Wakf Standard Project of Koran (Qur'an) in 88 Languages with 1910 topics in utf8 format both html and docx



Yüklə 9,06 Mb.
səhifə60/69
tarix26.11.2016
ölçüsü9,06 Mb.
#175
1   ...   56   57   58   59   60   61   62   63   ...   69

[52.44] وَإِن يَرَوْا كِسْفاً مِّنَ السَّمَاءِ سَاقِطاً يَقُولُوا سَحَابٌ مَّرْكُومٌ |44| Əgər onlar göy parçalarının düşdüyünü görsələr: “Bulud topasıdır!” – deyərlər.

[52.45] فَذَرْهُمْ حَتَّى يُلاقُوا يَوْمَهُمُ الَّذِي فِيهِ يُصْعَقُونَ |45| Sən onları sarsılacaqları günə qovuşana qədər tərk et!

[52.46] يَوْمَ لاَ يُغْنِي عَنْهُمْ كَيْدُهُمْ شَيْئاً وَلاَ هُمْ يُنصَرُونَ |46| O gün hiylələri onlara heç bir fayda verməyəcək və onlara kömək göstərilməyəcəkdir.

[52.47] وَإِنَّ لِلَّذِينَ ظَلَمُوا عَذَاباً دُونَ ذَلِكَ وَلَكِنَّ أَكْثَرَهُمْ لاَ يَعْلَمُونَ |47| Həqiqətən, zalımlar üçün bundan başqa əzab da hazırlanmışdır. Lakin onların çoxu bunu bilmir.

[52.48] وَاصْبِرْ لِحُكْمِ رَبِّكَ فَإِنَّكَ بِأَعْيُنِنَا وَسَبِّحْ بِحَمْدِ رَبِّكَ حِينَ تَقُومُ |48| Sən öz Rəbbinin hökmünə səbir et! Həqiqətən, sən Bizim Gözlərimiz önündəsən. Yuxudan qalxdıqda Rəbbini həmd ilə zikr et!

[52.49] وَمِنَ اللَّيْلِ فَسَبِّحْهُ وَإِدْبَارَ النُّجُومِ |49| Gecənin bir vaxtında, bir də ulduzlar batandan sonra Onun şəninə təriflər de!


|AN NAJM 53 Star

Mərhəmətli və Rəhmli Allahın adı ilə! بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ |1|


@ Allah Peyğəmbər doğru yoldan nə Azmış ki, məzmunda and içir, nə də o səhv edir

[53.1] وَالنَّجْمِ إِذَا هَوَى |1| And olsun batmaqda olan ulduza!

[53.2] مَا ضَلَّ صَاحِبُكُمْ وَمَا غَوَى |2| Sizin yoldaşınız nə haqdan azmış, nə də yoldan çıxmışdır.
@ Allah Peyğəmbər arzusu həyata yalnız Allahın Word danışmaq deyil ki, hansı İsanın peyğəmbərliyi təsdiq

[53.3] وَمَا يَنطِقُ عَنِ الهَوَى |3| O, öz istəyi ilə danışmır.

[53.4] إِنْ هُوَ إِلاَّ وَحْيٌ يُوحَى |4| Bu, ona təlqin edilən bir vəhydir.

[53.5] عَلَّمَهُ شَدِيدُ القُوَى |5| Bunu ona çox qüvvətli olan öyrətdi –


@ ən yüksək üfüqdə Məhəmməd Peyğəmbərin yoxuş

[53.6] ذُو مِرَّةٍ فَاسْتَوَى |6| gözəl görünüşlü Cəbrail. O, yüksəlib öz surətində göründü.

[53.7] وَهُوَ بِالأُفُقِ الأَعْلَى |7| O, ən uca üfüqdə idi.

[53.8] ثُمَّ دَنَا فَتَدَلَّى |8| Sonra Muhəmmədə yaxınlaşıb aşağı endi.

[53.9] فَكَانَ قَابَ قَوْسَيْنِ أَوْ أَدْنَى |9| O, iki yay uzunluğunda, hətta ondan da yaxın məsafədə idi.

[53.10] فَأَوْحَى إِلَى عَبْدِهِ مَا أَوْحَى |10| Sonra Allah Öz quluna nazil edəcəyini vəhy etdi.

[53.11] مَا كَذَبَ الفُؤَادُ مَا رَأَى |11| Peyğəmbərin qəlbi gördüyünü yalan saymadı.

[53.12] أَفَتُمَارُونَهُ عَلَى مَا يَرَى |12| İndi siz onunla gördüyü şey barəsində mübahisəmi edirsiniz?

[53.13] وَلَقَدْ رَآهُ نَزْلَةً أُخْرَى |13| Onu bir daha öz sürətində enərkən gördü –

[53.14] عِندَ سِدْرَةِ المُنتَهَى |14| son həddəki Sidr ağacının yanında.

[53.15] عِندَهَا جَنَّةُ المَأْوَى |15| Məva bağı da onun yanındadır.

[53.16] إِذْ يَغْشَى السِّدْرَةَ مَا يَغْشَى |16| O zaman Sidr ağacını bürüyən bürümüşdü.

[53.17] مَا زَاغَ البَصَرُ وَمَا طَغَى |17| Peyğəmbərin gözü yayınmadı və həddi aşmadı.

[53.18] لَقَدْ رَأَى مِنْ آيَاتِ رَبِّهِ الكُبْرَى |18| O, öz Rəbbinin ən böyük dəlillərindən bəzisini gördü.


@ Ərəbistanı kafir tanrı

[53.19] أَفَرَأَيْتُمُ اللاَّتَ وَالْعُزَّى |19| Siz tapındığınız Lat və Uzzanı gördünüzmü?

[53.20] وَمَنَاةَ الثَّالِثَةَ الأُخْرَى |20| Həmçinin üçüncü olan Mənatı da?

[53.21] أَلَكُمُ الذَّكَرُ وَلَهُ الأُنثَى |21| Məgər oğlanlar sizin, qızlar Onundurmu?

[53.22] تِلْكَ إِذاً قِسْمَةٌ ضِيزَى |22| Onda bu ədalətsiz bölgü olardı!

[53.23] إِنْ هِيَ إِلاَّ أَسْمَاءٌ سَمَّيْتُمُوهَا أَنتُمْ وَآبَاؤُكُم مَّا أَنزَلَ اللَّهُ بِهَا مِن سُلْطَانٍ إِن يَتَّبِعُونَ إِلاَّ الظَّنَّ وَمَا تَهْوَى الأَنفُسُ وَلَقَدْ جَاءَهُم مِّن رَّبِّهِمُ الهُدَى |23| Onlar sizin və atalarınızın qoyduqları adlardan başqa bir şey deyildir. Allah onlar haqqında heç bir dəlil nazil etməmişdir. Onlar yalnız zənnə və nəfslərinin istəklərinə uyarlar. Halbuki Rəbbindən onlara doğru yolu göstərən rəhbər artıq gəlmişdir.

[53.24] أَمْ لِلإِنسَانِ مَا تَمَنَّى |24| Yoxsa insan üçün istədiyi hər şey hazırlanmışdır?
@ mələklərin şəfaəti

[53.25] فَلِلَّهِ الآخِرَةُ وَالأُولَى |25| Axirət də, dünya da Allahındır.

[53.26] وَكَم مِّن مَّلَكٍ فِي السَّمَوَاتِ لاَ تُغْنِي شَفَاعَتُهُمْ شَيْئاً إِلاَّ مِنْ بَعْدِ أَن يَأْذَنَ اللَّهُ لِمَن يَشَـاءُ وَيَرْضَى |26| Göylərdə neçə-neçə mələklər vardır ki, onların şəfaəti Allahın istədiyi və Özünün razı qaldığı kimsələrdən başqa heç kəsə heç bir fayda verməz.

[53.27] إِنَّ الَّذِينَ لاَ يُؤْمِنُونَ بِالآخِرَةِ لَيُسَمُّونَ المَلائِكَةَ تَسْمِيَةَ الأُنثَى |27| Axirətə inanmayanlar, həqiqətən də, mələklərə qadın adları verirlər.

[53.28] وَمَا لَهُم بِهِ مِنْ عِلْمٍ إِن يَتَّبِعُونَ إِلاَّ الظَّنَّ وَإِنَّ الظَّنَّ لاَ يُغْنِي مِنَ الحَقِّ شَيْئاً |28| Halbuki buna dair heç bir bilgiləri yoxdur. Sadəcə olaraq zənnə qapılırlar. Zənn isə əsla həqiqət ola bilməz.

[53.29] فَأَعْرِضْ عَن مَّن تَوَلَّى عَن ذِكْرِنَا وَلَمْ يُرِدْ إِلاَّ الحَيَاةَ الدُّنْيَا |29| Sən də Bizim Zikrimizi rədd edib dünya həyatından başqa bir şey istəməyənlərdən üzünü yana çevir!

[53.30] ذَلِكَ مَبْلَغُهُم مِّنَ العِلْمِ إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ بِمَن ضَلَّ عَن سَبِيلِهِ وَهُوَ أَعْلَمُ بِمَنِ اهْتَدَى |30| Onların bilik səviyyəsi budur. Şübhəsiz ki, sənin Rəbbin Onun yolundan azanı da, doğru yolla gedəni də yaxşı tanıyır.
@ pislik edənlər və yaxşı işlər görənlərin cəzası

[53.31] وَلِلَّهِ مَا فِي السَّمَوَاتِ وَمَا فِي الأَرْضِ لِيَجْزِيَ الَّذِينَ أَسَاؤُوا بِمَا عَمِلُوا وَيَجْزِيَ الَّذِينَ أَحْسَنُوا بِالْحُسْنَى |31| Göylərdə və yerdə nə varsa, Allahındır. Bu, Allahın pislik edənlərə əməllərinin cəzasını verməsi, yaxşılıq edənləri isə ən gözəli ilə (Cənnətlə) mükafatlandırması üçündür.

[53.32] الَّذِينَ يَجْتَنِبُونَ كَبَائِرَ الإِثْمِ وَالْفَوَاحِشَ إِلاَّ اللَّمَمَ إِنَّ رَبَّكَ وَاسِعُ المَغْفِرَةِ هُوَ أَعْلَمُ بِكُمْ إِذْ أَنشَأَكُم مِّنَ الأَرْضِ وَإِذْ أَنتُمْ أَجِنَّةٌ فِي بُطُونِ أُمَّهَاتِكُمْ فَلاَ تُزَكُّوا أَنْفُسَكُمْ هُوَ أَعْلَمُ بِمَنِ اتَّقَى |32| Onlar kiçik günahlar istisna olmaqla, böyük günahlardan və iyrənc əməllərdən çəkinirlər. Həqiqətən, sənin Rəbbin geniş məğfirət sahibidir. O, sizi torpaqdan yaradanda da, siz analarınızın bətnində rüşeym halında olanda da sizi yaxşı tanıyırdı. Özünüzü təmizə çıxartmayın! Çünki O, kimin Allahdan qorxduğunu yaxşı bilir.

[53.33] أَفَرَأَيْتَ الَّذِي تَوَلَّى |33| Gördünmü üz çevirəni,

[53.34] وَأَعْطَى قَلِيلاً وَأَكْدَى |34| malından azacıq verib sonra heç verməyəni?

[53.35] أَعِندَهُ عِلْمُ الغَيْبِ فَهُوَ يَرَى |35| Məgər o, qeybi bilirmi ki, bunu görsün?

[53.36] أَمْ لَمْ يُنَبَّأْ بِمَا فِي صُحُفِ مُوسَى |36| Yoxsa Musanın səhifələrində olanlar barədə ona xəbər verilmədi?

[53.37] وَإِبْرَاهِيمَ الَّذِي وَفَّى |37| Məgər vəfalı olan İbrahimin səhifələrində olanlar barədə ona bildirilmədi?


@ Hər kəs Allaha öz hesabı var və heç bir başqa yükünü daşıyır

[53.38] أَلاَّ تَزِرُ وَازِرَةٌ وِزْرَ أُخْرَى |38| Heç bir günahkar başqasının günah yükünü daşımaz.

[53.39] وَأَن لَّيْسَ لِلإِنسَانِ إِلاَّ مَا سَعَى |39| İnsan can atdığı şeyə nail olar.

[53.40] وَأَنَّ سَعْيَهُ سَوْفَ يُرَى |40| Əlbəttə, onun can atdığı əməl ona nəsib olacaqdır.

[53.41] ثُمَّ يُجْزَاهُ الجَزَاءَ الأَوْفَى |41| Sonra da ona bunun əvəzi tam veriləcəkdir!”

[53.42] وَأَنَّ إِلَى رَبِّكَ المُنتَهَى |42| Son dönüş sənin Rəbbinədir.


@ Əgər Allahın ne'mətlərini hansı mübahisə edəcək?

[53.43] وَأَنَّهُ هُوَ أَضْحَكَ وَأَبْكَى |43| Güldürən də, ağladan da Odur!

[53.44] وَأَنَّهُ هُوَ أَمَاتَ وَأَحْيَا |44| Öldürən də, dirildən də Odur!

[53.45] وَأَنَّهُ خَلَقَ الزَّوْجَيْنِ الذَّكَرَ وَالأُنثَى |45| O, insanlardan və heyvanlardan biri erkək və bir də dişi olmaqla iki cüt yaratdı –

[53.46] مِن نُّطْفَةٍ إِذَا تُمْنَى |46| axıdılan bir nütfədən.

[53.47] وَأَنَّ عَلَيْهِ النَّشْأَةَ الأُخْرَى |47| Təkrar diriltmək də Ona aiddir.

[53.48] وَأَنَّهُ هُوَ أَغْنَى وَأَقْنَى |48| Dövlətli edən də, kasıb edən də Odur.

[53.49] وَأَنَّهُ هُوَ رَبُّ الشِّعْرَى |49| Şiranın da Rəbbi Odur.

[53.50] وَأَنَّهُ أَهْلَكَ عَاداً الأُولَى |50| O, əvvəlki Ad tayfasını məhv etdi.

[53.51] وَثَمُودَ فَمَا أَبْقَى |51| Səmudu da məhv edib onlardan heç kəsi sağ buraxmadı.

[53.52] وَقَوْمَ نُوحٍ مِّن قَبْلُ إِنَّهُمْ كَانُوا هُمْ أَظْلَمَ وَأَطْغَى |52| Daha öncə Nuh qövmünü də məhv etdi, çünki onlar daha zalım, daha azğın kimsələr idi.

[53.53] وَالْمُؤْتَفِكَةَ أَهْوَى |53| Alt-üst olmuş kəndləri də O viran qoydu.

[53.54] فَغَشَّاهَا مَا غَشَّى |54| Onların başına gətirdiyini gətirdi.

[53.55] فَبِأَيِّ آلاءِ رَبِّكَ تَتَمَارَى |55| Sən öz Rəbbinin hansı nemətlərinə şübhə edirsən?

[53.56] هَذَا نَذِيرٌ مِّنَ النُّذُرِ الأُولَى |56| Bu da əvvəlki xəbərdarlıq edib qorxudanlar kimi bir qorxudandır.

[53.57] أَزِفَتِ الآزِفَةُ |57| Yaxınlaşan (Qiyamət günü) yaxınlaşdı.

[53.58] لَيْسَ لَهَا مِن دُونِ اللَّهِ كَاشِفَةٌ |58| Allahdan başqa heç kəs onun qarşısını ala bilməz.

[53.59] أَفَمِنْ هَذَا الحَدِيثِ تَعْجَبُونَ |59| Siz bu Sözə təəccüblənirsiniz,

[53.60] وَتَضْحَكُونَ وَلاَ تَبْكُونَ |60| gülürsünüz, heç ağlamırsınız,

[53.61] وَأَنْتُمْ سَامِدُونَ |61| və oynayıb əylənirsiniz?

[53.62] فَاسْجُدُوا لِلَّهِ وَاعْبُدُوا |62| Siz Allaha səcdə qılın və Ona ibadət edin!
|AL QAMAR 54 Moon

Mərhəmətli və Rəhmli Allahın adı ilə! بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ |1|


@ Onların inkar sert olanlar

[54.1] اقْتَرَبَتِ السَّاعَةُ وَانشَقَّ القَمَرُ |1| O Saat yaxınlaşdı və ay bölündü.

[54.2] وَإِن يَرَوْا آيَةً يُعْرِضُوا وَيَقُولُوا سِحْرٌ مُّسْتَمِرٌّ |2| Onlar bir möcüzə gördükdə üz döndərib: “Bu, tez keçib-gedən bir sehrdir” deyirlər.

[54.3] وَكَذَّبُوا وَاتَّبَعُوا أَهْوَاءَهُمْ وَكُلُّ أَمْرٍ مُّسْتَقِرٌّ |3| Onlar Peyğəmbəri yalançı saydılar və öz nəfslərinin istəklərinə tabe oldular. Halbuki hər bir iş bərqərar olacaqdır.

[54.4] وَلَقَدْ جَاءَهُم مِّنَ الأَنبَاءِ مَا فِيهِ مُزْدَجَرٌ |4| Onlara küfrdən çəkindirən neçə-neçə xəbərlər gəlmişdir.

[54.5] حِكْمَةٌ بَالِغَةٌ فَمَا تُغْنِ النُّذُرُ |5| Bu böyük bir hikmətdir. Lakin arxa çevirənlərə təhdidlər nə fayda verə bilər?!

[54.6] فَتَوَلَّ عَنْهُمْ يَوْمَ يَدْعُ الدَّاعِ إِلَى شَيْءٍ نُّكُرٍ |6| Sən də onları tərk et! Carçının onları xoşagəlməz bir şeyə çağıracağı gün

[54.7] خُشَّعاً أَبْصَارُهُمْ يَخْرُجُونَ مِنَ الأَجْدَاثِ كَأَنَّهُمْ جَرَادٌ مُّنتَشِرٌ |7| onlar zəlil baxışlarla gözlərini aşağı dikmiş halda ətrafa yayılan çəyirtkələr kimi qəbirlərindən çıxacaqlar.

[54.8] مُهْطِعِينَ إِلَى الدَّاعِ يَقُولُ الكَافِرُونَ هَذَا يَوْمٌ عَسِرٌ |8| Kafirlər carçıya tərəf tələsərək: “Bu nə çətin bir gündür!” – deyəcəklər.
@ Allah onun kafir milləti Nuhu və onun ardıcılları saxlayır

[54.9] كَذَّبَتْ قَبْلَهُمْ قَوْمُ نُوحٍ فَكَذَّبُوا عَبْدَنَا وَقَالُوا مَجْنُونٌ وَازْدُجِرَ |9| Onlardan əvvəl Nuh qövmü elçiləri yalançı hesab etmişdi. Onlar qulumuzu yalançı sayıb: “O, dəlidir!” – dedilər və ona hədə-qorxu gəldilər.

[54.10] فَدَعَا رَبَّهُ أَنِّي مَغْلُوبٌ فَانتَصِرْ |10| O, Rəbbinə yalvarıb: “Məni üstələdilər! Mənə kömək et!” – dedi.

[54.11] فَفَتَحْنَا أَبْوَابَ السَّمَاءِ بِمَاءٍ مُّنْهَمِرٍ |11| Biz göyün qapılarını leysan yağışı ilə açdıq.

[54.12] وَفَجَّرْنَا الأَرْضَ عُيُوناً فَالْتَقَى المَاءُ عَلَى أَمْرٍ قَدْ قُدِرَ |12| Yeri yarıb bulaqlar qaynatdıq. Göydən tökülən və yerdən çıxan sular əzəldən yazılmış bir iş üçün bir-birinə qovuşdu.

