Web sistemləri fənnindən mühazirələr


Marşrutlaşdırılmaların köməyi ilə seqmentləşdirilməsi



Yüklə 0,53 Mb.
səhifə10/21
tarix24.07.2023
ölçüsü0,53 Mb.
#137344
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   ...   21
Web sistemleri

Marşrutlaşdırılmaların köməyi ilə seqmentləşdirilməsi


Məlum olduğu kimi, marşrutlaşdırmalar şəbəkə səviyyəsində işləyirlər və qəbuledicinin şəbəkəsində paketlərin marşrutlaşdırılması üçün tətbiq olunurlar. Körpülər kimi, marşrutlaşdırmalar da, marşrutu seçmək üçün cədvəldən istifadə edirlər. Lakin marşrutlaşdırmalarda ayrı-ayrı xostlar haqqında olan informasiya yox, uzaq məsafədəki şəbəkələr haqqında informasiya saxlanılır. Qərar qəbul edən zaman marşrutlaşdırmalar aparat ünvanları deyil, İP-ünvanları tətbiq edirlər. Şəbəkədə işləyən hər bir protokol üçün marşrutlaşdırma ayrıca cədvəl saxlayır., Cisco marşrutlaşdırması Apple Talk, İPX və İP protokolları üçün ayrı- ayrılıqda marşrutlaşdırma cədvəlləri dəstəkəyir.
Marşrutlaşdırmaların tətbiqinin üstün cəhətləri bunlardır:

İdarə oluna bilmə. Birləşmiş şəbəkənin müxtəlif hissələrində müxtəlif protokollardan istifadə edilməsi inzibatçıya böyük hərəkətlər sərbəstliyi imkanı verir.


Funksionallığın artırılması. Cisco marşrutlaşdırmaları səhvləri tapmaq, verilənlər axınının idarəsi və ifrat yüklənmə üçün əlavə qurğularla təmin edirlər, həmçinin paketləri fraqmentləşdirmək və bir yerə toplamaq, onların həyatilik dövrünü idarə etmək imkanını verirlər.
Bir neçə aktiv yollara malik olma. Protokolun tip sahəsini, DSAP, SSAP və marşrut metrikasının tərkibini analiz edərək, marşrutlaşdırma lazımi marşrutun seçilməsini əsaslandıra bilər və növbəti daha yüksək protokolun verilənlərin interpretasiya edə bilər. Bu cür yanaşmanın müsbət cəhəti, şübhəsiz ondan ibarətdir ki, qurğular arasında bir neçə yolu aktivləşdirmək mümkün olur.
Marşrutlaşdırma – körpüyə nisbətən daha mürəkkəb proqram-aparat qurğysu olduğu üçün, yuxarıda göstərdiyimiz üstün cəhətlər əldə olunur. Əgər məhsuldarlıq bir qurğu tərəfindən emal olunan kadrların və ya paketlərin miqdarı ilə ölşülərsə, o zaman körpülərlə müqayisədə marşrutlaşdırmalar daha az məhsuldarlığa malik olurlar. Marşrutlaşdırma böyük miqdarda paket sahələrinin tərkibini tədqiq etdiyindən, təsdiqləri göndərmə protokoluna malik şəbəkələr üçün buraxma qabiliyyəti 30-40%, sürüşdürücü pəncərəli protokola malik şəbəkələr üçün isə buraxma qabiliyyəti 20-30% aşağı düşə bilər.
Çeviricilərin köməkliyi ilə seqmentləşdirmə.Lokal şəbəkələrin kommutasiyası daha mürəkkəb seqmentləşdirmə üsuludr. Lokal şəbəkələrin çeviriciləri yüksək sürətlə paketlərin kommutasiyasını yerinə yetirdiyi üçün o, lokal şəbəkələrin məhsuldarlığını yaxşılaşdırır.
Alıcıya paketin göndərildiyi portu təyin etmək üçün ceviricilər də, körpülər kimi, alıcının MAC- ünvanını tədqiq edirlər. Bir-başa kommutasiyalı(cut-throuhg) çeviricilər paketin qəbul olunmasının sonunu gözləmədən paketi ötürməyə başlayır və bununla gecikmə vaxtını minimuma endirmiş olur. Catalyst 5505 çeviricilərində aralıq saxlama kommutasiyası (store-and-forward) ideyası həyata keçirilmişdir. Şəkil.63-də 10 Mbit/s və ya 100 Mbit/s ötürmə sürətli tam dupleks rejimində işləyən Cisco Catalyst 5505 çeviricisinin xarici görünüşü verilmişdir.



  1. Yüklə 0,53 Mb.

    Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin