Yarı və tam dupleks Ethernet şəbəkəsinin konstruksiyası
Tam dupleksli Ethernet şəbəkələrində ötürmə və qəbul eyni zamanda baş verir, lakin bunun üçün çeviricinin (konsentratorun yox) portunun bu rejimə icazə verməsi lazımdır. Tam dupleksli Ethernet şəbəkələrində 2 nöqtəli birləşmə yaradılır: adətən belə şəbəkə konfliktsiz şəbəkə adlanır, çünki bir tərəfdən - müxtəlif birləşmələr tərəfindən buraxma zolağından şərikli istifadə mümkün deyildir, digər tərəfdən isə - ötürmə və qəbul kanalları bir-birindən ayrı olduqları üçün, həmin qovşağlar arasında ötürülən kadrlar bir-birilərilə münaqişəyə girmirlər.
Əgər çeviricinin portu 2 istiqamətdə ötürməyə icazə verərsə, o zaman 10Mbit/s ötürmə sürətinə malik olan ta dupleksli Ethernet şəbəkələrində nəzəri cəhətdən buraxma qabiliyyətini 20Mbit/s əldə etmək olar. Əgər bütün qurğular (məs, şəbəkə interfeys plataları) tam dupleksli ötürməyə icazə verərlərsə, o zaman tam dupleksli şəbəkələri 10BaseT, 100BaseT və 100BaseFL mühitlərində yaratmaq mümkündür.
Yarı dupleks Ethernet şəbəkəsinin konstruksiyası. yarı dupleks Ethernet şəbəkəsinin sxem həlli verilmişdir. Stansiya ötürməni yerinə yetirdikdə, orada ötürmə, qəbuledici tərəfdə isə - qəbul sxemi aktivləşir. Hər iki stansiya vahid kabellə əlaqələndirilmiş və bu özlüyündə bir tərəfli hərəkətə malik ensiz körpünü xatırladır.
Tam dupleksli Ethernet şəbəkəsinin konstruksiyası.Şəkil.65-də tam dupleksli Ethernet şəbəkəsinin sxem həlli verilmişdir. Bu cür şəbəkədə kommutasiya texnologiyası (FDES-Full-Duplex Ethernet Switch) ötürücü stansiyanın vericisi ilə qəbuledici stansiyanin qəbuleducusi arasında 2 nöqtəli birləşmə yaratmağa imkan verir. Standart yarım dupleks Ethernet şəbəkəsinin buraxma qabiliyyəti mümkün olan buraxma zolağının qiymətinin 50-60%-ni təşkil edir. Tam dupleksli şəbəkədə isə ötürmə və qəbul eyni zamanda yerinə yetirildiyindən və münaqişələr yaranmadığı üçün buraxma qabiliyyəti 100%-ə çatır.
Tam dupleksli şəbəkə yaratmaq üçün aşağıdakılar lazımdır: 10 Mbit/s və ya 100 Mbit/s sürətə malik 2 xətt. Tam dupleksli rejimi dəstəkləyən şəbəkə interfeys plataları.
Əks əlaqə və konfliktləri aşkar edən sxemlər dövrədən açılmalıdır. Verilənlərin ötürülməsi üçün 2 yolları dəstəkləyən proqram drayverləri. Məsafələrüçün Ethernet standartına riayət edilməsi.
10BseT/100BaseT:100m.
10BaseFL/100BaseFL:200m.