[54.13] وَحَمَلْنَاهُ عَلَى ذَاتِ أَلْوَاحٍ وَدُسُرٍ |13| Biz onu taxtalardan pərçimlənib mismarlanmış gəmidə daşıdıq.

[54.14] تَجْرِي بِأَعْيُنِنَا جَزَاءً لِّمَن كَانَ كُفِرَ |14| İnkar edilmiş peyğəmbərə mükafat olaraq o gəmi Gözlərimiz önündə üzüb gedirdi.

[54.15] وَلَقَد تَّرَكْنَاهَا آيَةً فَهَلْ مِن مُّدَّكِرٍ |15| Biz onu (həmin hadisəni) nəsillərə ibrət üçün saxladıq. Amma heç bir yada salan varmı?

[54.16] فَكَيْفَ كَانَ عَذَابِي وَنُذُرِ |16| Görəydin Mənim əzabım və qorxutmağım necə oldu!

[54.17] وَلَقَدْ يَسَّرْنَا القُرْآنَ لِلذِّكْرِ فَهَلْ مِن مُّدَّكِرٍ |17| Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir yada salan varmı?


@ Allah onun kafir milləti Hood və onun ardıcılları saxlayır

[54.18] كَذَّبَتْ عَادٌ فَكَيْفَ كَانَ عَذَابِي وَنُذُرِ |18| Ad qövmü də elçiləri yalançı saydı. Görəydin Mənim əzabım və qorxutmağım necə oldu!

[54.19] إِنَّا أَرْسَلْنَا عَلَيْهِمْ رِيحاً صَرْصَراً فِي يَوْمِ نَحْسٍ مُّسْتَمِرٍّ |19| Biz uzun sürən uğursuz bir gündə onların üstünə çox soyuq külək göndərdik.

[54.20] تَنزِعُ النَّاسَ كَأَنَّهُمْ أَعْجَازُ نَخْلٍ مُّنقَعِرٍ |20| O, insanları kökündən çıxardılmış xurma kötükləri kimi qopardıb atırdı.

[54.21] فَكَيْفَ كَانَ عَذَابِي وَنُذُرِ |21| Görəydin Mənim əzabım və qorxutmağım necə oldu!

[54.22] وَلَقَدْ يَسَّرْنَا القُرْآنَ لِلذِّكْرِ فَهَلْ مِن مُّدَّكِرٍ |22| Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir yada salan varmı?


@ Allah onun kafir milləti Saleh və onun ardıcılları saxlayır

[54.23] كَذَّبَتْ ثَمُودُ بِالنُّذُرِ |23| Səmud qövmü də xəbərdarlıqları yalan saydı.

[54.24] فَقَالُوا أَبَشَراً مِّنَّا وَاحِداً نَّتَّبِعُهُ إِنَّا إِذاً لَّفِي ضَلالٍ وَسُعُرٍ |24| Onlar dedilər: “Özümüzdən olan bir adamamı tabe olacağıq? Onda biz azğınlığa düşər və ağılsız iş görmüş olarıq!

[54.25] أَؤُلْقِيَ الذِّكْرُ عَلَيْهِ مِنْ بَيْنِنَا بَلْ هُوَ كَذَّابٌ أَشِرٌ |25| Zikr aramızdan təkcə onamı verildi? Xeyr, o, yalançıdır, lovğadır!”

[54.26] سَيَعْلَمُونَ غَداً مَّنِ الكَذَّابُ الأَشِرُ |26| Sabah onlar kimin yalançı və lovğa olduğunu mütləq biləcəklər.

[54.27] إِنَّا مُرْسِلُوا النَّاقَةِ فِتْنَةً لَّهُمْ فَارْتَقِبْهُمْ وَاصْطَبِرْ |27| Biz onları sınağa çəkmək üçün bir dişi dəvə göndərəcəyik. Sən isə gözlə və səbir et!

[54.28] وَنَبِّئْهُمْ أَنَّ المَاءَ قِسْمَةٌ بَينَهُمْ كُلُّ شِرْبٍ مُّحْتَضَرٌ |28| Onlara xəbər ver ki, bu su, dəvə ilə onlar arasında bölüşdürülmüşdür. Hər biri su içməyə öz növbəsində gəlsin!”

[54.29] فَنَادَوْا صَاحِبَهُمْ فَتَعَاطَى فَعَقَرَ |29| Onlar öz yoldaşlarını çağırdılar. O da dəvəni tutub diz vətərini kəsdi.

[54.30] فَكَيْفَ كَانَ عَذَابِي وَنُذُرِ |30| Görəydin Mənim əzabım və qorxutmağım necə oldu!

[54.31] إِنَّا أَرْسَلْنَا عَلَيْهِمْ صَيْحَةً وَاحِدَةً فَكَانُوا كَهَشِيمِ المُحْتَظِرِ |31| Həqiqətən, Biz onlara bircə tükürpədici səs göndərdik və onlar mal-qara ağılında istifadə edilən quru saman kimi oldular.

[54.32] وَلَقَدْ يَسَّرْنَا القُرْآنَ لِلذِّكْرِ فَهَلْ مِن مُّدَّكِرٍ |32| Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir yada salan varmı?
@ Allah onun kafir milləti Lut və onun ailəsi saxlayır

[54.33] كَذَّبَتْ قَوْمُ لُوطٍ بِالنُّذُرِ |33| Lut qövmü də xəbərdarlıqları yalan saydı.

[54.34] إِنَّا أَرْسَلْنَا عَلَيْهِمْ حَاصِباً إِلاَّ آلَ لُوطٍ نَّجَّيْنَاهُم بِسَحَرٍ |34| Biz onların üstünə qasırğa ilə birgə daşlar göndərdik. Yalnız Lutun ailəsini sübh çağı xilas etdik –

[54.35] نِعْمَةً مِّنْ عِندِنَا كَذَلِكَ نَجْزِي مَن شَكَرَ |35| Özümüzdən bir mərhəmət olaraq! Biz şükür edənləri belə mükafatlandırırıq.

[54.36] وَلَقَدْ أَنذَرَهُم بَطْشَتَنَا فَتَمَارَوْا بِالنُّذُرِ |36| Lut onları Bizim əzabımızla hədələdi, onlar isə bu xəbərdarlıqlara şübhə ilə yanaşdılar.

[54.37] وَلَقَدْ رَاوَدُوهُ عَن ضَيْفِهِ فَطَمَسْنَا أَعْيُنَهُمْ فَذُوقُوا عَذَابِي وَنُذُرِ |37| Onlar Lutdan qonaqlarını israrla tələb etdilər. Biz də onları kor etdik və dedik: “Əzabımı və təhdidlərimi dadın!”

[54.38] وَلَقَدْ صَبَّحَهُم بُكْرَةً عَذَابٌ مُّسْتَقِرٌّ |38| Sübh tezdən onlara yaxalarından əl çəkməyəcək bir əzab gəldi.

[54.39] فَذُوقُوا عَذَابِي وَنُذُرِ |39| Elə isə əzabımı və təhdidlərimi dadın!

[54.40] وَلَقَدْ يَسَّرْنَا القُرْآنَ لِلذِّكْرِ فَهَلْ مِن مُّدَّكِرٍ |4| Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir yada salan varmı?
@ Firon öz küfr hesabına cəzalandırılır

[54.41] وَلَقَدْ جَاءَ آلَ فِرْعَوْنَ النُّذُرُ |41| Xəbərdarlıqlar Firon nəslinə də göndərildi.

[54.42] كَذَّبُوا بِآيَاتِنَا كُلِّهَا فَأَخَذْنَاهُمْ أَخْذَ عَزِيزٍ مُّقْتَدِرٍ |42| Onlar dəlillərimizin hamısını yalan saydılar. Biz də onları Qüvvət və Qüdrətimizə layiq şəkildə əzabla yaxaladıq.
@ hər şey, böyük və ya kiçik qeyd olunur

[54.43] أَكُفَّارُكُمْ خَيْرٌ مِّنْ أُوْلائِكُمْ أَمْ لَكُم بَرَاءَةٌ فِي الزُّبُرِ |43| Sizin kafirləriniz onlardan yaxşıdırmı? Yoxsa Kitablarda sizə toxunulmazlıq vəd edilmişdir?

[54.44] أَمْ يَقُولُونَ نَحْنُ جَمِيعٌ مُّنتَصِرٌ |44| Yoxsa onlar: “Biz qalib gələcək bir dəstəyik!” – deyirlər?

[54.45] سَيُهْزَمُ الجَمْعُ وَيُوَلُّونَ الدُّبُرَ |45| Bu dəstə mütləq məğlub olacaq və arxaya dönüb qaçacaqdır.

[54.46] بَلِ السَّاعَةُ مَوْعِدُهُمْ وَالسَّاعَةُ أَدْهَى وَأَمَرُّ |46| Xeyr! Onlara vəd edilmiş vaxt o Saatdır. O Saat isə daha ağır, daha acıdır.

[54.47] إِنَّ المُجْرِمِينَ فِي ضَلالٍ وَسُعُرٍ |47| Şübhəsiz ki, günahkarlar azğınlıq və əzab-əziyyət içindədirlər.

[54.48] يَوْمَ يُسْحَبُونَ فِي النَّارِ عَلَى وَجُوهِهِمْ ذُوقُوا مَسَّ سَقَرَ |48| O gün onlar üzüstə Cəhənnəmə sürüklənəcək və onlara: “Cəhənnəmin təmasını dadın!” – deyiləcəkdir.

[54.49] إِنَّا كُلَّ شَيْءٍ خَلَقْنَاهُ بِقَدَرٍ |49| Biz, həqiqətən də, hər şeyi qədərincə yaratdıq.

[54.50] وَمَا أَمْرُنَا إِلاَّ وَاحِدَةٌ كَلَمْحٍ بِالْبَصَرِ |50| Biz bircə dəfə əmr edirik, o da bir göz qırpımında yerinə yetir.

