Web sistemləri fənnindən mühazirələr


İnternet şəbəkəsində tətbiq olunan informasiya-axtarış sistemləri



Yüklə 0,53 Mb.
səhifə19/21
tarix24.07.2023
ölçüsü0,53 Mb.
#137344
növüMühazirə
1   ...   13   14   15   16   17   18   19   20   21
Web sistemleri

İnternet şəbəkəsində tətbiq olunan informasiya-axtarış sistemləri


Son illərdə Web üçün çoxlu sayda informasiya-axtarış sistemləri yaradılmışdır. Həmin sistemlər üzrə Internet-də xüsusi kataloqlar təşkil edilmişdir. Həmin kataloqlarda axtarış sistemlərinin adları URL ünvanları və onların müqayisəli xarakteristikaları ətraflı əks olunur. Web üçün axtarış sistemləri arasında daha yaxşı axtarış imkanlarına malik olan və ona görə də daha geniş tətbiq edilənləri aşağdakılardır.

Web üçün axtarış sistemləri arasında daha yaxşı axtarış imkanlarına malik olan və ona görə də daha geniş tətbiq edilənləri aşağıdakılardır:


  • Xarici axtarış sistemləri: ALTAVİSTA, DEJA, FAST, DİRECTHİT, SNAP, GOOGLE, NORTHERNLİGNT, OİNGO, OPENTEXT, İNFOSEEK, WAİS, YAHOO.
  • Rus axtarış sistemləri: APORT, RAMBLER, YANDEX.


ALTAVİSTA. – ən böyük axtarış portlarından biri olub, təqdim etdiyi serverlərin sayına görə axtarış sistemləri arasında liderlik edir, 30-a qədər dildə informasiya axtarışı apara və tapılan sənədləri lazımi dilə çevirə bilir. Bu sistem yazıldığı dildən asılı olmayaraq bütün Web səhifələrini indeksləyir. Onun indeks bazasında 500 000 000-dən çox səhifənin indeksi toplanıb. ALTAVİSTA-nın sorğu dili ən güclü dillərdən biri hesab olunur. Burada sorğunun genişləndirilməsi, yəni mürəkkəb sorğu formalaşdırmaq imkanı var. Açar sözləri “AND”, “OR”, “NOT” operatorları ilə əlaqələndirmək, frazalara görə axtarışı aparmaq, beşə qədər istənilən hərfi əvəz edən “*” metasimvolundan istifadə etmək mümkündür. Axtarış apararkən sorğuda açar sözün sənəddə rast gəldiyi sahənin adını – hiperistinad (link), applet, hostların adları, şəkillərin adları, mətn, başlıq, URL-də vermək olar. Verilən dildə sənədlərin axtarış aparmaq olar. Lakin bu halda digər dillərdəki səhifələrə baxmaq mümkün olmur. Tapılan sənədlərin ingilis dilindən fransız, alman, italiyan, ispan və portuqal diləinə və əksinə, həmin dillərdən ingilis dilinə avtomatik tərcümə də nəzərə alınıb.
GOOGLE axtarış sistemi. GOOGLE – digər sistemlərdən fərqli axtarış alqoritimdən istifadə edir, çox sadə interfeysə və yüksək relevantlıq dərəcəsi ilə ölçülən yaxşı axtarış nəticələrinə malikdir. Axtarış zamanı sorğunun axtarış surəti ilə (indeksinə) tam daxil olması ilə yanaşı sənədə digər serverlərdən edilən istinadların sayı da nəzərə alınır. Istinadların sayı çox olan sənədlərə üstünlük verilir və onlar axtarış nəticələrinin siyahısının lap əvvəlində təqdim edilir. GOOGLE sisteminin maraqlı xüsusiyyətlərindən biri də onun interfeysində ənənəvi axtarış mexanizmini işə salan “Google Search” düyməsi ilə yanaşı, sorğuya maksimal cavab verən sayta müraciət etmək üçün “I'm Feeling Lucky” düyməsinin də nəzərə alınmasıdır. GOOGLE-də müxtəlif dillərdə axtarış aparmaq imkanı var.
Xəbərlər qrupunda də axtarış aparmaq mümükündür. Bütün bu deyilənlər GOOGLE sistemini məşhurlaşdırmış və son 3 ildə axtarış sistemləri arasında ən məşhur etmişdir. Hazırda GOOGLE sistemində 3 milyarda qədər indekslənmiş Web səhifə əhatə edilmişdir.


DİRECTHİT axtarış sistemi. DİRECTHİT- axtarış sistemləri ailəsində həm sadə, həm də güclü sistem hesab olunur. Onun sadəliyi ənənəvi axtarış sistemlərində olduğu kimi, açar sözlərlə axtarışın aparılması, sadə və uyğun gələn sənədlərin içərisində daha çox istinad edilən və daha çox baxılan sənədlərə üstünlük verilir və onlar çıxış siyahısının əvvəlində yerləşdirilir. Sorğudakı sözlərə, istinadların sayına və baxılmaların çoxluğuna görə seçilmiş sənədlərin siyahısı ilə yanaşı, sorğuya yaxın mövzular (sözlər) də ekrana çıxarılır. Həmin sözlər (Related Searches) sorğudakı sözlərə “sinonimlik”, “assosiativlik” və “sinif-altsinif” (“soy-növ” və “tam-hissə”) əlaqələrinə görə müəyyənləşdirilir. Bütün bunlara bərabər əyani formada məlumat verilir.
SNAP axtarış sistemi. SNAP ilkin axtarış üçün nəzərdə tutulub və bir sıra cəhətlərinə görə DİRECTHİT sisteminə oxşayır. Burada da saytların məşhurluğu və oxşar mövzular istifadəçilərin rəyləri ilə müəyyənləşdirilir. Bəzi xüsusiyyətlərinə görə SNAP sistemi DİRECTHİT sistemindən müsbət mənada fərqlənir. Məsələn, sorğuya cavab verən kimi verilən saytların və oxşar mövzuların siyahıları ilə yanaşı, oxşar kateqoriyaların siyahısı da ekrana çıxarılır. Həmin siyahıda SNAP-ın tematik kataloqunda tapılan saytların rast gəlindiyi bölmələr göstərilir. SNAP-ın kataloqu xüsusi redaktorlar (insanlar) tərəfindən hazırlanır. Onlar ən məşhur saytları seçib, onları təsvir edir və kataloqun uyğun bölmələrinə yerləşdirirlər. Kataloqun bölmələri həmçinin tapılan sayt haqqında qısa informasiyada da qeyd olunur. Bu cür saytlar “Top Web Sites” (ən yaxşı Web saytlar) kateqoriyasında təsvir edirlər. Beləliklə SNAP ilkin axtarış üçün kifayət qədər universal sistemdir. Ilkin axtarış zamanı sorğuda bir söz göstərməklə, onunla bağlı olan məşhur saytları, tematik kataloqun bölmələrini, mövzuya yaxın sözləri və frazaları əldə etmək olar. Öz kataloqunda bir şey tapmadıqda, o, güclü “İnktomi” indeksinə müraciət edir.


YAHOO axtarış sistemi. YAHOO İnterhet-də istifadə edilən axtarış sistemlərindən biridir. Hazırda YAHOO bir sıra informasiya -axtarış vasitələri istehsalçıları lə əməkdaşlıq edir və onun müxtəlif serverlərində müxtəlif proqram təminatından istifadə edir. YAHOO-ya tematik kataloq kimi də baxmaq olar, ona görə ki, onun tematik kataloqu ən böyük həcmə malikdir. Və hazırda kataloqda milyondan çox səhifənin və saytın ünvanları toplanıb. Bütün tematik kataloqlar kimi YAHOO da ağacvarı strukturla təşkil edilmişdir. Ən yuxarı səviyyədə əsas rubrikalar təsvir edilir. Rubrikalar bölmələrə, bölmələr altbölmələrə və s. ayrılır və ən aşağı səviyyədə saytların təsviri və onlara istinadlar (linkər) saxlanır. Hər bir saytın təsviri xüsusi redaktor tərəfindən aparılır. Onların sayı 50- dən artıqdır. YAHOO-nun kataloqu əl üsulu ilə tərtib edilir, odur ki, onun keyfiyyəti yüksəkdir. Hazırda YAHOO ən böyük kataloq olmaqla yanaşı ən çox müraciət olunan sistemdir. YAHOO sisteminin informasiya-axtarış dili kifayət qədər sadədir. Daxil edilən sözlər boşluqla ayrılır. Onlar arasında AND və OR operatorları yazmaq olar. Çıxışda sənədlərin sorğuya uyğunluq dərəcəsi göstərilmir, lakin tapılan sənədlərdə sorğuya uyğun sözlərin altıpndan xətt çəkilir. Bu zaman leksikanın normalaşdırılması və ümumi sözlərin təhlili aparılmır. Çıxış siyahısında sənədlərin relevahtlığa görə nizamlanması tapılan sənədlərdə sorğunun sözlərinin sayına görə aparılır.


OİNGO sistemi. OİNGO sistemi, sözü adi simvollar ardıcıllığı kimi qəbul edən bir çox axtarış sistemlərindən fərqli olaraq, sözlərin mənalarını “başa düşür”. Ilkin axtarışda sorğunun sözlərinə digər sistemlərdə olduğu kimi, simvollar ardıcıllığı kimi baxılır. Axtarış nəticələri iki siyahı ilə ekrana çıxarılır: tapılan Web-saytların siyahısı və kataloqun bölmələrinin siyahısı. Uyğun düyməni basmaqla açılan üçüncü siyahıda isə sorğudakı sözün bütün mənaları əks etdirilir. Məsələn, sorğuda verilmiş “axtarış” sözünün müxtəlif mənalarının siyahısında aşağıdakı mənalar göstərilir:

1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin