Komputer şəbəkəsində informasiya əlaqəsini təmin edən qurğular
İnternet şəbəkəsi ilə əlaqə yaratmaq üçün əsas qurğu modem hesab olunur. Modem elektrik şəbəkəyə və komputerin ardıcıl portuna qoşulur. Şəbəkəyə qoşulan modem 220 V hesablanmalıdır. Modemi ardıcıl poma qoşduqda birləşmə vilkalarının uyğunluğu yoxlanılır (ardıcıl port üçün iki standart mövcuddur: doqquz kontaktlı və iyirmibeş kontaktlı). Əgər modemin və kompüter portunun birləşmə vilkaları üst üstə düşmürsə, onda əlavə keçid vasitəsi quraşdırılır. Modemin ikinci çxışı telefon xəttinə qoşulur.
Yuxarıda qeyd olunduğu kimi, modem kompüterin ardıcıl portuna qoşulur. Fərdi komputerin arxitektutası elə qurulur ki, onun apparat konfiqurasiyasında dörd ardıcıl port (COM1, Com2,.....COM4) olur. Dörd ardıcıl porta dörd apparat portu və iki kəsilməz xətt uyğundur. Dəqiq qeyd etsək COM1 və COM3-ə ümumi kəsilməz xətt uyğundur. Analoji olaraq, COM2 və COM4-ədə ümumi kəsilməz xətt uyğundur.
Modem komputerlə telefon xətti arasındakı əlaqələndirici qurğu kimi rəqəm elektrik siqnalları analoq siqnalları və əksinə çevirmək üçün istifadə olunur. Bu onunla əlaqələndirilir ki, komputer ancaq rəqəm siqnalları istifadə olunur. Telefon qurğuları isə analoq siqnalları işləyir. Rəqəm siqnalının analoq siqnalına çevrilməsi texnikada modulyator, əks proses isə demulyator adlanır. Analoq siqnalı adətən üç parametrlə xarakterizə olunur: amplituda, tezlik və faza.
Müasir modemlərin işində analoq siqnallarının bütün xarakteristikalarından istifadə edilir. Modem komputerdən 3 bit informasiyanı qəbul edir və sonra onu analoq siqnalı xəttinə ötürür. Ötürülən 3 bit informasiyanın birincisi amplitudanı, ikincisi tezliyi, üçüncüsü fazanı göstərir. Qəbuledici modem analoq siqnalını qəbul edir, şifri açaraq edir və ötürülən siqnalı üç bit şəklinə çevirir. Telefon xəttində istifadə olunan ilk analoq siqnalı aparıcı tezlikli siqnal adlanır. Aparıcı tezliyin olması telefon xətti ilə əlaqənin yarandığını göstərir.
Modemin buraxıla bilmə qabiliyyəti. Modemin bu xarakteristikası iki tərtibatla təyin olunur.
İnformasiyanın ötürülmə sürəti ilə;
Analoq siqnalındakı rəqəm informasiyanın həcmi ilə.
İnformasiyanın modemlə ötürmə sürəti bod ilə ölçülür. Modemin bir analoq siqnalında başqa analoq siqnalına keçməsi müddəti ilə ölçülür. Belə ki, əgər modem öz xarakteristikasını 2400 dəfə dəyişərsə deməli onun informasiya ötürülmə ötürülmə sürəti 2400 boda bərabərdir. Bir analoq siqnalındakı rəqəm informasiya informasiyanın həcmi bu siqnaldakı bitlərin sayı ilə müəyyən olunur. Modemin buraxılma bilmə qabiliyyəti onun hasilatı kimi təyin olunur və bipslə ölçülür.(BPS(BİT/SAN)). Əgər modem 2400 nod sürətə malikdirsə və hər bir analoq siqnalı 4 bitə uyğun informasiya daşıyırsa, onda modemin buraxıla bilmə qabiliyyəti 9600 bipsdir. Əgər quraşdırma vaxtı iki modemdən istifadə olunursa, onda onlar eyni sürətlə işləməli və eyni modulyasiya üsulundan istifadə etməlidirlər. Əks halda əlaqə yarada bilməz, ona görədə hər bir modemin standart verilənlər sürəti mövcuddur. Hazırda 9600, 14400, 28800, 33600bips verilənləri ötürmə sürətinə malik olan modemlərdən istifadə olunur. Əgər informasiyanın ötürən modemin sürəti ilə informasiyanın qəbul edən modemin sürəti eyni olmazsa onda onlar arasəndakı informasiya mübadiləsi sürəti modemə uyğunlaşdırılır. Modemlər arasında informasiya mübadiləsinin bu cür təmizlənməsini avtomatik yerinə yetirilir. Bundan başqa ik modem arasında informasiya mübadiləsi zamanı siqnalların ötürülməsində səhv baş verərsə onda da avtomatik olaraq modemlər öz informasiya sürətini aşağı salırlar.
Böyük miqdarda informasiyanın əlaqə xəttində ötürülməzdən əvvəl onun həcmi sıxılır. İnformasiyanı sıxmaq üçün müxtəlif prinsiplərdən istifadə olunur. Bu prinsiplərdən biri ondan ibarətdir ki, simvollarının və ya kodların təkrarlanan ardıcıllığı dəyişdirilsin. Sıxılmanın başqa prinsipi informasiyasnın ötürülməsi zamanı baytların qısaldılmasından ibarətdir. Məlumdur ki, baytlar özləri 8 bitdən ibarətdir. Amma 5 bitli informasiyanın ötürmə zamanı informasiya qrupları bir baytla başlanır. Baytların qısaldılması müxtəlif cür reallaşdırılır. Hazırda informasiyanın sıxılması üçün çoxlu proqram arxivatorlar mövcuddur. Onların hər birinin yerinə yetirilməsi mürəkkəb alqoritmə malikdir. Qeyd etmək lazımdır ki, sıxılan informasiyanın vahidi informasiya bloku adlanır və ölçü həmin blokun tipindən asılıdır. Belə proqram arxivatorlara misal olaraq Arc.zip göstərmək olar.
Hər bir növbəti informasiya blokunu ötürdükdən sonra informasiyanın ötürən və qəbul edən modemlərin düzgün olmasını təsdiqlənməsini tələb olunur. Əgər informasiya düzgün ötürülməyibsə, onda informasiyanı qəbul edən modem informasiya ötürən modemdən həmin informasiya blokunun təkrar ötürülməsini tələb edir. İnformasiyanın düzəlişini bu cür səhv ötürüldükdə düzəliş üsulu Arc (Automatic repeat request) (təkrarlanmaya avtomatik sorğu) adlanır. Bəzən protokol razılaşmalarına əsasən səhv ötürülmələr üçün təkrarlanma sayına məhdudiyyətqoyulur və əgər təkrarlanmaların sayı həmin məhdudiyyətə uyğun olarsa, onda avtomatik olaraq qəbuledici modem ötürücü modemdən daha aşağı sürətlə informasiya ötürülməsini və ya ötürülən blokun həcminin azaltmağını tələb edir. Ötürülən informasiyaya nəzrət etmək üçün hər bir blok nəzarətedici cəmləyici qurğudan istifadə edir. Bu cür ötürmə zamanı alqoritmin mahiyyəti ondan ibarətdir ki, istənilən bitin yox olması zaman nəzarətedici cəmləyicinin köməyilə informasiyanın düzgün qəbul edilməsinə nəzarət edir. Səhvin düzəlişi modemin özündə icra oluna bilər. Bu o vaxt mümkündür ki, onda səhvin düzəlişinin aparat protokolu quraşdırılmış olsun.
Modem komputerə fiziki qoşduqdan sonra ardıcıl olaraq modem qurğusu və komputer qoşulur. Modemlər daxili və xaeici tipli olur. Modemlər komputerə və telefon xəttinə qoşulur. Modem qurğusunu işçi vəziyyətə gətirmək məqsədilə idarəetmə panelindən istifadə edərək tənzimləmə işləri aparılır. Ardıcıl olaraq əməliyyatlar aparılaraq yeni modem quraşdırılır. Əgər diaqnostika əməliyyatı uğurla həyata keçirilmirsə, onda istifadəçi əvvəl yerinə yetirdiyi quraşdırma və təmzimləmə addımlarını yenidən həyata keçirir.
Növbəti mərhələdə istifadəçi İNTERNET-lə əlaqə yaratmağa çalışır. Modemin “Xassələr” mübadilə pəncərəsi açıldıqdan sonra istifadəçi şəhərin və dövlətin kodlarını (Sumqayıt şəhərinin kodu: 164; Azərbaycan kodu: 994) daxil edir.
Mübadiləpəncərəsinin aşağı hissəsində nömrənin yığılması tipi müəyyənləşdirilir (Misal üçün, impluslu). Bu onunla əlaqədardır ki, Azərbaycanda telefon şəbəkələrinin əksəriyyətində nömrələrin yığımı impluslu şəkildə olur. Qeyd etmək lazımdır ki, xarici tipli modemlər ilkin olaraq nömrənin tonal yığımına quraşdırıla bilər. Modemdə nömrələrin yığımı tipini müəyyənləşdirmək üçün telefon aparatı vasitəsi ilə 0 nömrəsi yığılır və əgər telefon xəttində 10 sakit tonlu qırıq səslər gəlirsə, onda bu nömrənin impulslu yığımıdır. Əgər telefon xəttində bir qısa və hündür səs eşidilirsə, onda bu nömrənin tonlu yığımıdır.
Seçilmiş modemin xüsusi xassələrini tənzimləmək üçün ümumi mübadilə pəncərəsində kursoru idarə edən qurğu vasitəsi ilə modemin maksimal sürəti quraşdırılır. Quraşdırılmış sürət modem və qoşulan COM1 ardıcıl port arasında verilənlərin mübadiləsi sürətini (115200) əks etdirir. Buda öz növbəsində, modemin sabit işini təmin edir. Quraşdırılmış sürət əksər müasir modemlərin göstəricilərini əks etdirir.