[54.51] وَلَقَدْ أَهْلَكْنَا أَشْيَاعَكُمْ فَهَلْ مِن مُّدَّكِرٍ |51| Biz neçə-neçə həmtaylarınızı məhv etmişik. Amma heç yada salan varmı?

[54.52] وَكُلُّ شَيْءٍ فَعَلُوهُ فِي الزُّبُرِ |52| Onların etdiyi hər şey əməllərinin yazıldığı kitablarındadır.

[54.53] وَكُلُّ صَغِيرٍ وَكَبِيرٍ مُّسْتَطَرٌ |53| Hər bir kiçik və böyük əməl yazılmışdır.

[54.54] إِنَّ المُتَّقِينَ فِي جَنَّاتٍ وَنَهَرٍ |54| Şübhəsiz ki, müttəqilər Cənnət bağlarında və çaylar kənarında,

[54.55] فِي مَقْعَدِ صِدْقٍ عِندَ مَلِيكٍ مُّقْتَدِرٍ |55| qadir Hökmdarın hüzurundakı haqq məclisində olacaqlar!


|AR RAHMAAN 55 Mərhəmətli

Mərhəmətli və Rəhmli Allahın adı ilə! بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ |1|


@ Allaha və Onun əlamətləri Mercy

[55.1] الرَّحْمَنُ |1| Mərhəmətli Allah

[55.2] عَلَّمَ القُرْآنَ |2| Quranı öyrətdi.

[55.3] خَلَقَ الإِنسَانَ |3| İnsanı yaratdı,

[55.4] عَلَّمَهُ البَيَانَ |4| ona danışmağı öyrətdi.

[55.5] الشَّمْسُ وَالْقَمَرُ بِحُسْبَانٍ |5| Günəş və ay müəyyən bir ölçü ilə hərəkət edir.

[55.6] وَالنَّجْمُ وَالشَّجَرُ يَسْجُدَانِ |6| Otlar da, ağaclar da səcdə edir.

[55.7] وَالسَّمَاءَ رَفَعَهَا وَوَضَعَ المِيزَانَ |7| Allah göyü ucaltdı və tərəzini qoydu ki,

[55.8] أَلاَّ تَطْغَوْا فِي المِيزَانِ |8| çəkidə həddi aşmayasınız.

[55.9] وَأَقِيمُوا الوَزْنَ بِالْقِسْطِ وَلاَ تُخْسِرُوا المِيزَانَ |9| Əşyaları tərəzidə insafla çəkin və çəkini əskiltməyin.

[55.10] وَالأَرْضَ وَضَعَهَا لِلأَنَامِ |10| O, yeri məxluqat üçün döşədi.

[55.11] فِيهَا فَاكِهَةٌ وَالنَّخْلُ ذَاتُ الأَكْمَامِ |11| Orada meyvələr və salxımlı xurma ağacları vardır.

[55.12] وَالْحَبُّ ذُو العَصْفِ وَالرَّيْحَانُ |12| Həmçinin saçaqlı dənli bitkilər və xoş ətirli çiçəklər də vardır.
@ Allah bəşəriyyətə və cinlər problemləri

[55.13] فَبِأَيِّ آلاءِ رَبِّكُمَا تُكَذِّبَانِ |13| Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

[55.14] خَلَقَ الإِنسَانَ مِن صَلْصَالٍ كَالْفَخَّارِ |14| O, insanı saxsı kimi quru gildən yaratdı,

[55.15] وَخَلَقَ الجَانَّ مِن مَّارِجٍ مِّن نَّارٍ |15| cinləri də təmiz oddan yaratdı.

[55.16] فَبِأَيِّ آلاءِ رَبِّكُمَا تُكَذِّبَانِ |16| Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

[55.17] رَبُّ المَشْرِقَيْنِ وَرَبُّ المَغْرِبَيْنِ |17| Allah iki məşriqin və iki məğribin Rəbbidir.

[55.18] فَبِأَيِّ آلاءِ رَبِّكُمَا تُكَذِّبَانِ |18| Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

[55.19] مَرَجَ البَحْرَيْنِ يَلْتَقِيَانِ |19| O, qarşı-qarşıya gələn iki dənizi bir-birinə qovuşdurdu.

[55.20] بَيْنَهُمَا بَرْزَخٌ لاَّ يَبْغِيَانِ |20| Onların arasında maneə vardır, onu keçə bilməzlər.

[55.21] فَبِأَيِّ آلاءِ رَبِّكُمَا تُكَذِّبَانِ |21| Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

[55.22] يَخْرُجُ مِنْهُمَا اللُّؤْلُؤُ وَالْمَرْجَانُ |22| Onlardan mirvari və mərcan çıxır.

[55.23] فَبِأَيِّ آلاءِ رَبِّكُمَا تُكَذِّبَانِ |23| Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

[55.24] وَلَهُ الجَوَارِ المُنشَآتُ فِي البَحْرِ كَالأَعْلامِ |24| Dənizdə dağlar kimi, yelkənləri qaldırılmış halda üzən gəmilər də Onundur.

