk parlamentdə köləliyin və kölə alverinin ləğvi uğrunda mübarizə aparır, Amerika kolonistlərinin və bir az əvvəl zəbt edilmiş Hindistanın əhalisinin müdafiəsi üçün çıxış edir. Viqlər Partiyasının əqidəli üzvü olan Börk xalq idarəçiliyi və insan hüquqları konsepsiyasına skeptik münasibətinin nəticəsi olaraq sonralar torilik ideologiyasının əsasını təşkil etmiş öz ideya və baxışlarının kompleksini irəli sürür. Fransa inqilabının və hər birn inqilab kimi onun gətirdiyi qarışıqlıqların şahidi olan Börk özünün-Fransada inqilab haqqında düşüncələr kitabında belə bir mövqedən çıxış edir ki, insan öz taleyini həll etmək hüququnu dövlətə verməlidir, dövlət isə insanların qayğısına qalmalıdır. Börk həmçinin hesab edirdi ki, dövlət insanların iradəsindən nə qədər az asılı olsa, bir o qədər yaxşıdır.
O konservatizmin həyat qabilli bir təlim olmasını istəyir, «əskisi kimi qalmaq üçün dəyişmək lazımdır» prinsipindən çıxış edirdi. Bir ideologiya və nəzəriyyə olaraq konservatizmin əsas mahiyyətini aşağıdakı prinsiplər müəyyənləşdirir: insan həyatının mənası aktiv fəaliyyətdə deyil, daxildəki dini barışıqdadır; fərd atdığı hər bir addımını mövcud qaydaqanunlara və adətlərə uyğunlaşdırmalıdır; cəmiyyət müqavilə ilə deyil, Allahın kəraməti ilə yaranır («hər bir millət özü üçün, Allah hamı üçün»); vətəndaş cəmiyyətinə münasibətdə dövlət mənəvi-dini əsaslara malik olan ikinci amildir; siyasət əxlaqa tabedir; insan hüquqlarının ən əsası mülkiyyət hüququdur.
Konservatizmdə önəm verilən əsas dəyərlərdən biri ənənəviçilikdir. Bu tarixin sınaqlarından keçən və cəmiyyətdə stabilliyin, təhlükəsizliyin möhkəmlənməsinə kömək edən ənənələrin qorunmasını özündə ehtiva edir. Digər bir mərkəzi dəyər sayılan praqmatizm isə parktiki tələblərə uyğun davranmağa əminliyi ifadə edir. Konservatizmdəki digər bir dəyərə görə insan kamil deyil. Eqoizm, xəsislik, hakimiyyət hərisliyi, şöhrətpərəstlik onların təbii əlamətləridir və cəmiyyətdə müxtəlif problemlər yaradır. Ona görə də nizam-intizam üçün dövlət aparatı formalaşdırılmalı, qayda-qanunlar güclü, cəzalar sərt olmalıdır. Digər bir dəyər sayılan ierarxiyaya görə insanlar təbii və sosial imkanlar baxımından bərabər deyillər. Bu səbəbdən də cəmiyyətdə tabeçilik, ierarxiya olmalıdır. Hakimiyyət və nüfuz isə aşağıdan deyil yuxarıdan gəlir. Bu dəyərin məntiqinə görə hakimiyyətə əsl liderlər gəlir və onlar həmin keyfiyyətə malik olmayan digər insanları idarə edirlər. O da qeyd olunur ki, nüfuz və liderlik bu gün bilik və təcrübə əsasında qazanılır. Şəxsi mülkiyyət konservatizmdə ən əhəmiyyətli dəyərdir. O insanlara azadlıq, müstəqillik və təhlükəsizlik gətirir. Müəllifi Bencamin Dizraeli (1804-1881) olan paternalist konservatizmdəki ideyalar da kifayət qədər maraqlıdır. B. Dizraeli İngiltərədəki varlı, həm də idarəedici qüvvəni kasıblara əl tutmağa çağırır, ölkəni iki qütbə parçalayan yoxsulluğu aradan qaldırımağa can atırdı. O deyirdi ki, belə sosial ədalətsizlik və parçalanma yuxarıdan öz həllini tapmasa, aşağılar nə isə edəcək, başqa sözlə inqilab baş verəcək. Sosial ədalətin bərqərar olması «vahid millətin» formalaşması deməkdir Sonrakı mərhələdə konservatizm xeyli inkişaf etdi, azadlıq, təhlükəszlik («dövlətin stabilliyi haqqında yox, daha çox dövlətin müdafiəsi haqqında fikirləşmək lazımdır») barədə fikirlər təkmilləşdirildi.



Yüklə 54,99 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin