Vyana konqresi. XIX əsrin birinci yarısında Avropada ictimai-siyasi nproseslər.
Liberalizm XVIII əsrin axırı – XIX əsrin birinci yarısında Avropa sivilizasiyası iki böyük amilin təsiri altında inkişaf edir: 1) Böyük Fransız inqilabı, 2) sənayenin tərəqqisi. XIX əsrin birinci yarısı burjua hüquq və azadlıqlarının daha da möhkəmlənməsi, yeni kodeks (məcəllə) və konstitusiyaların qəbul edilməsi, yeni xüsusi və ümumi hüquq sisteminin yaranması ilə xarakterikdir. Qərbi Avropa ölkələrinin siyasi həyatında burjuaziyanın azadlığa, tərəqqiyə, qanunçuluğa can atması özünü qabarıq şəkildə göstərirdi. Ona görə də bu dövrdə hüquqi-siyasi ideologiyada aparıcı istiqamət liberalizm idi. Liberalizmin yaradıcıları C. Lokk, A. Smit, Ş. Monteskyö, A. Tokvil, T. Cefferson, T. Peyn və b. sayılır. Liberalizmin əsas prinsipləri aşağıdakılardır: vətəndaş cəmiyyəti, plüralizm, parlament demokratiyası, hakimiyyət bölgüsünün tam həyata keçirilməsi, qanunun aliliyi, şəxsiyyətin toxunulmazlığı, fikir və söz azadlığı və s. Liberalizm həm maarifçilik, həm də mütləqiyyətin kontrmoedeli olan bir ideologiyadır.
Liberalizm fərdə qarşı dövlət və cəmiyyət tərəfindən tətbiq edilən müxtəlif məcburetmə formalarını ləğv etmək və ya yumşaltmaq məqsədi güdən təlimlərin cəminə deyilir. Liberalizm nəzəriyyəsinin mərkəzində insanın anadangəlmə, məhv edilməyən yaşamaq, azadlıq və xüsusi mülkiyyət hüququ haqqında ideya dayanır.
Xüsusi mülkiyyət fərdi azadlığın əsasıdır, onsuz şəxsiyyətin özünnü təsdiqləməsi mümkün deyil. Libreallar hüquq və azadlıqların, birinci növbədə «şəxsi azadlığın», şəxsiyyətin toxunulmazlığının, xüsusi mülkiyyət və sənayedə rəqabət azadlığının, dövlətin iqtisadiyyata müdaxilə etməməsinin zəruriliyini əsaslandırmağa çalışırdılar. Liberallar dövlətin özbaşınalığına və «kütlə despotizmi»nə qarşı ən yaxşı təminat kimi siyasi azadlıq və hakimiyyətin bölünməsi məsələlərinə xüsusi fikir verirdilər. Liberalizm haqqında yuxarıda deyilənləri belə qruplaşdırmaq olar. İqtisadi sahədə librealizmdə əsas cəhət dövlətin iqtisadiyyata qarışmaması, azad bazarın və azad təşəbbüsün inkişaf etməsidir. Sosial sahədə liberalizm bütün vətəndaşların qanun qarşısında bərabərlik, hakimiyyətin bölünməsi, plüralizm, ümumi seçki hüququ, şəxsiyyətin əsas hüquq və azadlıqlarının təminatı prinsiplərinə əsaslanan hüquqi dövlətin zəruriliyini qeyd edir. Sənayenin inkişafının ilk dövrlərində zəhmətkeş kütlənin azad və firavan yaşaması problemləri nəzəri cəhətdən utopik kapitalist istehsal üsulunu kəskin tənqid edir və cəmiyyətin kommunits prinsipləri əsasında yenidən dəyişdirilməsi proqramını irəli sürür və nəzəri cəhətdən onu əsaslandırmağa çalışırdılar.
İlk liberal partiya XIX əsrdə meydana gəlib. Liberal partiyalardan ən böyüyü və dünyada populyar olanı 1828-ci ildə ABŞ-da yaranan Demokratlar partiyası, 1832-ci ildə İngiltərədə fəaliyyətə başlayan liberallar partiyasıdır.