[55.25] فَبِأَيِّ آلاءِ رَبِّكُمَا تُكَذِّبَانِ |25| Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

[55.26] كُلُّ مَنْ عَلَيْهَا فَانٍ |26| Yer üzündə olan hər kəs ölümə məhkumdur.

[55.27] وَيَبْقَى وَجْهُ رَبِّكَ ذُو الجَلالِ وَالإِكْرَامِ |27| Ancaq Rəbbinin əzəmətli və kəramətli Üzü əbədidir.

[55.28] فَبِأَيِّ آلاءِ رَبِّكُمَا تُكَذِّبَانِ |28| Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

[55.29] يَسْأَلُهُ مَن فِي السَّمَوَاتِ وَالأَرْضِ كُلَّ يَوْمٍ هُوَ فِي شَأْنٍ |29| Göylərdə və yerdə olan hər kəs ehtiyacı olan şeyi Ondan diləyir. O hər gün bir işdədir.

[55.30] فَبِأَيِّ آلاءِ رَبِّكُمَا تُكَذِّبَانِ |30| Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

[55.31] سَنَفْرُغُ لَكُمْ أَيُّهَا الثَّقَلانِ |31| Ey ağır yükü olan insan və cin tayfası! Tezliklə ancaq sizinlə məşğul olacağıq.

[55.32] فَبِأَيِّ آلاءِ رَبِّكُمَا تُكَذِّبَانِ |32| Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

[55.33] يَا مَعْشَرَ الجِنِّ وَالإِنسِ إِنِ اسْتَطَعْتُمْ أَن تَنفُذُوا مِنْ أَقْطَارِ السَّمَوَاتِ وَالأَرْضِ فَانفُذُوا لاَ تَنفُذُونَ إِلاَّ بِسُلْطَانٍ |33| Ey cin və insan tayfası! Əgər göylərin və yerin hüdudlarını yarıb keçə bilərsinizsə, keçin! Siz ancaq qüdrət və qüvvətlə keçə bilərsiniz.

[55.34] فَبِأَيِّ آلاءِ رَبِّكُمَا تُكَذِّبَانِ |34| Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

[55.35] يُرْسَلُ عَلَيْكُمَا شُوَاظٌ مِّن نَّارٍ وَنُحَاسٌ فَلاَ تَنتَصِرَانِ |35| Sizin üstünüzə tüstüsüz alov və ərimiş mis (və ya tüstü) göndəriləcək və siz bir-birinizə kömək edə bilməyəcəksiniz.

[55.36] فَبِأَيِّ آلاءِ رَبِّكُمَا تُكَذِّبَانِ |36| Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

[55.37] فَإِذَا انشَقَّتِ السَّمَاءُ فَكَانَتْ وَرْدَةً كَالدِّهَانِ |37| Göy yarılıb dağ edilmiş yağ (yaxud ərinmiş qurğuşun) kimi qıpqırmızı olacaqdır.

[55.38] فَبِأَيِّ آلاءِ رَبِّكُمَا تُكَذِّبَانِ |38| Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

[55.39] فَيَوْمَئِذٍ لاَّ يُسْأَلُ عَن ذَنْبِهِ إِنسٌ وَلاَ جَانٌّ |39| O gün nə insan, nə də cin günahı barəsində sorğu-sual olunmayacaqdır.

[55.40] فَبِأَيِّ آلاءِ رَبِّكُمَا تُكَذِّبَانِ |40| Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

[55.41] يُعْرَفُ المُجْرِمُونَ بِسِيمَاهُمْ فَيُؤْخَذُ بِالنَّوَاصِي وَالأَقْدَامِ |41| Günahkarlar simalarından tanınacaq, kəkillərindən və ayaqlarından yaxalanacaqlar.

[55.42] فَبِأَيِّ آلاءِ رَبِّكُمَا تُكَذِّبَانِ |42| Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

[55.43] هَذِهِ جَهَنَّمُ الَتِي يُكَذِّبُ بِهَا المُجْرِمُونَ |43| Budur günahkarların yalan hesab etdikləri Cəhənnəm!

[55.44] يَطُوفُونَ بَيْنَهَا وَبَيْنَ حَمِيمٍ آنٍ |44| Onlar onunla qaynar su arasında dolanacaqlar.

[55.45] فَبِأَيِّ آلاءِ رَبِّكُمَا تُكَذِّبَانِ |45| Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

[55.46] وَلِمَنْ خَافَ مَقَامَ رَبِّهِ جَنَّتَانِ |46| Rəbbinin hüzurunda durmaqdan qorxanları iki Cənnət bağı gözləyir.

[55.47] فَبِأَيِّ آلاءِ رَبِّكُمَا تُكَذِّبَانِ |47| Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

[55.48] ذَوَاتَا أَفْنَانٍ |48| İkisində də növbənöv meyvələrlə dolu budaqlar vardır.

[55.49] فَبِأَيِّ آلاءِ رَبِّكُمَا تُكَذِّبَانِ |49| Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

[55.50] فِيهِمَا عَيْنَانِ تَجْرِيَانِ |50| İkisində də iki axar bulaq vardır.


Yüklə 9,06 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin